Month: October 2019

  • Vilayət Eyvazovdan yeni – TƏYİNAT

    Tovuz Regional Mühafizə İdarəsinə yeni rəis təyin edilib.

    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polkovnik-leytenant Əsgərov Elçin Adil oğlu bu vəzifəyə gətirilib.

    E.Əsgərov bundan əvvəl Tovuz Rayon Rolis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini işləyib.

    Qeyd edək ki, Tovuz Regional Mühafizə İdarəsinin rəisi, polkovnik-leytenant Seymur Sadıqov bir müddət əvvəl Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə rəis təyin olunub.
    /oxu.az/

  • Tərtər sakinini qətlə yetirən şəxslər saxlanılıb

    Median.Az xəbər verir ki, oktyabrın 2-i gecə saat 2 radələrində Tərtər rayonunun Sarov kəndində, kənd sakini Z.Kərimovun qətlə yetirilməsi barədə DİN “102-Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

    Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə Sarov kənd sakini C.Kərimovun və Kəngərli kənd sakini Z.Abbaszadənin qisas və tamah məqsədi ilə Z.Kərimovu bıçaqla qətlə yetirmələri müəyyən edilib.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Abbaszadə və C.Kərimov saxlanılıblar.

    Tərtər rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • “Qarabağ” “Düdelanj”la oyunda hesabı açıb – YENİLƏNİB

    UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində növbəti oyuna çıxan “Qarabağ” “Düdelanj”la oyunda hesabı açıb.

    Median.Az report-a istinadən xəbər verir ki, Abdullah Zubir qarşılaşmanın 11-ci dəqiqəsində Ağdam təmsilçisini hesabda önə çıxarıb – 1:0.

    ***

    UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində “Düdelanj” (Lüksemburq) və “Qarabağ” komandaları arasında oyun başlayıb.

    Median.Az report-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ın qonağıdır.

    Azərbaycan təmsilçisi “Jozi Bartel” stadionunda baş tutan matça Filip Ozobiç və Xayme Romerosuz çıxıb. Hər iki yarımmüdafiəçi zədəlidir.

    Bu görüş “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdardır. Qırx yeddi yaşlı mütəxəssis 2008-ci ildən rəhbərlik etdiyi komanda ilə 100-cü avrokubok matçına çıxır.

  • Komitə sədri: GMO məhsulların Azərbaycana gətirilməsi qadağandır

    Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycanda səfərdə olan BMT-nin İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver ilə görüşüb.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, E.İbrahimov bildirib ki, Azərbaycana genetik modifikasiya olunmuş (GMO) məhsulların idxalı qadağan edilib.

    “Azərbaycanda yalnız ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edilir”, – deyə E.İbrahimov bildirib.

    BMT-nin İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver qeyd edib ki, Azərbaycanın neft və qaz sahəsindən sonra kənd təsərrüfatının inkişaf etdirilməsini qarşıya məqsəd qoyması sevindirici haldır.

  • Известного рэпера-азербайджанца покалечили в Казахстане – ФОТО

    Популярный российский дуэт Hammali&Navai (Александр Алиев и Наваи Бакиров) выступили в Алматы в качестве хедлайнеров концерта, собрав 18 тысяч зрителей, однако без неприятных инцидентов не обошлось, передает Median.Az со ссылкой на Toppress.kz.

    Еще во время выступления Наваи Бакиров признался, что немного приболел, и попросил зал подпевать, с чем публика справилась весьма успешно. Да и сами музыканты, несмотря на самочувствие, спели все свои хиты вживую.

    После концерта Бакиров поделился еще одной подробностью выступления.

    «Мало того, что я очень сильно заболел, но и когда мы уходили со сцены в Казахстане, я сказал: «Казахстан, мы вас любим», и мне прилетает в голову что-то такое сильное и разбивает мне голову. Спасибо», – сказал Наваи Бакиров в сториз в своем Instagram.


    Информацию о плохом самочувствии Наваи подтвердил его коллега по дуэту.

    «Теперь теряем Наваи, тоже заболел. Здоровье нас подвело, поэтому нам нужна от вас максимальная поддержка», – написал Александр Алиев истории в своем Instagram с кадрами, на которых Бакирову врачи собираются измерить давление.


    В 2018 году альбом дуэта Hammali&Navai «Janavi» стал самым прослушиваемым альбомом ВКонтакте, композиции «Пустите меня на танцпол» и «Ноты» – в 10-ке самых прослушиваемых ВКонтакте в прошлом году. Другие хиты – «Девочка-война», «Как тебя забыть» вместе с хитами 2018 года узнаваемы и любимы публикой, их постоянно крутят на радио и активно слушают в интернете.

