Month: October 2019

  • İlham Əliyev görüşlər keçirdi – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb.

    Görüşdə Esvatininin Kralı Əlahəzrət III Msvati Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğuladı və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

    Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin əhəmiyyəti vurğulayıb. Müxtəlif sahələrdə, o cümlədən turizm, energetika, elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasinanı da qəbul edib.

    Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasina Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə, həmçinin nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

    Dövlətimizin başçısı üzv dövlətlərin yekdil dəstəyi ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsinin ölkəmizə olan yüksək etimadın və hörmətin təzahürü olduğunu vurğulayıb.

    Görüşdə Qoşulmama Hərəkatının gündəliyində duran məsələlər, həmçinin kənd təsərrüfatı, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

    Daha sonra Azərbaycan Respublikası Hökuməti və Banqladeş Xalq Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

  • Yolu keçən piyadanı maşın vurub öldürdü

    Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yolu keçən paytaxt sakini Minəvvər Səfərova Bakı şəhər sakini Y.Mədətovun idarə etdiyi “Lada-Granta” markalı avtomobillə vurulub.
    Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    Hadisə ilə əlaqədar Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.//ölkə.az

  • Пьяный азербайджанец избил африканца и напал на полицейского

    В итальянском городе Ольбия задержан 31-летний азербайджанец.

    Об этом сообщает издание Alguer.

    Азербайджанец подозревается в нанесении телесных повреждений и нападении на сотрудника полиции.

    По информации, азербайджанец, находясь в состоянии алкогольного опьянения, поссорился с 20-летним африканцем и избил его.

    После обращения пострадавшего в полицию азербайджанец был задержан.

    Во время задержания наш соотечественник оказал неповиновение законным требованиям сотрудников полиции и оказал правоохранителям сопротивление.

    Решением суда азербайджанец задержан.

  • Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə yekun 4 sənəd qəbul olunub

    Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə yekun 4 sənəd qəbul olunub.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Zirvə Görüşünün debat müzakirələrində bildirib.

    Qəbul olunan sənədlər Bakı Yekun Sənədi, Bakı siyasi Bəyannaməsi, Fələstin Bəyannaməsi və Azərbaycan hökuməti və xalqına təşəkkür və Həmrəylik sənədidir.

    Nazir bildirib ki, yekun sənədlər QH-yə üzv ölkələrin dövlət və hökumət başçıları tərəfindən təsdiqlənib.

  • АЖД запустили скоростной поезд Баку-Тбилиси-Баку

    ЗАО “Азербайджанские железные дороги” (АЖД) объявили о начале пассажироперевозок скоростным поездом по железной дороге Баку-Тбилиси-Баку.

    “24 октября впервые начались пассажироперевозки по маршруту Баку-Тбилиси-Баку посредством скоростного локомотива Prima M4. До этого по данному маршруту использовались железнодорожные поезда, произведенные в 70-х годах ХХ века”, – говорится в сообщении АЖД.

    По данным общества, использование на этом маршруте поездов Prima M4 французской компании Alstom позволяет увеличить скорость движения со 100 до 160 км/ч.

    “Новая система торможения, используемая в локомотиве, в свою очередь, снижает энергопотребление, а наличие системы смазки гребней колес локомотивов продлевает срок их службы”, – отметили в АЖД.

  • Bakı-Tbilisi-Bakı sürət qatarı sərnişin lokomotivi ilə yola salındı – İLK DƏFƏ

    Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə olaraq sərnişin lokomotivi ilə yola salınıb

    Median.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

    Məlumatda qeyd olunub ki, oktyabrın 24-də 38/37 saylı Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə olaraq bu cür qatarlar üçün nəzərdə tutulmuş “Prima M4” sərnişin lokomotivi ilə yola salınıb. Bu günə qədər dəmir yollarında sərnişin qatarlarının daşınmasında 70-ci illərin istehsalı olan yük lokomotivlərindən istifadə olunurdu.

    Fransanın “Alstom” şirkətinin istehsalı olan “Prima M4”ün ikisistemli elektrik lokomotivi olması (sabit və dəyişən cərəyanla (3 və 25 KVT) işləyir) uzunmüddətli istismar olunmasına şərait yaradır. Lokomotivdə istifadə olunan rekuperativ əyləcləmə öz növbəsində enerji sərfiyyatını azaldır, təkər darağı yağlanması sisteminin mövcudluğu isə təkərlərin istismar müddətini uzadır.

