Month: November 2019

  • Binəqədi sakinlərinə park tikiləcək dedilər ancaq xəyal olaraq qaldı

    Altı ay əvvəl ictimailəşdirən problemlə bağlı heç bir qurum məsuliyyəti üzərinə götürmür.

    Median.Az xəbər verir ki, “Qafqazinfo” bu ilin aprel ayında Binəqədi sakinlərinin müraciəti əsasında qəsəbədə hökm sürən acınacaqlə vəziyyət, natəmizlik və sistemsizliklə bağlı reportaj hazırlamışdıq.

    Belə ki, 3-cü mədən, 124-cü korpusda yaşayan əhalinin təbii gölü icra hakimiyyəti tərəfindən zibil tullantıları hesabına qurudulub.

    Buna görə də ərazidə antisanitariya ucbatından uşaqlar tez-tez infeskiya xəstəliklərinə tutulurlar. “Azərsu” isə kanalizaiya xətləri çəkmədiyi üçün yerin üstü ilə kanalla axıdılan sular mütəmadi olaraq daşır və çirkab suları insanların evlərinə dolur.

    “Qafqazinfo”ya yenidən müraciət edən sakinlər bu dəfə rəsmi qurumların onlara cavablarını təqdim ediblər. Həmin ərazinin abadlaşdırılaraq orada park, məktəb, polikilinika və ya uşaqlar üçün oyun meydançası tikiləcəyi deyilsə də, bunlar xəyal olaraq qalıb.

    Sakinlər bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun prezidentin qəbulunda olandan sonra icra başçılarına müraciət edərək hər bir sakinin problemini öz problemləri kimi qəbul edilməsinin vacibliyini vurğulamasından ümidlənən məhəllə sakinləri dərdlərinə çarə tapılmasını xahiş ediblər:

    “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları qəsəbəmizə gələrək buradakı acınacaqlı vəziyyətlə tanış olaraq əhalini dinlədilər, izahat aldılar və qısa zaman ərzində Ekologiya Nazirliyinin səlahiyyətləri daxilində olan problemləri həll edəcəklərini və işin icraata götürülməsi barədə bizə məlumat verdilər.

    Lakin sonradan onlardan bir səs-səmir çıxmadı deyə qəsəbə sakinləri qeyd etdilər.

    Daha sonra Binəqədi qəsəbə bələdiyyəsinin sədrinin, rayon icra hakimiyyətinin əməkdaşları gəlib baxdılar, amma bizim dərdimizə çarə tapmaq istəmirlər, qalmışıq biçarə.

    Bakı Şəhər İcra Hakimiyyəti müraciətimizi Binəqədi Rayon İcra Hakimiyyətinə yönəldib. Onlar da kanalizasiya xətlərinin çəkilməsi üçün “Azərsu”nun Binəqəsi “Sukanal” İdarəsinə müraciət edib.

    “Azərsu” da cavab verib ki, gələcəkdə nəzərə alarıq”.

  • Sürücülərin diqqətinə! Bunu etməsəniz 40-60 AZN cərimələnəcəksiz- VİDEO

    Təxminən 10 il öncə avtomobillərdə dönmə işığı icad edilib və patentləşdirilib. 1914-cü ildən isə bu işıqlar mexaniki oxlar vasitəsi ilə təhciz olundu. Üzərindən 100-dən çox il keçməsinə baxmayaraq hələ də küçələrimizdə bu işıqlardan istifadə etməyən sürücülərə rast gəlirik.

    Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin “Günə Doğru” kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

    Bəlkə də, elə sürücülər də var ki, avtomobildə belə bir funksiyanın olmasından xəbərsizdir. “Vəsiqə var, maşın da həmçinin, çıxdın yola, sür” kimi düşüncəyə sahib sükan döndərənlər də kifayət qədərdir. Dönmə işığından istifadə ilə manevr etmək hərəkətin təhlükəsizliyi üçün vacib olan amillərdən hesab edilir.

    Elməddin Muradlı Ekspert: “Bu əlifbadı. Əgər biz əlifbaya bu cür yanaşırıqsa, deməli, digər qaydalarda da bizim üzləşdiyimiz problemlər də çoxdur. Qaydalar belədir ki, biz hətta zolağı dəyişəndə də, sağa-sola dönəndə də, hərəkətə başlayanda da, dayananda da, mütləq bu siqnallardan istifadə etməliyik.

    Amma bəzən elə vəziyyət yaranır ki, hərəkət də iflic olur. Qəzadan da yayınmaq müşkilə çevrilir. Problem təkcə iri şəhərlərdə deyil. Rayonlarda və magistral yolların keçdiyi yaşayış sahələrində bu elementar siqnaldan istifadə etməmək ağır qəzalara səbəb olur.

    Elməddin Muradlı Ekspert: “Dönmə yerinə çatanda bu adam hərəkət edir. Adam sağa dönməlidir, amma soldakı 3-cü zolaqdan manevr edir. Bu artıq intihar etməkdir.

