Month: November 2019

  • В Кюрдамире задержан вор-карманник

    Как сообщает Median.Az, сотрудники Кюрдамирского РОП в ходе оперативно-розыскных мер задержали жителя Агдашского района Х.Гулиева, который 29-го октября украл из сумки жительниц столицы А.Гумбатовой 840 манатов и у Н.Бабаевой мобильный телефон.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Kürdəmirdə cibgirlik edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da Bakı şəhər sakinləri A.Hümbətovanın çantasından 840 manat pul, N.Babayevanın isə mobil telefonunu oğurlayan Ağdaş rayon sakini H.Quliyev saxlanılıb.

    RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakıda doğulan qəribə körpə ölüb – Baş həkimdən AÇIQLAMA

    Bakıda dünyaya gələn qəribə körpə dünyasını dəyişib.

    Median.Az xəbər verir ki, bu barədə unikal.org-a açıqlamasında Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Doğum Şöbəsinin Baş həkimi Zəhra Abbasova məlumat verib:

    “Körpə keçən həftə dünyaya gəlmişdi. Nə üçün bu görünüşdə olduğunu biz də bilmədik. Uşaq bir gün də yaşamadı. Körpənin valideynləri sağlam insanlardır. Onların birgə nikahdan iki azyaşlı övladı da var”.

    Qeyd edək ki, Bakıda ötən həftə anormal, görüntüsü dəhşət doğuran bir körpə doğulub. Cinsiyyəti qız olan körpənin qulaqları boynunda bitib, ağzı isə yoxdur, burnu heyvana bənzəyir.

  • Prezident şeyxə “Heydər Əliyev” ordeni təqdim etdi

    Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sammitdə iştirak edirlər.

    Əvvəlcə birgə foto çəkdirilib.

    Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə nitq söyləyib.

    Sonra Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncamı oxunub.

    Dövlətimizin başçısı İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.

    Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən Sammitdə müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimləri, beynəlxalq təşkilatların nümayəndələri, dini konfessiya və təriqət liderləri iştirak edirlər.

    Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır.

    İkigünlük Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılacaq.

    Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunacaq.

    Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin 11-də Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

  • Həbs edilənlərdən biri Mədət Quliyevin işdən qovduğu rəisdir

    Dünən Almaniyada siyasi mühacir alverinə görə həbs edilən Elçin Əkbərov barəsində bundan öncə də Azərbaycan mediasında qalmaqallı yazılar yayımlanıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin 9 və 14 saylı cəzaçəkmə müəssisələrində rəis işləyən E.Əkbərov polis mayoru olan qardaşı Mahir Əkbərovla bağlı gündəmə gəlmişdi. M.Əkbərov Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi olmuşdu. Onun arvadı Leyla Əkbərova isə bir neçə nəfərdən saxta sənəd düzəltməklə vəzifəyə təyin etmək adı altında 100 min manatdan çox pul alıb mənimsəmişdi. Məhkəmə L.Abdullayevanı 9 il müddətinə azadlıqdan məhrum etdi.

    Həmin zaman zərərçəkən tərəf bu işləri Mahir Əkbərovun etdiyini iddia edirdi: “95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova, Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirdi, istintaqın çağırışlarına da gəlmirdi. Onun xarici pasportunun vaxtı bitdiyi üçün “ASAN” xidmətdə pasportunu dəyişdirəndə saxlamışdılar”.

    Mahir Əkbərova 2014-cü ildə keçmiş Daxili İşlər naziri Ramil Usubov tərəfindən töhmət elan edilib. Binəqədi RPİ-dən çıxarılandan sonra Nizami rayonunda Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili olub, bir müddət sonra isə polis orqanlarından xaric edilib.

    Bu işdə Mahir və Elçin Əkbərovların anası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon İdarəsində şöbə rəisi işləmiş Nigar Əkbərovanın adı hallanıb. O, həm istintaqda, həm də məhkəmədə şahid kimi ifadə vermişdi. O, əvvəllər Şərur rayon Təhsil Şöbəsinin rəhbəri olub.

    Bakupost.az-ın 2016-cı ildə yaydığı məlumatda qeyd olunub ki, uzun müddət Cəzaçəkmə Müəssisələrinin rəisi işləyən Elçin Əkbərov 2015-ci ildə Almaniyadan siyasi sığınacaq alıb: “Həmin vəzifədə işləyən zaman insan hüquq və azadlıqlarının pozan, məhbuslarla qəddar münasibəti ilə seçilən və ən rüşvətxor müəssisə rəhbərlərindən biri kimi tanınan bu şəxs elə həmin əməllərinə görə də Mədət Quliyevin əmri ilə işdən qovulub.

