Month: November 2019

  • Azyaşlılara siqaret satanlar cərimələndi

    Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində C.Məmmədquluzadə, H.Babaşov və 3-cü Mədən küçələrində yerləşən 3 mağazada satıcılarının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktları aşkar edilib.

    Həmin mağazaların satıcıları – F.Şahbazov, M.Əliyev və E.Vəliyevin barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

    Bu istiqamətdə reydlər davam etdirilir.//ölkə.az

  • Maye qazın daha sərfəli alternativi olan CNG-nin qiymətində dəyişiklik olmayacaq

    Son dövrdə Azərbaycanda maye qaza olan tələbat artıb.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, tələbat artımına səbəb maye qazın, ilk növbədə, həm kimya sənayesində, həm də yanacaq kimi istifadə olunmasıdır.

    Belə ki, kimya sənayesində son dövrdə sürətli inkişaf olduğuna görə LPG-yə olan tələbat da çoxalıb. Digər tərəfdən, Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan dövrü təmir işləri müddətində tələbat kəskinləşib, qıtlıq daha da artıb.

    Maye qaz və ya LPG kimi bazarda satışda olan məhsulun qiyməti təchizatçı şirkət tərəfindən tənzimlənir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həmin məhsulun ölkə daxilində, sadəcə, istehsalçısıdır. Lakin təchizatçı şirkət tələbata görə məhsulu həm də xaricdən idxal edə bilər.

    Yəni SOCAR-ın məhsul üzərində hər hansı bir inhisarçılığı yoxdur və onun qiymətinin tənzimlənməsini həyata keçirmir. Bu qiymət həm SOCAR yanacaqdoldurma məntəqələri, həm də digər yanacaqdoldurma məntəqələri üçün yəqin ki, eyni olacaq və yaxın zamanlarda qiymət artımını gözləmək olar. Maye qazın qiymətinin artımı bununla bağlıdır ki, son dövrdə bazarda bu məhsula olan tələbat artıb.

    Artıq dünən “Azpetrol” yanacaqdoldurma məntəqələrində maye qazın satış qiyməti 0,45 manatdan 0,65 manata qaldırılıb.
    LPG-nin satışını həyata keçirən şirkət SOCAR olmasa da, istehlakçıların məmnuniyyətini maksimum dərəcədə təmin etmək üçün şirkət bir müddət əvvəl qabaqlayıcı tədbir olaraq bazara alternativ, daha əlverişli olan analoji yanacaq məhsulunu daxil edib. Bu da CNG-dir – yəni sıxışdırılmış təbii qaz.

    Sıxışdırılmış təbii qaz və maye qaz tamamilə ayrı-ayrı məhsullardır. Sıxışdırılmış təbii qazın satışı artıq SOCAR-ın bir çox yanacaqdoldurma məntəqələrində həyata keçirilir. Onun satış qiyməti 0,45 manatdır və qiymətində yaxın zamanda dəyişiklik gözlənilmir.

    Bu, onunla bağlıdır ki, sıxışdırılmış təbii qaz evdə istifadə etdiyimiz təbii qazdan əldə olunur. Azərbaycanda isə təbii qaz ehtiyatları boldur, bu da qarşıdakı illərdə bu məhsulla təminatı tam rahat şəkildə mümkün edəcək.

    Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

    Hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihə çərçivəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda AVRO-5 standartına cavab verən dizel və benzin yanacağının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tona qədər artırılması istiqamətində aparılan işlərin də başa çatdırılması planlaşdırılıb.

  • Kürdəmirdə 55 yaşlı qadın ehtiyatsızlıqdan ağır xəsarət alıb

    Kürdəmir sakini evinin həyətində işləyərkən nərdivandan yıxılaraq ağır xəsarət alıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Atakişili kəndində qeydə alınıb.

    Kənd sakini, 55 yaşlı Rəsulova Əfsanə Tacəddin qızı nərdivanla evinin dam örtüyünü təmizləyərkən yıxılıb və ağır xəsarət alıb. O, ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirir.

    Fakt araşdırılır.

  • В Исмаиллы сгорел дом

    В Исмаиллинском районе произошел пожар.

    Как сообщили Oxu.Az в МЧС, инцидент зафиксирован в селе Курд Эльдарбейли.

    Сгорел одноэтажный дом, состоящий из трех комнат, общей площадью 120 кв.м.

    Близлежащие дома защищены от огня.

    Пожар потушен.

  • Göyçayda XIV Nar festivalı keçirilib – FOTO

    Göyçay rayonunda XIV Nar festivalı keçirilib.

    Median.Az-ın report-ya istinadən məlumatına görə, tədbirə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatlar və diaspor nümayəndələri, yerli və xarici iş adamları qatılıblar.

    Bayram tədbiri şəhərin Heydər Əliyev parkında və prospektində, habelə şahmat və musiqi məktəblərinin qarşısındakı park və küçələrdə təşkil olunub.

