Month: October 2019

  • Vilayət Eyvazov keçmiş polis rəisinə vəzifə verdi

    Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

    Median.Az Report-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Etibar Balakişiyev Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, E.Balakişiyev Gəncə Şəhər Baş Polis İdarəsinin və Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin keçmiş rəisi, mərhum polis general-mayoru Rasim Musayevin qohumudur.

  • BŞBPİ: Polis əməkdaşlarının sürücüdən rüşvət alması ilə bağlı yayılan videogörüntülər araşdırılır

    Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxda polis əməkdaşlarının sürücüdən rüşvət alması ilə bağlı sosial şəbəkədə yayılan videogörüntülərə münasibət bildirib.

    BŞBPİ-nin Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, İdarə yayılan videogörüntülərdən məlumatlıdır.

    Qeyd edilib ki, hazırda araşdırma aparılır, təfərrüatları ilə bağlı məlumat veriləcək.

    Xatırladaq ki, sosial şəbəkədə yayılan məlumata görə, Bakı şəhəri, Ziya Bünyadov küçəsində polis əməkdaşı sürücünü cərimə yazmaq üçün saxlayıb. Daha sonra sürücü polis avtomobilinə əyləşib, digər polis əməkdaşı ilə nəsə danışıb. İddia olunur ki, polis əməkdaşları cərimə yazmaq əvəzinə rüşvət alıb və sürücünü yola salıb.

  • Toyda qonaqlar bir-birini yandırdılar – VİDEO

    Toyda olan qonaqlar növbə ilə bir-birinin başını likörlə isladaraq yandırıb və spirtli içki qəbuluna davam ediblər.

    Şahidlərdən biri tərəfindən çəkilən video “Daily Mail” tərəfindən yayımlanıb.

    Kadrlardan köynək və qalstukda olan kişilərin dəyirmi masa ətrafında toplaşdıqları görünür. Saçı yanan qonaqlardan birincisi kokteyl içdikdən sonra digər qonağın saçına od vurur. Sonra isə alovu bir stəkan su ilə söndürür. Hər “iştirakçı” eyni şeyi edir və estafeti özündən sonrakına ötürür. Şahidlər baş verənləri anbaan videoya çəkib və yanğını söndürməyə kömək ediblər.

    Təhlükəli “oyun”un videosu sosial şəbəkələrdə sürətlə yayılıb. İzləyicilər bu cür hərəkətlərin ağır nəticələr verə biləcəyinə dair şərhlər veriblər.

  • Azərbaycanda 6111 nəfər IIV-ə yoluxub, kişilərin sayı daha çoxdur

    “2018-ci ilin sonuna olan məlumata əsasən, Azərbaycanda 6111 nəfər IIV-ə yoluxmuş insan var. Onların 4320-si kişi, 1791-i qadındır”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlamlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbirdə çıxış edən “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdiyeva bildirib.

    Onun sözlərinə görə, həmin şəxslərin 43,8 faizi inyeksiyon narkotik istifadəsi nəticəsində bu virusa yoluxub.

    Dünyada IIV infeksiyası ilə yaşayan 37,9 milyon insanın olduğunu xatırladan Y.Abdiyeva əlavə edib ki, bir çox insanlar ya ictimai qınaqdan, yaxud da maddi imkansızlığını əsas gətirərək IIV-ə görə müayinədən keçmir. Halbuki ilkin diaqnoz xəstəliyin müalicəsi üçün mühüm rol oynayır.

    Y.Abdiyeva bildirib ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromu İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsidir:

    “QİÇS xəstəliyi zamanında aşkarlanmasa və müayinə olunmasa, sonda ölümlə nəticələnir. İnsanlar arasında ölüm riskinin azaldılması üçün maariflənməyə böyük ehtiyac var. QİÇS-in profilaktikası hər bir insanın şəxsi işi olmalıdır. Bunun üçün isə məlumatlılıq artmalı və insanlar öz sağlamlığının qeydinə qalmalıdırlar . Bu məqsədlə “Sağlamlığın Qorunması” İctimai Birliyi “QİÇS-ə birlikdə qalib gələk” devizi altında aksiya keçirir. Aksiyanın məqsədi gənclərin QİÇS-ə qarşı məlumatlılığını artırmaq və ilkin müayinənin həyat üçün əhəmiyyətini izah etməkdir”.

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Ata Babayev deyib ki, ali təhsil müəssisələri arasında belə bir aksiya ilk dəfə bu universitetdə keçirilir.

    Gənclərin sağlamlığının dövlətimiz üçün çox vacib olduğunu nəzərə çatdıran prorektor gənclərə özlərini zərərli infeksiyalardan qorumağı tövsiyə edib.

    Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Qənirə Paşayeva deyib ki, sağlamlığın qorunması üçün insan ilk növbədə özü özünün həkimi olmalıdır.

    Onun sözlərinə görə, gənclər sağlamlıqlarını qorumaq üçün maarifləndirici aksiyalarda, tədbirlərdə iştirak etməkdə maraqlı olmalıdırlar. Gənclər öyrəndikləri tibbi bilikləri ətrafdakılara da öyrətməlidirlər:”Tibbi biliklərlə bağlı internetdə kifayət qədər məlumatlar var. Bu biliklər həm gənclərin özlərinin, həm də yaxınlarının sağlamlığının qorunmasına kömək edər. Gəlin, QICS-lə mübarizədə birlikdə olaq.

    Biz QIÇS və digər yoluxucu xəstəliklərlə mübarizədə səbəbləri araşdırmalıyıq və onları aradan qaldırmalıyıq”.

    Milli Məclisin deputatı Sona Əliyeva bildirib ki, bu gün dünyada QICS-lə bağlı həyəcan təbili çalınır:”Azərbaycanda da minlərlə insan IIV və QICS-in daşıyıcısıdır. Bu gün IIV virusuna bərbər yanında saç kəsdirdikdə də, pedikür və manikür etdikdə də , tibb işçisi iynə vurduqda da yoluxmaq olar. Buna görə də insanlar yoluxma mənbələri haqqında çox məlumatlı olmalıdırlar ki, virusdan qoruna bilsinlər”.

    S.Əliyeva deyib ki, ölkədə insanların sağlamlığının qorunması üçün dövlət tərəfindən tədbirlər həyata keçirilsə də, insanlar özləri də sağlamlıqlarına etinasız yanaşmamalıdırlar.

    Həkim Afət Məmmədli deyib ki, beynəlxalq tələblər insanlar arasında QICS-ə görə müayinənin məcburi tətbiq edilməsinə imkan vermir:”Düzdür, mən bu gün QICS-ə görə müayinənin məcburi olmasının tərəfdarıyam. Amma beynəlxalq tələblərdə bu, insan hüquqlarının pozulması kimi dəyərləndirilir. Buna görə də bu gün yalnız hamilə qadınlar və xəstəxanaya yerləşdirilən xəstələr məcburi qaydada QICS-ə görə müayinədən keçirilir”.

    Səhiyyə Nazirliyi Respublika QIÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Dilşad Mahmudov deyib ki, QICS yalnız tibbi problem deyil. Buna görə də o na qarşı mübarizədə yalnız tibb işçiləri deyil, bütün əhali iştirak etməlidir:”Bu infeksiya sosial əhəmiyyətli infeksiyon xəstəlikdir. Ondan qorunmaq üçün sağlam həyat tərzi keçirmək, zərərli vərdişlərdən uzaq olmaq lazımdır”.

    Qeyd edək ki, tədbirdə gənclər QIÇS-ə görə müayinədən də keçiblər.

  • Murad Dadaşov: “Neft sənin deyil, neft dövlətindir – VİDEO

    Xalq artisti Murad Dadaşovun “Popumuz var” verilişində dediyi sözlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

    Xalq artisti neft haqqında maraqlı fikir irəli sürüb. O sovet dövrü ilə kapitalizmi müqayisə edərək deyib:

    “Qərb ölkələrində varlı insanlara qarşı nifrət yoxdur. Bu nifrət ancaq sosializm ölkələrində görə bilərsiz. Bilirsiz nə ilə bağlıdır, Sovet dövrün rejimi kalxoz idi. Hamının nəyi var idisə, ortalığa qoyurdu. Bir nəfər kalxoz sədri seçilirdi və özünəməxsus şəkildə davam edirdi. İndi isə düşünürlər ki, eyni hüquqa malik idik necə oldu siz qabağa keçdiz. Bundan isə nifrət yaranır. Kimsə varlanırsa, kiminsə pulunu qazanmır. Amma Sovet dövründə hamı bir-birinin pulunu qazanırdı.

    Bəzən deyirlər neft sənindir, mənimdir. Neft dövlətindir. Onlara demək lazımdır, sən bu neft üçün nə etmisən. Sən də istedadını göstər keç önə.”

    Həmin kadrları təqdim edirik:

  • Bakıda məhkum onu ziyarətə gələn arvadını bıçaqlayıb? – AÇIQLAMA

    Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov 7 saylı cəzaçəkmə müəssisəsində məhkumun həyat yoldaşını bıçaqlaması ilə bağlı yayılan məlumatı təkzib edib.

    Mehman Sadıqov oxu.az-a açıqlamasında məlumatın doğruluğunu yoxladığını, ancaq təsdiqlənmədiyini bildirib.

