Month: October 2019

  • В Агдашском районе сдана в эксплуатацию реконструированная автомобильная дорога – ФОТО

    В Агдашском районе сдана в эксплуатацию реконструированная автомобильная дорога Голгати-Дехнехалил-Гошаговаг-Арабоджагы.

    Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в церемонии открытия автомобильной дороги, передает Азертадж.

  • Bəyə toyunda medal təqdim edildi – FOTO

    Dünən Ağstafa rayonunun Qırılı kəndində qələbəlik yaşanıb. Kənd sakini İltifat Bəhrəmovun bayraqlarla bəzədilmiş həyətində qurulan toy mağarına toplaşmış kənd sakinləri, qohumlar, yaxınlar, Müdafiə Nazirliyinin rəsmiləri, eləcə də müharibə veteranları, qazilər, mülki libas geyinmiş hərbi qulluqçular Aprel döyüşlərinin iştirakçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Abuzər Bəhrəmovu toy günü münasibətilə təbrik edib, atasına və nənəsinə gözaydınlığı veriblər. Vətənpərvərlik mahnı və şeirləri səslənib, hərbi qulluqçularla kənd cavanları qara zurnanın sədaları altında qol-qola verərək yallı halayına qoşulublar. Bu toy ordu ilə xalqın mənəvi birliyinin əsl nümayişinə çevrilib.

    Baku.ws Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mağar toyunun ən yaddaqalan hadisəsi isə bəyə üçüncü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təqdim edilməsi olub.

    Müdafiə Nazirliyinin rəhbərliyinin bəylə gəlinə səmimi təbrikini çatdıran Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, bu gün bəy kürsüsündə əyləşən silahdaşımız Azərbaycan Ordusunun nümunəvi əsgərlərindən olan Abuzər Bəhrəmovdur. O, İkinci Dünya müharibəsindən qayıtmayan babasının adını daşıyır. Abuzər də babası kimi könüllü əsgər gedib. 2016-cı ilin Aprel döyüşlərində həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi iştirak edib. Talış zirvəsinə zəfər bayrağımızın sancılmasında onun da payı var. O, əsgərliyini başa vurduqdan sonra rəhmətlik anası Qəribə müəllimənin xeyir-duası ilə yenidən Azərbaycan Ordusuna qayıdıb və bundan sonrakı həyatını da Vətənə xidmət peşəsinə həsr edib. Xüsusi kurslar keçib, təlimlərdə peşəkarlığını artırıb və təcrübəli tankçı kimi yetişib.

    Nəzərə çatdırılıb ki, bir neçə ay öncə əsgər A.Bəhrəmov həyatını təhlükəyə ataraq tank mərmisinin atımının partlayışı nəticəsində baş vermiş yanğının daha da güclənməsinin qarşısının alınmasında fəal iştirak etmiş və ağır dərəcəli yanıq xəsarətləri almasına baxmayaraq sonadək yoldaşlarına yardımçı olmuşdur. Ağır vəziyyətdə olan əsgər hərbi tibbi helikopter ilə dərhal Bakıya çatdırılmış və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının peşəkar və təcrübəli tibb mütəxəssislərinin səyi nəticəsində ölümün pəncəsindən xilas edilmişdir.

    Sonra Müdafiə Nazirliyinin rəsmisi Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu A.Bəhrəmovun Azərbaycan Respublikasının Prezidenti adından təltif olunduğu medalı alqış sədaları altında bəyə təqdim edib.
    Saz musiqisinin sədaları altında görkəmli şair Davud Nəsibin “Torpaq” şeiri səsləndirilib.

    Azərbaycan Yazıçılar Birliyi Qazax filialının rəhbəri, Əməkdar İncəsənət xadimi, şair-publisist Barat Vüsal “Yarama torpaq tökün” şeirini bəylə-gəlinə ərməğan edib.

    Hərbi qulluqçular adından çıxış edən zabitlər Rasim Manafov, Elsevər Əhmədov və başqaları yeni ailə həyatı quran gənclərə xoşbəxtlik arzulayıblar.
    Bəyin atası İltifat Bəhrəmov və Həqiqət nənə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

  • Qızının cinsi azlıq olduğunu öyrənən ana dəhşətə gəldi – VİDEO

    Bakıda qızının cinsi azlıq olması ilə barışmayan ana efirə gələrək imdad diləyib.

