Month: October 2019

  • Tərtərdə qayınata avtomobillə gəlinini niyə vurub? – TƏFƏRRÜAT

    Tərtər rayonunda qayınatanın əsəbləşərək avtomobillə gəlinini vurması hadisəsinin təfərrüatı bəlli olub.

    Median.Az xəbər verir ki, bu barədə rayonun Şıxarx qəsəbəsinin bələdiyyə nümayəndəsi məlumat verib.

    O bildirib ki, hadisə Mənzil Kommunal İstismar Sahəsinin ərazisi yaxınlığında baş verib: “Qayınata ilə gəlin arasında mülk üstündə mübahisə olub. Hadisə Şıxarxda yeni qəsəbə adlanan ərazidə 3-cü binanın qarşısında baş verib. Belə ki, gəlin bir ilə yaxın müddətdir ki, öz qızını da götrüb Biləsuvara gedib. Sonradan geri qayıdıb və evində yaşamaq istədiyini deyib. Qayınata isə buna icazə verməyəcəyini deyib. Aralarında yaşanan mübahisə böyüyüb. Nəticədə isə 1964-cü il təvəllüdlü Şahvələdov Qara Barat oğlu özünə məxsus olan “Niva” markalı avtomobil ilə gəlini 1994-cü il təvəllüdlü Şahvələdova Əfsanə Fəxrəddin qızını vurub. Amma xoşbəxtlikdən ağır xəsarət alan və ölüm olmayıb”.

    Qeyd edək ki, Q.Şahvələdov Laçın rayonunda anadan olub, Şuşada qeydiyyatdadır. Gəlini Ə.Şahvələdova isə Beyləqanda anadan olub.

    Baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

  • “Maşın şou”da növbəti qalmaqal: Aqşin Fatehlə Niyam Salaminin sözü “çəp gəldi” – VİDEO

    Ölkənin ən baxımlı telelayihəsi olan “Maşın şou”da bu gün müğənni Niyam Salami ilə meyxanaçı Aqşin Fateh arasında mübahisə olub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, meyxanaçının “Bu gecə ağır olacaq, hazırlaş!” deməsi Niyamı özündən çıxarıb.

    Müğənni “Baku Tv”nin mikrofonuna danışaraq bildirib ki, mənim üçün heç nə ağır ola bilməz, iştirakçılara da demişəm ki, bu gün mənim şəklimi atın.

    Müğənni həmçinin Aqşin Fatehin çox taktikalı rəqib olduğunu deyib.

    Bundan sonra açıqlama verən meyxanaçı Niyamın ötən gün “Aqşin qruplaşmada ikinci adamdır” sözünə isə belə cavab verib: “Mən olduğum yerdə birinci oluram, ikinci yox”.

    Daha sonra iştirakçılar şouda olan “mafiyalar” barəsində danışıblar.

    Geniş reportajı təqdim edirik.

  • Центробанк Азербайджана привлечет у банков 100 млн манатов

    Центральный банк Азербайджана (ЦБА) седьмого октября проведет очередной депозитный аукцион, сообщает в пятницу Trend со ссылкой на ЦБА.

    В рамках аукциона Центробанк планирует привлечь 100 миллионов манатов. Аукцион пройдет на торговой платформе Bloomberg.

    Процентная ставка по депозитам будет варьироваться в пределах 6,26 – 7,99 процента. Срок размещения средств – 14 дней.

    Центробанк начал проводить депозитные аукционы с середины июня 2016 года.

    В Азербайджане действуют 30 банков, в том числе два – с государственным участием.

    Официальный курс на четвертое октября составляет 1,7 AZN/USD.

  • ИВ Баку санкционировала проведение пикета оппозиции перед зданием городской администрации

    Исполнительная власть Баку санкционировала проведение пикета оппозиционного Национального совета демократических сил (НСДС) Азербайджана, намеченного на 8 октября перед зданием городской администрации, сообщает «Интерфакс-Азербайджан» со ссылкой на пресс-службу ИВ.

