Month: November 2019

  • Ученые обнаружили способ борьбы с хронической усталостью

    Ученые из Великобритании и Нидерландов объяснили, почему некоторые люди испытывают умственную усталость, снижение внимания и когнитивных способностей, сообщает Рен ТВ.

    Сообщается, что такие жалобы часто возникают у страдающих хроническими заболеваниями пациентов, причем эти симптомы могут изматывать даже больше самой болезни.

    Согласно исследованию, которое проводили совместно сотрудники из Бирмингемского и Амстердамского университетов, существует связь между воспалением как реакцией организма на болезнь и снижением умственной деятельности. По словам руководителя исследования Али Мазахери, их исследование «выявило специфический процесс в головном мозге, который явно подвержен влиянию воспаления».

    В ходе эксперимента 20 здоровым мужчинам ввели вакцину от брюшного тифа, которая вызывает временное воспаление в организме. Через несколько часов у испытуемых было зафиксировано снижение когнитивных способностей мозга.

    Таким образом, было доказано, что даже самая незначительная болезнь может приводить к изменению активности мозга, в первую очередь, связанную с сохранением бдительности, также притупляются ощущение опасности и чувство тревоги.

    Ученые сделали вывод, что страдающие от таких болезней, как ожирение, болезнь почек или болезнь Альцгеймера, могут повысить активность мозга, если начнут принимать противовоспалительные препараты.

  • Göyçayda avtomobil qəzası olub, ölən və yaralanan var

    Göyçayda yol-nəqliyyat hadisəsi olub.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 19:00 radələrində Göyçay-Ucar avtomobil yolunda, Hüngütlü kəndi ərazisində qeydə alınıb. “VAZ 2107” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkət edən “QAZEL” markalı yük avtomobilinin arxa tərəfinə çırpılıb. Hadisə zamanı minik avtomobilində olan bir nəfər ölüb, digəri isə yaralanıb. Həmin şəxslərin qardaş olduğu deyilir.

    Faktla bağl Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • В Баку два человека отравились угарным газом

    В Баку произошел несчастный случай со смертельным исходом.

    Проживающие в поселке Алят Гарадагского района Севда Халигова и ее сын Кямран Халигов (2002 г.р.) умерли от отравления угарным газом, сообщает АПА.

    Ведется расследование.

  • Prezident İlham Əliyev Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb

    Prezident İlham Əliyev Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

    Median.Az-ın xəbərinə görə, fərmanda qeyd edilib:

    Bakı şəhərinin rayonlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının yenidən qurulması (o cümlədən sökülərək yerində yeni bina inşası) ilə bağlı Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam verilmiş tikinti niyyətlərinə (layihələrinə) münasibətdə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilməklə, həmin tikinti obyektinin yerləşdiyi ərazi üzrə:

    1.1. ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini;

    1.2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı ilə tikinti obyektlərinin tikintisinə icazə verilməsini;

    1.3. tikinti obyektlərinin istismarına icazə verilməsini Bakı şəhərinin müvafiq rayon icra hakimiyyəti həyata keçirir.

  • London körpüsündə atışma olub

    London körpüsündə naməlum şəxslər bir neçə dəfə atəş açıblar.

    Median.Az-ın APA-ya istinadən BBC-yə istinadən verdiyi məlumatına görə, hadisə yerinə silahlı polislər gəlib, körpü bağlanıb.

    “Skotlend-Yard”-dan (London Polis İdarəsi) hadisənin baş verdiyini təsdiqləyiblər.

    “Britaniya polisi bir neçə nəfərin yaralanması ilə nəticələnən insidentin günahkarını saxlayıb”, – deyə “Skotlend-Yard”ın mətbuat xidməti “Twitter”də məlumat yayıb.

    İnsident nəticəsində beş nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə həkim briqadaları cəlb olunub.

    London körpüsünün yaxınlığında yerləşən Boro bazarı ətrafında partlayış baş verməsi barədə “Sky News” telekanalının yaydığı məlumatı isə polis təkzib edib.

  • Bakıda ana və oğlu dəm qazından boğulub

    Bakıda ölüm hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb. Qəsəbənin Şıxlar adlanan ərazisində yaşayan Sevda Xaliqova və oğlu, 2002-ci il təvəllüdlü Kamran Xaliqov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

    Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.

  • Официальный Баку: Азербайджан готов закупить российское вооружение

    Министерство иностранных дел Азербайджана в пятницу заявило о готовности страны закупать российское вооружение.

    Ранее Президент Азербайджана Ильхам Алиев заявил РИА Новости, что Баку заинтересован в новых контрактах по поставкам российского вооружения, детали будут согласованы соответствующими ведомствами. По словам главы государства, уже выполненные контракты на поставку оружия из России в Азербайджан оцениваются в пять миллиардов долларов.