    Median.Az xəbər verir ki, Reyhan adlı qadın evdən gedən 21 yaşlı qızının geri qayıtmasını istəyib.

    1998-ci il təvəllüdlü Rəfiqə anasının etdiyi çağırışa səs verərək efirə gəlib. O, ailəsindən psixoloji təzyiq gördüyü üçün evdən getdiyini deyib.

    Söhbət zamanı onun lesbi olduğu məlum olub. Rəfiqə fərqli olduğunu və öz həyatını yaşamaq istədiyini bildirərək anası ilə getmək istəməyib. Onu qəbul etməyən ailəsi hətta ona özünü öldürməyi təklif edib.

    “Ana, mən beləyəm, məni belə qəbul edin! Özünüzü düşündüyünüz qədər məni də düşünün. Biabır olduğunuzu düşündüyünüz qədər məni də düşünün”, – yazaraq, Rəfiqə anasına məktub qoyub.

    Ana qızının fərqli olması ilə barışmadığını deyib: “Allah onu bu cür gözəl yaradıb, axı niyə oğlan kimi geyinsin, niyə saçını oğlan kimi kəsdirsin? Onu çevrəsi dəyişdirdi”.

  • Azərbaycan Fransaya nota verib

    Azərbaycan Fransaya nota verib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

    Bildirilib ki, oktyabrın 28-də Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.

    Görüşdə Fransa səfirinə bu ölkənin Overn-Ron-Alplar Regional Şurasının sədri Loran Vokyenin ötən həftə Yerevana etdiyi səfər zamanı Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılan qondarma qurumun “xarici işlər naziri” Masis Mayılyan ilə görüşərək onunla “birgə bəyannamə” imzalaması ilə bağlı etiraz notası təqdim edilib.

    Bəyanatda əksini tapmiş çağırışlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə zərbə vurur və onun formatının dəyişdirilməsinə dair işğalçı Ermənistanın mövqeyinə dəstək ifadə edir.

    Fransa Respublikasının inzibati məhkəmələrinin bu ölkənin bir sıra bələdiyyə və regional qurumları tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki “hakimiyyət qurumları” ilə imzalanan qeyri-qanuni “saziş”lərin ləğv olunmasına dair qərarlar qəbul etdiyi fonda bu cür “birgə bəyannamə”nin imzalanması, o cümlədən Fransadakı erməni lobbisinin təxribatçı səyləri nəticəsində baş verir.

    Xatırladırıq ki, Fransanın yerli hakimiyyət orqanlarının qondarma rejim ilə imzaladığı bu cür qeyri-qanuni “sənədlər” Azərbaycan və Fransanın milli qanunvericiliyi, xüsusilə də Fransa Konstitusiyasının 73-cü maddəsi, “Ərazi Vahidləri Ümumi Məcəlləsi”nin maddələri və 24 may 2018-ci il tarixində Daxili İşlər və Avropa və Xarici İşlər nazirləri tərəfindən imzalanmış sirkulyar sənədin müddəalarına ziddir.

    Avropa İttifaqının aparıcı ölkələrindən və ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransada yerli və regional hakimiyyət orqanları tərəfindən bu cür qanunsuz “sənədlər”in imzalanmasının davam etdirilməsi bu dövlətin qərəzsiz vasitəşilik roluna kölgə saldığı və Aİ-nin digər üzv ölkələrinə mənfi nümunə olduğu Fransa diplomatına qəti şəkildə bildirilib.

    Fransa səfirinin diqqəti bu arzu olunmayan tendensiyalara yönəldilərək ondan ölkəsinin XİN-i qarşısında məsələyə müdaxilə etməsi və Azərbaycan tərəfinə izahat verilməsi istənilib.

    Fransa səfiri Z.Qross, öz növbəsində, yerli və bələdiyyə orqanlarının bu kimi çıxışlarının heç bir hüquqi qüvvəyə malik olmadığını və Fransa hökumətinin mövqeyini əks etdirmədiyini bildirib. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Fransa dövlətinin mövqeyinin prinsipial və dəyişməz olduğunu vurğulayıb. Fransa səfiri L.Vokyenin Yerevana etdiyi səfəri proqramının Fransa hökuməti tərəfindən dəstəklənmədiyini, onun qondarma qurumun nümayəndəsi ilə görüşünün səfərin rəsmi hissəsi bitdikdən sonra baş verdiyini və bu zaman Fransanın Yerevandakı səfirinin təmsil olunmadığını bildirib.//report.az

  • Bakıda 46 yaşlı kişi küçədə ölümcül bıçaqlandı

    Bakı sakini küçədə bıçaqlanıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.

    Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanının qarşısında naməlum şəxs Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1973-cü il təvəllüdlü Əzizov Vasif Tofiq oğluna döş qəfəsinin sol tərəfindən, sol çiyinindən, sağ və sol əl nayihələrindən çoxsaylı bıçaq zərbələri endirib.

    Yaralı küçədə ağır vəziyyətdə aşkar edilərək 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Əməliyyat edilsə də, komatoz vəziyyətdə olduğundan dindirilməsi mümkün olmayıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

    Hazırda hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi araşdırılır.

  • Qaranlığın aydın simalarının bir günü – VİDEO

    Qaranlığın təmizləyicisidir onlar. Məhz onların sayəsində hər səhər oyandıqda şəhərimizi təmiz və səliqəli görürük.

    Biz gecələr yuxunun ən şirin saatlarından zövq alarkən bu insanlar süpügələrini götürüb şəhərin dörd bir tərəfinə yayılaraq, təmizliyə başlayırlar.

    Şəhər isə gündüzlər qədər sakit və təhlükəsiz olmur hər zaman.

    Gözünüzü yumun və bir anlıq gecənin ən soyuq saatlarında, buz kimi havada onların yerində işlədiyinizi düşünün? Siz öhdəsindən gələ bilərsinizmi? Təsəvvür etmək belə soyuqdur deyilmi?

    Amma qəhrəmanlarımız hər ilin soyuq qış aylarında təbiətin sərt üzü ilə qarşı-qarşıya qalırlar. İş zamanı kənardan nə qədər xoşbəxt görünsələr belə arzuladıqları həyat bu deyil.

    Bu zəhmətkeş qadınlar indi bütün çətinliklərə yalnız bir şey üçün dözürlər. Özlərinin yaşadıqları bu çətinlikləri övladlarının da yaşamamaları üçün.

    Amma onların bizdən gileyləri də var.

    Gecədən başlayan iş yavaş-yavaş sona çatır. Hər bir işçi təyin edilən ünvana qayıdaraq süpügələrini təhvil verib öz evlərinə qayıdırlar.


    Məqsədimiz bəzən kənardan o qədər də fikir vermədiyimiz bu insanların bir gününü sizə göstərmək idi.

    İndi onların həqiqətən qaranlığın aydın simaları olduğunu anladınızmı?//oxu.az

  • Sumqayıtda oğul anasını xəstəxanalıq edib

    Sumqayıtda 56 yaşlı qadın övladı tərəfindən döyülüb.

    Median.Az “Report”a istinadən səbər verir ki, hadisə Corat bağlarında qeydə alınıb.

    Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Gəncəliyeva Xalidə Qənimət qızı yaşadığı Corat bağlarında öz oğlu tərəfindən döyülüb. Qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Генпрокуратура подала протест на решение о сокращении срока заключения водителю

    В некоторых средствах массовой информации и социальных сетях распространена информация об освобождении по решению суда от уголовной ответственности Сабира Талыблы, из-за грубого нарушения которым правил дорожного движения и эксплуатации транспортных средств за рулем автомобиля марки «Mazda» (99-BD-702) 18-го января этого года на территории Сабаильского района погибла Лала Садайзаде.

    Как сообщили Oxu.Az в пресс-службе Генпрокуратуры, в ходе расследования выяснилось, что решением Сабаильского районного суда С.Талыблы был признан виновным по статье УК 263.2 (нарушение лицом, управляющим автомобилем, трамваем либо другим механическим транспортным средством правил дорожного движения или эксплуатации транспортных средств, повлекшее по неосторожности смерть потерпевшего) и приговорен к 5 годам и 2 месяцам лишения свободы с лишением права вождения транспортных средств на 2 года, а решением Уголовной коллегии Бакинского апелляционного суда от 25 июня 2019 года назначенное С.Талыблы наказание в виде 5 лет и 2 месяцев лишения свободы было сокращено до 4 лет и 6 месяцев с отбыванием наказания в исправительном учреждении участкового типа.