    «ИВ согласовала пикет на 8 октября с 15:00 до 16:00 перед зданием городской администрации в Баку на 50 человек», – сказали в ИВ.

    Организаторы пикета целью акции заявили обеспечение свободы собраний.

  • Abşeronda əmisini öldürüb, evini yandıran şəxsin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlrlər Məhkəməsinə Sumqayıt ş. sakini Məzahir Şıxməmmədovun (1996-cı il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, qətl bu il martın 8-də “Gənclər Şəhərciyi” yaşayış kompleksi, giriş 76, ev 11 ünvanında çarpayıda yanmış kişi meyiti tapılıb. Araşdırma zamanı məlum olub ki, yanğın zamanı dünyasını dəyişən Namiq Şıxməmmədovdur, onun sifət nahiyyəsində sınıq xəsarətləri aşkar edilib.

    Hadisə yerinə və meyitə ekspertin iştirakı ilə baxış keçirilib, cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vasitəsi ilə açılıb.

    Şübhəli şəxs yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18, mənzil 38-də saxlanılaraq Abşeron RPİ-nə gətirilib.

    Məzahir Şıxməmmədov cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib: “Aramızda dəfələrlə münaqişə olub, nalayiq ifadələr işlədib, üstümə bıçaq çıxardıb. Mənə qarşı etdiyi hərəkətlərin üstündən neçə dəfə keçmişəm. Amma sonuncu dəfə dözmədim, əmimə əvvəlcə 5-6 yumruq vurdum, ardınca baş nahiyəsinə şüşə qabla zərbə endirdim. İzi itirməkdən ötrü mənzili yandırdım və oradan uzaqlaşdım”.

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İş üzrə baxış oktyabrın 11-ə təyin edilib.

  • “Qarabağ” komandası Bakıya qayıdıb

    UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ı məğlub edən “Qarabağ” komandası Bakıya çatıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Ağdam təmsilçisini bir qrup azarkeş və jurnalistlər qarşılayıb.

    Qeyd edək ki, Lüksemburqdakı görüş “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə bitib. Ölkə çempionu növbəti matçını Bakıda Kipr APOEL-inə qarşı keçirəcək.

  • “Bic doğmaq lazım deyil!” – Vüqar Əhməd hamilə qadını təhqir etdi – VİDEO

    “Səni axtarıram” proqramında gərgin anlar yaşanıb.

    Özündən 6 yaş kiçik gənclə vətəndaş nikahında yaşayan 30 yaşlı qadın proqrama gələrək atıldığını və bətnindəki körpəsiylə küçədə qaldığını bildirib:

    “O, mənim ikinci evliliyimdir. Avqustun 7-dən məni atıb gedib. Nömrəsini də dəyişib. Amma yerini bilirəm, anasıgildədir. 4 aylıq hamiləyəm. Bundan əvvəl ikisini abort etdirmişəm. Kirayə qaldığımız evin sahibi əşyalarımla birlikdə məni küçəyə atıb. Küçələrdə qalmışam. Mən ona demişdim, əgər məni bədbəxt etsən, mən də səni efirə çıxıb biabır edəcəm. Onun ucbatından heç kim üzümə baxmır, hamı məndən üz döndərib”.

    Verilişdə ekspert qismində iştirak edən şair Vüqar Əhməd qadının bu sözlərinə olduqca sərt reaksiya verib və hətta təhqir etməkdən çəkinməyib:

    “Onun nə vecinə? Onu tanıyan var ki, rüsvay olsun? Özünü bir az yaxşı aparardın, hisslərinə hakim olardın. İkisini abort etmisən, üçüncünü də qeyri-qanuni doğarlar? Bic doğmaq lazım deyil! Molla kəbini-zad böş söhbətdir. Əsas dövlətin qanunudur. Gənclərimiz bunlara baxın nə ibrət götürəcəklər? Atasız uşaqlar heç vaxt vətənə layiq olmurlar. Atasından bixəbər uşaqlar vətəni də sevə bilmir”.

