Month: November 2019

  • İran vətəndaşının Azərbaycanda girov saxlanılması xəbərlərinə RƏSMİ REAKSİYA – FOTO

    Bəzi kütləvi informasiya vasitələrində İran İslam Respublikası vətəndaşı Atefeh Dehghanızadehin Azərbaycanda guya girov saxlanılması barədə məlumatlar yayılıb.

    Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan daxil olan birgə açıqlamada bildirilir ki, həmin məlumatlar əsassızdır:

    “Bununla əlaqədar bildirilir ki, A.Dehghanızadehin əri İran İslam Respublikasının vətəndaşı Farzad Foroozanmehrin tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı 01 fevral 2019-cu il tarixdə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

    Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış istintaqla müəyyən edilib ki, F.Foroozanmehr tanışı Orxan İsmayılova yalan vəd verib sonuncunun anasına məxsus Yasamal rayonu ərazisində 3 otaqlı mənzilini öz tanışına 240 min manata satacağını bildirib və bu məqsədlə 25 dekabr 2018-ci ildə etibarnamə əsasında 210 min manata sataraq pulunu ələ keçirib Türkiyəyə qaçıb.

    Cinayət işi üzrə F.Foroozanmehrin barəsində dövlətlərarası axtarış elan edilib.

    Həmçinin, istintaqı zamanı A.Dehghanızadehin əri tərəfindən aldadılaraq əmlakı ələ keçirilmiş O.İsmayılovun övladını qaçırmaq istəməsi barədə bilə-bilə yalan xəbərçilik etməsinə və bu barədə bilə-bilə yalan ifadə verməsinə əsaslı şübhələr müəyyən edildiyindən A.Dehghanızadeh barəsində Cinayət Məcəlləsinin 296.2 (şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunmaqla bilə-bilə yalan xəbərçilik etmə) və 297.2-ci (şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunmaqla bilə-bilə yalan ifadə vermə) maddələri ilə cinayət işinin materiallarından ayrıca icraata ayrılaraq istintaqın aparılması üçün Yasamal rayon prokurorluğuna göndərilib.

    A.Dehghanızadeh dəfələrlə istintaqa dəvət edilsə də, çağırışlara gəlməkdən qəsdən boyun qaçırdığından barəsində aprelin 22-də axtarış elan edilmiş, iyulun 20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu istintaqa cəlb edilərək müdafiəçinin və tərcüməçinin iştirakı ilə dindirilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Cinayət təqibi üzrə zəruri olan bütün hərəkətlərin vaxtında icra edilməsini təmin etmək məqsədi ilə A.Dehghanızadehin ölkədən çıxışına məhdudiyyət qoyulub.

    A.Dehghanızadehin müraciəti əsasında məhkəmənin qərarı ilə sonuncunun ölkədən çıxışına qoyulmuş məhdudiyyət götürülüb.

    Hazırda F.Foroozanmehrin barəsində olan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

  • Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yaydı

    Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Xalq Hərəkatının keçirdiyi mitinqlə bağlı məlumat yayıb.

    İdarənin Mətbuat Xidmətindən verilən məlumata görə, açıqlamada deyilir:

    “Noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

    Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

    Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb”.

  • Uşaqlara siqaret satanlara qarşı reyd keçirilir

    Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

    Median.Az xəbər verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində Əmircan qəsəbəsi ərazisində yerləşən 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

    Həmin mağazaların satıcıları Ə.Əsədullayev və İ.Şükürov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

    Bu istiqamətdə reydlər davam etdirilir.//ölkə.az

  • ATV-nin efirində qayınana-gəlin dalaşdı – Video

    Aparıcı Zaur Baxşəliyevin “Bizimləsən” verilişində gəlinlə qayınana arasında dava düşüb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, verilişə gələn Günay və Ramin adlı cütlük arasında mübahisə yaşanıb. Ramin övladını Günaya vermək istəmədiyini deyib.

