Month: November 2019

  • NASA представило свой первый электрический самолет

    NASA, которое более известно своими многочисленными космическими разработками, продемонстрировало первый электрический самолет, над которым работало с 2015 года.

    Как передаёт Median.Az со ссылкой на Reuters, до первого испытательного полета остается менее года. Maxwell станет первым пилотируемым самолетом агентства, разработанным за два десятилетия.

    NASA также продемонстрировало недавно построенный симулятор, который позволяет инженерам и пилотам почувствовать, как будет маневрировать готовая версия Х-57 Maxwell в полете.

    Окончательная модификация самолета будет иметь более узкие, легкие крылья, оснащенные в общей сложности 14 электрическими двигателями.

    Отмечается также, что из-за ограничений батареи самолет будет использоваться на короткие рейсы в качестве воздушного такси или пригородного самолета для небольшого количества пассажиров.

  • 30 gün təcavüz edilir, qaçmaq istəyənlər edam olunur – Terrorçulardan dəhşətli əməl

    Son üç ildə PKK-YPG-PYD terror təşkilatının qaçırdığı qadınlardan 1150-si qaçmağa nail olub.

    Terror təşkilatından xilas olan qadınlar başlarına açılan oyunları danışıblar. Onların sözlərinə görə, qaçırılan qız uşaqları və qadınlara qarşı insanlıqdan kənar hərəkətlər edilir.

    Məlumatlara görə, bu günə qədər terrorçular tərəfindən qaçırılan qadınların 79 faizi 15-22 yaş arasında olub.

    Terrorçuların qurbanları bildiriblər ki, qaçırıldıqdan sonra Kandilə aparılıblar və 30 gün müddətində burada təcavüzə məruz qalıblar. Buradan qaçmaq istəyənlərə isə “casus” damğası vurulub və edam ediliblər.

    Onlar terrorçular tərəfindən son beş ildə səkkiz qadının edam edildiyini, 11 qadının isə intihar etdiyini qeyd ediblər.

    Hamilə olan qadınların isə daha böyük işgəncə görürlər. Onların hamiləliyi zorla sonlandırılır.
    /oxu.az/

  • В Баку 10-летняя девочка отравилась лекарством от простуды

    В Баку 10-летняя девочка отравилась лекарством, передаёт Median.Az со ссылкой на Report.

    Инцидент произошел в поселке Бузовна Хазарского района.

    10-летняя А.Ализаде почувствовала себя хуже после того, как приняла лекарство от простуды. Девочку доставили в больницу, ее состояние оценивается как средней тяжести.

    По факту в Хазарской районной прокуратуре проводится расследование.

  • Mədət Quliyev növbəti dəfə ata oldu – FOTO

    Müdafiə Sənayəsi naziri Mədət Quliyev növbəti dəfə ata olub.

    Bu barədə aparıcı Leyla Mustafayeva sosial şəbəkədə məlumat verib.

    O bildirib ki, M. Quliyevin həyat yoldaşı Zəhra Quliyeva ana olub. Cütlüyün oğlu dünyaya gəlib. Uşağa Qəzənfər adı qoyulub.
    /Baku.ws/

  • Toyda qohumlar arasında dava düşüb, xəsarət alan var

    Kürdəmir rayonunda toyda dava düşüb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə “Muradxan” şadlıq evində qeydə alınıb.

    Belə ki, toya gələn qonaqlar arasında mübahisə yaranıb. Nəticədə Ağcabədi rayon sakini, 1992-ci il təvəllüdlü Quliyev Cəsarət Zəfər oğlu xəsarət alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Известная соцсеть анонсировала дату отказа от лайков

    Пользователей Instagram из США со следующей недели лишат лайков под публикациями.

    Как передаёт Median.Az со ссылкой на Lenta.ru, об этом заявил гендиректор компании Адам Моссери.

    По его словам, юзеры не смогут увидеть лайки под постами других людей. Выступая на конференции, он пояснил, что скрытие лайков коснется не всех американцев, но многих из них.

    “Здесь в аудитории пара сотен людей, так что некоторым из вас определенно скроют лайки”, – добавил Моссери.

    Он также рассказал, что Instagram уже попробовал скрывать лайки пользователям других стран, таких как Канада, Австралия, Япония. Аудитория сдержанно отреагировала на его заявление. Глава компании пояснил, что отказ от публичной демонстрации количества лайков направлен в первую очередь на молодежь с той целью, чтобы уменьшить соревновательный элемент и сделать первостепенной коммуникацию между людьми.

    О планах соцсети скрывать лайки стало известно еще в апреле. Официально Instagram начала проводить тесты по скрытию лайков с весны 2019 года. В рабочую группу добавили также Бразилию, Новую Зеландию, Италию и Ирландию. Авторы постов все еще могут увидеть общее количество лайков, однако они скрыты для подписчиков.

    По данным на 2018 год, в Instagram зарегистрированы 1,1 миллиарда человек. Подсчет лайков на фотоплатформе нередко превращается для пользователей этой соцсети в соревнование. В погоне за популярностью юзеры готовы покупать их за деньги, искать способы сделать более впечатляющие фотографии, взаимно подписываться и обмениваться одобрительными оценками.

    Похожие планы есть и у соцсети Facebook. Так, администрация сервиса намерена защитить юзеров от бесконечной погони за популярностью и зависти друг к другу. Тем не менее пока в этой соцсети функция не включена.

  • Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satanlar cərimələndi – Bakıda

    Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər keçirilir.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində C.Məmmədquluzadə, H.Babaşov və 3-cü Mədən küçələrində yerləşən 3 mağazada satıcılarının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktları aşkar edilib.

    Həmin mağazaların satıcıları – F.Şahbazov, M.Əliyev və E.Vəliyevin barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

    Bu istiqamətdə reydlər davam etdirilir.

  • Nəriman Nərimanovun büstü baxımsız vəziyyətə düşüb – VİDEO

    Xudat şəhərində Nəriman Nərimanovun büstü və ətrafı baxımsız vəziyyətə düşüb.

    Median.Az
    -ın report-a istinadən məlumata görə, büst şam ağacları əkilən ərazidə yerləşir. Ağaclığın içi məişət tullantıları ilə çirklənib, büst isə tanınmaz hala düşüb. Büstün üzərindəki məlumat lövhəsi yoxdur.

    Xaçmaz Rayon İcra Hakimiyyətinin Xudat şəhəri üzrə nümayəndəsi Akif Mərdanov “Report”a bildirib ki, həmin ərazi özəl mülkiyyətdədir: “Sovet dövründə orada Konserv Zavodu olub. Hazırda isə Sadıq adlı sahibkara məxsusdur. Şəxsi mülkiyyət olduğundan, oranın təmizlik işlərinə baxa bilmirik. Həmçinin, büstün götürülüb-götürülməyəcəyi barədə hələlik bir söz deyə bilmirəm. Üzərində nalayiq sözlər yazıldığından, büstün üstünü əhənglə ağartmışıq”.

  • Xarici ölkələrdə məhkum olan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

    Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınması yolverilməzdir.

    Median.Az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

    O qeyd edib ki, 2019-cu il ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən sorğu, müraciət və konstitusiya şikayətləri əsasında bir sıra mühüm qərarlar qəbul olunub. Belə ki, Gəncə Apelyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1-ci, 5-ci, 18-ci, 61-ci və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 2019-cu il 7 iyun tarixli qərarında
    Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınması yolverilməzdir.

    F.Abdullayevin sözlərinə görə, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın və Cinayət Məcəlləsinin müvafiq normalarının mənası baxımından belə qənaətə gəlib ki, şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız ölkəmizin Cinayət Məcəlləsinə daxil olunduqdan sonra tətbiq edilə bilər və məhkumluğun yaranması üçün Azərbaycan Respublikasının məhkəmələri tərəfindən çıxarılmış və qanuni qüvvəyə minmiş ittiham hökmü olmalıdır. Həmçinin qeyd edilib ki, məhkəmənin irəli sürülmüş ittiham daxilində cinayətin tövsifini dəyişmədən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq Cinayət Məcəlləsinin müddəalarını rəhbər tutmaqla törədilmiş əmələ uyğun cəza təyin etməsi və cəzaçəkmə müəssisəsinin növünü seçməsi ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz:

    “Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayıb ki, ibtidai araşdırmanı həyata keçirən orqanlar cinayət işi üzrə istintaq apararkən təqsirləndirilən şəxsin ölkə daxilində, həmçinin xarici dövlətlərdə əvvəllər cinayət törətməsi və məhkumluğunun olub-olmaması faktının müəyyən edilməsi məsələsinə xüsusi diqqətlə yanaşmalıdırlar”.

  • Səhiyyə Nazirliyindən xəbərdarlıq: Buna görə məsuliyyət daşımırıq

    Bəzi KİV-də (instagram) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi adından istifadə edərək dərman preparatları reklam olunub.

    Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Bu reklamların Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur və nazirlik sözü gedən reklamın yayılmasına görə məsuliyyət daşımır.

    Qeyd edilib ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə əlaqə saxlanılıb və belə bir şəxsin orada çalışmadığı bildirilib.