Month: November 2019

  • Жители Гянджи совершили квартирную кражу в Гейгеле

    Как сообщает Median.Az, сотрудники Гейгельского РОП в результате следственно-розыскных мер задержали жителей г.Гянджа, ранее судимых У.Новрузова и Р.Алекперова, которые 28-го августа украли из дома 400 манатов, золотые украшения на сумму 5000 манатов и 3 мобильных телефона.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Göygöldə evdən oğurluq edən Gəncə sakinləri tutulub

    Median.Az xəbər verir ki, Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisindəki evdən 400 manat pul, 5000 manat dəyərində qızıl-zinət əşyaları və 3 ədəd mobil telefon oğurlayan Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ü.Novruzov və R.Ələkbərov saxlanılıblar.

    RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Prezidentdən icra başçılarına: Çatışmayan cəhətləri üzə çıxarmalısınız

    Bu gün kadr islahatlarının yeni dövrüdür. Bu gün bir neçə rayona icra başçıları təyin olunur. Onların bəziləri artıq neçə ildir ki, icra başçısı vəzifəsində işləyirlər, bəziləri bu gün bu məsul vəzifəyə təyin olunurlar. Biz burada təcrübə ilə yeniliyin sintezini, vəhdətini görürük və bu, uğurlarımızın əsas bazasıdır.

    Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən deyib.

    Dövlət başçısı qeyd edib ki, onlar vəziyyəti düzgün qiymətləndirməlidirlər:

    “Yeni təyin olunan icra başçılarına mənim sözüm odur ki, siz, ilk növbədə, vəziyyəti düzgün qiymətləndirməlisiniz, çox ciddi təhlil aparmalısınız, çatışmayan cəhətləri üzə çıxarmalısınız və mövcud olan problemlərin həlli üçün səylərinizi göstərməlisiniz.

    O problemlər ki, həlli mərkəzi icra orqanlarından asılıdır, siz mütləq mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, digər müvafiq qurumlara müraciət etməlisiniz. O məsələləri ki, özünüz həll edə bilərsiniz, özünüz də həll etməlisiniz.

    Başlıca məsələ ondan ibarətdir ki, sizin işinizdə əsas prinsiplər bərqərar olsun. Birinci halda ləyaqətlə xidmət etməlisiniz. Bu, həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aiddir.

    Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir.

    Yenə də Davos İqtisadi Forumunun hesabatına qayıtmaq istəyirəm. Orada göstərilir ki, hakimiyyətin dəyişikliklərə, islahatlara meyili və əhali tərəfindən rəhbərliyə olan dəstək sahəsində Azərbaycan dünya miqyasında birinci onluğa daxil edilib. Bu dəstək nəyin hesabınadır? Ona görə ki, xalqa xidmət etmək mənim borcumdur və bundan sonra da əsas borcum olaraq qalacaq”.

  • Azərbaycanda ağır qəza: “Mercedes” yola çıxdı, “Niva” “KamAZ”a çırpıldı – ANBAAN VİDEO

    Bərdədə baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntüləri kameraya düşüb.

    Avtosfer.az xəbər verir ki, yola çıxmaq istəyən “Mercedes” markalı avtomobil “Niva” ilə toqquşub. Toqquşmadan sonra idarəetməni itirən “Niva” “KamAZ”a çırpılaraq aşıb.

    Hadisə nəticəsində sürücülər yüngül xəsarətlər alıb.

  • Fransada zəlzələ: Ölənlər var

    Noyabrın 11-də Fransanın cənub-şərqindəki Le Tay bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib.

    Episentri Montelimar şəhərində baş verən zəlzələ nəticəsində 30 ev tamamilə dağılıb, 250 evə ciddi ziyan dəyib.

    Zəlzələ cəmi on saniyə davam edib. Zəlzələnin təsiri Lion, Montpellier, Aviqnon bölgələrində də hiss olunub.

    Ardeçe prefekturasında isə üç qurbanın olduğu bildirilir.