    Xoşqədəm Baxşəliyeva da qadını tənbeh etsə də, V.Əhmədin bu fikirləri ilə razılaşmayıb və etirazını belə bildirib:

    “Qadınları atasız uşaq dünyaya gətirməyə vadar edən kişilərə lənət olsun!”

    Aparıcı bütün bunlara baxmayaraq, həmin qadına bətnindəki körpəsini dünyaya gətirməyə, atalığın müəyyən edilməsinə və alimentin kəsilməsinə kömək edəcəyinə söz verib.
    /Baku.ws/

  • Qələbəsi Teymura 110 min dollar qazandırdı

    Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə FIDE Dünya Kubokunda həmyerlimiz Teymur Rəcəbov qalib gəlib.

    32 yaşlı qrossmeysterimiz çinli rəqibi Dinq Lireni məğlub edib.

    Bununla da Teymur mükafat fondu 1,6 milyon dollar olan yarışdan 110 min dollar qazanıb. O, uduzacağı təqdirdə 80 min dollarla kifayətlənməli olacaqdı.

    //qafqazinfo

  • Шварценеггер собирается объединить всех людей на планете

    Спорт способен объединить всех людей на планете, несмотря на разность политических и религиозных взглядов. Таким мнением поделился актер, культурист и экс-губернатор Калифорнии Арнольд Шварценеггер на бизнес-форуме «Synergy Global Forum» в Санкт-Петербурге, сообщает Рен ТВ.

    «Что касается вопроса о том, что объединяет всех людей на планете, то, с моей точки зрения, это спорт. Когда проводятся Олимпийские игры, мы все объединяемся, никто ни с кем не дерется, не сражается, наоборот, мы можем видеть зачастую, как атлеты перед тем, как пересечь финишную линию, падают, и другие атлеты помогают им эту линию пересечь», – заявил Шварценеггер.

    Он заявил, что будучи губернатором Калифорнии смог добиться единения людей.

    «Человеку несвойственно воевать, сам по себе он мирный. И, к сожалению, именно политика и наше несогласие с религиозными точками зрения заставляют нас проявлять вражду друг к другу», – сказал актер, подчеркнув, что люди могут жить в мире и поддерживать дружеские отношения.

    За свою карьеру Шварценеггер снялся в более чем 50 фильмах, самыми известными из них считаются «Терминатор» и «Конан-варвар». В 2003-2011 годах он занимал пост губернатора Калифорнии. После отставки он вернулся к съемкам в кино.

  • Картину Бэнкси продали за 12 миллионов долларов

    Картина уличного художника Бэнкси под названием «Devolved Parliament», высмеивающая британский парламент, ушла с молотка за рекордные 9,9 миллиона фунтов стерлингов (около 12,2 миллиона долларов). Об этом сообщает Esquire со ссылкой на сайт аукционного дома Sotheby’s.

    Картина под названием «Devolved Parliament» высмеивает британский парламент: на ней изображены шимпанзе, заседающие в палате общин. Картина была написана в 2009 году.

    Торги продолжались 13 минут. Итоговая цена полотна в пять раз превысила оценочную стоимость и установила новый рекорд стоимости для работ Бэнкси. Предыдущий был установлен в 2008 году — картина «Незапятнанность» была продана за 1,9 миллиона долларов.

    Покупатель остался неназванным. Имя продавца тоже неизвестно — на сайте Sotheby’s лишь сообщается, что он купил картину у самого художника в 2011 году.

    «Рекордная цена на картину Бэнкси установлена сегодня вечером на аукционе. Жаль, что она мне уже не принадлежала», — так прокомментировал новость сам художник.

    Название «Devolved Parliament» можно перевести как «Скатившийся парламент». В нем содержится игра слов: в английском языке словосочетание devolved parliament используется для обозначения автономных законодательных собраний Шотландии, Северной Ирландии и Уэльса, которым парламент Великобритании делегировал часть своих полномочий.