Month: November 2019

  • Gəncədə ər arvadını vəhşicəsinə döydü

    Gəncədə ər arvadını döyüb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Azadə Orucova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

    İlkin məlumatlara görə, qadın baş və bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər alıb və travmatologiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Gürcüstanda içərisində Azərbaycan vətəndaşlarının olduqları avtobus yanıb

    Noyabrın 18-də səhər Batumi-Tbilisi istiqamətində hərəkət edən sərnişin avtobusu Kutaisi dairəvi yolunda yanıb.

    AZƏRTAC xəbər verir ki, bu barədə Acariya Televiziyası xəbər yayıb.

    Şahidlərin verdikləri məlumata görə, avtobusda 50-dək sərnişin olub. Onların arasında Azərbaycan vətəndaşları da var.

    Sərnişinlər vaxtında təxliyə olunublar.

    Məlumata görə, avtobus Türkiyənin “Metro Georgia” şirkətinə məxsusdur.

    Hələlik yanğının hansı səbəbdən baş verməsi barədə məlumat verilmir.

    Qəzada vətəndaşlarımızın və ya soydaşlarımızın xəsarət almaları barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə və Batumidəki baş konsulluğuna heç bir məlumat daxil olmayıb.

    Səfirlikdən bildiriblər ki, Azərbaycan vətəndaşları ilə bağlı hər hansı xəbər olarsa konsulluq dərhal həmin şəxslərin vəziyyəti ilə maraqlanacaq və onlara lazımi yardımlar göstəriləcək.

  • Азербайджан нарастил внешнеторговый оборот

    В январе-октябре текущего года внешнеторговый оборот Азербайджана составил 28,276 миллиарда долларов, что на 12,1 процента больше показателя десяти месяцев прошлого года, передает Trend со ссылкой на ежемесячный отчет государственного таможенного комитета (ГТК) Азербайджана.

    В структуре внешнеторгового оборота на экспорт пришлось 16,821 миллиарда долларов США, обеспечив рост в годовом исчислении на 13,1 процента. Тем не менее, удельный вес экспорта уменьшился на 3,9 процентного пункта, до 59,4 процентов от объема внешнеторгового оборота.

    Импорт в Азербайджан за январь-октябрь 2019 года составил 11,455 миллиарда долларов США, значительно увеличившись относительно аналогичного периода прошлого года на 23,8 процента.

    Удельный вес импорта в общей сумме товарооборота, соответственно, увеличился на 3,9 процентных пункта, до 40,5 процента от общего объема

    Сальдо во внешнеторговом обороте сократилось на 20,1 процента, но, тем не менее, осталось положительным и составило 5,366 миллиарда долларов США.

  • Maykl Ceksonu ölümündən sonra məhkəməyə verdilər

    “Neverlandı tərk edəndə” adlı qalmaqallı sənədli filmin baş qəhrəmanı olmuş Uade Robson və Ceyms Seyfçak popun kralı, mərhum Maykl Ceksonun miras fondunu məhkəməyə veriblər. Səbəb isə pop kral tərəfindən cinsi zorakılığa məruz qalmaları olub.

    Onlar bundan öncə də Ceksonun varislərini məhkəməyə veriblər. Qismən məhdudiyyət müddətinə görə 2017-ci ildə irəli sürülən iddialar rədd edilib.

    Musiqiçinin hər iki qurbanı, onların fikrincə ədalətsiz qərara etiraz etmək üçün apelyasiya şikayəti veriblər, lakin bu günə qədər iş yerindən tərpənməyib.

    TMZ portalı Kaliforniya ştatının yeni qanunları sayəsində uşaqlara qarşı zorakılıq ilə əlaqəli cinayətlərə dair məhdudiyyət müddətinin dəyişdirildiyini, Robson və Seyfçakın cinayətkarları məsuliyyətə cəlb etmək şansları olduğunu öyrənə bilib.

    İlk dinləmələr isə bu həftənin sonunda baş tutacaq. Məhkəmə heyəti Uade ilə Ceymsin uşaqlıqda Ceksonun əlindən əziyyət çəkdiklərini və mərhum pop krala qarşı qalmaqallı məsələ ilə bağlı əhəmiyyətli arqumentlərin olub-olmadığını araşdırılacaq.

    M.Ceksonun qurbanlarının hekayəsi, yanvar ayında, HBO-da yayımlanan dörd saatlıq filmdə nümayiş olunmuşdu. Sənədli ekran işində popun əfsanəsinin rançosuna qonaq gedən uşaqların zorlandığı materiallar əks olunub.

    Filmi izləyən tamaşaçılar isə iki cəbhəyə bölünüb. Kimi Mayklın günahkar olduğuna inanıb, kimi də sənətçinin ailəsi kimi mərhum Ceksonun nüfuzunun ayaqlar altına atıb, ləkələmək kimi məqsəd daşıdığını bildirib.

