Month: November 2019

  • Axtarışda olan 25 nəfər saxlanılıb

    Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 8-də törədilən 17 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə, ümumilikdə, 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.//ölkə.az

  • Azərbaycan Premyer Liqasının oyununda dava: Məşqçilər bir-birinə hücum etdi – FOTO/VİDEO

    Azərbaycan Premyer Liqasının 11-ci turunda keçirilən “Keşlə” – “Neftçi” oyununda ara qarışıb.

    Qafqazinfo xəbər verir ki, matçın 86-cı dəqiqəsində qonaqların kapitanı Emin Mahmudov rəqib oyunçu Con Kamaraya qarşı kobud oynayıb.

    “Keşlə”nin futbolçusu Vüsal İsgəndərli rəqib oyunçulara kobudluğa görə hücum çəkib.

    Daha sonra məşqçilər arasında qalmaqal yaşanıb.

    Tərlan Əhmədovla “Neftçi”nin köməkçisi məşqçisi Fizuli Məmmədov bir-birinin üzərinə gedib.

    Daha sonra futbolçular araya girərək məşçiləri sakitləşdirib.

  • Финал Лиги чемпионов может впервые пройти в США

    Эксперты считают, что УЕФА может провести финал Лиги чемпионов-2024 на территории США.

    К таким выводам пришли аналитики корпорации Morning Consult. Их исследование демонстрирует желание УЕФА расширить свою популярность. В связи с этим специалисты предполагают, что через пять лет финал Лиги чемпионов может состояться на территории Америки, информирует enovosty.com.

    Исследователи заявили, что вероятным местом проведения могут стать сразу два города – Нью-Йорк или Нью-Джерси.

    На данный момент представители УЕФА никак не прокомментировали заявление специалистов Morning Consult.

    Добавим, что американские средства массовой информации смогут транслировать турниры УЕФА на протяжении 2021-2024 годов. На это они уже получили разрешение. Известно также, что в 2021 году финал Лиги чемпионов примет Санкт-Петербург, в 2022 – Мюнхен, а в 2023 – Лондон. Поэтому вполне вероятно, что в 2024 году УЕФА может выйти за пределы Европы.

    Справка. Лига чемпионов является ежегодным международным футбольным турниром. Она была основана в 1955 году. Первоначальное название – Кубок европейских чемпионов. Название “Лига чемпионов УЕФА” появилось лишь в 1992 году.

  • Bakıda keçmiş məhkumda heroin və saxta əskinas götürülüb

    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları uğurlu əməliyyat tədbiri həyata keçirib.
    Median.Az
    xəbər verir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş A.Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

    A.Cavadovun “BMW” markalı avtomobilinə baxış zamanı isə oradan 7 ədəd 50 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.
    Faktla bağlı araşdırma aparılır.

  • Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb

    Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Suluçeşmə kəndində qeydə alınıb.

    Belə ki, kənddə bir neçə nəfər arasında yaranan mübahisə dava ilə nəticələnib. Dava zamanı kənd sakini, 1985-ci il təvəllüdlü Mirzəyev Tural Natiq oğlu döyülüb.

    Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Хабиб объяснил отказ выносить российский флаг на бои

    Чемпион Абсолютного бойцовского чемпионата (UFC) Хабиб Нурмагомедов ответил на вопрос о том, почему он не выходит с российским флагом на поединки.

    “Люди, которые носят флаги, которые, как они говорят, представляют свою родину, в отличие от них я не насилую женщин, не бью стариков. Я иначе представляю страну”, — передает слова Хабиба корреспондент “Газеты.Ru”.

    Спортсмен отметил, что это не является показателем патриотизма.

    Пресс-конференция спортсмена прошла в Москве в преддверии турнира UFC Fight Night 163, который пройдет 9 ноября на “ЦСКА Арене”.

  • 27 yaşlı boksçu məşq zamanı öldü

    Avstraliyalı boksçu Duayt Riçi məşq zamanı aldığı zərbədən ölüb.

    Məlumatlara görə, 27 yaşlı idmançı Maykl Zerafa məşqlərdə kömək edirmiş. Belə məşqlərdən birində zərbələrdən biri idmançıya dəyib. Zərbədən sonra o, huşunu itirib.

    Xəstəxanaya çatdırılan idmançının həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, Riçi peşkar ringdə 25 qarşılaşma keçirib. Onlardan 19-u qələbə, ikisi məğlubiyyət, dördü isə heç-heçə ilə yekunlaşıb.

  • В Ереване загорелась крыша здания парламента Армении

    Пожар вспыхнул на территории комплекса зданий национального собрания Армении, сообщили в пресс-службе МЧС страны.

    “Горит крыша строения, находящегося на административной территории национального собрания. На месте работают 15 пожарных команд, группы национального центра кризисного правления, врачи центра медицины катастроф”, – говорится в сообщении, поступившем в распоряжение РИА Новости.

    По данным пресс-службы, на месте находится также глава МЧС Армении Феликс Цолакян.

    Информации о пострадавших нет.

  • Ermənistanda parlament binası yanır

    Ermənistan parlamentinin damında yanğın olub.

    “RİA Novosti” xəbər verir ki, Ermənistan milli məclisinin yerləşdiyi binada başlayan yanğını söndürmək üçün əraziyə 15 yanğınsöndürmə birqadası cəlb olunub.

    Fövqəladə Hallar naziri Feliks Çolakyan da hadisə yerinə gəlib.

    Hələlik ölən və yaralılar haqqında məlumat verilməyib.

  • Abşeronda ferma yanıb

    Abşeronda ferma yanıb.

    Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, rayonunun Saray qəsəbəsində ferma ərazisində ümumi sahəsi 1500 m² olan tikilinin yanar konstruksiyaları 800 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlaması yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.