Month: October 2019

  • Вилаят Эйвазов назначил врио начальника Главного управления по борьбе с торговлей людьми

    На должность начальника Главного управления по борьбе с торговлей людьми пока никто не назначен.

    Как передаёт Median.Az со ссылкой на Report, министр внутренних дел генерал-полковник Вилаят Эйвазов назначил заместителя начальника Главного управления по борьбе с торговлей людьми полковника полиции Самира Зейналова врио начальника данного управления.

    Напомним, что несколько дней назад начальник Главного управления по борьбе с торговлей людьми генерал-майор полиции Гейдар Гейдаров был освобожден от занимаемой должности и отправлен на пенсию.

  • Vilayət Eyvazov DİN-in Baş İdarəsinin rəis vəzifəsini polkovnikə tapşırdı

    Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat olmayıb.

    Report-un xəbərinə görə, hazırda bu vəzifənin icrası müvəqqəti olaraq İdarənin rəis müavini, polis polkovniki Samir Zeynalova tapşırılıb.

    Qeyd edək ki, S.Zeynalov 1980-ci ildə anadan olub, 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

    O, 1996-cı ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və 2000-2005-ci illərdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində, 2005-2006-cı illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili, 2006-2011-ci illərdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, 2011-2015-ci illərdə isə şöbə rəisi vəzifələrində çalışıb.

    2015-ci ilin yanvar ayının 21-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

    Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3 və 2-ci dərəcəli medallarına, digər müxtəlif mükafatlara layiq görülüb.

    Xatırladaq ki, bir neçə gün əvvəl İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

  • Отменено одно из распоряжений Гаджибалы Абуталыбова

    Исполнительная власть города Баку распространила информацию о прекращении строительных работ вблизи здания средней школы №54 в Насиминском районе.

    Как говорится в сообщении ИВ, поступившем в oxu.az, несколько дней назад в различных СМИ появилась информация о строительстве высотного здания около школы №54 имени Абдуллы Шаига.

    В связи с этим Министерство образования обратилось в Исполнительную власть для принятия мер. Была немедленно создана комиссия из представителей ИВ Баку и Госкомитета по градостроительству и архитектуре, члены которой посетили школу и осуществили проверку.

    Выяснилось, что земельный участок, расположенный на улице Асифа Магеррамова в Насиминском районе, в 2008 году был передан Бакинскому метрополитену, а затем выделен гражданам Азеру Алекберову и Асифу Асадову для проектирования многоэтажного жилого здания.

    Кроме того, в обоих случаях участок был выделен без заключения Госкомитета по вопросам имущества и других уполномоченных органов.

    “Руководствуясь тем, что строительные работы ведутся на близком расстоянии к школе, а также учитывая интересы общественности, было принято решение отменить распоряжение бывшего руководства Исполнительной власти о проектировании жилого здания по адресу: Насиминский район, ул. Асифа Магеррамова, 40”, – отмечается в сообщении ИВ.

    В настоящее время рассматривается вопрос передачи земельного участка школе №54. Соответствующее обращение направлено Министерством образования в ИВ.

    Отметим, что предыдущим главой Иполнительной власти Баку был Гаджибала Абуталыбов.

  • Hacıbala Abutalıbovun verdiyi sərəncam ləğv olundu

    Bakı Şəhər İcra Hakimiyyəti Nəsimi rayonu 54 nömrəli tam orta məktəbin yaxınlığında aparılan tikinti işlərinın dayandırılması ilə bağlı məlumat yayıb.

    Bir neçə gün əvvəl müxtəlif kütləvi informasiya vasitələrində Nəsimi rayonundakı Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbə yaxın ərazidə yüksək mərtəbəli yaşayış binasının tikintisinin aparılması ilə bağlı məlumat yayımlanıb.

    Məsələ ilə bağlı Təhsil Nazirliyi müvafiq tədbirlər görülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bununla əlaqədar olaraq dərhal Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul nümayəndələrindən ibarət Komissiya yaradılıb və Komissiya üzvləri həmin məktəbdə olaraq məsələ üzrə ətraflı araşdırma aparıblar.

    Müəyyən edilib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən torpaq sahəsi 2008-ci ildə Bakı Metropoliteninə verilib, sonradan isə həmin ərazi vətəndaş Azər Əkbərov və Asif Əsədova çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə ayrılıb.

    Araşdırma zamanı məlum olub ki, hər iki halda ərazinin ayrılması Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti tərəflərin rəyi alınmadan həyata keçirilib.

    Bunu, tikinti işlərinin məktəbə çox yaxın yerdə aparıldığını və ictimai maraqları əsas tutaraq, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 40 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyi tərəfindən verilmiş Sərəncam ləğv edilib.

    Hazırda Bakı Şəhər İcra Hakimiyyətində Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq sözügedən torpaq sahəsinin məktəbə verilməsi məsələsinə baxılır.

    Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin əvvəlki başçısı Hacıbala Abutalıbovdur.
    /oxu.az/

  • В Хачмазе вор украл из дома золотые украшения

    Как сообщает Median.Az, сотрудники Хачмазского РОП в результате оперативно-розыскных мер задержали жителя Губинского района Р.Мирзоева, который 16-го сентября украл из дома золотые украшения на сумму 1500 манатов.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Xaçmazda evdən qızıl əşyalar oğurlayan şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da rayon ərazisindəki evdən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Quba rayon sakini R.Mirzəyev saxlanılıb.

    RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Наримановском районе житель Апшерона украл у женщины кошелек

    Как сообщает Median.Az, сотрудники 16-го отделения полиции Наримановского РУП в результате оперативно-розыскных мер задержали жителя Апшеронского района Э.Керимова, который украл у жительницы столицы Н.Алиевой кошелек, где находились 1150 манатов и документ.

    По факту возбуждено уголовное дело.

  • Nərimanovda qadının pulqabısını oğurlayan şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini N.Əliyevanın, içərisində 1150 manatı və sənədi olan pulqabısını oğurlayan Abşeron rayon sakini E.Kərimov saxlanılıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakının mərkəzində “Mercedes-Maybach” dəhşətli qəza törətdi – VİDEO

    Dünən axşam saatlarında Bakının mərkəzində qara rəngli “Mercedes-Maybach” markalı avtomobil qəza törədib.

    Avtomobil əvvəlcə önündəki avtomobilə çırpılıb. Müvazinətini itirən avtomobil yol kənarında dayanan piyadanı vurub, sonra isə Bəşir Səfəroğlu və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış evinə çırpılıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər – “Mercedes”in arxadan vurduğu “Opel” markalı avtomobilin sürücüsü, 27 yaşlı Zaur Əlizadə və yol kənarında dayanan piyada 70 yaşlı Vladimir Voronov ağır xəsarət alıb.

    Hər iki yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

    Qeyd edək ki, “Mercedes-Maybach”in 2019 modelinin qiyməti 350 min manatdan başlayır.

  • Maşınınızla bağlı bu qaydalara riayət etməsəz… – 2000 manat cəriməsi var

    Yol polisi əməkdaşları bu günlərdə sürücülük vəsiqəsi olmadan icarə avtomobil götürən şəxsi saxlayıb. Onun narkotik maddənin təsiri altında olduğu məlum olub, hətta avtomobilin yük hissəsindən marixuana da tapılıb. Məsələnin əsas tərəfi isə sürücülük vəsiqəsi olmayan şəxslərə avtomobil icarə şirkətlərinin maşın verməsidir. Müştərilərə icarə avtomobil verilmə prosesi qanunlarla necə tənzimlənir? Sürücülük vəsiqəsi olmayan şəxslərə maşın verən şirkətləri hansı cəzalar gözləyir?

    Mövzu ilə bağlı yol-nəqliyyat eksperti Ərşad Hüseynov Lent.az -a danışıb. Ekspert şirkətlərin sürücülük vəsiqəsi tələbinin vacibliyini vurğulayıb:

    “İcarə avtomobil verən bütün fiziki və hüquqi şəxslər öz avtomobillərini yalnız sürücülük vəsiqəsi olan şəxslərə verə bilərlər. Yəni, kiminsə sürücülük hüququ və ya vəsiqəsi yoxdursa, ona icarə avtomobil verilə bilməz. Əks halda, bu həmin şirkətlərin özləri üçün böyük məsuliyyət yarada bilər. Onlar bilərəkdən avtomobili sürücülük vəsiqəsi olmayan şəxslərə versələr, həm inzibati məsuliyyətə cəlb olunarlar, həm də sığorta hadisəsi baş versə, heç bir sığorta təminatı olmayacaq. Proses belədir: icarə avtomobil götürmək istəyən şəxs sürücülük vəsiqəsini və tələb olunduğu təqdirdə şəxsiyyət vəsiqəsini təqdim etməlidir”.

    Ərşad Hüseynov avtomobil icarə şirkətlərinin hər hansı sənəd tələb etmədiyi və sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verdiyi halda ziyanın daha çox şirkətə dəyəcəyini bildirib. Ekspert hətta sənəd tələb olunandan sonra da baş verə biləcək bəzi qanunsuz hərəkətlərdən də söz açıb:
    “Məndə olan məlumata görə, avtomobil icarəyə verən şirkətlər bu qaydalara riayət edirlər. Çünki bu onların özü üçün maraqlıdır. Hər müraciət edənə maşın versələr, sonra bir sıra problemlərlə üzləşəcəklər. Ola bilər ki, kimsə tələb olunan qaydalara riayət edərək maşın götürür, ancaq sürmək üçün dostuna verir. Əksər “Rent a car”lar da bunu nəzərə alaraq müştərilərinə şifahi xəbərdarlıq edərək baş verəcək xoşagəlməz hallardan özlərini sığortalayırlar”.
    Ərşad Hüseynov bundan əlavə icarəyə maşın verən şirkətlərin müştəriyə etibarnamə verdiklərini də deyib. Ekspert bunun əslində etibarnamə yox, icarə müqaviləsi olmasını qeyd edib. Onun sözlərinə görə, etibarnamə verilən adamın sürücülük vəsiqəsi olmasa, Dövlət Yol Polisi protokol tərtib edərək məhkəməyə göndərir. Bununla da icarə şirkəti 2000 manat cərimələnir.