Month: November 2019

  • Prezident “28 May” metrostansiyasının qarşısında – VİDEO

    Bu gün Sumqayıtın 70 illik yubileyi münasibətilə şəhərdə bayram tədbiri keçiriləcək.

    Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edəcək.

    Prezidentin Bakı- Sumqayıt qatarı ilə tədbirə gedəcəyi bildirilir.

    Bununla bağlı İlham Əliyev “28 May” metrostansiyasının qarşısına gəlib.

    O, metrostansiyanın qarşısında şəhər sakinləri ilə görüşüb.

  • Эльдар Азизов уволил директора

    В Исполнительной власти города Баку произошли кадровые изменения.

    По приказу главы ИВ Баку Эльдара Азизова, директор предприятия электросети Bakı Şəhər İşığı (“Бакинское городское освещение”) Тейяр Абдуллаев освобожден от занимаемой должности.

    Согласно другому приказу Э.Азизова, на эту должность назначен Эльдар Эльдаров.

  • Eldar Əzizov direktoru işdən çıxardı

    Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri olub.

    BŞİH-in başçısı Eldar Əzizovun əmrinə əsasən, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin direktoru Təyyar Abdullayev vəzifəsindən azad edilib.

    İcra başçısının digər əmri ilə onun yerinə Eldar Eldarov gətirilib.

  • Жителям Сумгайыта сбросили пригласительные с вертолета – ВИДЕО

    В связи с 70-летним юбилеем города Сумгайыт будет проведен торжественная церемония.

    Жители города получили приглашение на мероприятие в довольно креативной форме.

    Так, жителям были разбросаны пригласительные прямо из вертолета, летевшего в небе над городом.

    «Приглашаем вас на торжественную юбилейную церемонию, которая пройдет по случаю 70-летия города Сумгайыт 19 ноября 2019 года в 10:30 перед Сумгайытским государственным драматическим театром и на грандиозный праздничный концерт вечером в 18:00», – говорится в сообщении.

  • Sərnişinlərin NƏZƏRİNƏ! Bu tarixdə Bakı-Sabunçu qatarı işləməyəcək

    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sərnişinlərə müraciət edib.

    Qurumun mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu -Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq.

    “Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur” deyə, məlumatda qeyd olunub.//Baku.ws

  • Türkiyədə fahişə əməliyyatı: Azərbaycanlılar tutuldu

    Türkiyənin Dənizli şəhərində əyləncə mərkəzlərində işləmə icazəsi olmayan 17 əcnəbi tutulub.

    Oxu.Az xəbər verir ki, Ərazi Təhlükəsizlik İdarəsinin Asayiş Şöbə müdirliyi tərəfindən əyləncə mərkəzlərində yoxlamalar aparılıb.

    “Anadolu” agentliyinin məlumatına görə, aparılan yoxlamalarda 12 əyləncə mərkəzində konsyerj işləyən əcnəbi qadınların işləmək icazələrinin olmadığı müəyyən edilib.

    Polislər rus, Azərbaycan və gürcü əsilli 17 qadını tutublar.

    Qadınlar polisə aparılıb və daha sonra deportasiya olunmaq üçün müvafiq orqanlara göndəriliblər.

    Bundan başqa, iki nəfərə “fahişəliyə vasitəçilik etmək” cinayəti ilə 290 min lirəlik pul cəzası tətbiq edilib.

  • Bakıda 49 yaşlı kişi naməlum şəraitdə ağır xəsarət alıb

    Bakının Suraxanı rayonunda 49 yaşlı kişi naməlum şəraitdə kəsici alətlə xəsarət alıb.

    APA xəbər verir ki, hadisə Günəşli qəsəbəsi, Yeni yaşayış massivində baş verib.

    1970-ci il təvəllüdlü Məmmədov Yusif Sadiq oğlu evlərinin yaxınlığında kəsici alətlə xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

    Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

  • Sumqayıt şəhərinin yubileyi ilə əlaqədar bayram tədbiri keçiriləcək

    Noyabrın 19-da Sumqayıtın 70 illik yubileyi münasibətilə şəhərdə bayram tədbiri keçiriləcək.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin sözçüsü Elçin Qasımov məlumat verib.

    Məlumata görə, bayram tədbiri ilə bağlı həmin gün şəhərin Sülh prospekti ilə Koroğlu, Bakı, Nəriman Nərimanov, o cümlədən Heydər Əliyev prospektinin kəişmələrində və Azərbaycan prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

    Sürücülərdən həmin gün alternativ yollardan istifadə etmələri xahiş olunur.

  • Azərbaycanda işlənmiş akkumulyatorlar təkrar emal edilə bilər — VİDEO

    Sirr deyil ki, sürücülər avtomobillərinin akkumulyatorlarını dəyişdirərkən köhnə olanı elə aldıqları yerdə satırlar.
    Median.Az
    bildirir ki, bir çoxları onların Azərbaycanda təkrar emal edildiyini zənn etsə də, əslində bu belə deyil. Akkumulyator satışı ilə məşğul olanlar deyir ki, bunu təkrar emal etmək üçün xarici ölkələrə göndərirlər.

    Qeyd edək ki, bu gün Azərbaycan bazarında ən çox Türkiyə istehsalı olan akkumulyatorlar satılır. Qiymətləri isə Avropa istehsalı ilə müqayisədə bir qədər aşağıdır.

    Amma artıq Azərbaycanda da akkumulyator istehsal edilməsi istiqamətində işlər görülür.

    İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, Azərbaycanda işlənmiş akkumulyatorların təkrar emalı ilə bağlı bazar araşdırmaları aparılır. Onun sözlərinə görə, bu araşdırmalara müvafiq şirkət cəlb olunub ki, onun tərəfindən həmçinin biznes plan hazırlanacaq.

    Niyazi Səfərov bildirib ki, bu istiqamətdə aparılan işlərin yaxın zamanda başa çatacağı gözlənilir. Layihə işlənildikdən sonra akkumulyatorların təkrar emalının təşkili ilə bağlı optimal yer seçiləcək. Layihə sənaye zonalarının birində icra olunacaq.
    Qeyd edək ki, Azərbaycanda bir milyondan çox avtomobil var. Təxminən üç ildən bir sürücülər avtomobilərinin akkumulyatorunu dəyişir. Orta hesabla bir akkumulyatorun qiymətinin 100 manat olduğunu nəzərə alsaq, bu da kifayət qədər məbləğ deməkdir.

    İqtisadçı-ekspertlər isə deyir ki, ölkəmizdə akkumulyatorlar təkrar emal edilərsə, həm yeni iş yerləri açılar, həm də daxili bazarda olan təlabat ödənilər.

    İqtisadçı-ekspert Ruslan Atakişiyevin fikrincə, hətta təkrar emaldan hazırlanan akkumulyatorları xarici bazara da çıxarmaq mümkündür.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • В Мингячевире автомобиль сбил пожилого мужчину

    В Мингячевире автомобиль сбил пожилого мужчину.

    Как сообщает АПА, ДТП произошло на территории жилмассива «Энергетик».

    Автомобиль такси сбил переходившего дорогу Аббасова Ханоглана Байрам оглу 1947 г.р. Пострадавший был доставлен в больницу, где ему была оказана необходимая медицинская помощь.

    По факту ведется расследование.