    “У Азербайджана налажено тесное военно-политическое и военно-техническое сотрудничество со странами ОДКБ. Особенно хочу отметить сотрудничество между Азербайджаном и Россией, в том числе в военно-технической сфере”, – заявила РИА Новости официальный представитель МИД Азербайджана Лейла Абдуллаева.

    По ее словам, Президент Азербайджана Ильхам Алиев 30 октября на встрече с министром обороны РФ Сергеем Шойгу и 26 ноября – с главой Генштаба ВС РФ Валерием Герасимовым обсудил вопросы сотрудничестве в военной сфере между нашими странами в 2020 году. “Если понадобится, то Азербайджан может приобрести новое вооружение у России”, – добавила она.

  • Vəzifəsindən azad edilən Əli Həsənovdan İLK ÇAĞIRIŞ – FOTO

    Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vəzifədən azad edilməsinə münasibət bildirib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, Əli Həsənov bundan sonra öz fəaliyyətimi elmi yaradıcılıq istiqamətində davam etdirəcəyini bildirib.

    “Dəyərli oxucular, bildirmək istəyirəm ki, bu gündən etibarən mən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri deyiləm, bundan sonra öz fəaliyyətimi elmi yaradıcılıq istiqamətində davam etdirəcəyəm.
    Xüsusi olaraq vurğulayım ki, mən öz siyasi karyerama Heydər Əliyev kursunun sadiq əsgəri kimi başlamış, 25 il bu kursa, bu kursun davamçısı olan cənab İlham Əliyevə sədaqətlə xidmət etmişəm və bundan sonra da bu kursa xidmət edəcəyəm. Mənim Azərbaycan dövlətçiliyinə, Heydər Əliyev siyasi kursuna və İlham Əliyevin yürütdüyü siyasətə sədaqətim dəyişməzdir. Hər kəsin bilməsini istəyirəm ki, mən həmişə Heydər Əliyev ideyalarının daşıyıcısı, İlham Əliyevin siyasi kursunun dəstəkçisi olaraq qalacağam. Azərbaycanda başlamış yeniləşmə kursuna inanır, həyata keçirilən islahatların ölkəmizə və xalqımıza uğurlar gətirəcəyinə əminliyimi ifadə edirəm.
    Cəmiyyətimizin bütün təbəqələrini bundan sonra da Heydər Əliyev siyasi kursuna dəstək verməyə və cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram”, – deyə Həsənov vurğulayıb.

  • Bəzi qoruqlarda yeni idarəetmə modeli yaradılacaq

    “Gələn il ərzində Şəkidəki “Yuxarı Baş”, İsmayıllıdakı “Basqal”, Qubadakı “Xınalıq” qoruqlarında tamamilə yeni idarəetmə modeli təqdim ediləcək”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Milli Turizm Sammitində çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, turizm sahəsində ən vacib instusional islahatlardan biri Qoruqların İdarəetmə Mərkəzinin yaradılmasıdır: “Ötən il ərzində tabeliyimizdə olan qoruqlarda idarəetmə prosesinin həyata keçirilməsi, eyni zamanda tarixi irsimizi qorumaq üçün Qoruqların İdarəetmə Mərkəzi yaradıldı. Bu mərkəz Prezident İlham Əliyev tərəfindən yaradılanda qarşıya qoyulan məqsədlərdən biri bu idi ki, qoruqlarımızı, tarixi irsimizi qorumaq, eyni zamanda bunu turizmin inkişafına yönəltmək lazımdır. Bununla bağlı çoxfunksionallı fəaliyyət həyata keçirilməyə başlanıldı. Biz yalnız turistlərin qoruqlarımıza gəlib baxıb qayıtmalarını istəmirik. Eyni zamanda həmin qoruqlarda alternativ xidmətlərin təklif edilməsini təşkil edirik”.

    K.Qasımov deyib ki, artıq “Yanardağ” qoruğunda bu islahatlar həyata keçirilib. Şəkidə “Yuxarı Baş”, İsmayıllıda “Basqal”, Qubada “Xınalıq” qoruqlarının strateji konsepsiyaları hazırlanıb və təqdim edilib:

    “Növbəti il ərzində orada tikinti, yenidənqurma işləri həyata keçiriləcək və tamamilə yeni idarəetmə modeli təqdim ediləcək”.

  • Goranboyda çoban güllələnib

    Goranboyda çoban güllələnib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə “Boz dağ” ərazisində qeydə alınıb. Çobanlıqla məşğul olan, 2000-ci il təvəllüdlü Hümbətəliyev Şövqi Cəmşid oğlu sinə və baldır nahiyəsindən aldığı güllə xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

    İlkin ehtimala görə, çoban dağlıq ərazidə ov edən şəxslərin silahından açılan atəş nəticəsində yaralanıb.

    Faktla bağlı araşdırma aparılır.