Xaçmazda evdən qızıl əşyalar oğurlayan şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da rayon ərazisindəki evdən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Quba rayon sakini R.Mirzəyev saxlanılıb.

RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *