Month: October 2019

  • Микаил Джаббаров провел первую встречу в качестве министра экономики

    Министр экономики Микаил Джаббаров встретился с генсеком Конференции ООН по торговле и развитию Мукисой Китуи.

    Об этом сообщили в Министерстве экономики.

    Сообщается, что на встрече состоялся обмен мнениями о сотрудничестве в торгово-экономической и других сферах между Азербайджаном и ООН, перспективах взаимодействия, а также по ряду других вопросов, представляющих обоюдный интерес.

  • Saxta diplomlar hazırlayan dəstə üzvləri saxlanıldı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatların tərkib hissəsi kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində bu sahədə hüquqi və instusional baza daha da təkmilləşdirilmiş, eləcə də təhsil sahəsinin mühüm istiqamətlərindən biri olan ali və orta-ixtisas təhsil müəssisələrinə tələbə qəbulu proseduru tamamilə şəffaf və obyektiv meyarlar əsasında keçirilməklə beynəlxalq standartlar səviyyəsinə çatdırılmışdır.

    Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, bəzi hallarda ayrı-ayrı şəxslər və ya belə şəxslərdən ibarət təşkilatlanmış qruplar tərəfindən vətəndaşların məlumatsızlığından, inam və etibarından sui-istifadə etmə yolu ilə müəyyən pul məbləğləri müqabilində onların Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən kənar mövcud qanunvericiliklə nəzərdə tutulmuş prosedurlara zidd vasitələrlə müxtəlif təhsil müəssisələrinə qəbul edilmələri və təhsilin tamamlanmasını təsdiq edən sənədlərlə təmin edilmələrinə dair yalan vədlər verilərək vətəndaşların aldadılmasına yönəlmiş qanun pozuntuları hallarına da rast gəlinir ki, belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatları ilə əlaqədar, müvafiq məhkəmə qərarları əsasında Gəncə və İsmayıllı şəhərlərində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən kənar ali və orta-ixtisas müəssisələrini qəbul olmaq hüququ verən, habelə bu növ təhsil müəssisələrində təhsilin tamamlanmasını təsdiq edən rəsmi sənədlərin saxtalaşdırması, qanunsuz hazırlaması və satışı ilə məşğul olan bir qrup Azərbaycan Respublikası vətəndaşının qanunsuz əməlləri ifşa olunmuşdur.

    Belə ki, həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışa qədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Məmmədov Ələddin Hətəm oğlu və həmin kafedrada laborant vəzifəsində işləyən Qasımov Elmir Müzadil oğlunun Gəncə Dövlət Universitetində xidməti otaqlarında aparılmış axtarış zamanı 37 nəfər ayrı-ayrı şəxslərin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri aşkar olunaraq götürülmüşdür.

    Bundan başqa, “İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-nin sabiq direktoru Hümbətov Tofiq Mürşüd oğlunun xidməti otağında, sonuncuya məxsus şəxsi avtomobilində axtarış zamanı 62 ayrı-ayrı şəxslərin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları, vətəndaşların şəxsiyyət vəsiqələri, onların surətləri, bankomat kartları və sair sənədlər aşkar olunaraq götürülmüşdür.

    Eyni zamanda əməliyyat-istintaq qrupu tərəfindən sözügedən cinayətkar qrupun üzvü olan İmamquliyev Azər Vaqif oğlunun Gəncə şəhərində yaşadığı ünvanda aparılmış axtarış zamanı Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Gəncə, Qazax və Naxçıvan filialları, həmin İnstitutun Ümumi şöbəsi, Gəncə şəhəri Təsərrüfat Hesablı Məişət Xidməti Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnalogiyalar kolleci, Azərbaycan Kooperasiya Universiteti, Mingəçevir şəhər kadr hazırlığı və ixtisasartırma məktəbi, Gəncə Elm-Təhsil Mərkəzi Yeyinti Sənaye İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, o cümlədən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunun saxta möhürləri aşkar edilərək götürülmüşdür.

    Həmçinin, həmin ünvanda axtarış zamanı aşkar edilən saxta sənədlərin hazırlanması zamanı istifadə olunan rəngli printer, möhürlərin hazırlanması üçün xüsusi çanta, 1 ədəd “LG” markalı monitor, 1 ədəd “Raimb” markalı prosessor, 5 ədəd ali təhsil haqqında diplomun üzlükləri, 2 ədəd orta və texniki təhsil haqqında diplomun üzlükləri, 2 ədəd yaddaş daşıyıcısı və sənədlərin saxtalaşdırılmasında istifadə edilən digər alət və vasitələr götürülmüşdür.

