Month: November 2019

  • Ağcabədidə narkotik alverçisi tutulub

    Ağcabədidə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hindarx qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan marixuana və heroin aşkar edilib. Onun yaşadığı evə baxış zamanı çəkisi 120 qram olan marixuana və 200 qramdan artıq heroin də aşkar edilərək götürülüb.//ölkə.az

  • В ДТП на дороге Баку-Губа погиб один человек

    На дороге Баку-Губа произошло ДТП со смертельным исходом.

    Авария была зафиксирована на территории села Гандоб, сообщает АПА.

    Столкнулись автомобиль марки «Mercedes» и «ВАЗ 2107».В результате столкновения один человек погиб и еще несколько человек получили ранения.

    По факту ведется расследование.

  • Yaşayış binasında təhlükənin qarşısı alındı

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Suraxanı rayonunda yaşayış binasının fasad hissəsinə vurulan dəmir örtüyünün qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Azvision.az FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər qopan hissəni kəsib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

  • Bakıda ağac maşının üstünə aşdı – FOTO

    Bakıda minik avtomobilinin üzərinə ağac aşıb.

    Median.Az xəbər verir ki, hadisə Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində qeyd alınıb.
    Ağacın aşması nəticəsində “Hyundai Tucson” markalı maşına ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.//azvision.az

  • В Агдамском районе женщина погибла от удара током

    В Агдамском районе 31-летняя женщина погибла от удара электрическим током.

    Как сообщает АПА, инцидент произошел в поселке Албейли.

    Жительница села Деймедаглы Бардинского района Исмаилова Шафаг Тариэль гызы скончалась от удара током.

    Выясняются обстоятельства происшествия.

  • Polis metroda itirilən çantanı sahibinə qaytardı

    Noyabrın 29-da Göyçay rayon sakini A.Əliyeva qatarda əl çantasını itirməsi barədə Metropolitendə Polis Şöbəsinə müraciət edib. O, çantasında pul, qızıl-zinət əşyaları və sənədlərinin olduğunu deyib.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə çanta polis əməkdaşları tərəfindən “Dərnəgül” stansiyasında qatarda aşkar edilib.

    Qadın Metropolitendə Polis Şöbəsinə dəvət edilib, polis əməkdaşları çantanı ona təqdim ediblər.

    A.Əliyeva müraciətinə belə həssas yanaşılmasına, operativliyə və səmimi ünsiyyətə görə polis əməkdaşlarına təşəkkürünü bildirib.//azvision.az

  • London körpüsündə insanları bıçaqlayan şəxs saxlanılıb

    Böyük Britaniya hüquq-mühafizə orqanları London körpüsündə insanlara bıçaqla hücum edən şəxsi nəzarətə götürüb.

    Sky News-un xəbərinə görə, o, London körpüsündə vətəndaşları bıçaqla yaralayıb.

    Onun bu hadisəni tək törətdiyi məlum olub.

    “Əsas odur ki, polis şübhəli və ya digər iştirakçı axtarmayacaq,” – deyə İngiltərə DİN-nin müavini Brendon Luis açıqlayıb.

    Qeyd edək ki, hadisənin terror aktı olduğu bildirilmişdi.

  • Тяжелая утрата в семье Айгюн Кязымовой

    Народная артистка Айгюн Кязымова понесла тяжелую утрату.

    Как сообщает News24, скончался освободившийся неделю назад из мест лишения свободы брат певицы Кязым Кязымзаде.

    Отметим Кязым Кязымзаде отбывал наказание в местах лишения свободы по статьям 178.3.2 и 178.2.4 УК АР.

    Allah rəhmət eləsin!

  • Ağdamda qadını elektrik cərəyanı vuraraq öldürüb

    Ağdamda 31 yaşlı qadını elektrik cərəyanı vurub.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Albəyli qəsəbəsində qeydə alınıb.

    Bərdə rayon Dəymədağlı kənd sakini İsmayılova Şəfəq Tariyel qızı elektrik vurması nəticəsində həyatını itirib.

    Faktla balı araşdırma aparılır.

  • “Psixoloji cəhətdən oyunçuları hazırlaya bilmədik” – Ayxan Abbasov

    “Rəqibi təbrik edirəm. Oyunun əhəmiyyətli olduğunu bilirdik. “Qarabağ”la oyundan sonra narahat idim. Psixoloji cəhətdən oyunçuları hazırlaya bilmədik. Futbolçular həmin qələbənin ab-havasında idilər. İkinci hissəni yaxşı oynadıq. Gənc oyunçularımız çoxdur. Təzyiqdən çıxmağa çalışacağıq. Qrafikimiz də sıxdır. “Qəbələ” ilə matça yaxşı hazırlaşmaq istəyirik”.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, bu fikirləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XIII turunda səfərdə “Keşlə”yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib. 38 yaşlı mütəxəssis bildirib ki, nəticəni hansısa oyunçunun üzərinə atmaq istəmir:

    “Futbolçu səhv edə bilər. Bu, normaldır. İlboyu eyni tempdə oynamaq ustalıq tələb edir. Biz o səviyyədə deyilik. Rəqibin necə hücum edəcəyini bilirdik. Biz komanda olaraq məşğul olduq”.