Month: October 2019

  • Mikayıl Cabbarov: “Son 10 ayda iqtisadiyyatımızın “kölgə”dən “ağ”a çıxmaq meyllərini müşahidə edirik”

    “İqtisadi inkişafın sürətləndirilməsi, iqtisadi artım templərinin xüsusilə qeyri-neft sektorunda sürətləndirilməsi, kiçik və orta biznes üçün şəraitin daim təkmilləşdirilməsi, azad rəqabət mühitinin təmin edilməsi kimi vəzifələr və hədəflər qarşımızda durur”.

    “Report” xəbər verir ki, bunları Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bu posta təyin olunduqdan sonra verdiyi ilk müsahibədə deyib.

    M.Cabbarov qeyd edib ki, növbəti həftələr ərzində qarşıda duran əsas məsələlərdən biri “həmin hədəflərə necə çatmaq olar?” sualına cavab tapmaq olacaq:

    “Başqa sözlə İqtisadiyyat Nazirliyinin yenilənmiş iş proqramlarını, hədəflərini ortaya qoymaqdan ibarət olacaq. Biz öz işimizi müsbət bünövrə üzərində davam etdirəcəyik. Əgər makroiqtisadi göstəricilərimizə nəzər salsaq, prinsip etibarı ilə bizim müsbət göstəricilərimiz mövcuddur. Xarici borcumuz aşağı səviyyədədir, makroiqtisadi sabitlik təmin olunub. Artıq son 10 ay ərzində xüsusilə biz sürətlə qeyri-formal iqtisadiyyatın formal iqtisadiyyata, yəni “kölgə”dən “ağ”a çıxmaq meyllərini müşahidə edirik. Bunu yeni əmək müqavilələrinin, iş yerlərinin artımında, vergi mədaxillərində, gömrük mədaxillərində, bir sıra digər iqtisadi amillərdə görürük”.

    Nazir əlavə edib ki, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi dövlətin imkanlarını artırır:

    “Maliyyə sektorunda – banklarda olan vəsaitlərin, hesablarda olan vəsaitlərin sürətli artımını müşahidə edirik. Bir sözlə, ümumi müsbət tendensiyalar mövcuddur. Eyni zamanda hamımıza bəlli olan, dövlət başçısının da müvafiq çıxışlarında qeyd edilən çatışmazlıqlar, hədəflər var. Çatışmazlıqlarla mübarizə aparmaq, həmin hədəflərə nail olmağı İqtisadiyyat Nazirliyinin əsas vəzifəsi kimi görürük. Həyata keçirdiyimiz işlərdə ana prinsip təmin edilmiş iqtisadi müstəqilliyin qorunub saxlanılması, başqa sözlə desək, Azərbaycan iqtisadiyyatının dövlətimiz qarşısında duran vəzifələrin həlli üçün zəruri olan resursları təmin etmək, yeni iş yerlərinin yaradılmasına xidmət etmək, əhalinin məşğulluğunu artırmaq, iqtisadi fəallığı artırmaq kimi hədəflərdir. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi həm dövlətin-büdcənin imkanlarını artırır, həm vətəndaşların imkanını artırır. Bu istiqamətdə də fəaliyyətimizi quracağıq”.

  • Житель Барды сообщил в полицию о ложном разбойном налете

    Как сообщает Median.Az, в Бардинский РОП обратился житель села Гараюсифли З.Азизли, сообщивший о том что, 25-го октября примерно
    в 5 часов утра на рынке в селе Алпоуд неизвестные 2 человека напали на него и ранив ножом в ногу, отобрали 8745 манатов.

    В связи с этим З.Азизли была оказана необходимая медецинская помощь в больнице.

    В результате расследования сотрудники полиции выяснили что, данная денежная сумма принадлежала Т.Гурбанову, который является партнером З.Азизли по бизнесу. Последний из данной суммы 5150 манатов оставил у себя в доме, а остальную часть потратил на свои нужды, а затем с целью не возвращать долг, сообщил в полицию о ложном разбойном нападении. На самом деле он ударил себя ножом
    в ногу сам.

    Из дома З.Азизли полицейские изъяли 5150 манатов.

    В Следственном отделе РОП возбуждено уголовное дело.

  • Bərdə sakini quldurluq barədə polisə yalan məlumat verib

    Median.Az xəbər verir ki, Bərdə RPŞ-nə müraciət edən Qarayusifli kənd sakini Z.Əzizli, oktyabrın 25-i saat 5 radələrində Alpoud kəndi ərazisində yerləşən bazarda 2 nəfərin onun ayaq nahiyəsinə bıçaqla xəsarət yetirərək 8745 manat pulunu almasını bildirb.