    Elçin Əkbərov Almaniyada qaçqın statusu aldıqdan sonra da bir neçə dəfə Azərbaycanda olub. Belə ki, o, 2015-ci ilin oktyabr ayında Azərbaycan pasportu ilə Azərbaycana gəlib. 01.11.2015-ci ildə Azərbaycanı tərk etməklə Türkiyəyə, oradan isə Almaniyaya gedib.

    Araşdırma zamanı məlum olub ki, E.Əkbərov dekabr ayında da Azərbaycanda olub. O hətta Bakıda özünə yeni pasport da alıb. Almaniyada siyasi sığınacaq alan keçmiş rəisə P16910631 saylı pasportu 13 dekabr 2016-cı ildə ASAN- 2 də veriblər.

    Qeyd edək ki, bu ailə əslən Şərur rayonunun Yuxarı Daşarx kəndindəndir. İddiaya görə, Elçin Əkbərov 90-cı illərdə həmin dövrün məşhur “Laləndə” restoranında münaqişə zəminində öz tabel silahı ilə iki nəfəri güləlləyərək ağır yaralayıb.

    E.Əkbərov 2015-ci ildə “Yeni Müsavat”a müsahibəsində deyib ki, şəxsi münasibətlər zəminində Mədət Quliyevlə problemi olub: “Mədət QuliyevPenitensiar Xidmətə rəhbər gələndən sonra dedi ki, istədiyim adamı işdən çıxaracam, istədiyimi saxlayacam. Ondan sonra şəxsi münasibətlər kəskinləşdi, mən də ölkəni tərk etdim”

    E.Əkbərun Almaniyada dörd uşağı və arvadı ilə birgə yaşayır. Onun 90-cı illərdə “OMON”-la əlaqəsi olduğu bildirilir.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Əkbərovun Almaniyada mühacirlik həyatı yaşadığı vaxt da Bakıda biznesini idarə etdiyi, başqa adla hazırladığı saxta pasportla Azərbaycana gəlib getdiyi iddia olunur. Onun Babək prospketində “Aysun” adlı restoranı, Bakıda bahalı maşınları olduğu barədə məlumatlar var. İddiaya görə, E.Əkbərov həyat yoldaşı Pərvin Əkbərova üçün də saxta sənəd düzəldib onu “Sevda Əkbərova” kimi təqdim edib.

    Əkbərovun digər qardaşları Elnur isə Nizami rayonunda yerləşən maşın bazarında topdan təkər satışı ilə məşğul olur. Məlumata görə, E.Əkbərov Almaniyadan Azərbaycana içi təkərlə dolu tırlar göndərirmiş, Elnur isə təkərləri özünə götürüb maşını sataraq pulu Elçinə göndərib. E.Əkbərov mühacir statusu aldıqdan sonra Almaniyada ət biznesi ilə məşğul olub.

    Almaniya mətbuatını yazdığına görə, mühacir alverinə görə tutulanlar təxminən 20 azərbaycanlınıdan 3-10 min avro alaraq qarşılığında mühacirlik statusu vəd ediblər.

  • Nazirliyin 2 vəzifəli şəxsinə cinayət işi açıldı

    Dövlət Sosial Müdafiə Fondunun iki rayon üzrə şöbə müdiri haqda cinayət işi başlanılıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluqdan AZXEBER.COM-a daxil olan birgə məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun Saatlı və Sabirabad rayon şöbələrinin müdirləri Seyidrəsul Abbasov və Bayram Mikayılovun xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vətəndaşların pensiya təyinatı ilə bağlı müraciət etdikləri tarixlərdən ən çoxu 3 il əvvəl üçün pensiya təyin olunması barədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Saatlı rayon şöbəsində 44 pensiya işi üzrə 102 min manat, Sabirabad rayon şöbəsində isə 31 pensiya işi üzrə 95 min manat artıq ödəməyə səbəb olan keçmiş tarixə pensiya məbləğlərini hesablamalarına dair əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edilən xüsusatlarla əlaqədar fakta görə həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Xosenin bıçaqlanan qardaşının sevgilisi danışdı – VİDEO

    Teleaparıcı Xose Bernardonun bıçaqlanan qardaşı Rəfael Hüseynovun sevgilisi “Bizimləsən” verilişinə açıqlama verib.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, qadın hadisədən şoka düşdüyünü deyib. O bildirib ki, bıçaqlanma qısqanclıqdan baş verməyib:

    “İki il əvvəl ərimlə ayrılmışıq. Ailə qurub, övladı olub. Qısqanclıqdan olmayıb, eqoistlikdir. Sevirdisə, yanında saxlayardı, anamın evinə göndərməzdi. Spirtli içki içirdi, gəlib qapıma, dava salırdı. Mən də evimdən çıxıb, Rafaelin evinə köçdüm. Rafaellə bir-birimizi sevirik. İndi hamiləyəm, onu atmayacam”.

    Rafaelin anası da gəlinini çox istədiyini söyləyib.

