Month: November 2019

  • Qazaxda 3 ədəd mərmi tapılıb – FOTO

    Qazaxda 3 ədəd mərmi tapılıb.

    Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, 2019-cu il 12 Noyabr tarixində saat 10:53-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonunun Cəfərli və Köhnə Qışlaq kəndləri ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

    Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə Cəfərli kəndinin ərazisinə baxış zamanı 2 ədəd 45 mm-lik top mərmisi (BR-240) və 1 ədəd tərkibində partlayıcı maddə olmayan 125 mm-lik top mərmisi (OF-26), Köhnə Qışlaq kəndinin ərazisinə baxış zamanı isə 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Top mərmilərinin ətrafında 350 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.//Baku.ws

  • Ağstafa sakini bıçaqlanıb

    Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Dağ Kəsəmən kənd sakini, 1979-cu il təvəllüdlü Orxan Salahov bıçaq xəsarəti ilə yaxınları tərəfindən xəstəxanaya aparılıb.

    Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджан сначала откажется от полиэтиленовых пакетов, а затем от посуды. Минэкологии о важной проблеме

    Во всем мире в год используется примерно четыре триллиона полиэтиленовых пакетов. При этом в окружающей среде выброшенные пакеты сохраняются длительное время и не подвергаются химическому разложению. Таким образом, они образуют устойчивое загрязнение, нанося тяжелый урон экологии, а впоследствии и здоровью людей. В связи с этим во многих странах установлен запрет на использование полиэтиленовых пакетов, либо они выдаются в магазинах на платной основе. В Азербайджане этот вопрос обсуждается не первый год. В частности, на повестке предложения о том, чтобы запретить использовать полиэтиленовые пакеты толщиной меньше 15-50 микрон, а те, что плотнее сделать платными.

    «Предложения Минэкологии уже представлены в соответствующие госструктуры. Дело в том, что запрет на использование полиэтиленовых пакетов толщиной меньше 15-50 микрон должен одобрить Милли меджлис Азербайджана. А решение по платному использованию пакетов плотнее 15-50 микрон принимается Кабинетом министров страны», – сказал Media.Az заведующий сектором Министерства экологии и природных ресурсов Азербайджана Мехман Набиев.

    По его словам, на первом этапе главное – добиться утверждения этих двух предложений, после чего можно будет обсуждать тему ограничения использования пластиковой посуды.

    Представитель Министерства затруднился ответить на вопрос о том, какую цену стоило бы установить на полиэтиленовые пакеты плотнее 15-50 микрон. «Минэкологии не занимается ценовой политикой. Мы лишь предлагаем, чтобы полиэтиленовые пакеты продавались как отдельный вид продукции. Практика других стран показывает, что, как правило, цена устанавливается на год, потом выявляется насколько снизилось потребление полиэтиленовых пакетов за отведенный срок. И уже потом делаются соответствующие выводы», – сказал М.Набиев.

    По его словам, в Турции полиэтиленовые пакеты уже платные, и многие потребители стали гораздо реже ими пользоваться: «Отмечу, что практически не осталось стран, где они бы были бесплатными. Такие шаги очень важны, чтобы люди постепенно начали отказываться от полиэтиленовых пакетов, понимая, какой ущерб они наносят окружающей среде. Кстати, в Азербайджане в ряде маркетов начали продавать эко-сумки, причем стоят они недорого, всего 10 копеек. Думаю, что во имя защиты экологии и собственного здоровья, этой суммой можно пожертвовать».

    В заключение отметим, что европейские страны планируют отказаться от полиэтиленовых пакетов к 2020-2021 годам. Уже около 40 стран ввели запрет или ограничение на продажу и производство пластиковых пакетов. Среди них Россия, Дания, Германия, Ирландия, США, Сингапур, Бангладеш, Тайвань, Танзания, Австралия, Англия, Латвия, Финляндия, Китай, Руанда, Израиль и др.//media.az

  • Bakıda doğulan qorxunc uşaqla balı baş ginekoloqdan açıqlama: Həkim cinayət edib

    “Anormal körpə özəl klinikada doğulduğu üçün bizim bu məsələni araşdırmağa ixtiyarımız yoxdur”

    Xəbər verdiyimiz kimi, Bakıda ötən həftə anormal, görüntüsü dəhşət doğuran bir körpə doğulub. Cinsiyyəti qız olan körpənin qulaqları boynunda bitib, ağzı isə yoxdur, burnu heyvana bənzəyir. Amma körpənin ürəyi, ağciyərləri normal fəaliyyət göstərir.

