Month: November 2019

  • Prezidentin fərmanından sonra hərəkətə keçdilər – Evi sənədsiz olanların nəzərinə! (VİDEO)

    “Cənab prezidentin fərmanından sonra sənədsiz tikililərin qeydiyyata alınması ilə bağlı rayon icra hakimiyyətlərində komissiya təşkil olunub”.

    Bu sözləri Nəsimi rayon bələdiyyə sədri Nazim Qaraxanov İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində söyləyib.

    Bələdiyyə sədri rayonların ərazisində sənədsiz evlərlə bağlı artıq sayım işlərinin başlandığını deyir:

    “Komissiya intensiv iş aparır. Hazırda Nəsimi rayonu ərazisində sənədsiz evlərlə bağlı ölçmə işləri aparılır. Bu kifayət qədər fiziki əmək tələb edir. 500 minə yaxın sənədsiz tikili var.

    Bu tikililərin böyük hissəsi Bakı şəhərinin payına düşür. “Papanin”, “Xutor” kimi adlanan ərazilərdə, həmçinin Nəsimi bazarı ətrafında xeyli sayda sənədsiz ev var”.
    /Baku.ws/

  • Xalq artisti Tünzalə Ağayeva 2 milyon insanı təhqir etdi: “Zir-zibil istəmirəm” – VİDEO

    Xalq artisti Tünzalə Ağayeva AVTO FM-in “Nigarla Günorta Şousu” verilişinin qonağı olub.

    Veriliş ərzində bir çox mövzulara toxunan müğənni bəzi izləyicilərdən xeyli narazı olduğunu bildirib.

    Bununla yanaşı, xalq artisti sosial şəbəkədə gündə onlarla insanı qara siyahıya atdığını etiraf edib və hətta onları zir-zibil adlandırıb:

    “Mənim blok sayım artıq 2 milyona gəlir. Bunu açıq deyirəm. Günə 10 profil blok edirəm. Mən sosial mediamda zir-zibil istəmirəm. Mənim gözlərim ona layiq deyil”.
    /Baku.ws/

  • Bakıda 14 yaşlı qız doğuş etdi

    Bakı şəhəri, Xəzər rayonunda 14 yaşlı qız doğuş edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, doğuş iyul ayında olsa da, bu barədə fakt hüquq-mühafizə orqanlarına noyabrda məlum olub.

    Məlumata görə, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı birləşmiş şəhər xəstəxanasında 2005-ci il təvəllüdlü T.T. doğuş edib. O qız uşağı dünyaya gətirib.

    Faktla bağlı araşdırmalara başlanılıb.

    Qeyd edək ki. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

  • Xoşqədəm atası ilə video paylaşdı – VİDEO

    Tanınmış teleaparıcı Xoşqədəm Baxşəliyeva atası ilə rəqs edərkən çəkilən videosunu paylaşıb.

    Görüntülər məclislərin birində çəkilib.

    Aparıcının atası ilə səmimi rəqsi diqqətdən yayınmayıb.

    Həmin videonu təqdim edirik:

  • Qalmaqalla yadda qalan Maqsud Mahmudov ölkədən qaçıb

    Qalmaqalla yadda qalan lombard sahibi Maqsud Mahmudov girov qoyulmuş pulları götürərək, Azərbaycandan qaçıb.

    Bu barədə Oxu.Az-a Qaradağ Rayonu Polis İdarəsindən məlumat daxil olub.

    Artıq üç gündür, insanlar zərgərlik biznesi ilə məşğul olan biznesmenin onları aldatması şikayəti ilə polisə müraciət ediblər. Təkcə Qaradağ rayonundakı polis məntəqəsinə bununla bağlı 70 şikayət daxil olub.

    Zərərçəkənlərin dediyinə görə, 2017-ci ildən qızıl əşyalarını Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən lombardda girov qoyublar.

    Mədinə İsrafilovanın adına sənədləşən lombardın faktiki sahibi Maqsud Mahmudov olub.

