Month: October 2019

  • Эрдоган: Если в течение 150 часов территории не будут очищены от террористов, то за этот процесс возьмемся мы

    «Турция очистит северо-восток Сирии от курдских террористов, если они не выведут своих бойцов в течение отведенного им времени».

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил в субботу президент Турции Реджеп Тайип Эрдоган.

    “В последние дни на нашей границе происходят события исторического значения. Мы стараемся создать зону безопасности. Мы договорились с Россией очистить от террористов территории глубиной 30 км и протяженностью 340 км, затем мы с Россией приступим к совместному патрулированию. Если в течение [отведенных] 150 часов территории не будут очищены от террористов, то за этот процесс возьмемся мы”, – приводит его слова телеканал NTV.

    Президент напомнил, что ранее США пообещали, что курдские формирования отойдут от границы с Сирией, однако этого так и не произошло.

    Эрдоган также вновь выступил с угрозой “открыть границы для сирийских беженцев, если Европа не сдержит свои обещания”.

    22 октября президенты России и Турции Владимир Путин и Тайип Эрдоган на встрече в Сочи приняли меморандум о совместных действиях по урегулированию ситуации на северо-востоке Сирии. После этого Анкара объявила, что широкомасштабная операция фактически остановлена. Однако у Турции остается контроль над обширными территориями, куда она намеревается в перспективе переселять беженцев.

  • “Çağırıram, gəlmirsiz” – Natavan Zaurla Günaya irad tutdu – VİDEO

    Müğənni Natavan Həbibi uzun fasilədən sonra efirə çıxıb.

    Lent.az xəbər verir ki, “Zaurla Günaydın” proqramına gələn sənətçi aqresiv halı ilə diqqət çəkib. Natavan əvvəlcə bəstəkarları ona baha mahnı satması ilə bağlı tənqid edib.

    “Qısqana-qısqana” oxuyan Həbibiyə aparıcı Günay Baxşəliyeva reper həyat yoldaşı Dadonu nəzərdə tutaraq “İndi evdə qısqana-qısqana baxır?” sualını ünvanlayıb. Natavanın əsəbləşdiyini görən aparıcı daha sonra “Balan necədir” sözlərini deyib.

    “Mənə balam baxır. Uşaq mənimlə yatır. Ətrim, səsim, mahnılarımı sevir. Digər müğənnilərin mahnısına nisbətən məni dinləyir. Bilmirəm bu necə olur. Evdə televizoru açıq qoyuruq, yaxşı mahnı olanda baxır. Dəxlisiz müğənni oxuyan kimi uşaq dəyişir” deyə, Natavan söyləyib.

    Sənətçi daha sonra oğlu Zeyid üçün qonaqlıq keçirəcəyini açıqlayıb. O, Zaur və Günaya üzünü tutaraq onların heç bir dəvətə gəlmədiyini deyərək, tənqid edib:

    “Sizin toyunuzda, ad gününüzdə varam. Efirdə belə toy edirsiz, gəlirəm. Ad günü, toy, hara çağırıram, gəlmirsiniz. Bu yaxınlarda məclisim olacaq. Gələcəksinizsə, dəvət edim. Yoxsa, hörmətsizlik etməyin”. (axşam.az)

  • Генпрокуратура опровергает информацию в опубликованной статье

    Информация в опубликованной в ряде СМИ статье “Шокирующие обвинения в отношении сотрудника Управления по борьбе с коррупцией” о том, что некий сотрудник Главного управления по борьбе с коррупцией при генеральном прокуроре Самир Мусаев якобы угрожал жителю столицы Наилю Исмаилову в связи с невозвратом им долга, не соответствует действительности.

    Как сообщили в Генпрокуратуре Азербайджана, такой человек не находится на службе в органах прокуратуры, в том числе в Главном управлении по борьбе с коррупцией при генеральном прокуроре.

    “В то же время с целью расследования случаев, указанных в информации, Наиль Исмаилов был приглашен в управление для дачи объяснения.