    Köhnə lokomotivlərlə müqayisədə “Prima M4”ün maksimal sürət həddi 100 km/saatdan 160 km/saata kimi artıb. Lokomotivdə 4 ədəd 1200 KVT gücündə assinxron mühərrik quraşdırılıb. “Prima M4”lər elektropnevmatik əyləcləmə sistemi ilə təchiz olunduğundan hərəkətə başlama zamanı və dayanacaqlarda əyləcləmə zamanı yumşaq əyləcləmə baş verir ki, bu da sərnişinlərin rahatlığını təmin edir. Maşinist kabinası isə isitmə və soyutma sistemi ilə təchiz olunub.

    Qeyd edək ki, lokomotiv və vaqon parklarının yenilənməsi “Azərbaycan Dəmir Yolları” QSC-də gedən müasirləşdirilmə prosesinin əsas tərkib hissələrindən biridir və bu istiqamətdə də mühüm addımlar atılır.

    Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom” şirkəti arasında 12 may 2014-cü il tarixdə imzalanan müqaviləyə əsasən, səhmdar cəmiyyəti Fransa şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən lokomotivin almasını planlaşdırır. Onlardan 40 ədədi yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq. Artıq 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi və 8 ədəd yük lokomotivi Azərbaycana gətirilib.

    Bu ilin sonuna kimi “Alstom” şirkətinin daha 8 sərnişin lokomotivi istismara qəbul ediləcək və digər sərnişin qatarlarının da daşınması bu lokomotivlərlə həyata keçiriləcək.//oxu.az

  • Sərxoş azərbaycanlı afrikalını döydü və polisə hücum etdi

    İtaliyanın Olbiya şəhərində 31 yaşlı azərbaycanlı saxlanılıb.

    Bununla bağlı “Alguer” nəşri məlumat yayıb.

    Bildirilib ki, saxlanılan şəxs sağlam bədənə xəsarət yetirməkdə və polis əməkdaşına hücum etməkdə ittiham edilir.

    Məlumatlara görə, şəhərin mərkəzində azərbaycanlı spirtli içki qəbul etdikdən sonra 20 yaşlı afrikalı ilə dalaşıb və onu döyüb.

    Bundan sonra afrikalı polisə şikayət edib və hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlını saxlayıblar.

    Saxlanılma zamanı o, polis əməkdaşlarının tələblərinə əməl etməkdən boyun qaçırıb və onlara hücum edib.

    31 yaşlı azərbaycanlı məhkəmənin qərarı ilə həbs olunub.

  • Restoranda balıq yeyənləri belə aldadırlar — Rəsmi AÇIQLAMA

    “Son zamanlar Agentlik tərəfindən ictimai iaşə müəssisələrində aparılan monitorinqlər zamanı aşkar olunmuş bir sıra nöqsanlarla yanaşı, istehlakçı hüquqlarının pozulması hallarına sıx şəkildə rast gəlinir”.
    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

    Qeyd olunub ki, əhaliyə xidmət göstərən ictimai iaşə müəssisələri tərəfindən müştərilərə təqdim edilən balıq və balıq məhsullarının adı, habelə keyfiyyəti ilə bağlı istehlakçıların aldadılması halları aşkar olunmaqdadır: “Həyata keçirilən monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrində və şadlıq saraylarında əhaliyə “nərə” balığı adı altında keyfiyyəti və qiyməti aşağı olan, bəzi xüsusiyyətlərinə görə “nərə” balığına oxşayan “naqqa” balığının təqdim edildiyi aşkar olunub. Qeyd edək ki, naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüşü olduğu üçün onları nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Naqqa balığının bu xüsusiyyətindən istifadə edən işbazlar istehlakçıları aldatmağa cəhd göstərirlər.

    Məlum olduğu kimi, bu balıq növlərini fərqləndirmək üçünaşağıdakılara diqqət edilməlidir.Belə ki, nərə balığının bədən uzunu boyunca 5 uzanan özünəməxsus tikanabənzər sümüklü pulcuqları vardir və onlar təmizlənsə belə dəridə kobud şəkildə izləri qalır. Lakin, naqqa balığının dərisi demək olarki təmizdir, hamar səthdə heç bir çıxıntı və ya pulcuğa rast gəlinmir.

    Əgər balığın dərisi tamamilə təmizlənib, sadəcə əzələ hissəsi qalıbsa, nərə balığında əzələlərarası növbəli şəkildə sarı yağ kütləsi olduğu halda, naqqa balığında bu, ağ rəngdədir. Bu göstərici, əsasən, daha iri kütləli növlərə aiddir. Tam bişmiş və heç bir halda fərqləndirici xüsusiyyət müşahidə olunmadıqda isə təqdim olunan məhsulun dadı ilə də fərqləndirmək mümkündür. Çünki naqqa balığı nərə balığına nisbətən daha spesifik dada malikdir.