    Bu hadisə barədə Səhiyyə Nazirliyi rəsmi məlumat yaymayıb.

    Median.Az medicina.az-a istinadən bildirir ki, məsələ ilə bağlı Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova açıqlamasında bildirib ki, baş mama-ginekoloq olaraq bu anormal körpəni görməyib, ana ilə bağlı araşdırma apara bilməyib:

    “Çünki bu hadisə özəl klinikada baş verib, ora isə icazəsiz bizim müdaxilə etməyimizə ixtiyarımız yoxdur. Qanunla əmr var ki, özəl tibb xidməti göstərən müəssisələrin yoxlanılması aparılmır. Bu anormal doğulmuş körpəni nə ölkənin baş neanotoloqu, nə mən, nə baş pediatrı görməyib, çünki dəvət etməyiblər. Bizi həmin özəl klinika çağırmalıdır ki, gəlin, belə bir uşaq doğulub, yığışın görək nədir, nə etməliyik”.

    Sevinc Məmmədova deyib ki, elə anomaliyalar nadir olsa da, rast gəlinir: “Azərbaycanda ginekoloji təcrübədə bir gözü olan təpəgöz uşaq, beyni olmayan uşaq, başı normal inkişaf etməyən körpələr doğulub.

    Bu anomaliya hamiləliyin III ayında USM müayinəsi zamanı aşkar olunmalı və abort olunmalıdır.

    Həmin hamilə qadın özəldə doğuş etdiyi üçün görünür, çox imkansız da olmayıb. Çox güman ki, onun elə hamiləliyi də, USM müayinələri də hansısa özəl xəstəxana və ginekoloq tərəfindən aparılıb.

    Doğuşa qədər bunun aşkarlanmaması cinayətdir. Ailə bu faktı vaxtında aşkarlamayan həmin USM mütəxəssisindən və ginekoloqdan şikayət edə bilər. Amma göründüyü kimi, nə hamiləliyi aparan həkimin adı açıqlanır, nə də doğumun olduğu özəl klinikanın adı. Çünki bu, onların imicinə zərərdir, antireklamdır, sabah xəstələr qorxub ora getməzlər”.

    Həkim onu da vurğulayıb ki, Sankt Peterburqda hələ I Pyotrun dövründən muzey kimi yaradılmış kunskamera var ki, orda belə anomal doğulmuş körpələr eksponat kimi saxlanılır.

    Bəs valideynlərin istəyi ilə körpənin həyatına son qoyula bilərmi?

    Həkim buna qanunun icazə vermədiyini söyləyib:

    “Azərbaycanda evtanaziyaya icazə yoxdur. Körpənin ürək fəaliyyəti varsa, nə qədər yaşaya bilərsə yaşamalıdır. Ata-ana imtina etsə də, xəstəxana tərəfindən və ya dövlətə müraciət olunarsa, o uşaq nəzarətə alınmalıdır. Heç bir həkim süni olaraq onun ürəyinin fəaliyyətini dayandıra bilməz”.

  • İmişlidə qatar “Jiquli” ilə toqquşub

    İmişlidə minik avtomobili qatarla toqquşub.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə bu gün İmişli rayonunun ərazisindən keçən Bakı-Horadiz dəmir yol xəttinin 127-ci mənzilində baş verib.

    Rayonun Yalavac kənd ərazisində dəmir yol xətti ilə avtomobil yolunun kəsişdiyi keçiddə rayon sakini Niyazəliyev Bayraməli Tofiq oğlunun idarə etdiyi 30-BD-375 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobili qatar vurub. Qəza nəticəsində xəsarət alan olmasa da, minik avtomobili yararsız hala düşüb.

    Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

  • В Баку бомж умер от алкогольного отравления

    В Баку 46-летний мужчина отравился алкоголем.