    M.Mahmudovun digər lombardının yerləşdiyi Yasamal rayonu ərazisinin Polis İdarəsinə də oxşar şikayətlərlə müraciətlər olub.

    Şikayətlər hələ də davam edir. Hazırda biznesmenin alıcılarına vurduğu mənəvi zərərin dəyəri hesablanır.

    Qeyd edək ki, M.Mahmudovun adı keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun hələ MTN-nin başçısı olduğu dövrdə onunla və ona tabe olan adamlarla bağlı fırıldaqçılıqda hallanıb.

    M.Mahmudovun iddiasına görə, o, 2015-ci ilin dekabrın 20-də 1 saylı Bakı İstintaq Təcridxanasınında intihar edən MTN Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin və təhlükəsizlik orqanının digər keçmiş əməkdaşlarının qanunsuz fəaliyyəti nəticəsində öz var-dövlətini itirib.

    Biznesmenin dediklərinə görə, keçmiş MTN əməkdaşları təhdid edərək, Həsən Əliyev küçəsində yerləşən, 650 min dollara aldığı ona məxsus “Oboy evi”ni bir gecədə 120 min dollara satmağını istəyiblər.

    İlqar Əliyev və tərəfdaşları ondan 250 min dollar alıblar. Bu hadisə Eldar Mahmudovun istefaya göndərilməsindən təxminən bir ay əvvəl baş verib.

    Biznesmenin iddiasına görə, 2015-ci ildə 40 kiloqram qızıl, bağ evi, obyekt girov qoyaraq, hazırda fəaliyyət göstərməyən “Texnika Bank”dan 1,5 milyon dollar kredit götürəndən sonra keçmiş təhlükəsizlik əməkdaşları onun yanına gəlib. Razılaşmaya əsasən, Mahmudov krediti 2020-ci ilə qədər ödəməli olub.

    Lakin dörd ay keçməmiş bankda biznesmenə deyilib ki, o, kreditini indi bağlamasa, girov qoyduğu bütün var-dövləti əlindən çıxacaq.

    “Texnika Bank”ın idarəçiliyində ikinci sima, 15 il müddətinə azadlıqdan məhrum edilən “Beynəlxalq Bank”ın keçmiş başçısı Cahangir Hacıyevin qardaşı oğlu Cəmil Hacıyev olub.

    “Məni bütün var-dövlətimi əlimdən alacaqları ilə qorxutdular və təklif etdilər ki, krediti bağlamağa nağd pulum olmadığı üçün girov qoyduğum əmlakı satım.

    Daha doğrusu, evdən başqa bütün əmlakımı ucuz qiymətə qohumlarına satdılar”, – deyə M.Mahmudov KİV-ə bildirib. Xatırladaq ki, bu barədə Azərbaycanda bütün aparıcı KİV məlumat yayıb.

    M.Mahmudovun sözlərinə görə, bu qanunsuz hərəkətlərin nəticəsində ona 10 milyon manat zərər dəyib.

    Bundan əlavə, o, “Azəriqazbank”a qarşı da iddia qaldırıb. Onun dediyinə görə, bu bankdan qızıl girov qoyaraq, kredit götürüb. Öncə zinət əşyalarını qəbul edən zərgərlər qızılları ümumi qaydada yoxlayıblar: komissiya tərəfindən ekspertiza aparılıb, akt tərtib edilib. Daha sonra müəyyən edilib ki, bankın girov olaraq götürdüyü brilyantlar adi qaşla əvəz olunub.

    Son illər təşəbbüskar siyasətə qatılmış və “YouTube ulduzu”na çevrilmişdi. O, internetdə ölkə Prezidenti İlham Əliyevə qarşı çıxan Azərbaycandan gedən miqrantların çıxışlarına cavab videoları yerləşdirərək, özünü hakimiyyətin tərəfdaşı kimi təqdim edib.