    В настоящее время ведется расследование в связи с возможными незаконными действиями, допущенными в отношении Н.Исмаилова и других лиц от имени Главного управления”, – говорится в сообщении.

  • Malayziyanın baş naziri Greentech kompleksini ziyarət etdi

    Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Bakını ziyarət edən Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad Greentech Müasir İstixana Kompleksinə baş çəkib.

    Qonağı qarşılayan “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Tahir Gözəl ona burada yetişdirilən məhsullar barədə məlumat verib. O, qonaqlara Greentech istixana kompleksinin açılış mərasiminin 2011-ci ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə həyata keçirildiyini bildirib. Burada yetişdirilən məhsulların keyfiyyətinə nəzarətin bütün “Azərsun Holdinq” müəssisələrində olduğu kimi ən yüksək səviyyədə təmin edildiyi vurğulanıb. Malayziyanın baş nazirinə burada yaradılmış müasir istixana sisteminin dünya standartlarına cavab verdiyi bildirilib.

    Ziyarət çərçivəsində Tahir Gözəl Mahathir Bin Mohamad və deleqasiya üzvlərini Greentech İstixana Kompleksində yetişdirilən
    məhsullardan dadmağa dəvət edib.

    “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü burada müxtəlif növ xiyar, pomidor, badımcan, bibər, və digər tərəvəzlərin yetişdirildiyini və Azərbaycanla bərabər, Rusiya, Qazaxıstan və digər ölkələrə ixrac olunduğunu söyləyib.
    Qeyd edək ki, Greentech İstixana Kompleksi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq insanların

    işlə təmin olunmasına mühüm töhfə verir, Binə qəsəbəsi və ətraf ərazilərdən olan yüzlərlə sakinin işlə təmin olunmasına şərait yaradır.

  • İranda qanunsuz ov edənə maraqlı cəza: vəhşi heyvanlara iki il yem verəcək

    İranın Tehran vilayətinin Firuzkuh rayonunda qanunsuz muflon ovu ilə məşğul olan şəxsə iki illik cəza verilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran vilayətinin Firuzkuh rayonu Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbəri Fərşad Firuzniya deyib.

    F.Firuzniyanın sözlərinə görə, o, iki il müddətinə vəhşi heyvanları ayda 500 kq yemlə təmin edəcək.

    İdarə rəsmisi əlavə edib ki, eyni zamanda həmin şəxs rayonun ətraf mühitin mühafizəsi əməkdaşlarının nəzarəti ilə rayonun qoruğunun tullantılarını təmizləyəcək.

    Qeyd edək ki, həmin şəxs bu ilin əvvəllərində Firuzkuh rayonu ətraf mühitin mühafizəsi idarəsinin əməkdaşları tərəfindən muflon ovladığına görə saxlanılıb.

  • Грубое нарушение ПДД привело к аварии – ВИДЕО

    ДТП в Баку попало на камеру видеонаблюдения.

    Как передает Avtosfer.az, микроавтобус Mercedes Vito врезался в выезжающий с круга автомобиль марки Mercedes C Сlass.

    В результате оба автомобиля были сильно деформированы.

    Предлагаем вашему вниманию видео:

  • Bakıda avtomobildən pul və brilyant oğurlanıb

    Bakıda avtomobildən xeyli miqdarda pul və brilyant daş-qaşlar oğurlanıb.
    Median.Az
    report-a istinadən xəbərinə görə, hadisə oktyabrın 24-də paytaxtın Xətai rayonu, A.İsmayılov küçəsində baş verib.

