Month: October 2019

  • İcra başçısı marketdə növbə gözləyir — FOTO

    Mingəşçevir şəhər icra başçısı İlham İsmayılov alış-veriş edərkən görüntülənib.

    Median.Az-ın ölkə.az-a istinadən xəbərinə görə, foto icra başçısının marketlərdən birində kassa növbəsində gözlədiyi zaman çəkilib.

    Onun digər insanların növbəsini pozmadan sıravi vətəndaşlar kimi öz növbəsini gözləməsi sosial şəbəkədə təqdir edilib.
    Qeyd edək ki, İlahm İsmayılov Prezident İlham Əliyevin 17 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

  • Fədayə Laçının televiziyada ilk çıxışı — 1998-ci ilin VİDEOSU

    Müğənni Fədayə Laçının televiziyada ilk çıxışının görüntüləri yayılıb.
    Median.Az
    xəbər verir ki, AzTV-nin ilk rejissorlarından olan Nazim Zeynalovun sosial şəbəkədə paylaşdığı kadrlar 1998-ci ildə çəkilib.

    Sənətçi xalq artisti Ofeliya Sənaninin aparıcısı olduğu “Gəl, səhərim” verilişində qonaq olub. Həmin verilişdən olan arxiv videonu təqdim edirik.

  • Lənkəran sakini kəsici alətlə özünə xəsarət yetirib

    Lənkəran şəhərində usta ehtiyatsızlıqdan ağır xəsarət alıb.

    Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bədbəxt hadisə şəhərin Şəhidlər xiyabanı küçəsində baş verib.

    1978-ci il təvəllüdlü Murad Ağazadə oğlu Əliyev öz evində çalışan zaman istifadə etdiyi laqonda alətinin diski sınıb və o, sifətindən yaralanıb. Təcili tibbi yardım xidməti ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralının hazırda vəziyyəti ağır qiymətləndirilir.

    Qeyd edək ki, M.Əliyev usta kimi fəaliyyət göstərir. Faktla bağlı araşdırma aparılır.

  • Vilayət Eyvazovdan yeni – TƏYİNAT

    Bərdə Rayon Polis Şöbəsinə yeni bölmə rəisi təyin edilib.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Rauf Heydərov Bərdə Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinə rəis təyin olunub.

    R.Heydərov bu vəzifəyə qədər Lənkəran Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsində əməliyyat müvəkkili işləyib.

  • Эльман Бабаев назначен на должность

    Заслуженный журналист Азербайджана Эльман Бабаев назначен на должность в Бакинском инженерном университете.

    Как передает Median.Az, он возглавил новый отдел по связям с общественностью.

    Отметим, что в университете были осуществлены изменения с целью усиления работы по пропаганде. Пресс-служба вуза была упразднена и на ее базе создан новый отдел.

    Э.Бабаев работал в газетах “Каспий”, “Азербайджанский учитель”, информационном агентстве Trend. Кроме того, журналист долгие годы руководил структурами по связям с общественностью в государственных органах.

    Э.Бабаев был удостоен звания “Заслуженный журналист” согласно распоряжению Президента Ильхама Алиева от 15 июля 2015 года.

  • Vladimir Zelenski Ukrayna xalqına müraciət edib

    Ukrayna Prezidenti Vladimir Zelenski “Ştaynmayer formulu”na qarşı etiraz aksiyası keçirənlərə video müraciət edib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, V.Zelenski müraciətində etiraz edən Ukrayna vətəndaşlarının konstitusiya hüquqlarını tanıdığını bildirib və Ukraynanı təslim etməyə hazırlaşmadığını söyləyib.

    “Hər bir vətəndaşın etiraz hüququna hörmət edirəm. Sizi eşidirəm və inanın, heç vaxt Ukraynanı təslim etməyəcəyəm. Eyni zamanda hamıdan xahiş edirəm ki, vəziyyətə sakit və diqqətlə yanaşsın və bəzi insanların manipulyasiyalarına və təxribatlarına yol verməsinlər. Həqiqətən də sizlərdən istifadə etmək istəyirlər, onların siyasi təqiblərinin qurbanına çevrilməyin və cinayət məsuliyyətindən yayının”, – deyə V.Zelensi müraciətində vurğulayıb.

    Ukrayna Prezidenti əlavə edib ki, “Normand formatı” çərçivəsində keçiriləcək görüşdə Donbasın statusuna dair hər hansı sənəd imzalanmayacaq. Donbasın statusu haqqında qanun 2019-cu il dekabrın 31-nə qədər qüvvədədir. “Donbasın statusu haqqında yeni qanun isə Ukrayna ictimaiyyətinin birgə müzakirəsi ilə hazırlanacaq. Ukraynanın milli maraqlarından kənar hər hansı hadisə baş verməyəcək”, – deyə V.Zelenski deyib.

    Onun sözlərinə görə, Fransa, Almaniya və Rusiya liderlərinin iştirakı ilə keçiriləcək “Normand formatı” görüşündə Donbasda müharibənin dayandırılması müzakirə ediləcək. “Donbasda tam atəşkəs bərpa edilməlidir və xarici ölkələrin ordusu vəziyyətə nəzarət etməlidir. Mənim mövqeyim dəqiq və aydındır, bu bütün ukraynalıların mövqeyidir. Biz hamımız başa düşürük ki, Donbas Ukraynanındır. Ukrayna Luqansk və Donbas “xalq respublikalarının” nümayəndələri ilə hər hansı saziş imzalamayacaq”, – deyə V.Zelenski qeyd edib.