    Təbii ki, ölkə başçısının bütün bunlara ehtiyacı yoxdur.

    Qeyd edək ki, M.Mahmudov daha əvvəl fırıldaqçılığa görə həbsdə olub.

    Faktla bağlı istintaq davam edir.

  • Başı telefona qarışan sürücü ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

    Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb.

    Avtosfer.az xəbər verir ki, hadisə aeroport şosesində qeydə alınıb.

    Yüksək sürətlə hərəkətdə olan taksi sürücüsü qəfil qarşıda gedən avtobusa arxadan çırpılıb. Ardınca idarəetməni itirərək sağ, daha sonra sol tərəfdəki dəmir arakəsmələrə dəyib və dayanıb.

    Hadisə nəticəsində taksi sürücüsü xəsarət alıb. Qəzaya sürücünün mobil telefona başı qarışması səbəb olub.

  • Семьи шехидов и инвалиды Карабахской войны получили квартиры – ФОТО

    Сегодня группа семей шехидов и инвалидов Карабахской войны получила от Министерства труда и социальной защиты населения квартиры в одном из новых жилых домов в Лянкяранском районе и в поселке Мехдиабад Абшеронского района.

    Как сообщили в ведомстве, в ходе вручения документов на квартиры было отмечено, что с каждым годом, в соответствии с поручением Президента Ильхама Алиева, расширяется программа обеспечения квартирами семей шехидов и лиц, ставших инвалидами при защите территориальной целостности, независимости и конституционного строя страны.

    В 2018 году им было предоставлено 626 квартир, что в три раза больше предусмотренного. В 2019 году гражданам этой категории населения предусмотрено выделить 934 квартиры и дома, из них предоставлены уже 253 квартиры. Таким образом до сих пор семьи шехидов и инвалиды войны получили 6 907 квартир.

    Семьи шехидов, инвалиды Карабахской войны, члены их семей выразили удовлетворение мерами по усилению социальной защиты уязвимых групп населения.

    Они искренне поблагодарили Ильхама Алиева за предоставленные им квартиры и высокое внимание и заботу.













  • Şəhid ailələri və Qarabağ əlillərinə mənzillər verildi – FOTO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Lənkəran rayonunda və Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış mənzillər bir qrup şəhid ailəsi və müharibə əlilinə təqdim edilib.

    Nazirlikdən verilən məlumata görə, mənzillərin sənədlərinin təqdim olunması zamanı vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı ildən-ilə geniş miqyas alır.

    2018-ci ildə nəzərdə tutuldğundan 3 dəfədən çox, yəni 626 mənzil həmin insanlara təqdim olunub. 2019-cu ildə isə bu kateqoriyalardan olan vətəndaşlara 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq 253 mənzil verilib. Bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6907 mənzil mənzil təqdim edilib.

    Yeni mənzil alan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən razılıqla bəhs ediblər.

    Onlar şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yüksək qayğı göstərildiyinə, yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.













  • Bu evlər vergidən azad ediləcək

    Vergilər Məcəlləsinə edilən dəyişikliklərə görə, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin əmlaka görə əldə etdiyi gəlirlər vergiyə cəlb edilməyəcək.

    Bunu Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

    O bildirib ki, bunun üçün həmin şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edilməlidir.

    Deputat onu da əlavə edib ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsi əlavə dəyər vergisindən azad ediləcək:

    “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alqı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən ediləcək”.
    /oxu.az/

  • В Иране 28 человек погибли в крупной аварии

    28 человек погибли в результате ДТП на юго-востоке Ирана.

    Об сообщает РИА Новости со ссылкой на агентство Mehr.

    “Сегодня утром в результате столкновения двух пикапов, перевозивших незаконных мигрантов, к сожалению, погибли 28 человек, 21 пострадал”, – цитирует агентство представителя местных медслужб.

    ДТП произошло в провинции Систан и Белуджистан, которая граничит с Пакистаном и Афганистаном. О гражданстве погибших агентство не сообщает.