    Генпрокуратура не согласилась с вышеуказанным решением Уголовной коллегии Бакинского апелляционного суда и подала кассационный протест в Уголовную коллегию Верховного суда Азербайджанской Республики.

    Судебное рассмотрение по уголовному делу назначено на 13 ноября 2019 года.

  • Elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkəti bərpa olundu – CƏDVƏL

    Oktyabrın 29-dan etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunacaq.

    “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır.

    Qeyd edək ki, 26 avqust 2019-cu ildən Sabunçu dəmir yolu stansiyasının ərazisindəki avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edirdi.//Baku.ws

     

    Bakı – Sabunçu   Sabunçu – Bakı
    Qatar
    №-si
    Bakıdan getmə
    vaxtı
    Keşlə pl.
    çatma vaxtı
    Keşlə pl.
    getmə vaxtı
    Koroğlu pl.
    çatma vaxtı
    Koroğlu pl.
    getmə vaxtı
    Bakıxanov  pl.
    çatma vaxtı
    Bakıxanov  pl.
    getmə vaxtı
    Sabunçu st.
    çatma vaxtı
    Qatar
    №-si
    Sabunçu st.
    getmə vaxtı
    Bakıxanov  pl.
    çatma vaxtı
    Bakıxanov  pl. getmə vaxtı Koroğlu pl.
    çatma vaxtı
    Koroğlu pl.getmə vaxtı Keşlə pl.
    çatma vaxtı
    Keşlə pl.
    getmə vaxtı
    Bakıya
    çatma vaxtı
    6031 0655 0659 0700 0703 0704 0707 0708 0710 6032 0720 0722 0723 0726 0727 0730 0731 0735
    6033 0755 0759 0800 0803 0804 0807 0808 0810 6034 0820 0822 0823 0826 0827 0830 0831 0835
    6035 0840 0844 0845 0848 0849 0852 0853 0855 6036 0905 0907 0908 0911 0912 0915 0916 0920
    6039 0930 0934 0935 0938 0939 0942 0943 0945 6040 0955 0957 0958 1001 1002 1005 1006 1010
    6041 1630 1634 1635 1638 1639 1642 1643 1645 6042 1655 1657 1658 1701 1702 1705 1706 1710
    6043 1730 1734 1735 1738 1739 1742 1743 1745 6044 1755 1757 1758 1801 1802 1805 1806 1810
    6045 1830 1834 1835 1838 1839 1842 1843 1845 6046 1855 1857 1858 1901 1902 1905 1906 1910
    6047 1920 1924 1925 1928 1929 1932 1933 1935 6048 1945 1947 1948 1951 1952 1955 1956 2000
    6049 2030 2034 2035 2038 2039 2042 2043 2045 6050 2055 2057 2058 2101 2102 2105 2106 2110

     

  • “Gedib-gəlib mənim yaşıma ilişirlər, ayıb deyil?!” – Qocaman deputatlardan ETİRAZ

    Prezident İlham Əliyev oktyabrın 21-də Baş Nazirin müavinləri Əli Həsənovla Hacıbala Abutalıbovu pensiyaya yola salarkən yaşı 70-i ötmüş vəzifə sahiblərini istefa mədəniyyəti göstərməyə çağırıb.

    Ölkə başçısı 71 yaşlı Əli Həsənovla və 75 yaşlı Hacıbala Abutalıbova Nazirlər Kabinetinin tərkibinə nisbətən cavan kadrların cəlb olunacağını xatırladıb.

    “…daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraicətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”, – İlham Əliyev vurğulayıb.

    Əli Həsənovun və Hacıbala Abutalıbovun ardınca AMEA-nın 85 yaşlı prezidenti Akif Əlizadə də vəzifədən ayırlması ilə bağlı istefa ərizəsi yazıb.

    Ardınca 81 yaşlı akademik Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postundan azad edilib.

    Yaşlı məmurlarla bağlı məsələ neçə gündür sosial şəbəkələrdə əsas müzakirə mövzusudur. Bu müzakirələrdə bəziləri yaşlılara qarşı az qala savaş açıb…

    Hətta iş o yerə çatıb ki, seçkili orqan olan Milli Məclisdə yaşlı deputatların növbəti dəfə parlamentdə təmsil olunmamaq məsələsi də gündəm olub.

