Month: October 2019

  • Həkimdən Naibə Allahverdiyavaya: “Yaşamaq istəyirsənsə…” – VİDEO

    ARB TV-nin “Elgizlə İzlə” verilişinin aparıcısı Elgiz Əkbər xalq artist Naibə Allahverdiyevadan müsahibə alıb.

    Median.Az xəbər verir ki, vətənə qayıdan xalq artisti səhhəti ilə bağlı ilk dəfə danışıb:

    “Dünyada ən önəmli nemət can sağlığıdır. Qalan şeylər boşdur. Türkiyədə zəlzələ olanda orada idim. Klinikadan təzə gəlmişdim. Yoldaşım mətbəxdə idi. Evdə pəncərənin kənarında dayanmışdım. Gördüm ki, yer ayağımın altından bir sağa, bir sola getdi. Fikirləşdim, bəlkə qan təzyiqim qalxıb. Sonra çilçırağın yelləndiyini gördüm. Yoldaşım gəlib dedi ki, Naibə, qorxma. O an şok oldum, yerimdə dondum. Artıq özümdə deyildim. Onsuz da səhhətim yaxşı deyildi. Bura gəldim, amma elə bilirəm hər an zəlzələ olacaq. Özümün çox zəif hiss edirəm. Beynimlə əlaqədar 6 aydan sonra təkrar MRT-yə getməliyəm. Beynimdə damarlar daralır. Səbəbi isə stresdir. Həkim dedi ki, əgər yaşamaq istəyirsənsə stressdən uzaq olmalısan. Yoxsa beynimdəki ocaqlar böyüyə bilər. Teatr üçün çox darıxıram”.

  • Bakıda bu küçənin sakinlərinə sevindirici xəbər – FOTO

    Yasamal rayonu, Zərgərpalan küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılan təmir işləri yekunlaşıb.

    AAYDA-dan Trend-ə verilən məlumata görə, təmir işləri küçənin 750 metrlik hissəsini əhatə edib.

    Hərəkət hissəsinin eni ortalama 6 metr olan küçə boyu aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri bərpa olunub.

    Vətəndaşların rahat və təhlükəsiz şəkildə küçənin kənarı ilə hərəkətini təmin etmək məqsədi ilə, küçə boyu hər iki tərəfdə piyada səkiləri bərpa olunub, kənarlarına 1500 paqon-metr yeni səki daşları düzülüb.

    “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Asfaltlanma işləri ümumilikdə 5 min kv.m-ə yaxın sahəni əhatə edib.

    Bundan başqa, aparılan təmir-tikinti işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri layihə hündürlüyünə qaldırılıb, baxış qapaqları yenilənib.

    İşlərin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə yol qısa müddət ərzində yenidən vətəndaşların istifadəsinə verilib.

  • Bakıda çoxmərtəbəli binada yanğın olub – FOTO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu C.Naxçıvanski küçəsində hündürmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

    FHN-dən verilən xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.//Baku.ws

  • Bakıda kişi arvadını qısqandığı üçün qətlə yetirdi, özünü də öldürmək istədi

    Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Median.Az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası oktyabrın 4-nə təyin edilib.

    Hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında, binanın arxasında baş verib. Həmin ərazidə Təranə Novruzova əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.

    Əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu arvadına iki güllə vurduqdan sonra özünü güllələmək istəyib. Lakin silah əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb.

    Kişi yaralı şəkildə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, həyatını xilas etmək mümkün olub.

    Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

    İlkin ehtimallara görə, kişi qadını qısqanclıq zəminində qətlə yetirib. Qətli törətməzdən əvvəl Z.Novruzov spirtli içki qəbul edibmiş.

  • Arif Quliyev: Serialda hər çəkiliş gününə 100 manat alıram

    Serialdan aldığım aylıq 800 manat qonorar məni qane edir.

    Median.Az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Arif Quliyev son vaxtlar aktyorların aldıqları qonorarların az olması məsələsini şərh edərkən deyib.

    Arif Quliyev serialda bir dəfə çəkilmək üçün 100 manat aldığını bildirib:

    “Aldığım qonarar məni qanə edir. Son olaraq çəkildiyim serialda həftədə iki dəfə olmaqla çəkilirdim və hər bir çəkilişə görə 100 manat alırdım. Bu isə aylıq 800 manat deməkdir.

    Ümumiyyətlə, özümü reklam etmirəm. Ən başlıca amil sənətkarın yalnız sənətini görməsidir. Əgər evimi, maşınımı, bağımı göstərsəm, artıq mən sənətkar deyil, biznesmen adlandırılmalıyam. Bizim qazancımız xalq sevgisidir. O da daşınmaz əmlak kimi xərclənmir. Mən tamaşaçı məhəbbətinə görə bu yerdəyəm. Onların çörəyini yeyirəm”.