    Raminin anası Rahilə də verilişə gələrək qızı gəlin kimi qəbul etmədiyini söyləyib:

    “35 yaşımdan tək övlad böyüdürəm. 17 illik ailəmi ərim qoydu getdi. Uşaqlarımı tək böyütdüm. hamilə olanda Günaya dedim ki, səndən uşaq istəmirəm. Evlənib boşanmış qadındır. Mən toy edib, evimə gəlin gətirmək istəyirəm. Kişi kimi qadınam, əlimi stola vururamsa, dediyim olmalıdır. Uşağım gedib zülmlə işləyir, alır əlindən. Uzaq gəzsin uşağımdan. Bədbəxt, get balalarını oxut, sənəd ver əllərinə”.
    Günay isə “Yalan danışır. Rusiyada gündə bir kişiylə gəzən rəfiqən var” deyərək, qadını daha da özündən çıxarıb.

    Rəhilə “Onun haqqı yoxdur kiminsə haqqında belə söz desin. Onu studiyadan çıxarın, yoxsa onu parçalayacam. Cinə oxşayırsan, çıx uşağımın yanından. Səni parçalayaram” deyərək, qışqırırb.

    “Anam həyatımda atdığım addıma “yox” desəydi, qəbul edərdim. Anamı heç bir zaman əziyyət çəkməsinə imkan verməzdim. Anam əziyyətlə, zülmlə, kipriyi ilə od kötürüb, məni böyüdüb. Məni hər kəs ata bilər, anamdan başqa” deyə, Zaur söyləyib.

  • Yol polisi sürücülərə və piyadalara müraciət etdi

    Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib.
    İdarədən daxil olan müraciətdə deyilir:

    “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, 02.12.2019-cu il tarixdən etibarən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında hava şəraitinin güclü küləklə müşayət olunan kəskin dəyişməsi gözlənilir.

    Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması məqsədi ilə sürücülərin və nəqliyyat vasitələrinin sahiblərinin diqqətinə çatdırır ki, yola çıxmazdan əvvəl mütləq nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərdən keçirsinlər, aşkar olunan nasazlıqları aradan qaldırsınlar və mümkün qədər günün işıqlı vaxtı yola çıxmağa üstünlük versinlər.

    Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
    Sürücülər, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalıdırlar.

    Nəqliyyat vasitələrini irigövdəli ağaclardan habelə köhnə tikili obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.

    Küləkli hava şəraitində bütün hərəkət iştirakçıları, o cümlədən piyadalar daha da ehtiyatlı olmalı, yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən istifadə etməlidirlər.

    Baş Dövlət Yol Polisi İdarəsi hər birinizə təhlükəsiz yol arzu edir!”.

  • Prezident İlham Əliyev Laos Prezidentini təbrik edib

    Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçitə təbrik ünvanlayıb.

    Median.Az-ın APA-ya istinadən xəbərin görə, təbrikdə deyilir:

    “Hörmətli cənab Prezident,

    Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına sülh və firavanlıq arzulayıram”.

  • АПБ внесло ясность в новости, распространенные в последние дни по поводу пищевых отравлений

    Агентство продовольственной безопасности Азербайджанской Республики (АПБ) прокомментировало новости, распространенные в последние дни по поводу пищевых отравлений.

    “В последние дни, в некоторых СМИ, безо всяких заключений экспертизы, распространяется информация о пищевых отравлениях. В результате лабораторных исследований становится ясно, что предварительная информация не соответствует действительности, а в большинстве случаях – вообще не связана с пищевыми отравлениями. Распространение такой неполноценной информации, не подтвержденной фактами, является показателем непрофессионального подхода к вопросу. В любом случае, распространение неполноценной информации без заключения экспертизы недопустимо и носит предвзятый характер», – сказали в АПБ.