    Z.Əzizliyə xəstəxanada ilkin tibbi yardım göstərilib.

    Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla zərərçəkmişin üzərindəki pulun, şəriki olan qohumu T.Qurbanova məxsus olması, həmin məbləğdən 5150 manat pulu yaşadığı evdə gizlətməsi, bir qismini isə borcu ilə əlaqədar şəxsi istifadəsinə xərcləməsini, sonradan bu cinayət əməlini ört-basdır etmək üçün evdən götürdüyü bıçaqla özünə xəsarət yetirib, polisə quldurluq barədə yalan məlumat verməsi məlum olub.

    Z.Əzizlinin yaşadığı evdən 5150 manat pul maddi sübut kimi götürülüb.

    Bərdə RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

  • Kofe cavanlaşdırır, amma…

    Alimlər orqanizmdə yaşlanma prosesini ləngidə bilən 8 məhsulun adını açıqlayıblar. Onlardan biri də qəhvədir. Alimlər hesab edir ki, qəhvə cavanlaşdırır. Amma bu, bütün qəhvələrə aid deyil. Burada söhbət bişmiş qəhvədən gedir, bişməmiş, sadəcə, suda həll olunan qəhvə analoqundan yox.

    Amerika Milli Onkologiya İnstitutunun tədqiqatçıları hesab edirlər ki, əsl, yəni bişmiş qəhvədə olan bioloji aktiv birləşmələr melanomadan (dəri xərçəngi) qorunmağa kömək edir. Mütəxəssislərin bədəndə qocalma prosesini ləngitdiyini iddia etdikləri məhsullardan biri də tünd şokoladdır. Onların fikrincə, tünd şokolad antioksidantlar və flavonoidlərlə zəngindir. Dəriyə müsbət təsir göstərir.

    Sonra yaşıl çayın adı çəkilir. Onun tərkibindəki kollagen və polifenollar dəri üçün “tikinti materialı” dır.

    Pomidor, avokado, yaban mersini və qarpız da dərinin cavan qalması üçün çox faydalıdır. Onların tərkibində çox miqdarda lif, yağ turşuları və kalium var. Bundan əlavə, göyərti dərini hamarlaşdırır.

    Dietoloqlar hesab edir ki, bu qidalardan biri də ən çox omeqa-3 yağı ilə zəngin olan qızılbalıqdır.

  • Жительница Дашкесана нанесла увечья малолетним детям – ВИДЕО – ОБНОВЛЕНО-2 – ПОДРОБНОСТИ

    Стали известны шокирующие подробности насилия, совершенного жительницей Дашкесана в отношении своих детей.

    Как сообщает APA TV, инцидент произошел в квартире на проспекте Гейдара Алиева, 3.

    Проживающая по указанному адресу Эльмира Павлова нанесла увечьям сыновьям – Гусейну (2010 г.р.) и Амирхану (2012 г.р.), в частности, нанесла нагретым ножом ожоги на руки детей. Затем женщина жестоко избила их.

    Отец женщины Садай Аоирзаев подтвердил жестокое отношение дочери к внукам. По его словам, совершив насилие над детьми, его дочь пустилась в бега. Шокированный произошедшим дед решил обратиться в правоохранительные органы с просьбой привлечь дочь к ответственности за жестокое обращение с детьми.

    Соседи также негативно высказались об Э.Поповой. По словам соседей, женщина отличалась легким поведением, вела праздный образ жизни, увлекалась спиртными напитками. Последнее жестокое деяние в отношении детей также было совершено женщиной после пьяного застолья с подругой.

    По словам деда, Э.Павлова избивала детей металлическим прутом и палкой. Женщина безжалостно била детей также по голове.

    Дети поделились с APA TV пережитым кошмаром. По словам 9-летнего Гусейна, мать вместе с подругой избили их, а затем пригрозили никому не рассказывать о произошедшем.

    По словам Амирхана, подруга Э.Поповой держала их за руки, пока мать обжигала им руки каленым ножом.

    После побоев, женщины до утра продержали детей на балконе.

    Как сообщили в полиции, в связи с фактом уже взяты показания у деда и детей.

    В настоящее время женщина разыскивается полицией.

    ***

    Жительница Дашкесана нанесла увечья своим детям.

    Как сообщает АПА, Алирзаев Садай обратился в отдел полиции с заявлением о том, что его дочь Эльмира Павлова нанесла увечьям сыновьям – Гусейну (2010 г.р.) и Амирхану (2012 г.р.).