    Baş İdarə tərəfindən qeyd edilən ünvanlarda aparılmış axtarışlar nəticəsində toplanmış ilkin sübutlarla, habelə aparılmış ayrı-ayrı istintaq hərəkətləri ilə müəyyən edilmişdir ki, Məmmədov Ələddin Hətəm oğlu Gəncə Dövlət Universitetinin kafedra müdiri vəzifəsində işləyərkən həmin kafedranın laborantı Qasımov Elmir Müzadil oğlu, tanışları İmamquliyev Azər Vaqif oğlu, “İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-nin sabiq direktoru Hümbətov Tofiq Mürşüd oğlu və istintaqla şəxsiyyətləri araşdırılmaqda olan başqa şəxslərlə sabit cinayətkar qrup yaradaraq aralarında cinayətkar məqsədlərinə uyğun ciddi vəzifə bölgüsü aparmışlar.

    Cinayətkar qrup üzvləri arasında aparılmış bölgü ilə Ələddin Məmmədov ayrı-ayrı şəxslərin adlarına ali və orta-ixtisas təhsil müəssisələrində təhsil almalarını təsdiq edən saxta diplomların hazırlanmasının sifariş verilməsi və bunun müqabilində pul vəsaitlərinin qəbul edilməklə, dəstə üzvləri arasında bölüşdürülməsi, Tofiq Hümbətov ali və orta-ixtisas təhsil müəssisələrinə qəbul olunmaq və ya bu növ təhsil müəssisələrinin diplomlarını almaq niyyətində olan şəxslərin axtarılıb tapılması, onlardan pul vəsaitlərinin yığılması, Azər İmamquliyev və Elmir Qasımov hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz hazırlanması, hazırlanmış saxta sənədlərin sifarişçilərə çatdırılması funksiyalarını icra etmiş, habelə cinayətkar qrupun digər üzvləri də oxşar funksiyaları yerinə yetirərək bu üsulla ayrı-ayrı şəxsləri aldatma və onların etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçirmişlər.

    Belə ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, Ələddin Məmmədovun rəhbərlik etdiyi cinayətkar qrupun üzvləri rəsmi sənəd olan Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filiallarında təhsilə dair diplomların məzmununa bilə-bilə yalan məlumatlar daxil edib qanunsuz hazırlayaraq həqiqi diplom kimi təqdim etməklə, Biləsuvar rayon sakini Vidadi Babayevin yaxın qohumu Hikmət Babayevin həmin ali təhsil müəssisələrindən birinə tələbə kimi qəbul edilməsinə yalandan vəd verərək buna görə Vidadi Babayevə məxsus 5 min 850 manat məbləğində pul vəsaitini ələ keçirmişlər.

    Həmçinin, qeyd edilən mütəşəkkil dəstə üzvləri eyni niyyətlə Bakı şəhər sakini Mövlud Cəfərovun yaxın qohumu Şahin Cəfərlinin Xarkov Mülki Müdafiə Akademiyasının diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etdirməklə buna dair rəsmi şəhadətnamənin alınmasına köməklik göstərilməsinə yalandan vəd verərək, Şahin Cəfərlinin adına olan diplomun Təhsil Nazirliyində təsdiq olunmasına dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdikləri rəsmi sənəd olan saxta şəhadətnaməni qanunsuz hazırlayıb Mövlud Cəfərova təqdim etmişdir. Bundan sonra Şahin Cəfərlinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə idarəsində işə düzəldəcəklərinə inandıraraq bütün bu qanunsuz xidmətləri qarşılığında Mövlud Cəfərova məxsus 15 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib öz aralarında bölmüşlər.

    Aparılmış istintaqla həmçinin müəyyən edilmişdir ki, sözügedən mütəşəkkil dəstə üzvləri cinayətkar niyyətlərinə uyğun olaraq Tərtər rayon sakini Müseyib Aslanovun yaxın qohumu Qaratel Aslanzadənin Gəncə Dövlət Universitetinə ali təhsil alması üçün tələbə qismində qəbul olunmasında qəbul etdirəcəklərini yalandan vəd verərək, Müseyib Aslanova məxsus 3 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib öz aralarında bölmüşlər.

    Mütəşəkkil dəstə halında etdikləri həmin qanunsuz hərəkətləri ilə qeyd edilən şəxslərin rəsmi sənədləri saxtalaşdırmaqla vətəndaşlara qarşı dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən olunduğundan Ələddin Məmmədov, Azər İmamquliyev, Elmir Qasımov və Tofiq Hümbətov təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən törədildilməklə dələduzluq), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə), 320.1 (hüquq verən və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma) və 320.2-ci (Cinayət Məcəlləsinin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

    Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

    Eyni zamanda, bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri hərəkətlərin davam etdirilməsi təmin ediləcəkdir.

  • Dörd il ölmüş atasına mesaj yazdı, aldığı cavabdan şoka düşdü

    ABŞ-ın Arkanzas ştatında yaşayan 23 yaşlı Kastiti Patterson dörd il əvvəl atasını itirib.

    O tarixdən etibarən yas saxlayan gənc qız atası ilə arasındakı bağın qopmaması üçün hər gün onun köhnə nömrəsinə mesaj yazmağa başlayıb.

    Patterson atasının ölümünün dördüncü ildönümündən bir gün əvvəl hər zamankı kimi mesaj yazıb: “Sabah mənimçün çox çətin gün olacaq”.

    Ancaq bu dəfə proses fərqli olub və o mesajına cavab alıb. Belə ki, atasının nömrəsini işlətməyə başlayan Brad adlı adam ona qızını qəzada itirdiyini söyləyərək duyğusal mesaj göndərib.

    O, Pattersona mesajları sayəsində ayaqda qaldığını və bu illər ərzində səbsizliklə hər səhər “Günaydın” mesajını gözlədiyini, bu təsadüfün Allaha inamını artırdığını deyib və təşəkkür edib.

    Başına gələnləri sosial mediada paylaşan qız trend olub. Patterson paylaşımına “artıq atamın dincəlməyinə imkan verməliyəm ” deyə başlıq yazıb.

  • Панахов обнародовал число желающих стать членами муниципалитетов

    В настоящее время для участия в муниципальных выборах в Азербайджане обратились 4 тыс. 765 человек.

    Как передает Median.Az, об этом на сегодняшнем заседании Центральной избирательной комиссии сказал председатель ЦИК Мазахир Панахов.

    По его словам, 65% подавших заявку – мужчины, остальные – женщины.

    Глава ЦИК отметил, что около 80% обратившихся имеют высшее образование. Он подчеркнул, что для участия кандидатов в выборах созданы все необходимые условия.

    Напомним, муниципальные выборы в Азербайджане пройдут 23 декабря этого года.//oxu.az

  • Pənahov bələdiyyəyə seçilmək istəyənlərin sayını açıqladı

    Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 4765 nəfər müraciət edib.

    Median.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

    O bildirib ki, müraciət edənlərin 65 faizi kişilər, 35 faizi qadınlardır.

    MSK sədrinin sözlərinə görə, müraciət edənlərin 80 faizə yaxını ali təhsilli namizədlərdir. M.Pənahov vurğulayıb ki, namizədlərin seçkilərdə iştirakı üçün bütün lazımi şərait yaradılıb.

    Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.//oxu.az

  • В Шеки нашли труп 68-летнего мужчины

    В Шеки тело 68-летнего мужчины нашли в ванной комнате.

    Как передает Median.Az, случай произошел на улице М.Ф.Ахундова, дом 143.

    Жительница района Интизар Алекберова обнаружила в ванной комнате тело своего супруга Расима Алекберова.

    На теле не обнаружили никаких повреждений или следов насилия.

    В ходе предварительного расследования выяснилось, что Р.Алекберов внезапно перенес инфаркт в ванной.//oxu.az

  • Şəkidə 68 yaşlı kişinin meyiti hamamdan tapıldı

    Şəkidə 68 yaşlı kişinin hamam otağında meyiti tapılıb.

    Median.Az xəbər verir ki, hadisə M.F.Axundov küçəsi, 143 saylı evdə qeydə alınıb.