    Belə ki, Ağcabədi rayon sakini, 1974-cü il təvəllüdlü İ.Rəhimova məxsus “İnfiniti” markalı avtomobildən şüşəni sındırmaqla 1500 manat, 3000 avro və brilyant daş-qaşlar oğurlanıb.
    Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Narkotiklərlə Mübarizə Bölməsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və xuliqanlıq maddələri ilə məhkum edilmiş 1991-ci il təvəllüdlü R.Şahbazov müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alındı — FOTO

    Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan “Mercedes-Benz C 180” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu zaman nəqliyyat vasitəsinin sərnişini olan Azərbaycan Respublikası vətəndaşının yükünə “Çarli” ləqəbli kinoloji xidməti it reaksiya verib və çanta əsaslı yoxlanılıb.
    Nəticədə çantanın tutacaq hissəsində 2 ədəd uzunsov, qara polietilenə bükülü, xalis çəkisi 194.581 qram olan narkotik vasitə – tiryək aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.//ölkə.az

  • Pakistan Prezidentinin xanımı Bakını gəzdi

    Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən Pakistan Prezidenti Arif Alvinin xanımı Samina Alvi oktyabrın 26-da Bakı şəhərinin görməli yerləri ilə tanış olub.

    Median.Az xəbər verir ki, tanışlıq Dənizkənarı Milli Parkdan başlayıb. Pakistanın birinci xanımına Bakı Bulvarı haqqında məlumat verilib.

    Sonra tanışlıq Yusif Səfərov küçəsi ilə davam edib. Burada qonaq Müasir İncəsənət Muzeyi ilə tanış olub.
    Şəhər gəzintisi zamanı Samina Alvi Heydər Əliyev Mərkəzi, Muzey Mərkəzi, Alov Qüllələri kompleksi, eləcə də Şəhidlər xiyabanının tarixi barədə məlumatlandırılıb.

    Bakı şəhəri ilə tanışlıq qonaqda zəngin təəssürat yaradıb.

  • Ərdoğan: “150 saat bitəndə sərhədimiz terrorçulardan təmizlənməsə, biz təmizləyəcəyik”

    “Sərhədlərimizdə tarixi hadisələr yaşanır. Sərhədlərimizdən ölkəmizə gələn terror təhlükəsizini yox etməyə çalışırıq. Suriyadan ölkəmizə yönələn PKK, YPG və İŞİD hücumlarının qarşısını almaq məqsədilə təhlükəsiz bölgə yaratmaq üçün lazımı addımlar atırıq. Böyük ölçüdə hədəfimizə çatmışıq. 150 saat bitəndə sərhədimiz terrorçulardan təmizlənməsə, bu işi biz görəcəyik, buranı terrorçulardan təmizləyəcəyik”.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    Ərdoğan bildirib ki, ABŞ 120 saatın sonunda bölgənin YPG-dən təmizləndiyinə dair onlara yazılı məlumat versə də, təmizləyə bilməyiblər: “ABŞ “Bölgəni YPG-dən təmizlədik” dedi, amma təmizləməyiblər. İndi də Rusiya ilə razılıq əldə etmişik. Türkiyə terrorçuları əzib, məhv etmək gücündədir”.

    Ərdoğan ABŞ və Qərbin ünvanına tənqidləri davam etdirib: “Bunlar həm də yalançıdırlar, dürüst deyillər. Avropa İttifaqı suriyalı qaçqınlara maliyyə yardımı edəcəyini dedi, amma etmədi. Biz isə artıq 40 milyard avro xərcləmişik. Bizə “layihələrinizə baxacağıq” deyirlər. Nə layihəsi? Biz işi bitirmişik. Onlarınkı ancaq yalandı, doğru danışmırlar. Tel Abyad və Rəsulayn arasında qaçqınların yaşaya biləcəyi hər cür şəraitli evlər tikib, dünyaya göstərəcəyik. Qaçqınları geri qaytara bilməsək, Avropaya qapıları açmaq məcburiyyətindəyik”.

    Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri Ərdoğan və Vladimir Putin arasında oktyabrın 22-də Soçidə keçirilən görüşdə Suriyanın Türkiyə ilə həmsərhəd zonasında 340 km uzunluğunda 30 km dərinliyində ərazinin PKK/YPG terrorçularından təmizlənməsi barədə razılıq əldə olunub. Bunun üçün 150 saat vaxt verilib.