    Qeyd edək ki, dönmə işığından istifadə etməməyə görə, 40 manat, əks istiqamətli hərəkət zolağına çıxma zamanı ötmədən əvvəl edilmədikdə 60 manat və 3 cərimə balı nəzərdə tutulur.

  • Vilayət Eyvazov polis kapitanına yüksək vəzifə verdi

    Daxili İşlər orqanlarında növbəti təyinat olub.

    Median.Az “unikal.org”a istinadən xəbər verir ki, Daxili İşlər naziri, geneal-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, polis kapitanı İlqar Qafarov Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin rəis müavini təyin edilib.

    Xəbəri Sabunçu rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsindən təsdiqləyiblər.

  • Zaqatala sakinindən iddia: Bələdiyyə sədri pulumu mənimsəyib – VİDEO

    Zaqatala sakini Biləcəri Bələdiyyəsi sədri tərəfindən aldadıldığını iddia edir.

    Median.Az baku.tv-yə istinadən xəbər verir ki, zərərçəkən Qəmər Hüseynova 12 il əvvəl Bakının Biləcəri qəsəbəsindən torpaq almaq üçün bələdiyyə sədrinə 55 min dollar ödəniş edib.

    Daha sonra zərərçəkən əmrin təsdiqlənməsi üçün Bakı Şəhər Torpaq Komitəsinə müraciət edib. Qurumdan bildiriblər ki, həmin ərazi Biləcəri Bələdiyyəsinə aid deyil.

    “Mənə dedilər ki, səni aldadıblar. Bələdiyyə sədri ilham Xəlilova müraciət etdim. Mənə dedi ki, sənə yalan deyiblər, qərarımız da var. O ərazi bizə aiddir. Mən İnztibati-İqtisadi məhkəməyə də müraciət etdim. Qərar verildi ki, vətəndaş torpaqla təmin olunsun”, -.zərərçəkmiş deyir.

    Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilov məsələnin ona aidiyyatının olmadığını deyib:

    “Mənə aidiyyatı yoxdur. Yeri kimdən alıbsa onunla mübahisə etsin. Mən o xanımı məhkəməyə verəcəm. Onun mənimlə bağlı iddiası ola bilməz. Həmin ərazi Rəsulzadə bələdiyyə üzvünə aid olan yerdir. Öz aralarında danışıblar, onunla da məsələlərini həll ediblər. Təkcə dövlət rüsumunu mənə ödəyib”.

    Qeyd edək ki, məsələ ilə bağlı məhkəməyə müraciət olunsa da şikayətin təmin olunması üçün yetərli əsas olmayıb. Ali məhkəmənin inzibati-iqtisadi kollegiyasının qərarına əsasən, iddiaçı qeyd edilən bələdiyyənin ərazisindən kənarda yaşayış yeri üzrə qeydiyyatda olduğundan, o həmin bələdiyyənin ərazisində torpaq sahəsini yalnız hərrac vasitəsilə əldə edə bilər.

  • Bakıda şadlıq sarayında kütləvi dava – VİDEO

    Bakıda toya gələn qonaqlar arasında kütləvi dava olub.

    Hadisə “BaduKubə” şadlıq sarayında baş verib.

    Məlumata görə, qonaqlar arasında naməlum səbəbdən yaranan mübahisə sonda əlbəyaxa davaya çevrilib.

    Xəsarət alanların sayı barədə məlumat yoxdur.
    /Baku.ws/

  • Bakıda “bomj” alkoqol zəhərlənməsindən öldü

    46 yaşlı kişi alkoqoldan zəhərlənib.

    Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində tüfeyli həyat tərzi yaşayan, 1973-cü il təvəllüdlü Ağdaş rayon sakini Cəsarət Ağaməmmədov gecə saatlarında alkoqol zəhərlənməsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə daxil olub və orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    ///oxu.az

  • Xırdalanda şoka düşən xəstəyə təcili yardım maşını tapılmadı – SƏSYAZISI

    Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasında xəstəyə göndərməyə maşın tapılmayıb.

    Median.Az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə jurnalist Famil Fərhadoğlu (İbrahimov) məlumat verib. O, xəstənin həyatına laqeyd yanaşan Təcili Tibbi Yardım stansiyasının əməkdaşlarının cəzalandırılmasını istəyib:

    “Dünən noyabr ayının 11-i saat 22:26 radələrində həyat yoldaşım antibiotik dərman qəbul etdiyi üçün alerqik reaksiya vermişdi. Tənəffüsündə kəskin problem yaranmışdı, ürək döyüntüləri artmışdı, əlləri yığılmağa başlamışdı. Xırdalan şəhərində kirayədə yaşadığım üçün(özüm Bakı şəhərində qeydiyyatdayam) ərazi üzrə Abşeron rayon Təcili Tibbi Yardım stansiyasına zəng etdim. Vətəndaşa qarşı gördüyüm biganə münasibət məni sarsıtdı.Deməli dispetçer həkimə dərdimi deyirəm, o da yanındakılardan soruşur. Bu da qalsın bir tərəfə.Dəstəyi götürən digər xanım işçi bildirir ki, hazırda maşınlarımız çağırışdadı, maşın yoxdur. Özünüz xəstəni aparın. Məsləhət gördülər ki, Ak. M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanaya müraciət edək. Sonra xəstəni taksi tutaraq aparmışam deyilən xəstəxanaya. Orada da xəstəyə biganə münasibətin şahidi oldum.Hər tibb işçisi bir söz dedi.Sonra bir əlil arabası verdilər ki, xəstəni reanimasiyaya aparın.Liftə minəndə xanım işçi qeyd elədi ki, sizə burada yardım göstərə bilməyəcəklər. Ən yaxşısı gedin Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə.Yenidən bir taksi tutub (Xəstəxananın həyətində təcili Tibbi Yardım avtomobili olduğu halda) deyilən xəstəxanaya getdim.Sağ olsunlar ki, Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsində lazımı tibbi yardım göstərildi. Mənə maraqlı olan odur ki, mənim həmin vaxt üstümdə pul olmasaydı mən xəstəmi necə maşın tutub aparacaqdım xəstəxanaya?Ya maşın tapıb xəstəmi xəstəxanaya çatdıra bilməsəydim nə olacaqdı?Bu vətəndaşa qarşı necə biganə münasibətdir?

    Bu gün səhər isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9103 “Qaynar xətti”nə zəng edib məlumat verdim. Sonra araşdırıb mənə cavab dedilər ki, həmin vaxt zəng edəndə maşın olmayıb. Sonradan da guya mənə zəng ediblər mən Təcili Tibbi Yardım maşınından imtina etmişəm.Halbuki elə bir məsələ olmayıb. İndi xahiş edirəm həmin təcili tibbi yardım stansiyasının vətəndaşa laqeyd yanaşan tibbi personalı cəzalandırılsın.”

  • Xətainin yeni icra başçısı Qarabağ qazisidir – DOSYE

    Xəbər verdiyimiz kimi, İlham Əliyev Rafiq Çəpərxan oğlu Quluyevi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib.

    AZXEBER.COM-un məlumatına görə, Rafiq Quluyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1981-ci ildə Ərəvsə kənd orta məktəbində 1-ci sinfə başlayıb, məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib.

    1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır.

    1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.

    1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışıb.

    21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Başçının müavini, 2013-cü il dekabrından başçının 1-ci müavini vəzifəsində çalışıb.

    2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

    Ailəlidir, 2 övladı var.

  • Prezidentin Şirvana təyin etdiyi icra başçısı kimdir? – DOSYE

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İqar Namaz oğlu Abbasovu Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edib.

    İlqar Abbasov buna qədər Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.

    İqar Namaz oğlu Abbasov kimdir?

    İlqar Abbasov 12 fevral 1958-ci ildə anadan olub. O, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə, 1993-cü ildə isə Bakı Sosial İdarə etmə və Politologiya institutunu bitirmişdir. Müxtəlif tikinti idarələrində çalışmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

    2004-2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

    Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2005-cı il tarixli Sərəncamı ilə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

  • Milli Məclisdə 8 deputat yeri boşdur

    Milli Məclisin üzvü Elşad Həsənovun deputat səlahiyyətinə xitam veriləcək.

    “Report” xəbər verir ki, bu, onun icraedici orqanda vəzifəyə təyin edilməsi ilə əlaqədardır.

    Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla E.Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

    O, 2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib.

    Milli Məclisin hazırda 118 deputatı var. E.Həsənovun deputat səlahiyyətlərinə xitam verildikdən sonra Milli Məclis üzvlərinin sayı 117 olacaq.

    Milli Məclis tam heyətdə 125 nəfərdən ibarətdir.

    Xatırladaq ki, 14 saylı Xəzər seçki dairəsində deputat seçilən Mehriban Əliyeva 2017-ci ildə Birinci vitse-prezident təyin edilməsi ilə bağlı onun səlahiyyətlərinə xitam verilib.

    120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində də deputat deputat Astan Şahverdiyev 2018-ci ilin aprelində qəfil ürəktutmasından vəfat edib.

    2018-ci ildə Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, 91 saylı Ucar seçki dairəsinin deputatı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin edilib.

    Son olaraq isə sentyabr ayında adı külli miqdarda borc qalmaqalında və deputat vəsiqəsini girov qoymaqda çəkilən Rafael Cəbrayılov 46 saylı Şirvan seçki dairəsinin deputatı mandatından imtina edib və MSK onun səlahiyyətlərinə xitam verib.

    Milli Məclisə növbəti seçkilər 2020-ci ildə keçiriləcək.