    Qeyd edək ki, bəzi KİV-lərdə 38 yaşlı məhbus Ramin Bayramovun görüş zamanı həyat yoldaşı, 33 yaşlı Elmira Bayramovanı döydüyü və ona bıçaq xəsarətləri yetirdiyinə dair xəbər yayılıb.

    M.Sadıqovun sözlərinə görə, ər-arvad arasında münaqişə ehtimal olunsa da, nəticədə, heç bir ciddi nəticə hadisə baş verməyib.

  • Saatlıda təcili yardım maşını “Mercedes”lə toqquşdu

    Saatlıda təcili tibbi yardım maşını qəzaya uğrayıb.

    Hadisə Saatlı-İmişli-Beyləqan-Bəhramtəpə magistral yolunun Əlisoltanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Saatlı Rayon Mərkəzi xəstəxanasının təcili yardım maşınının sürücüsü Vaqif Heydərov çağırışa gedən zaman Naxçıvan sakini, 1994-cü il təvəllüdlü Əhmədov Nihad Xudaverdi oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə toqquşub.

    Nəticədə xəsarət alan “Mercedes”in sürücü Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı N.Əhmədovun yuxulu olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az/

  • Ильхам Алиев: Для нас Россия – важнейший партнер, друг, добрый сосед

    Для меня большая честь принять участие в работе Валдайского дискуссионного клуба, который сегодня является важнейшей международной площадкой для обсуждения глобальных актуальных вопросов современного мироустройства. И конечно, благодарю за эту встречу.

    Как говорится в сообщении, размещенном на официальном сайте Кремля, об этом на встрече с Президентом России Владимиром Путиным заявил Президент Азербайджана Ильхам Алиев.

    Переговоры глав государств состоялись на полях Международного дискуссионного клуба “Валдай”, заседание которого проходит сегодня в Сочи.

    “Как Вы отметили, мы уже какое-то время не встречались, точнее – четыре месяца. Это достаточно большой срок, учитывая интенсивность наших контактов. В прошлом году между нами было проведено четыре встречи, и эти встречи играют очень позитивную роль, придают хороший импульс, заряд развитию наших отношений, которые мы характеризуем как отношения стратегических партнеров”, – сказал И.Алиев.

    Глава государства отметил позитивную динамику в торгово-экономической сфере.

    “Товарооборот растет – и в прошлом году, и в этом году. По нашим данным, до августа уже где-то более 20%. И реализация “дорожных карт”, которые мы с Вами утвердили, приведет, конечно, к более тесному взаимодействию, интеграции и сотрудничеству во всех сферах.

    Для нас Россия – важнейший партнер, друг, добрый сосед. Мы очень дорожим этими отношениями. Уверен, сегодняшняя дискуссия будет хорошим вкладом в дальнейшее развитие наших связей.

    Спасибо еще раз за приглашение”, – сказал Президент Азербайджана.

  • İlham Əliyev: Rusiya Azərbaycan üçün əhəmiyyətli tərəfdaşdır

    Ötən il bizim aramızda dörd görüş keçirildi. Bu görüşlər bizim əlaqələrimizin inkişafında çox müsbət rol oynayır. Hansı ki, biz bunu strateji partnyorlarımızın münasibətləri kimi xarakterizə edirik.

    Bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.

    Azərbaycanın dövlət başçısı iki ölkə arasında ticarət və iqtisadi sahədə müsbət dinamikanın olduğunu bildirib.

    “Həm ötən il, həm də bu il əmtəə dövriyyəsi artıb. Əldə etdiyimiz məlumatlara görə, avqust ayında bu rəqəm 20 faizdən çox olub. Bizim təsdiqlədiyimiz “yol xəritələrinin” icrası bütün sahələrdə daha sıx qarşılıqlı əlaqəyə, inteqrasiyaya və əməkdaşlığa səbəb olacaq”, – deyə Prezident İ.Əliyev əlavə edib.

    Dövlət başçısı bildirib ki, Rusiya Azərbaycan üçün əhəmiyyətli tərəfdaş, dost və yaxşı qonşudur:

    “Biz bu əlaqəni yüksək qiymətləndiririk. Əminəm ki, bugünkü müzakirə əlaqələrimizin daha da inkişafına yaxşı töhfə verəcək”.

  • В Барде “ВАЗ 2107” врезался в дерево, погибли 2 человека

    Как сообщает Median.Az, в ночь на 3-е октября в селе Соганвердилар Бардинского района автомобиль марки “ВАЗ 2107”, управляемый жителем Агджабединского района И.Агаевым врезался в дерево.

    В результате дтп водитель и 3 пассажира с травмами различной степени тяжести были помещены в больницу, из них пассажиры –
    Эмин Мамедов и Эльгюн Керимов скончались.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.