Month: November 2019

  • “Araz” marketdən yağ alan müştəri: “Çox təhlükəli qidadır” – FOTOLAR

    “Araz” marketlər şəbəkəsində mənşəyi məlum olmayan, təhlükəli yağlar satılır.

    Median.Az xəbər verir ki, bu barədə BakuPost-a paytaxt sakini Xanım İsrafilova məlumat verib.

    Onun sözlərinə görə, Yeni Suraxanıdakı “Araz” marketdən kərə yağı adıyla aldığı yağı əridərkən dəhşətli mənzərə ilə rastlaşıb: “Ucuz olduğuna görə hamı kimi mən də bir qutu “555” yağı aldım. Saxlamaq üçün əridib bankaya yığmaq istəyirdim. Yağı qaynadanda isə dəhşətli mənzərəylə rastlaşdım, köpükləndi, sonra qaralmağa başladı… Normal yağ belə olmur. Sonra həmin yağın qalanını mağazaya qaytarıb pulumu geri aldım”.

    Növbəti mağazaya getdikdə həmin yağların satışdan çıxarılmadığını görən X.İsrafilova şikayət etmək qərarına gəlib:

    “Mağazanı işlədənlər bu yağın keyfiyyətsiz, təhlükəli olduğunu bilə-bilə onu satışdan çıxarmayıblar. Ən pisi odur ki, həmin yağa endirim edərək hamının diqqətini çəkirlər. İndi ən çox satılan yağ yəqin ki odur… Buna görə də, aidiyyəti qurumları araşdırmaya dəvət edirəm. Mən yağı qaynatdığım qabları saxlamışam. Kim istəyir gəlib götürsün, araşdırsın. Təki belə halların qarşısı alınsın. İnsanlarımız mənşəyi bəlli olmayan qidalarla zəhərlənməsin”.

    Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev BakuPost-a bildirib ki, ilk iş günündə məsələ ciddi şəkildə araşdırılacaq. Müştərinin dedikləri təsdiqini tapsa ciddi ölçü götürüləcək.

    BakuPost-un əməkdaşlarının araşdırmalarına görə, sözügedən yağ “Araz” marketlərin hamısında satılır. Belarusiya istehsalı olan yağın kilosu müştərilərə 2.99 qəpiyə təklif olunur.

    Yağın əridilərkən bu vəziyyətə düşməsi nəyin göstəricisidir?

    Qida eksperti Eyyub Hüseynov BakuPost-a bildirib ki, təmiz kərə yağı əridilərkən qarala bilməz: “Bu onu göstərir ki, kərə yağı deyil, ya bitki mənşəllidir speddir”. Ekspert bildirib ki, belə yağların dəqiq mənşəyi göstərilmədiyindən, onun istifadəsi təhlükəlidir: “Çox vaxt yağların üzərinə inək şəkli qoyub müştəriləri aldadırlar. Hardasa kiçik bir yerdə isə “Spred bitki tərkibli yağ” yazırlar ki, məhkəmə çəkiməsi-falan olanda vəziyyətdən çıxa bilsinlər. Bunlar ağır cinayətdir”.

    Qeyri-iş günü olduğundan “Araz” marketlər şəbəkəsindn rəsmi cavab almağımız mümkün olmadı.

    Məsələ barədə əlavə məlumat verəcəyik.

  • Задержан житель Баку, укравший из магазина 3500 манатов

    В Баку ограблен магазин.

    Как передает АПА со ссылкой на пресс-службу МВД, в результате операции сотрудников 36-го отделения Хатаинского РУП по подозрению в хищении 3500 манатов из магазина задержан житель Баку О.Асадов.

  • Bakı sakini kürəyindən bıçaqlanıb

    Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə metronun Ulduz stansiyası yaxınlığında baş verib.

    Belə ki, Bağırov Süleyman Nurəddin oğlu kürək nahiyəsindən bıçaqlanıb.

    Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

  • Ac və evsiz qaldığı üçün bilərəkdən həbsə girdi

    Hindistanın Tamilnad ştatında bir nəfər polisə iki dəfə yalançı zəng etdiyi üçün həbs olunub.

    “RİA Novosti” xəbər verir ki, buna səbəb kişinin ac və kasıb olmasıdır.

    İki dəfə evlənmiş, amma hər iki arvadından ayrılmış “telefon terroristi” bundan sonra depressiyaya düşüb və işdən qovulub.