    Rayon sakini İntizar Ələkbərova həyat yoldaşı Ələkbərov Rasim Məmmədəli oğlunun meyitini yaşadığı evin hamam otağında aşkar edib.

    Meyit xarici və daxili müayinə olunub. Onun üzərində xəsarət, zorakılıq əlamətləri aşkar edilməyib.

    İlkin araşdırma zamanı məlum olub ki, R.Ələkbərov hamam otağında qəfil infakt keçirib.

    Fakt araşdırılır.//oxu.az

  • Baş Prokurorluq piyadanı öldürən sürücünün cəzasının azaldılması qərarı ilə razılaşmadı, protest verdi

    Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə cari il yanvarın 18-də paytaxtın Səbail rayonu ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq idarə etdiyi “Mazda” markalı 99-BD-702 dövlət qeydiyyat nişanlı avtomobillə Lalə Sadayzadənin ölümünə səbəb olmuş təqsirləndirilən şəxs Sabir Talıblının cinayət məsuliyyətindən azad edilərək məhkəmənin qərarı əsasında azadlığa çıxması ilə bağlı informasiyalar yer alıb.

    Baş Prokurorluğun mətbuat xidmətindənverilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Səbail rayon məhkəməsinin hökmü ilə Sabir Talıblı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarı ilə S.Talıblıya təyin olunmuş 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə əsas cəzası 4 il 6 aya endirilmiş və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

    Baş Prokurorluq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qeyd edilən qərarı ilə razılaşmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesti verib.

    Cinayət işi üzrə məhkəmə baxışı 13 noyabr 2019-cu il tarixə təyin olunub.//oxu.az

  • BDU-dan açıqlama: Yayılan məlumatlar həqiqəti əks etdirmir

    Son günlər Bakı Dövlət Universiteti ərtafında bəzi şəxslər əsası olmayan informasiyalar verir, həqiqəti əks etdirməyən yalan xəbərlər yayırlar. Diqqəti çəkən odur ki, bu informasiyaların heç biri BDU-da təhsilin və tədrisin, idarəetmənin keyfiyyəti ilə bağlı məlumatlar deyil. Daha çox bufet, yeməkxana tipli məsələləri qabardan şəxslərin qərəzi açıq şəkildə görünür.

    Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, bu gün bəzi mətbu orqanlarda “BDU-nun yeməkxanasında qanlı olay – “Rektora yaxın gənc bıçaqlandı” başlıqlı yazı reallığı əks etdirmir.

    Belə ki, xəsarət alan şəxs nə BDU-da təhsil alır, nə də ki, oranın əməkdaşıdır. Hadisə isə ümumiyyətlə BDU-nun inzibati binası daxilində və BDU-nun hər hansı bir yeməkxanasında baş verməyib. Hadisə BDU-nun yaxınlığında baş verib və xəsarət alanlara ilkin tibbi yardımı BDU-nun polikilinikası tərəfindən göstərilib.

    BDU-nun polikilinikası təkcə universitetin müəllim və tələbə heyətinə deyil, ilkin tibbi yardıma ehtiyacı olan hər kəsə bu xidməti ödənişsiz olaraq göstərir.

    Görünən odur ki, yaxın günlərdə 100 illik yubleyi qeyd olunacaq ölkəmizin ən böyük və qədim universitetində son 3 ay ərzində tədrisin və təhsilin, idarəetmənin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən islahatlar kimlərisə narahat edir.

    BDU-da fəaliyyət göstərən yeməkxana və iaşə obyektlərinin heç birinin universitetin rektoru Elçin Babyev ilə əlaqəsi yoxdur və özəl iaşə təşkilatları ilə bağlanmış xidməti müqavilə ilə onlar tərəfindən bu xidmətlər həyata keçirilir.

    Bütün jurnalistləri istənilən vaxt BDU-ya dəvət edirik və istənilən məlumatı, xəbəri yerində dəqiqləşdirmək, aydınlaşdırmaq imkanı yaradırıq.

  • В Сальянском районе перевернулся “ВАЗ-2107”, погиб водитель

    Как сообщает Median.Az, 26-го октября примерно в 14 часов в селе Халадж Сальянского района перевернулась автомашина марки “ВАЗ-2107”, управляемая жителем Билясуварского района Агамшах Фатуллаевым.

    В результате получивший травмы водитель скончался в больнице.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.