    Xatırladaq ki, Almaniyanın sabiq Xarici İşlər naziri Frank-Valter Ştaynmayer 2015-ci ildə Ukraynanın cənub-şərqindəki münaqişə ilə bağlı təklif irəli sürüb. Həmin təklifə görə, Donbas regionuna orada növbədənkənar seçkilər keçirilən gün xüsusi status veriləcək. Ukrayna münaqişənin nizamlanmasına dair “Ştaynmayer formulu”na razılıq verib. Bundan sonra Ukraynanın bir çox bölgələrində, o cümlədən paytaxt Kiyevdə etiraz aksiyaları keçirilir.

  • Qubada alma oğruları tutuldu – FOTO

    Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da gecə saatlarında Harun Abdullayevə məxsus bağ sahəsindən ümumi çəkisi 1 ton olan 40 yeşik alma məhsulunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

    Araşdırmalarla onların Əliməmmədoba kənd sakinləri Mahir Gəncəliyev, Zahid Niftəliyev, Rüstəm Şıxməmmədov və Zülfüqar Feyzullayev olduqları müəyyən edilib. Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları meyvələri Z.Niftəliyevə məxsus nəqliyyat vasitəsi ilə Xaçmaz rayonuna apardıqlarını və orada yerləşən bazarda ucuz qiymətə satdıqlarını bildiriblər.

    Faktla əlaqədar Quba RPŞ-də cinayət işi açılıb. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

  • Çində bir qəzada 17 avtomobil toqquşub, azı 10 nəfər ölüb

    Çinin şərqindəki Anhoy əyalətində magistral yolda baş vermiş yol qəzası nəticəsində azı 10 nəfər ölüb, daha yeddi nəfər xəsarət alıb.

    Median.Az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası Benbu şəhər nəqliyyat polisinin açıqlamasına istinadən məlumat yayıb.

    17 avtomobilin iştirak etdiyi avtoqəza G36 sürət avtomagistralında (Nankin – Loyan) qeydə alınıb. Qəzaya səbəb dumanlı hava şəraiti və görmə qabiliyyətinin zəif olması göstərilir.

    Polisin məlumatına görə, doqquz nəfər hadisə yerində keçinib, daha bir nəfər sonradan xəstəxanada ölüb. Yol qəzasında xəsarət alan 7 nəfər xəstəxanaya yerləşdirilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

  • Десять человек погибли при ДТП с 17 автомобилями в Китае

    По меньшей мере 10 человек стали жертвами серии ДТП на скоростной трассе в восточной китайской провинции Аньхой в четверг, еще семеро пострадали. Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщает Центральное телевидение Китая.

    Сразу несколько столкновений с участием 17 автомобилей произошли рано утром на одном из участков скоростной трассы G36 (Нанкин – Лоян). Причиной ДТП стала плохая видимость из-за тумана. Согласно данным полиции, девять человек скончались на месте, еще один пострадавший умер позже в больнице. Семеро получивших травмы в результате ДТП находятся на лечении в больнице, их состояние оценивается как стабильное.

    Движение на трассе полностью восстановлено.

  • Ana şəkillə oğlunun ölümcül xəstəliyini aşkarladı

    İngiltərənin Norfolk qraflığının sakini oğlunun fotoşəklində ölümcül xəstəlik əlaməti aşkarlayaraq həyatını xilas edib. Bu barədə “The Sun” xəbər verir.

    33 yaşlı Steysi Deklerk Broudi adlı altı aylıq oğlunun şəkillərinə baxarkən sağ göz bəbəyində ağ bir parıltı görüb. Həyəcanlanan ana bunun nə olduğuna dair internetdə məlumat axtarmağa başlayıb:

    “Bütün materiallar xərçəngə işarə edirdi, amma mən başqa səbəb tapmağa çalışırdım. İnanmaq istəmirdim. Sonda qərara gəldim ki, bu sadəcə adi işıq əksetməsidir”.

    Bir müddət sonra oğlunun görməsində çətinlik yarandığından Deklerk onu həkimə aparıb. Norvic şəhərindəki xəstəxanada uşağın gözünü analizlər və ultrasəs müayinəsinə göndəriblər. Müayinənin nəticələrinə görə həkimlər xəstənin retinoblastoma – göz bəbəyinin bədxassəli şişi xəstəliyinə tutulduğunu deyiblər. Bir həftə sonra həkimlər diaqnozu təsdiqləyən rentgen də ediblər.

    Həkimlər Broudinin xəstəliyinin təhlükəli mərhələdə olduğunu deyiblər. 60% ehtimala görə uşağın gözü çıxarıla bilərdi. Cərrahlar alternativ variant kimi kimyaterapeya tətbiq etməyi məsləhət görüb.

    Xəstə uşaq London xəstəxanasına göndərilib və üç seans kimyaterapiya tətbiq ediblər. Üçüncü seansda uşağın vəziyyəti ağırlaşsa da, həkimlər vəziyyəti stabilləşdirə biliblər. Sonda terapiyanın müsbət nəticələri özünü göstərməyə başlayıb.

    İndi Broudi beş yaşına qədər mütəmadi olaraq tibbi müayinələrdən keçməlidir.