    Bundan sonra həm evsiz, həm də işsiz qalan sözügedən şəxs qərar alıb ki, bir bəhanə ilə həbsxanaya düşsün və az da olsa yemək və sığınacaq tapa bilsin.

    O, oğurladığı telefondan iki dəfə polisə zəng edərək müxtəlif binalarda bomba olduğunu deyib. Polislər tezliklə şəxsin yerini tapıblar və həbs ediblər.

    Onun həbsxanada nə qədər qalacağı ilə hələlik bəlli deyil.

  • В Берлине эвакуировали 13 тысяч человек из-за бомбы времен Второй мировой

    Бомба времен Второй мировой войны обезврежена в районе Хеллерсдорф на востоке Берлина.

    Как передает РИА Новости, об этом сообщила полиция города.

    Бомбу весом 250 килограммов обнаружили на прошлой неделе в районе Хеллерсдорф. Чтобы ее обезвредить, эвакуировали 13 тысяч человек.

    “В 14.53 (17.53 по бакинскому времени) был произведен контролируемый взрыв вырезанного детонатора. Обезвреживание прошло успешно, ограничительные меры сняты, и люди, проживающие в Хеллерсдорфе, могут вернуться в свои дома”, – сообщила полиция Берлина в Twitter.

  • Xalq şairindən etiraz: “Yubkası dizindən iki qarış yuxarı olanları efirə yığıb söyüş söydürürlər”

    Xalq şairi Vahid Əzizin oxu.az-a müsahibəsi:

    – Prezident İlham Əliyev ölkədə aparılan islahatların bir hissəsi olaraq, dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab edir. Pensiya yaşına çatmış, 70 yaşını keçən iqtidarda təmsil olunanlar yerini gənclərə verməlidir. Artıq bir çox məmurlar prezidentin çıxışından sonra öz ərizələri ilə istefa veriblər. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin də 81 yaşı var. Sizcə, Anar müəllimdə artıq pensiyaya çıxıb, yerini gənclərə verməlidir?

    – Bu sualı vəzifə sahibi olan, amma getmə yaşı çatanlara vermək lazımdır. Prezidentimiz bu sözləri ilə digərlərinidə ciddi xəbərdarlıq edərək mesaj verdi. Hesab edirəm ki, gəncləşmə getməlidir. Ancaq Azərbaycan Yazıçılar Birliyi çox ciddi yerdir.

    – Gənc yazarların narazılıqlarını necə dəyərləndirirsiz?

    – Haqlı tələblər var. Çünki kitabları çap olunmalıdır. Amma bu proses baş vermir. Bizim vaxtımızda kitablarımız çıxanda pul alırdıq. İndi isə gənc şairlər pul verib kitablarını çap etdirir. Bunun üçün həm Azərbaycan Yazıçılar Birliyi, həm də Mədəniyyət Nazirliyi məsələni qaldırmalıdır. Düzdür, prezidentimiz bununla bağlı pul ayırıb. Bir çox gənclərin də kitabları çap edilir. Amma yenə də bu, hamıya aid olmur.

    – Gənc yazarlar onlardan birinin sədr olmasını istəyir. Sizcə birliyin sədri olmaq üçün elə bir gənc var?

    – Bu gün fövqəlada istedadlı bir gənc görmürəm ki, sədr olsun. Çünki təşkilatçılıq tamam başqa bir işdir. Birlik sanki bir nazirlikdir. İctimai təşkilat deyil.

    Ümumiyyətlə, Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı rəsmi dövlət nazirlikləridir. Çünki onlar dövlətin rəsmi büdcəsindən maaş alırlar.

    Birliyin sədri həyat və digər məsələlərdə təcrübəli, yaşı minimum 60-dan az olmayan insan olmalıdır. Anar təcrübəsi olduğu üçün sədr seçilmişdi.

    – Xaricdə mahnılarımızın anonim şəklində oxunması hələ də davam edir. Həmin mahnıların bir çox qisminin də sözləri sizə məxsusdur. Günah kimdədir?

    – Mahnıları kimlər ifa edir? Mədəniyyəti olmayanlar adları açıqlamır. Əgər bizim ifaçılar getdikləri xarici ölkələrdə adları açıqlamırsa, o insan müəllifə və Azərbaycan dilinə hörmətsizlik edir, öz vətəndaşlıq borcunu yerinə yetirə bilmir. Çünki səviyyəsi və savadı yoxdur. Yekə-yekə danışmaqla deyil. Niyə müəllifin adını çəkmirlər? Azərbaycanın tanıtmağın bir yolu da budur. Sonra da qonşu dövlətlərin bizim mahnıların öz adlarına çıxartdığını deyirik. Bacarana can qurban.

