Month: November 2019

  • Жители Гейчая за грабеж задержаны 2 человека

    Как сообщает Median.Az, cотрудники Гейчайского РОП в результате оперативно-розыскных мер задержали жителей города А.Аскерова и Х.Ахмедова, которые 9-го ноября совершили нападение на жителя Апшеронского района И.Нифтиева, вследствии чего угрожая ножом отобрали у потерпевшего 120 манатов, мобильный телефон и ручные часы.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 180.2.1 (грабеж, совершенный группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Göyçayda vətəndaşı qarət edən soyğunçular saxlanılıb

    Median.Az xəbər verir ki, Göyçay RPŞ-nə müraciət edən Abşeron rayon sakini İ.Niftiyev, noyabrın 9-da şəhər ərazisində 2 nəfərin onu bıçaqla hədələyib 120 manat pulunu, mobil telefonunu və qol saatını almalarını bildirib.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Ə.Əsgərov və X.Əhmədov saxlanılıblar.

    RPŞ İstintaq bölməsində CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Azərbaycanda traktor tamamilə yandı

    Saatlı rayonunda traktor yanıb.

    Median.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Soltanabad kəndində “T-28” markalı traktorun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda ağlasığmaz piyada keçidi – VİDEO

    Şamaxıda təmirdən sonra çəkilmiş piyada zolağı qəribəliyi ilə diqqət çəkib.

    ARB TV-nin səhər proqramında yayımlanan süjetdə, yolu keçmək üçün əzab-əziyyətə qatlaşan piyadaları görmək mümkündür.

    Belə ki, piyadalar bu zolaq üzərində hərəkət etmək üçün olduqca hündür maneələr aşmalıdır.

    Həmin görüntüləri təqdim edirik:

  • “Platin oğlanlar” – azərbaycanlı “HammAli & Navai” Rusiyada mükafatlandırıldı – FOTO

    Rus rəqs meydanlarını hitləri ilə “uçuran” əslən azərbaycanlı musiqiçilər “HammAli & Navai”nin yazdırdıqları mahnılar Rusiyada platin mükafatına layiq görülüb.

    İfaçılar “İnstaqram” sosial şəbəkəsindəki hesablarında növbəti yaradıcılıq uğurlarından danışaraq özlərini “platin oğlanlar” adlandırıblar. Onların üç sinqlı “Müharibə qızı”, “Sənsiz mən deyiləm” və “Sən gecə zəng et” platin mükafatı alıb.

    Xatırladaq ki, dinləyicilər tərəfindən 100.000 dəfə satın alınan sinqllar Rusiyada vahid platin statusuna laiq görülür. Üç sinql Xalq artisti Emin Ağalarov tərəfindən təsis edilən “Zhara Music” musiqi leyblı altında işıq üzü görüb.


    2018-ci ilin avqustunda “HammAli & Navai”inin oxuduqları “Məni rəqs meydançasına buraxın” adlı hitin daxil olduğu “Janavi” adlı albom satış üzrə platinum statusu almışdı.

    Qeyd edək ki, repçilər HammAli (Alexander Əliyev) və Navaidən (Nəvai Bəkirov) ibarət ikili Rusiyada ən populyar qruplardan biridir. Əslən azərbaycanlı olan məşhurlar Rusiyada yaşayır və orada musiqi fəaliyyəti ilə məşğul olurlar.

    Musiqiçilər məşhurluğu 2017-ci ildə əldə edib. Onların ilk hitləri olan “Пустите меня на танцпол” Rusiyanın ən çox dinlənilən 20 mahnısı sırasına daxil edilib. Duetin ən son hit mahnısı olan “Let Me On The Dance Floor” “YouTube”da 90 milyon baxış toplayıb.

  • Sərhədi qanunsuz keçmək istədi, saxlanıldı

    Rusiyadan qanunsuz yolla Azərbaycana keçmək istəyən şəxs saxlanılıb.

    Rusiya Sərhəd Xidmətinin əməkdaşları dövlət sərhəddini Dağıstanın Məhərrəmkənd rayonu ərazisindən qanunsuz yolla keçməyə çalışan xarici ölkə vətəndaşını saxlayıb.

    Məlum olub ki, sənədləri qaydasında olmayan şəxs Azərbaycan ərazisinə keçməyə çalışıb. Ona qanunsuz olaraq dövlət sərhədini keçmə maddəsi ilə cinayət işi açılıb.

  • Goranboyda baş vermiş avtoqəzada 3 nəfər xəsarət alıb

    Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Goran-Goranboy yolunda qeydə alınıb.

    Şamxal Hüseynovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Ş.Hüseynov və onun sərnişinləri – Məmməd Məmmədov və Elşad Pənahov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu deyilir.

    Təfərrüatlar araşdırılır.

  • В Геранбое перевернулся ВАЗ, ранены трое

    В Геранбойском районе три человека пострадали в результате ДТП.

    Как передает АПА, авария произошла на дороге Горан-Геранбой.

    Автомобиль марки ВАЗ-21099, управляемый Шамхалом Гусейновым, потеряв управление, перевернулся. В результате ДТП пострадали водитель и пассажиры – Мамед Мамедов и Эльшад Панахов. Пострадавшие госпитализированы, состояние их оценивается как среднетяжелое.

    Выясняются обстоятельства ДТП.

  • Bakıda dəhşət: qadın zavod çörəyinin içindəki sancağı uddu

    Bu gün Bakıda orta yaşlı qadın zavod çörəyinin qurbanı olub.

    BakuPost xəbər verir ki, hər gün aldıqları N1 zavod çörəyinin içində olan adi sancağı görməyən və dişləri protez olduğu üçün hiss etməyən qadın onu udub. Sancaq qadının boğazında ilişərək ciddi əlamətlər verib: qanama, qusma, halsızlıq.
    Böyük qorxu, həyəcan içində ailə üzvləri qadını əvvəl 1 saylı şəhər xəstəxanasına (Semaşkoya) çatdırıb. Hər şey də bundan sonra başlayıb. Zərərçəkmişin qızı başlarına gələni bildirib:

    “Bu gün çoox təəssüf ki, biz N1 çörək zavodunun istehsal etdiyi , ölkəmizin yeganə qarın doyduran ərzağı çörəyin qurbanı olduq. Çöx böyük dəhşət yaşadıq.

    İlk getdiyimiz Semaşkonun təcili yardımı xəstəmizi qəbul etmədi. Onu Əfəndiyev adına xəstəxanaya göndərdilər. Orada həkim (demək olarsa) xəstənin şikayətlərini nəzərə almadan, boğaza müdaxilə edib, sancağı irəli, qida borusuna saldı. Sancaq açıq vəziyyətdə qida borusunda qaldı. Onlar da müdaxilə edə bilmədilər.

    Bir neçə saat danışıqlar. Zənglərdən sonra, nəhayət, bunu bacaracaq həkim tapıb, anamı təcili yardımla özəl klinikaya çatdırdıq.

    Adil həkimə təşəkkür edirik, qida borusundan sancağı çıxardı. Həyatımızın ən dəhşətli gününü keçirdik. Nə yaxşı ki, anamızı xilas edə bildik. Aldığınız çörəkdən və bir sancağı çıxara bilməyən “həkimlərdən” ehtiyatlı olun”.

  • Bakıda 39 yaşlı kişi yoxa çıxıb

    Bakı sakini itkin düşüb.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, hadisə noyabrın 8-də paytaxtın Xətai rayonu, M.Hadi küçəsində baş verib.

    Həmin küçədə yaşayan 1980-ci il təvəllüdlü Emin Əlizadə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.