    Как передает Median.Az, житель Агдашского района Джасарат Агамамедов 1973 года рождения с признаками алкогольного отравления был доставлен в Клинический медицинский центр №1, где скончался.

    Отметим, что мужчина вел асоциальный образ жизни и не имел постоянного места жительства.

    По факту ведется расследование

  • Lənkəranda 59 yaşlı ruhi xəstə itkin düşdü

    Lənkəranda ruhi xəstə itkin düşüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Mirsalıyev küçəsi, 26 saylı evdə baş verib.

    Həmin evdə yaşayan, 1960-cı il təvəllüdlü Ağayev Camal Aydın oğlu noyabrın 9-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verilib – FOTO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində yeni yaşayış binasından alınmış 12, Şirvan şəhərində isə 20 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

    Nazirlikdən verilən məlumata görə, Gəncə şəhərində mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Hidayət Abdullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Şirvan şəhərində isə nazirliyin Aparat rəhbərinin müavini Niyazi Rəhimov, Şəhər İcra Hakimiyyətinin başçısının müavini Məharət Mustafayev iştirak ediblər.

    İctimai birliklərin və yerli ictimaiyyətin nümayəndələrinin qatıldığı tədbirlərdə bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirirmələri nəticəsində əlilliyi olan şəxslərin mənzillə təminatı ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində bu tədbirlər ildən-ilə gücləndirilir. Yeni yaşayış binasından mənzillər alınaraq, həmçinin fərdi yaşayış evləri inşa etdirilərək həmin kateqoriyalardan olan vətəndaşlara təqdim edilir.

    2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, cari ildə 934 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi planlaşdırılıb. Onlardan cari ilin ötən dövründə 246 mənzil artıq verilib. Bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6900 mənzil təqdim edilib. Həmçinin müharibə əlillərinə ötən il 265 avtomobil verilib, cari ildə isə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb ki, onlardan artıq 427 avtomobil verilməklə, indiyədək həmin vətəndaşlara verilən avtomobillərin sayı 6400-ə çatıb.

    Əmək haqqı, pensiya, müavinət və təqaüdlərin artırılması sahəsində də bu il inqilabi addımlar atıldığı diqqətə çatdırılıb. Cari ildə reallaşan iki sosial paket nəticəsində minimum əməkhaqqının 2 dəfəyə yaxın, minimum pensiyanın 72,4 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığı və s. qeyd edilib. Şəhid ailələri və müharibə əlillərinin digər istiqamətlərdə də dövlət qayğısı ilə əhatə olunduqları vurğulanıb.

    Yeni mənzillə təmin edilən vətəndaşlar şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, ümumən onların hərtərəfli təminatına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər./Baku.ws

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində noyabrın 12-də Bakıda növbəti həyətin açılış mərasimi keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

    Yenilənmiş həyət Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 ünvanlarında 2000 nəfər sakinin yaşadığı binaları əhatə edir.

    “Bizim həyət” layihəsinin əsas məqsədi Bakıdakı binaların həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

    Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə ərazidə 1 mini futbol meydançası, 1 şahmat meydançası, idman qurğuları, uşaqlar üçün oyun meydançası, 12 söhbətgah və 15 oturacaq quraşdırılıb, velosiped yolu salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda müntəzəm idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

    Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb, əraziyə suvarma hidrantı quraşdırılıb. Sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə həyət müşahidə kameraları ilə təchiz edilib.

    Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

  • Bakıda qanunsuz ağac kəsən yol idarəsi barədə protokol tərtib edildi

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Nəsimi rayonu, K.Səfərəliyev küçəsi 23 ünvanında ağac kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda bir ağacın kəsilərək üstünün asfaltla örtüldüyü aşkar edilib.

    Araşdırma zamanı ağacın Yol Təmir-Tikinti İdarəsi tərəfindən asfaltlama işləri aparılan zaman kəsildiyi məlum olub. Faktla bağlı protokol tərtib edilib. İdarənin hüquqi şəxs qismində cərimə edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Nəsimi rayon məhkəməsinə göndəriləcək.//milli.az