    Konsertlərdə də ifaçılar mahnıları oxuyub gedir. Amma müəlliflər açıqlanmır. Bizdə bu mədəniyyət yoxdur. Anlaya bilmirlər ki, onlara xaricdən də baxanlar var.

    Bu yaxınlarda “O səs Türkiyə”də Sevda Ələkbərzadənin mahnısı oxunsa da, Azərbaycana məxsus olduğu deyilmədi. Niyə mahnıları oxuduqları halda adlar açıqlanmır? Bunun günahı Azərbaycan Müəllif Hüquqları Agnetliyindədir. Agentlik cərimə tətbiq etməlidir.

    Eyni zamanda televiziyalarda da günah var. Televiziyalar bu yöndə iş görmək əvəzinə müğənnidən 1500 manatı alıb onu efirə buraxır.

    – Etirazınızı bildirdiyiniz ifaçılar olub?

    – Bir necə nəfərə demişəm. Ondan sonra özlərini düzəldiblər. Brilyant Dadaşova, Faiq Ağayev, Fidan Hacıyeva həmişə adımı çəkib. Amma gənclər müəllifləri vurğulamır. Onları tərbiyə eləmək lazımdır.

    – Sizin də bəzi müəlliflər kimi qadağa qoymaq fikriniz var?

    – O yaşım deyil ki, qapı-qapı gəzim. Bir çoxları özlərini reklam edir. İnsanın heç nəyi olmayanda ortalıqda oynamağa başlayır. Adımızı çəkməyən ifaçılar öz mədəniyyətsizliyini göstərir.

    – İndiki bayağı musiqiləri necə dəyərləndirirsiz?

    – Hər musiqinin təbliğ olunmasının günahkarı televiziyalardır. Onlar Azərbaycanı başqa cür tanıdır. Belə ki, 5-6 əxlaqsızı, yubkası dizindən iki qarış yuxarı olanları efirə yığıb dalaşdırır, söyüş söydürürlər.

    – Mahnılarınızı bərbad şəklində oxuyunlar olub?

    – Olub. Yalnız yaxşı oxumasını demişəm.

    – Kimin sizin mahnılarınızı oxumasını istərdiz?

    – Dahi sənətkarımız Rəşid Behbudovun oxumasını çox istərdim. Amma oxuya bilmədən dünyasını dəyişdi.

  • Ильхам Алиев и Мехрибан Алиева на акции по посадке деревьев – ОБНОВЛЕНО + ФОТО

    11 ноября Президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева в рамках проекта “Объединяйся во имя природы, объединяйся во имя жизни!” приняли участие в акции по посадке деревьев в новом парке “Гянджлик”, создаваемом Фондом Гейдара Алиева в Хатаинском районе Баку.

    Как сообщает АЗЕРТАДЖ, исполнительный директор Фонда Гейдара Алиева Анар Алакбаров проинформировал главу государства и первую леди о новом парке, который будет создан Фондом Гейдара Алиева в Хатаинском районе:

    – Господин Президент, это – самая высокая точка парка. Отсюда видна вся территория. Территория парка составляет 37,2 гектара.

    Президент Ильхам Алиев: Отсюда открывается прекрасная панорама.

    Анар Алакбаров: Верно. По поручению Мехрибан ханым мы сохранили эти места и стараемся, как можно скорее, передать этот парк в распоряжение людей. Предусмотрен новый план этой территории. Здесь будет большой и при этом простой парк.

    Первая леди Мехрибан Алиева: Природный парк.

    Президент Ильхам Алиев: Да, природный парк.

    Анар Алакбаров: Здесь будут созданы все условия для эффективной организации досуга людей.

    Президент Ильхам Алиев: И спортивные площадки.

    Анар Алакбаров: Преимущество в основном будет отдано спортивным площадкам, спортивным сооружениям. Здесь будут специальные полосы для того, чтобы люди больше занимались спортом на лоне природы, велосипедные дорожки, места для обычных пикников. Будут созданы все возможности для того, чтобы люди проводили здесь время, праздники.

    Президент Ильхам Алиев: Хорошо. Здесь должны быть и объекты общественного питания, с тем, чтобы граждане могли пользоваться ими.

    Анар Алакбаров: Верно, господин Президент.