    Festival çərçivəsində nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil edilib. Tədbirdə qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanmış nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxıb, ən böyük nar nümayiş olunub. Habelə festivalda narın satışı da təşkil edilib.

    Kənd təsərrüfatı məhsullarının nümayişi bitdikdən sonra “Bayraq meydanı” ərazisində möhtəşəm konsert proqramı keçirilib.

  • Ağstafada baş verən qəzada bir nəfər xəsarət alıb

    Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    İki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində Ələkbərov Elman müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin ehtimala görə, qəzaya səbəb sürücülərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Qarsda Dövlət Bayrağı və Konstitusiya günləri qeyd olunub

    Azərbaycan Respublikasının Qarsdakı Baş konsulluğunun təşəbbüsü və Türkiyənin Ərzurum və Qars vilayətlərində təhsil alan tələbələrimizin təşkilatçılığı ilə Qarsda 9 noyabr – Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibəti ilə təntənəli mərasim təşkil olunub.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, mərasimdə Ərzurum Atatürk Universitetində təhsil alan azərbaycanlı tələbələr, Qars Qafqaz Universitetinin azərbaycanlı müəllim və tələbə heyəti, yerli ictimaiyyətin tanınmış nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak ediblər. Öncə Azərbaycan və Türkiyənin suverenliyi və ərazi bütövlüyü naminə canlarını fəda edən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

    Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bu günün qeyd edilməsinin hər bir azərbaycanlı üçün şərəf olduğunu vurğulayıb. Baş konsul qeyd edib ki, müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Mərasim çərçivəsində Qars vilayətinin müxtəlif guşələrində tələbələr tərəfindən Azərbaycan və Türkiyə bayraqları dalğalandırılıb.

    Tədbir bədii hissə ilə davam etdirilib.

  • Elnarənin 18 saata çəkilən klipi – VİDEO

    Azərbaycanlı müğənni Elnarə Xəlilova “Məhəbbət başlar” adlı mahnısına çəkilən klipini təqdim edib.

    Median.Az-ın lent.az-a istinadən məlumatına görə, ekran işi Astarada lentə alınıb. 18 saata çəkilən klip üzərində 20 nəfər yaradıcı heyət çalışıb. Klipin rejissoru Nail Naiboğlu, operatoru Ruslan Ağazadədir. “Məhəbbət başlar” mahnısının musiqisi Muxtar Abseynov, sözləri Cavidana məxsusdur.

    “Məhəbbət başlar” mahnısına çəkilən klipə bu linkdən baxa bilərsiniz:

  • Парень похудел на 240 кг, когда узнал, что через полгода умрет из-за ожирения – ФОТО

    Житель США начал было готовиться к собственным похоронам, но взял себя в руки и изменился до неузнаваемости.

    Мэттью Хаузер узнал о том, что ему осталось недолго, когда его экстренно госпитализировали. 25-летний житель американского штата Виргиния страдал тяжёлой формой ожирения: на тот момент он весил 363 кг, сообщает Mirror. Врачи давали ему не больше шести месяцев.

    “Фактически я был уже на смертном одре. Вот и все, думал я, можно начинать готовиться к похоронам”,- сказал Мэттью Хаузер.

    Прошло три года, и теперь Мэттью не узнают даже некоторые родственники. Он потерял три четверти своего внушительного веса, похудев на 240 кг, и не собирается останавливаться на достигнутом. Своими успехами парень делится в соцсетях, надеясь вдохновить тех, кто опустил руки в борьбе с ожирением.

    “Я, как обычно, лежал на больничной койке, и внезапно у меня в голове как будто что-то щёлкнуло. Ты должен что-то сделать, должен изменить свою жизнь, сказал я сам себе”,- сказал Мэттью Хаузер.

    Проблемы с лишним весом Мэттью начал испытывать ещё в детстве, но решать их он начал только недавно. Двухчасовые тренировки шесть раз в неделю и строгий контроль рациона — вот простые слагаемые его ошеломляющего успеха. Правда, не обошлось и без нескольких операций по удалению жира и лишней кожи.

    Ожирение не приходит одно. С тех пор как Мэттью начал набирать вес, он стал часто впадать в депрессию, испытывать страх и неуверенность в себе. Но теперь всё по-другому: Мэттью активно заводит новых друзей и не избегает, как раньше, зрительного контакта с незнакомцами.

    “Это тяжело, но под силу каждому”,- сказал Мэттью Хаузер.

  • Zaqatalada raket tapıldı – FOTO

    Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Zaqatala rayonu, Uzunqazmalar kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

    ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətin əməkdaşları tərəfindən birlikdə ərazidə sərhəd zolağına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan dolu əleyhinə raket (SKY Clear 6, LOZA 2) aşkar olunub. Havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri noyabrın 9-da da davam etdirilib, raketin ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.//lent.az