    Qeyd edək ki, Maykl Cekson 2009-cu ildə ABŞ-ın Los-Anceles şəhərində yerləşən evində artıq dozada propofol maddə qəbul edərək dünyasını dəyişib.

  • Çinlilər “Range Rover”in surətini istehsal etdilər – əslindən on dəfə ucuzdur

    Çinin “Hunkt Canticie” adlanan avtomobil markası Britaniya istehsalı olan “Range Rover”in ucuz surətidir. Avtomobilin dəyəri isə cəmi 18 min dollardır. Hələlik istehsalçılar bu maşını yalnız Çin bazarında satmağı planlaşdırırlar.

    “Carscoops” nəşri yazır ki, çinlilər bu maşını “Range Rover” istehsalçılarından icazəsiz şəkildə kopyalayıblar.

    Doğrudur, çinli “klon”un “Range Rover”ə bənzərliyi yalnız xarici görünüşə görədir. “Hunkt Canticie”nin interyeri isə britaniyalı əslindən fərqli olaraq daha sadədir.

    Bundan başqa, Çin avtomobilinin texniki gücü də “Range Rover”ə uduzur. Çin variantında beş litrli V8-in əvəzində iki litrlik benzin mühərriki yer alıb.

    Qiymətdəki fərq isə həqiqətən fantastikdir. Çində “Range Rover” 173 min dollara başa gəlir ki, onu da əhalinin böyük hissəsi almaq iqtidarında deyil. Yerli istehsal isə çinlilərə demək olar, 10 dəfə ucuz başa gələcək.

    Hələlik britaniyalı avtomobil istehsalçılarından bu maşınla bağlı heç bir açıqlama gəlməyib.

  • Китайцы выпустили дешевый клон Range Rover

    На китайском авторынке стартовали продажи китайского клона Range Rover Sport. Новый кроссовер получил название Hunkt Canticie.

    Визуально отличий между этим китайским “паркетником” и оригинальным британским внедорожником практически нет. Отличить “подделку” от настоящего Range Rover Sport можно лишь по оригинальной светодиодной оптике, другой решетке радиатора и бамперам, а также шильдикам на кузове с названием машины.

    В техническом же плане китаец и британец два абсолютно разных автомобиля. Hunkt Canticie разработан на архитектуре модели Zotye T800. Приводит в движение кроссовер 2-литровый турбированный агрегат, выдающий 218 лошадиных сил. Связку ему составляет 8-скоростной “автомат”. Привод – только передний.

    Стоимость китайской копии Range Rover Sport в “Поднебесной” составляет от 126 тысяч 800 юаней (примерно 30 785 манатов).. В свою очередь, за оригинальный британский кроссовер в КНР просят от 1 миллиона 155 тысяч юаней.

    Информации о том, готовятся ли в Land Rover к судебным разбирательствам с компанией производителем копии их популярного кроссовера, пока нет.

  • Sumqayıtda FACİƏ: naqil oğurlamaq istəyən şəxsi elektrik cərəyanı vurub öldürüb

    Sumqayıtda elektrik yarımstansiyasına müdaxilə edən kişini elektrik cərəyanı vurub öldürüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib.

    17-ci mikrorayon, 52-ci binanın qarşısındakı yarımstansiyada 35-40 yaşlı naməlum kişi meyiti aşkarlanıb.

    Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs yarımstansiyanın açar yerinə mexaniki yolla müdaxilə edərək qapını açıb və içəri daxil olub. Elektrik naqillərini oğurlamaq məqsədilə kəsərək toplayıb, növbəti naqili kəsərkən onu elektrik cərəyanı vurub öldürüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

  • Xuraman 3 gün əvvəl doğulan övladı ilə – FOTO

    Bir neçə gün əvvəl ana olan müğənni Xuraman Şuşalı xəstəxanadan evə buraxılıb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi yeni doğulan uşağı ilə şəklini İnstaqramda yayımlayıb.

    Qeyd edək ki, Elçin adlı şəxslə ailəli olan Xuramanın 4 övladı var. Sənətçinin 3 gün əvvəl qızı doğulub. İfaçı övladına Məryəm adını qoyub.

  • İranda ara qarşıdı – Xamneyinin nümayəndəsinin evinə silahlı basqın olub

    İranın dini rəhbəri Əli Xamneyinin nümayəndəsinə qarşı sui-qəsd cəhdi olub.

    Baku.ws İRNA agentliyinə iatinadən xəbər verir ki, bu gün Xamneyinin nümayəndəsi, Yəzd şəhər məscidinin imamı Məhəmməd Naseri Yəzdinin evinə silahlı basqın cəhdi olub. Hadisə nəticəsində 4 nəfər saxlanılıb, daha bir neçə nəfər şübhəli isə hadisə yerindən qaçmağa müvəffəq olub.

  • Pərvin Abıyeva: “Heç bir kişinin başı üçün deyil ki, mənə nəsə aldığını desin” – VİDEOMÜSAHİBƏ

    Məşhur aktrisa Pərvin Abıyeva Azxeber.com-a müsahibə verib.