  • Brilliant Dadaşova gileyləndi: Beş il aparıcısı olduğum verilişdən bir qəpik də pul qazanmadım – FOTO

    Biz musiqini sevən insanlar üçün yaşayırıq. Tamaşaçıya təmmannasız şəkildə klip, mahnılar təqdim edirik. Bunu onları sevindirmək üçün edirik. İllər öncə, beş il sərasər Space TV-də “Gözəllik dünyanı xilas edəcək” verilişinin aparıcısı oldum. Amma o verilişdən bir qəpik də pul qazanmadım.

    Median.Az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova məclislərin birində söyləyib. O, üzünü millət vəkillərinə tuturaq, onların bəh-bəhlə misal çəkdikləri “Türkiyədə müğənnilər yüksək məbləğdə dövlətə vergi ödəyirlər” fikirlərinə etirazını bildirib:

    “Bəzi hörmətli millət vəkilləri bizi Türkiyə ilə müqayisə edirlər. Amma bu yanlışdır. Çünki biz müstəqilliyimizi yeni əldə etmişik, onlar isə 80-90 ildir ki, bu sistemi yaşayırlar. Türklər vergi ödədiklərinə görə fəxr edirlər. Çünki onların yerli sənətçiləri proqram aparanda külli miqdarda vəsait əldə edirlər. Məhz bu səbəbdən onlar peşələrinə bu qədər həvəslidirlər. Biz isə ayda-ildə bir dəfə toya gedib, aldığımız qonorardan vergi ödəyirik.

    Evdən çölə çıxmaq belə hamısı puldur. Yəni saçıma, makiyajıma və geyimimə pul xərcləyirəm. Elə bir dünyada yaşayırıq ki, vəsaitsiz, təmmənnasız, bir qəpik qazanmadan hansısa bir layihə və ya proqram hazırlamaq mümkün deyil”.

    “Türkiyədə müğənnilər proqramlardan, telekanallardan, radiolardan, bələdiyyə konsertlərindən belə pul qazanırlar” söyləyən Brilliant Dadaşova onların gizlinlərini gün üzünə çıxarıb:


    “Bir ilə yaxın TMB kanalında aparıcılıq etdim. Amma orada qonorar alırdım. Verilişi hazırlamaq üçün böyük vəsait tələb olunurdu. Verilişin TMB (Türk Musiqi Birliyi) kanalında yayımlanmasına baxmayaraq, sərmayəni azərbaycanlılar yatırır. Amma Türk dünyasına daxil olan digər ölkələr də birləşib vəsait ayırsa, daha asan olar. Mən onlardan çox pul tələb etmədim. İstəyirdim ki, Türk Musiqi Birliyinə qatqım olsun. TMB-nin tanıtım gününü keçirmək istədik. İclas oldu və qərara gəldilər ki, proqrama tanınmış xarici müğənnilər dəvət olunsun. Onlar oxumayacaqdılar, sadəcə masa arxasında oturacaqdılar. Buna görə isə həmin müğənnilər 100 minlərlə dollar pul tələb etdilər. Beləcə, TMB-nin açılışı təxirə salındı. Çünki çox baha başa gəldi.

    Türkiyədə müğənnilər proqramlardan, telekanallardan, radiolardan, bələdiyyə konsertlərindən belə pul qazanırlar. Məsələn, bələdiyyə xeyriyyə məqsədi ilə konsert təşkil edir, ad olur ki, müğənni gəldi və pulsuz oxudu. Amma sənətçi çıxışına görə konsertdən pul alır. Onların toyu (toy onlar üçün ekstra hesab olunur) belə olmayanda, pul sarıdan çətinlik çəkmirlər. Çünki Türkiyədə 1000-dən çox radio kanalları var. Bir radio gündə bir dəfə türk müğənnisinin mahnısını öz efirində səsləndirsə, onun hesabına pul yatırılır. Tək radiodan onlar görün, nə qədər pul qazanırlar”.