    Президент Ильхам Алиев: Вместе с тем, конечно, необходимо сохранить эту природную панораму. Сейчас здесь идет посадка новых деревьев.

    Анар Алакбаров: Сегодня будет посажено около 30 тысяч деревьев. Мы очень нуждаемся в Вашей поддержке для того, чтобы разбить этот парк и передать его в распоряжение людей.

    Президент Ильхам Алиев: Считаю, что парк в короткий срок будет полностью благоустроен и для граждан будут созданы прекрасные возможности.

    Первая леди Мехрибан Алиева: А какой будет система орошения?

    Анар Алакбаров: Мы уже решаем этот вопрос. Сегодня мы сажаем деревья, поэтому по Вашему указанию проложили и оросительную систему. Но, естественно, здесь предстоит проделать дополнительную работу. Необходимо пересмотреть системы освещения. Создать специальные оросительные системы. Мы организуем это.

    Президент Ильхам Алиев: Я вижу здесь оливковые деревья. Давно посажены?

    Анар Алакбаров: Да, когда-то здесь было много оливковых деревьев, и урожай собирали.

    Президент Ильхам Алиев: Надо и сейчас посадить в основном оливковые деревья и сосны.

    Анар Алакбаров: Мы отдаем предпочтение эльдарской сосне. Прежде здесь наряду с оливковыми деревьями было много эльдарских сосен. Поэтому мы продолжим в том же порядке.

    Затем Президент Ильхам Алиев и первая леди Мехрибан Алиева посадили в парке деревья.

    В центре политики, осуществляемой в нашей стране под руководством главы государства, находятся граждане Азербайджана. Президент Ильхам Алиев наметил решение социальных вопросов граждан Азербайджана, охрану их здоровья как одну из приоритетных задач. На сегодняшний день в этом направлении были реализованы многочисленные проекты. Особое внимание в числе данных проектов уделяется также вопросу проживания населения в здоровой экологической среде. В результате проводимой в нашей стране экологической политики, наряду с проведением озеленения, охраной имеющихся зеленых насаждений, проводятся акции по посадке деревьев в местах, где прежде их никогда не было, что вносит важный вклад в улучшение экологической обстановки в Азербайджане, расширяет территорию зеленых зон.

    Особое внимание проектам, реализуемым в Азербайджане на государственном уровне для улучшения экологического положения, уделяет и Фонд Гейдара Алиева, возглавляемый первой леди Мехрибан Алиевой. Фонд вносит огромный вклад в проведение озеленения в нашей стране и сохранение имеющихся зеленых зон. Важную роль в этом вопросе также играют проекты, реализуемые по инициативе и при поддержке вице-президента Фонда Гейдара Алиева, учредителя и руководителя Общественного объединения IDEA Лейлы Алиевой с целью дальнейшего улучшения экологической обстановки, проведения озеленения. Особое значение в этом смысле представляет проект Фонда Гейдара Алиева “Объединяйся во имя природы, объединяйся во имя жизни!”.

    Активное участие в акции приняли молодежь, жители района, волонтеры Общественного объединения “Региональное развитие” Фонда Гейдара Алиева.

    Проект, предусматривающий организацию акций по посадке деревьев в Баку и различных районах республики, доводит до внимания людей, в особенности молодого поколения, важность охраны окружающей среды и призывает их к взаимодействию в борьбе, направленной на устранение экологических проблем. Цель проекта одновременно направлена на объединение людей вокруг благородных инициатив. Акция, организованная в дни проведения праздника государственного флага и накануне Дня Конституции – 12 ноября, одновременно запомнилась консолидацией граждан вокруг важного для страны проекта.

    Глава государства Ильхам Алиева и первая леди Мехрибан Алиева встретились и побеседовали с участниками акции по посадке деревьев.

    В заключение была сделана фотография на память.

    Отметим, что на территории, где посажены деревья, вначале был организован соответствующий субботник, проведены работы по очистке участка.

    В рамках акции, наряду с посадкой, поливкой деревьев, очисткой территории, на имеющихся здесь деревьях были сооружены скворечники и кормушки.

    В рамках мероприятия на территории были организованы различные развлекательные и музыкальные программы, соревнования.

    Участники отметили, что довольны присоединением к акции.

    ***

    11 ноября Президент Азербайджана Ильхам Алиев и Первая леди Мехрибан Алиева приняли участие в акции по посадке деревьев в новом парке “Гянджлик”, заложенном Фондом Гейдара Алиева в Хатаинском районе Баку. Акция состоялась в рамках проекта “Объединись во имя природы! Объединись во имя жизни!”.

