Month: November 2019

  • В Хатаинском районе бывший зэк ограбил женщину

    Как сообщает Median.Az, сотрудники 36-го отделения полиции Хатаинского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы, ранее судимого Э.Гусейнова, который 9-го ноября угрожая женщине, отобрал у нее кошелек, где находились 279 манатов и банковская карта.

    В Следственном отделе Хатаинского РУП возбуждено уголовное дело по статье 180.1 (грабеж) УК Азербайджана.

  • Xətai rayonunda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Xətai RPİ 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 9-da qadına zor tətbiq edib, içərisində 279 manat və bankomat kartı olan pulqabısını soyğunçuluq yolu ilə əlı keçirən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov saxlanılıb.

    Xətai RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Quba sakininin qazdığı quyuya öz inəyi düşdü – FOTO/VİDEO

    Qubada 12 metr dərinlikdə quyuya inək düşüb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Hacıağalar kəndində baş verib.

    Belə ki, kənd sakini Osmanova Zeynəb Süleyman qızının həyətində qazdırdığı 12 metirlik dərliyində su quyusuna öz inəyi düşüb.

    FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

    Təhlükəsizlik qaydalarına riayət edilməklə boş su quyusundan iribuynuzlu heyvanı sağ çıxararaq sahibinə təhvil veriblər.

  • Хосе Бернардо рассказал, кто ранил ножом его и брата – ФОТО/ВИДЕО

    Мой брат в тяжелом состоянии. Усилиями врачей он хоть и немного, но пришел в себя. Сегодня утром его перевели из реанимации, он продолжает лечение в Сабунчинской больнице.

    Как передает Oxu.Az, об этом известный ведущий Хосе Бернардо рассказал в эфире передачи Bizimləsən на телеканале ATV.

    Хосе рассказал подробности нападения на себя и на своего брата Рафаэля Гусейнова:

    “Я был дома с семьей. Брат пошел к соседям за инструментами. Не прошло и пяти минут после его ухода, как раздались крики. Брат звал меня. Выйдя из дома, я увидел его в крови.

    Ему нанесли 15 ножевых ранений в горло, ниже сердца, в селезенку. Врачи удалили ему селезенку. Тот, кто это сделал, находился во дворе дома. Я подрался с ним, но не смог одолеть, так как он был более мощного телосложения. Только потом заметил, что у него нож. Увидел, как нож вонзился мне в руку. На шум сбежались соседи, и этот человек сбежал”.

    По словам Хосе, нападавший – бывший муж девушки его брата.

    “Человек, нанесший ножевые ранения мне и брату, задержан полицией. В настоящее время ведется следствие. Это бывший муж девушки моего брата. Насколько я понял, инцидент произошел на почве ревности. Этот человек уже два года как расстался с девушкой моего брата и вновь женился. Он подстерегал моего брата у двери, и, по-моему, был пьян. Он хотел убить его”.

    Хосе Бернардо рассказал, что завтра ему предстоит операция на руке: “Нож пронзил мою руку насквозь. Я также был ранен в ногу”.

  • Sumqayıtda iki avtomobil toqquşub, sürücülər xəsarət alıb – FOTO

    Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, qəza şəhərin Sərvər Bədəlbəyli və Koroğlu küçələrinin kəsişməsində qeydə alınıb.
    Hərəkətdə olan “Mercedes” markalı avtomobil əks yola çıxıb, ağacı qıraraq digər “Mercedes” markalı avtomobillə toqquşub.

    Qəza nəticəsində hər iki avtomobilini sürücüsü xəsarət alıb. Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Yaralılar Təcili Tibbi Yardım briqadasının köməyi ilə xəstəxanaya aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı-2019-un finalında Azərbaycan güləşçisi ilə qarşılaşan rusiyalıda dopinq aşkarlanıb

    Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında medal qazanan idmançılardan birində dopinq tapılıb.

    APA-nın məlumatına görə, sərbəst güləş üzrə Rusiya yığmasının üzvü Rüstəm Dolayevin orqanizmində istifadəsi qadağan olunmuş meldoni preparatı aşkarlanıb.

    51 kq çəki dərəcəsində gümüş medal qazanan güləşçi mükafatdan məhrum edilib. Finalda Azərbaycan güləşçisi Kənan Heybətova uduzan rusiyalıdan alınan gümüş medal moldovalı Konstantin Çirilova verilib. Sonuncunun bürünc mükafatı isə gürcüstanlı Otaru Mamulaşviliyə nəsib olub.

    Qeyd edək ki, Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də keçirilib.

  • Instagram запретил блогерам упоминать политику в видеозаписях

    Instagram потребовал от блогеров, которые получают от соцсети деньги за съемки видео для сервиса IGTV, отказаться от упоминания в своих записях политики и выборов, сообщает Интерфакс со ссылкой на агентство Bloomberg.

    По данным источника агентства, Instagram заключил уже несколько десятков договоров с блогерами на определенное количество постов в IGTV. Сумма самого крупного контракта составила 250 тыс. долларов: такое вознаграждение автор должен получить более чем за 20 записей. Блогерам, согласившимся на возмещение затрат на съемки контента, придется избегать не только политических высказываний, но и рекламы других платформ, а также розыгрышей призов среди подписчиков и финансирования со стороны третьих лиц.