    Kommunanın 300-ə yaxın sakini təşvişə düşərək ərazini tərk edib və yerli məktəblərdə məskunlaşıb.

  • Bakıda dəm qazı can aldı

    24 yaşlı qız dəm qazından zəhərlənərək ölüb.

    Hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

    Qəsəbənin “Südçülük sovxozu” adlı yaşayış sahəsində məskunlaşan 1995-ci il təvəllüdlü A.Babayeva evdə, hamam otağında dəm qazından zəhərlənərək həyatrını itirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Sərhədi qanunsuz keçmək istəyən şəxs tutuldu

    Rusiyadan qanunuz yolla Azərbaycana keçmək istəyən şəxs saxlanılıb.

    Rusiya Sərhəd Xidmətinin əməkdaşları dövlət sərhəddini Dağıstanın Məhərrəmkənd rayonu ərazisindən qanunsuz yolla keçməyə çalışan xarici ölkə vətəndaşını saxlayıb.

    Məlum olub ki, sənədləri qaydasında olmayan şəxs Azərbaycan ərazisinə keçməyə çalışıb.

    Ona qanunsuz olaraq dövlət sərhədini keçmə maddəsi ilə cinayət işi açılıb.

  • İlham Əliyev: Özünü müxalifət adlandıran antimilli, tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardır

    Bəzən hansısa şəxsi zəmində dövlət məmurlarına qarşı əsassız ittihamlar irəli sürülür.

    Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni təyin olunmuş icra başçıları ilə görüşündə deyib:

    “Xüsusilə özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardadır. Çünki onların əlindən heç nə gəlmir. Onların işi ancaq qarayaxma kampaniyaları aparmaq və bizim işimizə maneçilik törətməyə cəhd göstərməkdir.

    Ancaq tarix və həqiqət onu göstərir ki, ayağımıza dolaşmaq istəyən bu antimilli qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz. İndi onlar ancaq sosial şəbəkələrdən, bəzi internet resurslarından istifadə edərək dövlət məmurlarına qarşı qarayaxma kampaniyası aparırlar.

    Ona görə yerlərdən gələn hər bir siqnala obyektiv baxılacaq və sizin fəaliyyətinizə obyektiv qiymət veriləcək. Ona görə siz elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda işlər yaxşı getsin.

    Siz çalışmalısınız ki, rayonlara sərmayə qoyulsun, investorları inandırmaq üçün səylər göstərməlisiniz. Yəni, gözləməməlisiniz ki, dövlət gəlib hansısa işi görəcək, onsuz da biz bunu görürük.

    Hazırda 4-cü regional inkişaf proqramının icrası davam edir. Əminəm ki, növbəti 4 il ərzində bu günə qədər öz həllini tapmamış məsələlər də öz həllini tapacaq. Ancaq siz hər bir rayonda mövcud olan problemlərə diqqət göstərməlisiniz, reaksiya verməlisiniz və çalışmalısınız ki, bu məsələlər öz həllini tapsın”.

  • İlham Əliyevdən sərt xəbərdarlıq: Bəd əmələ düçar olsanız, cəzanızı alacaqsınız!

    İcra başçıları peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar.

    Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni təyin olunmuş icra başçıları ilə görüşündə deyib:

    “Bu, onların sırf öz işindən asılıdır. Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, Prezident bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun.

    İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız.

    Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər.

    Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”.

  • Ильхам Алиев встретился с новыми главами Исполнительных властей – ФОТО

    12 ноября Президент Азербайджана Ильхам Алиев принял новых глав Исполнительных властей.

    Как сообщает АЗЕРТАДЖ, во встрече приняли участие новоназначенный глава ИВ города Ширван Ильгар Аббасов, руководитель ИВ Зардабского района Азербайджана Мардан Джамалов, а также главы Сураханского, Ясамальского и Хатаинского районов Баку Азиз Азизов, Эльшад Гасанов и Рафиг Гулиев.