  • “Maşın”da qruplaşmanın başçıları açıqlandı – FOTO (YENİLƏNİR)

    “Maşın”da SMS səsverməsinə çıxarılan müğənni Fuad Musayev xanımların təzyiqi ilə üzləşib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bir neçə kişi iştirakçının dəıstəyini alan Fuad Musayev adınlar tərəfindən təklənib. Demək olar ki, şouda kişi-qadın mübarizəsi başlayıb. Kəmalə Piriyeva Fuad Musayevin fikrini dəyişəcəyini bəhanə edərək, öz pərəstişkalarından Ayan Atakişiyevaya dəstək istəyib.

    ***

    Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın” realiti şousunun “Maskarad” adlı 18-ci sürətininin ikinci gecəsi start götürüb.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, iştirakçılar bu dəfə müğənni Fuad Musayevi SMS səsverməsinə çıxarıblar. ilk dəfə “Maşın”da işiotrak etdiyini deyən müğənni hədəfinin xanımlardan olacağını istisna etməyib.

    Qısa müddət sonra isə müğənni Fuad Musayev öz hədəfini açıqlayıb. O, səs yığacağı təqdirsdə, Ayan xanımı şoudan kənarlaşdıracağını bildirib.

    “Mən açıq oyun oynamaq istəyirəm, hədəfim də Ayan Babakişiyevadır. Ayan qruplaşmanın başında durur”.

    Babakişiyeva isə Musayevin onun adını çəkəcəyini gözləmədiyini deyib. “Ağlıma da gəlməzdi ki, bu gün mənim adım çəkiləcək. Düşünürdüm ki, onun üçün ən son pillədə ola bilərəm. O ki qaldı qruplaşmağa, burada qruplaşmanın başında Aqşin Fateh durur, mən yox”.

  • İnterpol azərbaycanlı terrorçunu axtarır – FOTO

    İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, terror qruplaşması ilə əməkdaşlıqda təqsirli bilinən, 1981-ci il təvəllüdlü Elşad Mahmudov barəsində Rusiya hüquq-mühafizə orqanları cinayət işi başlasa da, təqsirləndirilən şəxs istintaqdan yayınıb.

    Məhkəmə E.Mahmudovun barəsində həbs qətimkan tədbiri seçdikdən sonra o İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.

  • Ален Делон вновь появится на экранах после перерыва в 10 лет

    Актер Ален Делон после десятилетнего перерыва вновь снялся в кино. Об этом сообщает Le Figaro.

    Стало известно, что Делон появится на большом экране в фильме “Полное сходство”. Картина выйдет в прокат во Франции 27 ноября.

    Отмечается, что этот фильм станет первым после длительного перерыва в актерской карьере Алена Делона, который недавно перенес инсульт. Последней его актерской работой была роль Цезаря в фильме 2008 года “Астерикс на Олимпийских играх”.

    Сообщается, что на съемках “Полного сходства” актер провел лишь один день, но был очень рад возможности снова погрузиться в мир кино. В новой картине о мире телевидения он сыграет самого себя.

  • Tanınmış müğənni evindən oğurluq edən Səbinəni bağışladı: “Onu həbs etməyin”

    Tanınmış müğənni Fuad Musayev evindən oğurluq edən şəxsi bağışlayıb.

    Median.Az xəbər verir ki, müğənni bir neçə şəxslə əlbir olaraq evini qarət edən Səbinə Atakişiyevanı əfv edib.

    O “Maşın şou”nun canlı efirində bu haqda danışıb: Onu qadın olmasına və anasının üzr istəməsinə görə bağışlayıram. Xahiş edirəm, onu tutmayın”

    Xatırladaq ki, ötən həftə Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan estrada müğənnisi Fuad Musayevə məxsus mənzildən içərisində 1800 ABŞ dollar olan seyf oğurlanıb

    Hadisə vaxtı Rusiyada olan müğənni oğurluq faktı ilə bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Bolis Bölməsinə (PB) müraciət edib.

    Səbail RPİ-in Cinayət Axtarış Şöbəsi və 8-ci PB əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.

    Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib.

    Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyev evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.

    Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədi ilə orada qazaraq basdırıb.

    Həmin seyf polislər tərəfindən basdırıldığı yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.

    Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib və o, hazırda probasiya nəzarətində cəzasını çəkir.//azxeber.com

  • Mingəçevirdə polis mayorunu yaralayan şəxslər tutuldu

    Oktyabrın 2-də saat 19 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşı, polis mayoru R.Məmmədov 20 Yanvar küçəsində ictimai qaydanı pozan iki nəfərə yaxınlaşaraq onları intizama dəvət edib.

    Azxeber.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, onlardan biri tabeçilik göstərməyərək R.Məmmədova bıçaqla yüngül xəsarət yetirib. Sonra hər iki şəxs hadisə yerini tərk ediblər.

    R.Məmmədov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

    Polis əməkdaşına xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sadıqov və onunla birgə olan həmyerlisi N.İsmayılov Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.