    Правила для блогеров вводятся в свете приближающихся выборов президента США, которые пройдут в 2020 году: соцсеть опасается, что она может быть использована для политического вмешательства и оказаться в центре скандала, аналогичного тому, который разгорелся в 2016 году вокруг Facebook.

  • Mübariz Mənsimovdan Araz Əlizadəyə: Siyasi təlxək

    “Deputat Araz Əlizadənin Nuru Paşanın ordusuna “muzdlu” deməsi və “biz azərbaycanlıyıq, türk deyilik” məntiqi məni düşündürdü. Xatirimdədir, Araz və Zərdüşt Əlizadə qardaşları Ali Sovetdə deyirdilər ki, Qarabağı azad etmək üçün ruslara pul verib Azərbaycana gətirmək lazımdır. Şübhəsiz, bu, bütövlükdə Azərbaycanın Rusiya tərəfindən yenidən işğal olunması demək idi. Bu, həmin Araz Əlizadədir”.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyədə yaşayan tanınmış azərbaycanlı milyarder Mübariz Mənsimov qeyd edib. O, millət vəkili Araz Əlizadəyə türklərlə və Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə bağlı səsləndirdiyi fikirlərə görə kəskin iradını bildirib:
    “Bu, Güneydə qardaş-bacılarımıza divan tutan fars rejimini həmişə tərifləyən Araz Əlizadədir. Nuru Paşa şəxsiyyətinə həqarət edən heç vaxt millətimin vəkili ola bilməz. Sinəndə gəzdirdiyin Azərbaycan bayrağının üzərindəki göy rəng soyumu, kimliyimi dünyaya bəyan edir. Bundan xəbərin yoxdursa, sən o bayrağa heç layiq deyilsən. Araz Əlizadə, sən Nuru Paşanı muzdlu adlandırırsan? Sevdiyin bolşeviklərin, onların himayə etdikləri daşnakların işğal etdikləri gənc Cümhuriyyətin paytaxtı Bakını zir-zibildən təmizləyən Nuru Paşa, əlbəttə ki, xalqımızın xilaskarı, başımızın tacıdır. Nuru Paşanı yalnız daşnaklar və bolşeviklər, indi isə siz, Araz Əlizadə “muzdlu” deyə çağırır. Ucuz şou yaratmaqla gündəmdə qalmaq istəyirsiniz?! Öz işinizdir. Amma milli dəyərlərimiz sizin üçün oyuncaq deyil. Millət vəkili kimi hələ də məşğul olmağa bir ciddi iş tapmamısınızsa, gedin siyasi təlxəklik edin. Bu sizdə daha yaxşı alınardı. Nuru Paşa kimi dəyər sizin ağlınızın səviyyəsi deyil və ola bilməz”.

    M.Mənsimov Araz Əlizadəni danışarkən diqqətli olmağa çağırıb:

    “Keçmişindən bixəbər olanın gələcəyi yalnız məhvdir. Bizim tariximiz və soyumuz o qədər gözəldir ki, başqaları bizə həsəd aparırlar. Türk olmaq – şərəfdir, qürurdur! Güneydəki soydaşlarımız “Biz türkük” deyə mücadilə aparırlar. Biz isə “türk deyilik” deməyə başladıq? Siz rusdilli ola bilərsiz, amma rusun dediyi kimi düşünməyəcəksiz. Biz Azərbaycan türküyük! Övladlarımızı da belə tərbiyə etməliyik. Təəssüf ki, sinəsində türkün müqəddəs bayraqlarından olan Azərbaycan bayrağını daşıyan Araz Əlizadə belə sözlər danışıb. Türkün türkdən başqa dostu yoxdur. Türkiyə türklərini bizdən küsdürməyin. Kəlmənizə diqqət edin. Axı siz Rusiyanın yox, Azərbaycanın millət vəkilisiniz, deyilmi?!”

  • SOCAR-dan yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı AÇIQLAMA

    SOCAR maye qazının və yaxud da LPG-nin qiymətini tənzimləyə bilməz, çünki SOCAR onun sadəcə istehsalçılarından biridir.

    Median.Az xəbər verir ki, bunu Trend-ə hazırda Bakı şəhərinin maye qazı satılan yanacaqdoldurma məntəqələrində müşahidə edilən avtomobil sıxlığı ilə əlaqədar sualını cavablandırarkən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