    Было установлено, что Павлова нанесла травмы нагретым ножом.

    По факту ведется расследование.

  • Ağstafada bir neçə maşını vuran şəxs “aradan çıxdı”

    Ağstafa rayonunda yüksək sürətlə hərəkətdə olan avtomobil bir neçə maşına çırpılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb.

    Qəza nəticəsində VAZ markalı avtomobillərin birində olan, Ağstafa rayon sakinləri – 1985-ci il təvəllüdlü Leyla Əfəndiyeva və atası, 1951-ci il təvəllüdlü Maqsud Əfəndiyev həyəcan və yüngül ağrılar səbəbindən xəstəxanaya müraciət ediblər.

    Qeyd edək ki, qəzanı törədən avtomobil hadisə yerindən qaçıb.

    Faktla bağlı araşdırma aparılır.

  • 70 yaşlı gəlin, 80 yaşlı oğul, 105 yaşlı ana — Azərbaycanda uzunömürlülər AİLƏSİ

    Ölkəmizdə uzunömürlü ailələrə daha çox cənub bölgəsində rast gəlinirsə, indi söhbət açacağımız ailə Ağsu rayonunda yaşayır. Bu ailədə gəlinin 70, oğulun 80, ananın isə 105 yaşı var.
    Median.Az
    -ın ölkə.az-a istinadən xəbər verir ki, 1915-ci ildə Ağsu rayonunun Abasxanlı kəndində doğulan Sadatbəyim Mehdiyeva bölgənin ən uzunömürlü sakinlərindən biridir.

    Ömrünü zəhmətkeş əməkçi kimi keçirən Sadatbəyim nənə deyir ki, sağlam və çox yaşamaq insanın özündən, onun yaşam tərzindən asılıdır. Nənənin sözlərinə görə, yaşadığı illər ərzində xeyli çətinliklərə sinə gərib, müharibələr görüb, ailə qurub, övlad, nəvə-nəticə sahibi olub.

    Söhbət zamanı Sadatbəyim nənə bildirir ki, bir qədər tez ailə qursa da, xoşbəxt ola bilməyib:

    “Yoldaşım İkinci Dünya müharibəsinə yollananda övladlarım balaca idi. Müharibədə həlak oldu. Bütün çətinliklər mənim üzərimdə qaldı”.

    Nənənin sözlərinə görə, 1970-ci illərə qədər əzab-əziyyətli günləri çox olub:

    “İndi Allaha şükür, Azərbaycan gözəlləşib və inkişaf edib. O vaxt nəqliyyat kimi atlar və öküzlərdən istifadə edərdik. Amma indi hamının maşını var. Bakıdan Sumqayıta qədər yükümüzü belimizdə daşıdığımız vaxtlar olub. Allah Azərbaycan xalqından belə gözəl dövranı almasın. Bu, görünməyən bir tarixdir. Heyf ki, ömrümüzün bu yaşına təsadüf edib”.
    Sadatbəyim nənə zəhmətkeş əməkçi kimi xidmətlərinə görə bir neçə dəfə medal ilə də təltif edilib.

    Nənənin 70 yaşlı gəlini Zemfira Mehdiyeva deyir ki, uzunömürlü və sağlam yaşamaq üçün bəzi məqamlara diqqət etmək lazımdır:

    “Düzdür, ömrü verən Allahdır, amma gərək sən də özünü gözləyəsən. Ailədə söz-söhbət də olar, amma gərək bir-birinizi eşidəsiniz, başa düşəsiniz. Mənim 70, yoldaşımın 80, qayınanamın da 105 yaşı var. Əlli beş ildir ki, bu evə gəlin gəlmişəm”.

    Sadatbəyim nənənin 80 yaşlı oğlu Sabir baba uzun illər mexanizator işləyib. Hazırda təqaüddə olan baba deyir ki, işləmək və halal qazanc əldə etmək insanı qocaltmaz:

    “Halal işləsən, halal qazansan, qazandığını evə gətirib ailənlə mehriban olsan, can deyib, can eşitsən, əlbəttə ki, insan o evdə çox yaşayar”.

    Qeyd edək ki, 105 yaşlı Sadatbəyim nənənin iki övladı, 13 nəvəsi, 27 nəticəsi, 11 kötükcəsi var. Yaşının çox olmasına baxmayaraq, özünü gümrah və xoşbəxt hesab edir.