    Türkiyədə mahnılarınızın TV və radio kanallarında yayımlanmasına görə pul ödəyirsiniz sualına xalq artisti bu cür münasibət bildirdi:

    “Mənim də mahnılarım ara-sıra türk radiolarında səslənir. Buna görə nə mən onlara, nə də onlar mənə pul ödəmir”.//oxu.az

  • TANAP Avropaya bağlandı – VİDEO

    Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

    Əvvəlcə Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan TANAP – Transanadolu qaz boru xətti layihəsinin icrasına həsr olunmuş videoçarx nümayiş etdirilib.

    SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz TANAP layihəsinin əhəmiyyətindən danışıblar.

    Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 il bundan əvvəl təməli qoyulan TANAP-ın Avropa sərhədinə çatması münasibətilə təbriklərini çatdırıb. Bu layihənin keçdiyi tarixi yoldan danışan dövlətimizin başçısı TANAP-ın icrasında əsas texniki və maliyyə yükünün Azərbaycanın və Türkiyənin üzərinə düşdüyünü bildirib.

    Ölkələrimiz arasında icra olunan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətə başlamasının TANAP üçün yol açdığını deyən Prezident İlham Əliyev yeddi ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışıb, onun ölkələri birləşdirdiyini vurğuladı. Bu layihələrin dünyada enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən dövlətimizin başçısı deyib ki, bundan sonra da iki qardaş ölkə – Türkiyə və Azərbaycan çiyin-çiyinə irəliləyəcək.

    Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Türkiyə Prezidenti Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Transanadolu xəttinin TAP xəttinə birləşməsinin tarixi əhəmiyyətindən danışıb.

    “Bu, həm də bir sülh layihəsidir”, – deyən Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasındakı dostluğun rəmzi olan TANAP-ın həyata keçirilməsində birgə əməkdaşlığın mühüm rol oynadığını bildirib. Bu layihənin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətini vurğulayan Türkiyə Prezidenti Asiya ilə Avropanı bir-birinə bağlayan TANAP-ın icrasına verdiyi dəstəyə, liderlik fəaliyyətinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

    Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş Naziri Georgi Qaxariya və digər rəsmi şəxslərin iştirakı ilə TANAP kəmərini TAP kəməri ilə birləşdirilməsi mərasimi olub.

    Mərasim xatirə fotosu çəkdirilməsi ilə başa çatıb.

    Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir.

    Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

    TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb.

    Boru kəmərinin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir.

    “Enerjinin İpək yolu” adlandırılan TANAP-ın birinci fazası keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb.

    Layihənin əvvəlində 11,7 milyard dollarlıq investisiya nəzərdə tutulurdu. Lakin bu həcmin 40 faizdən çoxuna, 5 milyard dollara qənaət edilib. Hazırda TANAP üzrə kapital xərcləri 6,5 milyard dollardır və indiyədək layihəyə təqribən 6,3 milyard dollar xərclənib.

  • Эрдоган: TANAP – символ глубокой дружбы между нашими странами

    Мы являемся свидетелями исторического момента. Гордимся тем, что успешно завершили проект, длившийся семь с половиной лет.

    Как передает Median.Az, об этом президент Турции Реджеп Тайип Эрдоган заявил на церемонии открытия части проекта TANAP, который соединится с Европой.

    Турецкий лидер заявил, что это солидарность, а название этой солидарности – мир:

    “Этот проект является символом глубокой дружбы между нашими странами. Это региональный и мирный проект. Сотрудничество между странами-производителями, транзитными-странами и странами-потребителями, сыграло ключевую роль в успехе проекта.

    Интерес моего дорогого брата Алиева и сотрудничество грузинского руководства вывели TANAP на нынешний уровень. Сегодня мы видим, что трудились не зря”.

    Эрдоган подчеркнул, что азербайджанский газ достиг Европы, пройдя через 20 провинций, 67 регионов и 600 сел по всей Турции:

    “Мечта о прохождении 16 миллионов кубометров азербайджанского газа через Турцию в Европу уже превратилась в реальность”.