    Qeyd edək ki, Xose və qardaşı Rafael bir neçə gün əvvəl yaşadığı evin həyətində bıçaqlanıb. Onları bıçaqlayan şəxs Rafaelin sevgilisinin keçmiş həyat yoldaşı olub.

  • Bakıda qızları təhqir edən şəxsləri vətəndaşlar döydü – YENİ VİDEO

    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.

    Sosial şəbəkədə yayılan görüntülərdə həmin şəxsin ətrafdaklılar tərəfindən döyülməsi öz əksini tapıb.

    Həmin görüntüləri təqdim edirik:

    Qeyd edək ki, noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum ediblər.

    Bakı Şəhər Baş Polis idarəsindən verilən açıqlamaya görə hadisəni törədən hər iki şəxs Sabunçu RPİ 13-cü polis bölməsinə gətirilib və onların hadisə zamanı içkili olduqları müəyyən edilib.

    Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.
    /azxeber.com/

  • Deputatdan maraqlı təklif: “Bu şəxslər avtobuslardan pulsuz istifadə etməlidir”

    “Təqaüdçülərə ictimai nəqliyyatdan pulsuz istifadə etmək barədə düşünmək olar”.

    Median.Az “report”a istinadən xəbər verir ki, bunu deputat Elmira Axundova parlamentin plenar iclasında deyib.

    “Gələn ilin büdcəsində müxtəlif növ kateqoriyalı insanlar üçün bir sıra sosial güzəştlər və imtiyazlar nəzərdə tutulub.

    Lakin yaşlı vətəndaşlar üçün, demək olar ki, təqaüddən başqa əlavə gəlir yoxdur.

    Əgər biz gələn il təqaüdçülərə ictimai nəqliyyat növlərini pulsuz etsək, bu, yeni ildə onlar üçün ən yaxşı hədiyyə olardı”, – deyə Elmira Axundova bildirib.

    Deputat ahıl yaşda olan insanlarla bağlı digər təklifini də səsləndirib:

    “Təklif edirəm ki, 80 yaş və ondan yuxarı olan şəxslərə dərmanlar pulsuz verilsin, ya da onların təqaüdlərinə şərti olaraq “dərman pulu” dediyimiz məbləğ əlavə edilsin.

    Yenə də dünya təcrübəsinə əsaslanaraq bunu deyirəm. Misal olaraq, Almaniyada təqaüdçülər onlara səhhətləri üçün vacib olan bütün dərmanları pulsuz alırlar.

    Çox arzulayardıq ki, bu xoş və nəcib təcrübə Azərbaycanda da tətbiq olunsun. Çünki bizim inkişaf səviyyəmiz buna imkan verir”.

  • Doktoranturaya qəbul qaydaları dəyişdirildi – YENİ QƏRAR

    Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib.

    Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Qərar əsasən, Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Doktoranturaya qəbul olmaq istəyənlər isə xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

    Qərarda qeyd olunub ki, xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı AMEA və Naziriklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

    Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.

    Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

    Fəlsəfə fənni üzrə imtahan doktoranturaya qəbulu həyata keçirən ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatların tabe olduqları müvafiq qurumlar tərəfindən müəyyən olunmuş ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatlarda həyata keçirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. İmtahanın məzmunu (proqramı) AMEA və Nazirlik tərəfindən birgə müəyyənləşdirilir.

    İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir və imtahana yalnız fəlsəfə fənnindən “məqbul” alan şəxslər buraxılırlar. Komissiyanın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan elmi rəhbərlər də komissiyanın üzvü ola bilərlər. Komissiyanın sədri ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbəri, yaxud elmi işlər üzrə müavini təyin edilir. Bəzi ixtisaslar üzrə elmlər doktorları və professorlar olmadıqda, müvafiq olaraq komissiyanın tərkibinə fəlsəfə doktorları (elmlər namizədləri) və dosentlər daxil edilir.

    Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılmış qəbul komissiyaları imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edirlər. Qərar barədə məlumat şəxsin ərizəsində göstərdiyi ünvana və ya elektron poçt ünvanına göndərilir. Komissiyanın qərarından razı olmayan şəxslər qərar qəbul edildikdən və bu barədə məlumat aldıqdan sonra 3 (üç) iş günü müddətində ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbərinə apellyasiya ərizəsi ilə müraciət edə bilər. Müəssisə rəhbəri 5 (beş) iş günü müddətində müraciətə baxmalı və əsaslandırılmış qərar qəbul etməlidir. Qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

    Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər. “Elmlər doktoru” elmi dərəcəsi almaq hüququna “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.

    Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) bu Qaydaların 3.10-1-ci bəndində göstərilən qaydada keçirilən qəbul imtahanı verirlər.

    “Fəlsəfə doktoru” elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan şəxslər müəyyən olunmuş qaydada ixtisas fənnindən və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən də fəlsəfə doktoru imtahanları verirlər.