  • Dünyanın ən varlı insanı bir gecəyə 6,9 milyard dollar itirdi

    “Forbes” jurnalının dünyanın ən varlı insanlarının illik reytinqində lider olan “Amazon” təsisçisi və rəhbəri Ceff Bezos şirkətin kotirovkalarının ucuzlaşması səbəbindən 6,9 milyard dollar itki ilə üzləşib.
    Median.Az
    ICTnews-a istinadən xəbər verir ki, “Amazon” oktyabrın 24-də üçüncü rübdə mənfəət üzrə hesabat təqdim edib, lakin göstəricilərin proqnozlardan pis olması nəticəsində şirkətin səhmlərinin dəyəri 9 faiz ucuzlaşıb. Şirkətin səhmlərinin 57,6 milyonu C.Bezosa məxsusdur.

    Qeyd olunur ki, kotirovkaların ucuzlaşması davam edəcəyi təqdirdə C.Bezos ən varlı insanlar siyahısında birinciliyi “Microsoft” korporasiyasının yaradıcısı Bill Qeytsə verə bilər.
    Bir müddət əvvəl “Forbes” nəşri C.Bezosun sərvətini 114 milyard dollar dəyərində qiymətləndirib. Bu göstərici 2018-ci ildə 160 milyard dollar təşkil edib. Onun maliyyə itkiləri həyat yoldaşı Makkenzi Bezos ilə boşanma prosesinin başa çatması ilə əlaqədardır. Jurnal qeyd edir ki, bu, tarixə dünyanın ən bahalı boşanması kimi daxil olub. Keçmiş həyat yoldaşı C.Bezosun “Amazon” şirkətindəki payının dörddə bir hissəsinə sahib çıxıb.

  • Xocavənddə top mərmisi tapılıb

    Oktyabrın 26-da saat 12:28-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 14:01-də Daxili İşlər Nazirliyinin 102 – Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xocavənd rayonunun Haramı düzü ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

    ANAMA-dan bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 125 millimetrlik top mərmisi (OF-26) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Mərminin tapıldığı yerin ətrafında 250 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

  • Daşkəsəndə qadın azyaşlı övladlarına ağır işgəncə verib – VİDEO – TƏFƏRRÜAT – YENİLƏNİB-2

    APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində, 3 mərtəbəli yaşayış binasındakı mənzildə qeydə alınıb.

    Həmin ünvanda qeydiyyatda olan Elmira Pavlova azyaşlı övladları – 9 yaşlı Pavlov Hüseyn və 7 yaşlı Pavlov Əmirxana qaz sobasında qızdırdığı bıçaqla “dağ basıb”, sonra isə döyüb.

    “Daşkəsəndə insanlığa sığmayan hərəkət bu evdə qeydə alınıb. Ana 2 azyaşlı övladına işgəncələr verib. O, qaz sobasında bıçağı qızdıraraq övladlarını dağlayıb”.

    Elmira Pavlovanın atası Saday Əlirzayev hadisənin doğruluğunu təsdiqləyib. Baba bu barədə ona nəvələrinin danışdığını deyib. Saday Əlirzayevin sözlərinə görə, qızı hadisəni törədəndən sonra qaçıb. Nəvələrini bu vəziyyətdə görən baba isə polisə müraciət edib. Hiddətlənən baba qızının cəzalandırılmasını istəyir.

    Qonşular da Elmira Pavlova haqqında yaxşı heç nə demədi. Onun yüngül həyat tərzi keçirən, içkiyə meylli qadın olduğunu bildirdilər. Elmira son əməlini də evdə rəfiqəsi ilə yeyib-içdikdən sonra törədib. Üstəlik onun övladlarını tez-tez döydüyü, işgəncələr verdiyi deyilir.

    “Elmira Pavlova övladlarını dəmir parçası və ağacla döyüb. Uşaqların babasının sözlərinə görə, Elmira bu ağacla övladı Əmirxanın başına vurub və ağac Əmirxanın başında sınıb”.

    Azyaşlılar yaşadıqları vəhşəti APA TV-nin kamerasına danışıb. 9 yaşlı Hüseyn bildirib ki, anası onu rəfiqəsi ilə birlikdə döyüb və hədələyib ki, heç kəsə deməsin. Əmirxan isə deyir ki, rəfiqəsi onun qollarını tutub, anası da qızdırılmış bıçağı əlinə basıb. Qadınlar uşaqları səhərə qədər eyvanda saxlayıb.

    Çəkilişə geniş şərait yaradan Daşkəsən polis şöbəsindən bildirildi ki, uşaqların və babanın ifadəsi alınıb. Qadınlar axtarılır.