    Son olaraq serialda doqquz ay çəkildiyini deyən Xalq artisti hazırda təkliflər aldığını da bildirdi:

    “Səhhətimlə əlaqədar olaraq təklifləri qəbul edə bilmirəm. Ancaq təklif olunan yumoristik iki ssenaridən hansını bəyənsəm, onda çəkiləcəyəm. Çünki yaşıma görə hər rolda çəkilə bilmərəm. Hər şeyi nəzərə almaq lazımdır. İnsanları maraqlandıran və diqqət cəlb edə bilən yumoristik ssenarilər olmalıdır. Düzdür, yaxşı ssenarilər olsa da, seçim etmək lazımdır. Son vaxtlar seriallarımız baxılır. Hazırda rəqabət dövrüdür.

    Gənclərin çəkdiyi serialları və filmləri bəyənirəm. Düzdür, xoşu gəlməyən və müsbət qiymətləndirməyənlər az deyil. Bu onların öz fikridir. Zövqlər müxtəlifdir. Məndə xainlik, paxıllıq hissi yoxdur. Hər şeyə yaradıcı yanaşmaq lazımdır. Pis bir şeyi o saat baltalamaq olmaz. Ümid edirəm ki, yaxşı ssenarilər yazılacaq. Biz yaşlı nəsil də həmin filmlərdə və seriallarda çəkiləcəyik”.

    Arif Quliyev əlavə edib ki, rejissorlar məsləhət bilmədiyi üçün illərlə filmlərdə və seriallarda çəkilməyib:

    “Kino və teatr sahəsində inkişaf var. Teatrlarda yeni əsərlər qoyulur. Həmçinin, özəl teatrlar da çox yaxşı fəaliyyət göstərir.

    Ümumiyyətlə, aktyorların seriallarda oynaması rejissordan asılıdır. O əsər üçün kimi münasib bilirsə, onu da çəkir. Çünki indi azad yaradıcılıq məkanıdır. Rejissora kimisə məcburi şəkildə çəkməyi demək olmaz. Elə olub ki, illərlə filmlərə və ya seriallara çəkilməməmişəm. İnanın ki, heç bir narazılığım olmayıb. Əgər məni məsələhət görməyiblərsə, deməli düz ediblər. Niyə özümü sırımalıyam? Əgər ona verilən rol zəifdirsə, o zaman aktyor müdaxilə edə bilər. Aktyor tələb edə bilməz. Bütün səlahiyyət rejissordadır”.

  • Мехрибан Алиева с дочерьми в Лагиче – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева с дочерьми Лейлой Алиевой и Арзу Алиевой отправились в Исмайыллинский район.

    Первый вице-президент прогулялась по поседку Лагич, побеседовала с местными жителями, сфотографировалась с ними.

    Снимки разместила на своей странице в Instagram вице-президент Фонда Гейдара Алиева Лейла Алиева.








  • Mehriban Əliyeva qızları ilə Lahıcda – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qızları Leyla Əliyeva və Arzu Əliyeva ilə birlikdə İsmayıllı rayonuna gedib.

    Birinci vitse-prezident Lahıc qəsəbəsini gəzərək, sakinlərlə söhbət edib, fotolar çəkdirib.

    Fotoları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Instagram” səhifəsində yayımlayıb.








  • Nazirlik şadlıq saraylarının sahiblərinə müraciət etdi

    Restoran və şadlıq saraylarından havaya atılan tullantıların azaldılması, normalara cavab verməsi üçün artıq onların 95 faizində təmizləyici qurğular quraşdırılıb. Lakin paytaxtda “tüstüləməyə” davam edən restoranlara hələ də rast gəlinir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Report-a bildirib ki, bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı Nazirliyə də şikayətlər daxil olub:

    “Mütəxəssislərimiz tərəfindən restoranlarda təkrar monitorinqlər aparılıb və məlum olub ki, bəzi restoranlarda təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında texniki xidmət göstərilmədiyindən, filtrlər vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Bu da sakinlərin haqlı narazılığına səbəb olur.

    Qurğulara vaxtında texniki xidmətin göstərilməsi, filtrlərin vaxtaşırı təmizlənməsi üçün obyekt sahiblərinə xəbərdarlıqlar edilib, icrası məcburi olan “məcburi göstəriş”lər verilib. Təmizləyici qurğuların quraşdırılması ilə iş bitmir. Restoran sahibləri bilməlidirlər ki, qurğulara vaxtında texniki xidmət göstərilməli, filtrləri də vaxtında təmizlənməlidir. Filtrlərin təmizlənməsi nə çətin işdir, niyə bunu vaxtında etmirlər?”

    Nazirliyin sözçüsü şadlıq saraylarının sahiblərini filtrlərin vaxtında təmizlənməsini təmin etməyə çağırıb:

    “Hələlik məhərrəm ayıdır, toyların olmamasını nəzərə alaraq qurğulara texniki xidmət göstərilməsini, filtrlərin vaxtında təmizlənməsini təmin etsinlər və sakinlərə, vətəndaşlarımıza diskomfort yaratmasınlar”.

  • İlham Əliyev bu şəxslərə fəxri adlar verdi

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adı verilir:

    Abdullayev Şaban Bəşir oğlu

    Abdullayeva Lalə Sabir qızı

    Abışov Nasim Əjdər oğlu

    Ağacanov Hörmət Camirzə oğlu

    Ağayeva Esmira Azər qızı

    Axundov Qədir Bəhlul oğlu

    Alışov Alış Musa oğlu

    Alıyeva Ulduzə Qədir qızı

    Bağırova Səhnə Novruzəli qızı

    Bayramov Zakir Gülbala oğlu

    Bayramova Məryət Abdurəhman qızı

    Dadaşov Məhəbbət Vahub oğlu

    Ellazov Fazil Cavad oğlu

    Əfəndiyeva İradə Ağaəli qızı

    Əfəndiyeva Yeganə Cavanşir qızı

    Əhədova Aybəniz Babaxan qızı

    Əhmədova Səidə Sabir qızı

    Əhmədova Şükufə Qəşəm qızı

    Ələkbərov Azər Fikrət oğlu

    Əliyev Hacıağa Yaqub oğlu

    Əliyev Nazir Səlim oğlu

    Əliyeva Nigar Kamil qızı

    Əliyeva Səmagül Əsgər qızı

    Əlizadə Sevda Cavanşir qızı

    Əsgərli Sevda Yadulla qızı

    Əsgərov Valeh İsa oğlu

    Əzimzadə Yaqut Mustafa qızı

    Fərzəliyev Yusif Xanlar oğlu

    Fəttahova Lətifə Hacı qızı

    Hacıyev Eyvaz Mirhüseyn oğlu

    Hacıyeva Elmira Cəfər qızı

    Hacıyeva Əsmər Əskər qızı

    Heydərova Yulduz Fərrux qızı

    Həsənov Əlipənah Sultanağa oğlu

    Həsənova Ərkinaz Paşa qızı

    Həsənova Nazənin Rza qızı

    Hüseynov Rahim Həsən oğlu

    Hüseynova Sevinc Tahir qızı

    İbadova Bibixanım Orucəli qızı

    İsayeva Eliza Barat qızı

    İsmayılov Pənah İsmayıl oğlu

    İsmayılov Yaşar Sahib oğlu

    İsmayılova Mafizə Balabəg qızı

    Qurbanova Nəzmiyyə Həmzə qızı

    Mahmudov Vaqif Həsən oğlu

    Mahmudova Cəmilə Tapdıq qızı

    Məmmədov Rövşən Kamil oğlu

    Məmmədova Sevinc Muxtar qızı

    Məmmədova Zübalə Rza qızı

    Möhsümova Aybəniz İlyas qızı

    Musayev Mahmud Musa oğlu

    Mustafayeva Fatma Xəlil qızı

    Mustafayeva Nailə Tahir qızı

    Ramazanova Almaz Ziyad qızı

    Rəhimov Kamran Osman oğlu

    Rüstəmova Saçlı Tahir qızı

    Sadıqov Əli Bəhrəm oğlu

    Salmanov Çingiz İsa oğlu

    Seyfullayeva Jalə Adəm qızı

    Səfərova Gülnarə Sabir qızı

    Səlimova Arzu İzzətulla qızı

    Süleymanova Fatimə Hüseynbala qızı.

  • Azərbaycanda yeni pul nişanları tədavülə buraxıldı

    Azərbaycan Mərkəzi Bankı tərəfindən nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanları tədavülə buraxılıb.

    Median.Az
    -ın Mərkəzi Banka istinadən məlumatına görə, yubiley pul nişanlarının çəkisi 1 troy unsiyası – 31.1 qr. (+ 0.1 qr.), diametri isə 38.61 mm. təşkil edir.

    Pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.

    Mərkəzi Bankçılığın 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində iqtisadi inkişafı təcəssüm etdirən parabola xətlərinin fonunda Azərbaycan Mərkəzi Bankının inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası təsvir olunub.

    Arxa tərəfində isə Azərbaycan Dövlət Gerbi, Azərbaycan manatının simvolu və eləcə də milli naxış və ornamentlər təsvir olunub.

    Azərbaycan Dövlət Neft Fondunun 20 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində Fondun inzibati binasının təsviri, loqosu, azərbaycan və ingilis dillərində “Azərbaycan Respublikası Dövlət Neft Fondu” və “20 il” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, aypara və eləcə də milli naxış və ornamentlər təsvir edilib.

    Yubiley pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.