    Ancaq ümumi kütlənin ardınca getməyənlər də az deyil. Bəziləri düşünür ki, bu cür çağırışlar işləmək imkanı olan yaşlı deputatlara qarşı kobud səhvdir. Digər tərəfdən, deputat məmur deyil və o, seçkili orqanda təmsil olunur.

    Median.Az Modern.az-a istinadla xəbər verir ki, yaşlı deputatların məsələyə mövqeyi öyrənilib.

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 72 yaşlı sədri Hadı Rəcəbli bildirib ki, deputat olan yaşlı insanlara bu formada yanaşma doğru deyil:

    “Cənab prezidentin də elan etdiyi kimi, yaş məsələsi icra strukturlarına daha çox aiddir. Olur ki, fiziki imkanları məhdud olan insanlar işləyə bilmirlər. Təbii ki, yaşı keçmiş və işləmək imkanı olmayan adamlar işdən çıxmaqla bağlı özləri qərar qəbul etməlidir. Bu, mütləq şəkildə olmalıdır. Cənab prezidentimiz də bununla bağlı mesaj göndərib. Ancaq o demək deyil ki, bu, deputatlara da aid olsun.

    Məsələn, parlamentdə Ziyad Səmədzadə, Arif Rəhimzadə və digərləri var ki, işləməyi bacaran insanlardır. Bu insanların işləmək üçün fiziki və əqli gücləri yerindədir. Sözüm odur ki, deputatlara yaşlarına görə bu formada yanaşma doğru deyil. Bütün cəmiyyətlərdə ağsaqqallar həmişə olub. Din xadimləri belə, həmişə yaşlı insanlar olub. Qərarları həmişə yaşlı insanlar verib. Mən də gənc olmuşam və bu gün gənclərin tərəfdarıyam. Cavanlıq məktəbini keçməyən sabah ağsaqqal ola bilməz.

    Bunlara da xüsusi yer ayrılmalıdır. Belə bir təcrübə var ki, dünyada deputatların 1,7%-i 30 yaşına qədərdir. Dünya statistikasında parlamentin orta yaşı 57-dir. Rusiya parlamentində orta yaş 49-dur. Rusiya dumasında 82 yaşında da deputatlar var. Hesab edirəm ki, bunu yanlış anlamamalıyıq. Cənab prezidentin də dediklərində böyük həqiqət var. Gənclərin təmsil olunmasına şərait yaradılmalıdır. Yaşlı insanlar ömür boyu vəzifədə oturmayacaq ki!”.

    Milli Məclisin 82 yaşlı deputatı Ağacan Abıyev bildirib ki, yaşlı insanları ələ salmaq olmaz:

    “Mənimlə elm və idman haqqında danışmaq lazımdır. Axı mənim yaşımın çox olmasından kimə nə var?! Mən idmançı adamam. İş qabiliyyətim də var. 70 ildir ki, elm və idmanın içindəyəm. Parlamentdə nə qədər işləmək gücündə olan deputatlar var. Məgər onlar pis işləyir?! Ona görə də bu cür insanları ələ salmaq olmaz. Gedib-gəlib mənim yaşıma ilişirlər. Ayıb deyil?! Hər kəs qocalıq yaşına çatacaq”.

    Milli Məclisin 72 yaşlı deputatı Madər Musayevin sözlərinə görə, bütün yaşlı kadrları hədəf götürmək doğru deyil:

    “Elə insanlar var ki, onların işləmək gücü var. Əgər bir insan işləmək gücündədirsə, onun yaşını qabartmağa ehtiyac yoxdur. Bir insan özündə işləməyək qabiliyyətini hiss edirsə, işləyir. Və ya kimsə işləmək gücündə deyilsə, niyə işləsin ki?! Digər məsələ bir insanın özbaşına işə qəbul olunmaması ilə bağlıdır. O, işə götürüldüyü kimi işdən də çıxarıla da bilər. Bu cür məsələlər rəhbərliyin məsləhətindən asılıdır. Yaşlı deputatlara gəlincə, gələn il seçkilər olacaq. Bu il 69 yaşı olanın gələn il 70 yaşı olacaq. Bəlkə kimsə deputat olmaq istəməyəcək?!”.