    Об этом сообщает АЗЕРТАДЖ.










































  • İlham Əliyev və Mehriban Əliyeva ağacəkmə aksiyasında – YENİLƏNİB+FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən salınacaq yeni park barədə məlumat verərək dedi:

    -Cənab Prezident, bura parkın ən hündür nöqtəsidir. Buradan bütün ərazi görünür. Parkın ərazisi 37,2 hektardır.

    Prezident İlham Əliyev: Buradan gözəl mənzərə açılır.

    Anar Ələkbərov: Elədir. Mehriban xanımın tapşırığına əsasən biz buraları qoruyub saxlamışıq və çalışırıq ki, tezliklə bu parkı insanların istifadəsinə verək. Bu ərazinin yeni planı nəzərdə tutulub. Burada böyük, özü də sadə bir park olacaq.

    Birinci xanım Mehriban Əliyeva: Təbii park.

    Prezident İlham Əliyev: Bəli, təbii.

    Anar Ələkbərov: İnsanların asudə vaxtlarının səmərəli təşkili üçün burada bütün şərait yaradılacaq.

    Prezident İlham Əliyev: İdman meydançaları da.

    Anar Ələkbərov: Əsasən idman meydançalarına, idman qurğularına üstünlük veriləcək. Burada insanların daha çox təbiət qoynunda idman etmələri üçün xüsusi zolaqlar, velosiped yolları, sadə pikniklər üçün yerlər olacaq. İnsanların vaxtlarını, bayramlarını burada keçirmələri üçün bütün imkanlar yaradılacaq.

    Prezident İlham Əliyev: Çox yaxşı. Burada iaşə obyektləri də olmalıdır ki, vətəndaşlar gələndə onlardan istifadə edə bilsinlər.

    Anar Ələkbərov: Elədir, cənab Prezident.

    Prezident İlham Əliyev: Amma əlbəttə ki, bu təbii mənzərə qorunmalıdır. İndi burada yeni ağaclar əkilir.

    Anar Ələkbərov: Bu gün 30 minə yaxın ağac əkiləcək. Sizin dəstəyinizə böyük ehtiyacımız var ki, biz bu parkı salaq və insanların istifadəsinə verək.

    Prezident İlham Əliyev: Hesab edirəm ki, park qısa müddət ərzində tamamilə abadlaşdırılacaq və vətəndaşlar üçün burada gözəl imkanlar yaradılacaq.

    Birinci xanım Mehriban Əliyeva: Suvarma sistemi necə olacaq?

    Anar Ələkbərov: Artıq onu həll edirik. Bu gün ağacları əkirik deyə biz artıq Sizin göstərişinizlə suvarma sistemini də çəkdik. Amma təbii ki, burada əlavə işlər var. İşıqlandırma sistemlərinə yenidən baxılmalıdır. Xüsusi suvarma sistemləri qurulmalıdır. Onu təşkil edəcəyik.

    Prezident İlham Əliyev: Burada zeytun ağacları da görürəm. Vaxtilə əkilib?

    Anar Ələkbərov: Bəli, vaxtilə burada çoxlu zeytun ağacı olub, məhsul da yığılıb.

    Prezident İlham Əliyev: İndi də əkmək lazımdır, əsasən zeytun və şam ağacları.

    Anar Ələkbərov: Biz burada Eldar şamına da üstünlük veririk. Əvvəllər burada zeytun ağacları ilə bərabər, Eldar şamları da çox idi. Ona görə bu qaydada davam edəcəyik.

    Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda ağac əkdilər.

    Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev Azərbaycan vətəndaşının sosial məsələlərinin həllini, onların sağlamlıqlarının qorunmasını prioritet məsələlərdən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə indiyədək çox sayda layihələr icra olunub. Bu layihələr sırasında əhalinin sağlam ekoloji mühitdə yaşaması məsələsinə də xüsusi diqqət yetirilir. Ölkəmizdə həyata keçirilən ekoloji siyasət nəticəsində yeni yaşıllıqların salınması, mövcudlarının qorunması ilə yanaşı, eyni zamanda, əvvəllər heç bir yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi Azərbaycanda ekoloji durumun yaxşılaşdırılmasına mühüm töhfələr verir, yaşıllıq zonalarının sahəsini artırır.

    Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Ölkəmizdə yeni yaşıllıqların salınmasında və mövcud yaşıllıq sahələrinin qorunmasında Fondun töhfəsi olduqca böyükdür. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması məqsədilə icra olunan layihələrin də mühüm rolu var. Bu baxımdan Heydər Əliyev Fondunun “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi xüsusi əhəmiyyət daşıyır.

    Aksiyada gənclər, rayon sakinləri, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri fəal iştirak etdilər.

    Bakıda və respublikanın müxtəlif rayonlarında ağacəkmə aksiyalarının təşkilini nəzərdə tutan layihə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin aradan qaldırılması istiqamətində mübarizədə birgə fəaliyyətə səsləyir. Layihənin məqsədi, eyni zamanda, insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə yönəlib. Dövlət Bayrağı bayramının qeyd edildiyi günlərdə və 12 noyabr – Konstitusiya Günü ərəfəsində təşkil olunan bu aksiya həm də vətəndaşların ölkə üçün vacib layihə ətrafında birləşməsi ilə yadda qaldı.

    Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasının iştirakçıları ilə görüşüb söhbət etdilər.

    Sonda xatirə şəkilləri çəkdirildi.

    Qeyd edək ki, ağac əkilən ərazidə əvvəlcə müvafiq iməcilik təşkil olunub, təmizlik işləri aparılıb.

    Aksiya çərçivəsində ağacların əkilməsi, sulanması, ərazinin tullantılardan təmizlənməsi ilə yanaşı, buradakı mövcud ağaclarda quş yuvaları və yem qabları quraşdırılıb.

    Tədbir çərçivəsində ərazidə müxtəlif əyləncəli və musiqili proqramlar, yarışlar təşkil olunub.

    İştirakçılar aksiyaya qatılmaqdan məmnun qaldıqlarını bildiriblər.

    ***

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş! Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.









































  • Putinlə Merkel arasında telefon danışığı olub

    Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.


    Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

    Bildirilir ki, Rusiyanın dövlət başçısı Almaniyanın hökumət rəhbəri ilə telefon söhbətində Ukrayna məsələsinə toxunublar. Tərəflər həmçinin Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

    TASS agentliyi isə Kremlin mətbuat xidmətinə istinadən bildirib ki, Putin və Merkel Ukrayna ərazisi vasitəsilə Rusiya qazının tranziti şərtləri haqqında üçtərəfli danışıqlar mövzusunu müzakirə ediblər.

  • Azərbaycanda kişi növbəti dəfə qaşıq uddu

    Bakının Səbail rayonunda şəhər sakini növbəti dəfə qaşıq udub.
    Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, noyabrın 10-da 19 nömrəli təcili tibbi yardım stansiyasının həkimlərinə Bayıl qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elmar Məmmədov kömək üçün müraciət edib.

    Kişi iki ədəd metal çay qaşığı udub.

    Məlum olub ki, E.Məmmədov tibbi yardımdan sonra evə buraxılıb. Polisdən verilən məlumata görə, həmin şəxsin psixi problemləri olub.

    E.Məmmədov bu ilin sentyabrında analoji addım atıb. Belə ki, həmin şəxsin anası sentyabrın 3-də 8-ci Polis Bölməsinə müraciət edib.

    O, övladı – 1983-cü il təvəllüdlü Məmmədov Elmar Etibar oğlunun çay qaşığı udduğunu bildirib. Ananın sözlərinə görə, bu yolla oğlu nümayişkaranə şəkildə intihar etməyə çalışıb.

    Bundan əlavə, E.Məmmədov üzərinə benzin tökərək, özünü yandırmaq istəyib, lakin anası buna imkan verməyib. O, 2 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

    İlkin araşdırma zamanı məlum olub ki, əvvəllər qanunsuz narkotik satışına görə məhkum olunmuş E.Məmmədov anası ilə dalaşaraq mülk tələb edib. İstədiyinə nail olmadıqda isə intihara cəhd etməklə anasına təsir göstərməyə çalışıb.

    Onun yaşadığı evi də yandırmaq istədiyi qeyd olunur.

    Xatırladaq ki, bu, ailə münaqişəsi zəminində qaşıq udmaqla bağlı ilk hadisə deyil. Bu ilin iyulunda Xətai rayonunda qayınanası ilə münaqişə zamanı qaşıq və mismar udan 1989-cu il təvəllüdlü Babayev Alamat Nazim oğlu xəstəxanaya yerləşdirilmişdi.