    Həmin müsahibəni tədqim edirik:

    – Pərvin ən çox müzakirə edilən aktrisasız. Sizcə bunun səbəbi nədir?
    – Mən olduğum hər yerdə müzakirə edilirəm, bu təkcə aktrisalıqla bağlı deyil. Özümü gözəl hesab etmirəm. Ancaq çox sanslıyam ki, Allah mənə hər bir şey verib. Əgər belədirsə, niyə də özümü gözəl deməyim? Amma özüm də bilirəm ki, cazibə qüvvəm var. Mənim qəşəng bir də şarmım var. Çox cəlbediciyəm (gülür)

    – Bəzi məşhurlar gözəl qalmaq üçün estetik əməliyyata üstünlük verirlər. Bəs siz necə?
    – Bədənimdə estetik əməliyyat demək olar ki, yoxdur. Burnumda və dodağımda var. Botoks və üz dartma kimi şeylərim də yoxdur. Dodağımda da iz olduğu üçün kosmetoloqla məsləhətləşib, etmişəm.

    – Özünüz məşhur olsaz da ailənizi hər zaman mediadan kənar tutursuz. İndiyə kimi onları görən olmayıb…
    – Seçdiyim sənətdən dolayı, məndə özgüvən çoxdur. Bir az da ruhumda azadlıq var, bunu gizlətmirəm. Bundan dolayı insanlar hər zaman məni qınayırlar, pis mənada qələmə verirlər. İçimi, məni bilib tanımadan qınayırlar, söyürlər. Əgər bu gün cəmiyyətimiz bu vəziyyətdə olmasaydı, hamını daş-qalaq edib, şər atmasaydılar, babal yumasaydılar ailəmi gizlətməzdim. Mən düşünərdim ki, niyə ailəmi gizlədim. Mənim işimi və özümü gözəl qəbul edirlərsə, nəyə görə mənim ailəmi qəbul etməsinlər. Mənim valideynlərimə nələrin deyildiyini, nələrin yazıldığını bilirsiz. Bir sözlə, məni iyrəndiriblər. İstəmirəm mənə görə onların adlarına söz gəlsin. Ailə mənim yaralı yerimdir. Bu gün mənə desələr ki, qardaşın üçün canın ver, heç düşünmədən verərəm. Qardaşım ali təhsillidir. Öz savadı ilə universitetə girib, hətta xaricdə təhsil alır. İnformasiya Texnologiyaları üzrə mütəxəsisdir. Bildiyiniz kimi o sahədə pul və ya tapşırıq keçmir.

    – Qardaşınız da çox vaxt müzakirə olunur…
    – Mən özüm onu buralardan uzaq tuturam. Səbəb bir az mən, bir az da insanların düşüncə tərzidir. Qardaşım 11-ci sinifi bitirdikdən sonra şəhəri tanıyıb. Qardaşımı efirə çıxartsam onun üstündə dava, qırğın olacaq. Filmlər, reklamlar, kliplər və model təklif alacaq. O çox yaraşıqlı və istedadlıdır.

    – Adınız daha çox məmur övladları ilə hallanır…
    – Tanınmışlar içində ən çox mənim adım məmur övladları ilə hallanır. Mən bununla qürur duyuram. Sevinirəm ki, məni məmur övladları ilə bir tuturlar. Daha demirlər ki, Pərvinin məmur sevgilisi var, “həci”si var və ya 40-50 yaşlı biznesmenlə sevgilidir. Qoy desinlər ki, məmur övladı və ya biznesmən övladı ilə sevgilidir. Çünki bu adamlar öz pullarını yox, atalarının pulllarını yeyir. Deyə bilməzlər ki, Pərvinə pul vermişik, nəsə almışıq. Bu kimi sözlər mənə yaddır. El dili ilə deyə bilərəm ki, heç bir kişinin başı üçün deyil ki, desin Pərvinə maşın, ev və ya digər bahalı hədiyyə etmişəm. “Maşın” şounun ikinci iştirakımdan sonra çox tanınmış məmur tərəfindən zəng gəldi ki, sizə bahalı avtomobil hədiyyə edir. Qəbul etmədim, həmin an sevdiyim insan da yanımda idi. Bu mənim xatekterimə uyğun deyil.

    – Bəs münasibətdə nəyə üstünlük verirsiz?
    – Həddində artıq həssas insanam. Mala, mülkə önəm verən insan deyiləm. Mənim üçün əsas diqqət, qayğı və nəvazişidir.

    – Son vaxtlar sosial şəbəkələrdə çox passivsiz…

    – Bilirsiz niyə? Çünki indi kimə baxırsan hamı blogger, model və aktrisa olub. Adamın əsl aktrisa və modellərə ürəyi ağıyır. Sosial şəbəkələr mənə çox maraqsız gəlir, artıq ora çox az-az daxil oluram”.