    Nərə balığının morfoloji xüsusiyyətləri aşağıdakılardır:

    Nərələr, adətən, uzunsov bədən formasına və nisbətən uzun buruna malikdir, həmçinin dişsiz və hərəkətli ağzı, başın altında yerləşən ətli dodaqları vardır. Nərəkimilər (Acipenseriformes)dəstəsinə aid olan bu qədim balıqlar qığırdaqlı skeletə, akulaya bənzər quyruq üzgəcinə, ən əsas bədən boyu paralel uzanan 5 özünəməxsus sümüklü pulcuqlara, çox yaxşı inkişaf etmiş ağız aparatına və onun yanlarında həssas bığcıqlara malik olması ilə digər balıqlardan fərqlənir. Araşdırmalara əsasən, nərə balıqlarının uzunluğu yetkin dişi və erkək fərd olmaqla növlər arasında dəyişərək 1–2 metrə qədər, çəkiləri isə 100–1500 kq-a qədər ola bilər.

    Naqqa balığını isə aşağıdakı xüsusiyyətlərinə görə müəyyən etmək olar:

    Naqqa balığı dünyanın ən böyük şirin su balıq növlərindən biridir, uzunluğu 300 sm (3 metr) və çəkisi 150 kq-a çatır (adətən, boyu 1.3-1.6 m və çəkisi 15-20 kq arasında dəyişir)

    Bir çox digər naxakimilərin növləri kimi, naqqa balığı aşağıdakı kimi xarakterizə edilə bilər:
    – Uzun, üzəri həlməşik maye (mukus) ilə örtülmüş, pulcuğu az olan bədən örtüyünə və yandan düz bir quyruğa malikdir;

    – Üçbucaq formalı başı bədən uzunluğunun təxminən 20%-ni təşkil edir;

    – Geniş aralı burun deşiklərinə malik, yumru və düz buruna sahibdir;

    – Çox kiçik uclu dişləri olan böyük ağzı və kiçik gözləri vardır;

    – Üst çənədəki ağızın hər tərəfində iki böyük bığa və alt çənədə dörd qısa bığa malikdir;

    – Balığın ümumi uzunluğunun təxminən 60%-ni təşkil edən böyük bir üzgəci vardır;

    – Quyruq üzgəci isə, ümumiyyətlə, kiçikdir və yumrudur;

    – Bədənin üst tərəfi tünd yaşımtıl qara rəngə, ağımtıl və ya sarımtıl qarın hissəsi isə boz-ağ rəngə malikdir.

    “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, istehlakçıların malların keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüquqları vardır”.

    AQTA əhaliyə müraciət edərək bildirib ki, ictimai nəzarəti həyata keçirərək, ictimai iaşə müəssisələrində, həmçinin ailə şənlikləri ilə bağlı şadlıq saraylarında təqdim edilən balıq məhsullarının təhlükəsizliyini və mənşəyini təsdiq edən sənədləri tələb etsinlər:AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını qətiyyətlə alacaqdır”.//ölkə.az

  • “Məhərrəmlik ayında dostlarımdan borc alıram” — Röya

    “Evin həm oğlu, həm qızı, həm də ulduzuyam. Hərdən heç pul çatdırmıram, borc alıram”.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “X maqazin” verilişində deyib. Sənətçi ailəsinə hər zaman maddi dəstək olmasından danışıb:

    “O qədər məni qınayan olacaq. Amma bilsinlər ki, o qədər böyük ailəm var ki, maddi çatdırmıram. Məhərrəmlik ayında dostlarımdan borc alıb, işlərimi görürəm. Sonra 1 ay işləyib borc qaytarıram.

    Mənə deyirlər, sənə rahatdı, yaxşı yaşayırsan. Yaşayışım axı çətindir, bunun üçün bir az çabalamaq lazımdır”.

  • Qəbələ sakinindən tüfəng götürülüb

    Qəbələdə qanunsuz ovla məşğul olan şəxsdən tüfəng götürülüb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qəbələ Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovla məşğul olan R.Zeynalovdan müvafiq sənədləri olmayan “Bum” markalı tüfəng götürülüb.

    Faktla bağlı araşdırma aparılır.//ölkə.az