    İ.Əhmədov bildirib: “Əvvəla bunu qeyd edim ki, mayə qazı kimi bizim respublikada tanınan məhsul bəzən təbii qazla səhv salınır. Əslində təbii qaz və mayə qaz təmamilə fərqli olan məhsullardır. Maye qazına LPG-də deyilir. Bunun əsl adı mayeləşdirilmiş neft qazıdı, yəni təbii qazdan fərqli olaraq maye qazı neft emalının məhsuludur, neftdən əldə olunur, təbii qazdan əldə olunmur. Təbii qazdan əldə olunan isə satışda digər yanacaq növü var ki, onun adı CNG-dir və yaxud da sıxlaşdırılmış təbii qazвdır və bildiyiniz kimi, sıxlaşdırılmış təbii qazın qiymətində hər hansı bir dəyişiklik yoxdur. Daha əvvəl 45 qəpiyə satılırdısa bu gün də 45 qəpiyə satılır. Lakin LPG artıq 45 qəpiyə deyil, bir çox yanacaq doldurulma məntəqələrində onun qiyməti bir qədər artırılmışdır. Və bunun qiymətini SOCAR tənzimləmir. Onu da qeyd edim ki, SOCAR maye qazının və yaxud da LPG-nin qiymətini tənzimləyə bilməz, çünkü SOCAR onun sadəcə istehsalçılarından biridir. Həmin məhsulun üzərində bizim hər hansısa bir inhisarımız yoxdur, məhsulun SOCAR-dan və digər şirkətlərdən almaq hüququna malik olan təhcizatçı şirkət onu ölkəyə həm də xaricdən idxal edir və xaricdən idxal etməyə başlandıqdan sonra görünür ki, məhsulun maya dəyəri də artmışdır. Bəs məhsulun xaricdən idxal olunmasına zərurət hardan yarandı? Bu da yəqinki aydın idi, artıq son aylarda biz gördük ki, maye qazı və ya LPG-nin təchizatında bir az qıtlıq yaranmağa başladı. Bu qıtlığın səbəbi bu idi ki, LPG-nin istehsalı əvvəlki səviyyədə qalsa da ona olan tələbat artmışdır. Sırf tələbat artımıyla bağlı olan bu qıtlıq buradan qaynaqlanırdı ki, LPG daha çox kimya sənayesində istifadə olunur. Bu kimya sənayesinin əsas xammallarından biridir. Və həm də onun qalıq həcmləri keçmişdə yanacaq kimi də bazara çıxarılırdı. İndi isə kimya sənayesində sıçrayış, artım olduğuna görə, kimya sənayesində bu məhsula olan tələbat artmışdır və buna görə yanacaq bazarında LPG azalmağa başladı. Onu xaricdən idxal etməyə zərurət yarandı və həm də Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan son dövr təmir işləri müddətində həmin qıtlıq bir qədər də artmışdır, kəskinləşmişdir. Nəticədə görünür ki, təhcizatçı şirkət bunu xaricdən idxal etməyə başlayıb və hazırda onun bu məhsulu satdığı bazarda qiymət hamı üçün eynidir, həm də SOCAR yanacaq doldurma məntəqələri üçün də eynidir”.

    İ.Əhmədov əlavə edib ki, bizim burada hər hansı bir üstünlüyümüz və yaxud da fərqli məqamımız yoxdur: “Bunu bir daha qeyd edim ki, CNG və yaxud da sıxlaşdırlmış təbii qaz hansı ki, buna alternativ olan yanacaq növü ola bilər, bir çox istehlakçılar üçün bu məhsulun satışında hər hansı bir dəyişiklik, onun qiymətində hər hansı bir dəyişiklik gözlənilmir. Həmin məhsula qıtlıq da yaranmayacaq, çünkü maye qazı və ya LPG kimi tanınan məhsulun istehsalı neft, neftin emalına bağlıdırsa, CNG və ya sıxlaşdırılmış təbii qazın istehsalı neftin emalına bağlı deyil. Bu sadəcə evlərimizdə istifadə etdiyimiz təbii qazdır ki, həm də birbaşa borular vasitəsi ilə yanacaqdoldurma məntəqələrinə ötürülür və orada sıxlaşdırılaraq avtomobillərə vurulur. Onun yanacaq kimi effektivliyi də maye qazından daha yüksəkdir və daha da təhlükəsizdir. Buna görə biz onu hələ ötən ildən etibarən bazara daxil etmişik.

    Əslində maye qazının tələbatının tənzimlənməsi bizim əlimizdə, yəni SOCAR olaraq bizim əlimizdə olmasa da, bunun qıtlığını nəzərə alaraq biz istehlakçının maksimum məmnunluğuna nail olmaq üçün öz töhfəmizidə verməyə çalışırıq və görürük ki, bu qıtlıq hələ yaranmazdan əvvəl, yəni LPG-nin satışında olan qıtlıq yaranmazdan əvvəl bizim yerli istehlakçıların böyük hissəsi artıq CNG-yə böyük maraq göstərməyə başlayıb. Sıxlaşdırılmış təbii qazın satışı ötən ildən etibarən sürətlə artmaqdadır, bu isə əsasən həmin məhsulun üstünlükləri ilə bağlıdır. Qeyd etdiyim kimi, onun qiyməti 45 qəpikdir və olduğu kimidə qalacaqdır”.

  • В Баку молодая девушка попала под колеса автомобиля

    В Сабунчинском районе столицы произошло ДТП.

    Вердиева Сабина Вугар гызы 1993 года рождения, была сбита машиной, когда переходила дорогу, сообщает Report.

    Пострадавшая была доставлена в больницу с помощью бригады скорой помощи. Врачи диагностировали девушке множественный перелом ноги (в трех местах).

    По факту ведется расследование.