Month: November 2019

  • В Баку родственники больной напали на врачей

    Накануне в 23:00 родственники поступившей в тяжелом состоянии в Объединенную городскую больницу имени Меликова пациентки оскорбляли и шантажировали врачей клиники. Об этом haqqin.az рассказал главный врач больницы Байалы Мамедов.

    Как утверждает врач, Эсмира Асиф гызы Юсифова 1998 г.р. бригадой скорой помощи в тяжелом состоянии была доставлена в их больницу. У девушки с рождения сахарный диабет 1-го типа.

    «Больная незамедлительно была помещена в реанимационное отделение. В результате оказанной ей медицинской помощи уровень сахара был снижен. Я и мои заместители несколько раз лично проверяли состоянии больной», – говорит доктор Мамедов.

    Однако ночью мать девушки и четверо ее родственников-мужчин пытались пройти в реанимационное отделение. Мужчины оказались в состоянии алкогольного опьянения и, когда их остановил медперсонал, устроили драку.

    «В реанимационном отделении у нас несколько тяжело больных, и вообще вход в это отделение посторонним запрещен. Хулиганы оскорбляли врачей, пытавшихся их успокоить. Только после вмешательства охранников хулиганов удалось выгнать из отделения», – отметил главврач.

    Главный врач больницы также сообщил, что в настоящее время Э.Юсифова находится под наблюдением врачей, ее обследование и лечение продолжается.

    Стало также известно, что Э. Юсифова за несколько дней до поступления в больницу Меликова в тяжелом состоянии попала в больницу №5. Как объяснил haqqin.az главврач больницы Фазиль Алмамедов, ее поместили в отделении реанимации, но когда уровень сахара нормализовался, она отказалась от дальнейшего лечения и покинула клинику.

    «Несмотря на уговоры врачей, она заявила, что хорошо себя чувствует и написала заявление об отказе от дальнейшего лечения», – сказал он.

    Отметим, что сегодня ряд СМИ выступили с утверждением, что дочери оппозиционного активиста не была оказана своевременная медицинская помощь и ее жизнь находится в опасности.

  • Baş nazir özünə yeni köməkçi təyin etdi

    Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetində kadr islahatları davam edir.

    Report xəbər verir ki, Ə.Əsədovun sərəncamı ilə Zakir Paşayev Baş nazirin köməkçisi vəzifəsinə təyin edilib.

    Bununla da Baş nazirin köməkçilərinin sayı üçə çatıb.

  • Bakıda özəl klinikada doğuşda ana öldü, körpə sağdır

    Bakıda doğuş zamanı ana ölüb.

    Median.Az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə dünən gecə saatlarında baş verib. 1991-ci il təvəllüdlü Xırda Həsənova günorta saatlarında “İnternational Medical Center-1” klinikasına yerləşdirilib. Ona 37-38 həftəlik hamiləlik, “uşaqlıqda çapıq” diaqnozu qoyulub. Qeysəriyyə əməliyyatı nəticəsində Xırda Həsənova ölüb, körpə salamat doğulub, səhhəti normaldır.

    Xəstə yaxınları X.Həsənovanın meyitinin daxili müayinə olunmasına etiraz edərək cənazəni klinikadan aparıblar.

    Araşdırma aparılır.

  • ABŞ-a köçən Elariz: “Amerika, əzizim, mən səni əbədi sevirəm…” – FOTO + VİDEO

    “Green Card” (Yaşıl kart) qazandıqdan sonra ABŞ-a daimi yaşayış üçün köçən populyar azərbaycanlı müğənni Elariz Məmmədoğlu Amerikada yaradıcılıq fəaliyyətini davam etdirir.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, sənətçi vaxtaşırı şəxsi “İnstaqram” hesabında xaricdəki yeni həyatı haqqında foto və videolar paylaşaraq, yaşam tərzini bir növ reklam edir.

    E.Məmmədoğlu musiqisi və sözləri Elçin İmanova məxsus “Doğma Amerika” adlı mahnını özünəməxsus şəkildə lentə alıb. Müğənni Amerikanın gəzməli-görməli yerlərini çəkərək oxuduğu mahnını videoya əlavə edib.

    “Amerika, əzizim, mən səni sevirəm, ancaq axşamları yalnız Bakı üçün darıxacağam”, – deyən Elariz Məmmədoğlu paylaşımına buna bənzər sözlər əlavə edib: “Amerika, əzizim, mən səni əbədi sevirəm, amma ulduzlu gecələrdə Bakı üçün darıxıram”.






  • Bakıda xəstə yaxınları xəstəxanaya hücum etdi

    Sosial şəbəkədə və bir sıra kütləvi informasiya vasitələrində Qarabağ qazisi Asif Yusiflinin qızı, 21 yaşlı Esmiranın həyatının təhlükədə olması və həkimlərin ona laqeyd yanaşmasına dair məlumatlar yayılıb.

    Məlumata görə, xəstə noyabr ayının 5-də yüksək qan təzyiqi ilə təcili tibbi yardım vasitəsilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və orada da müxtəlif bəhanələrlə onu qəbul etməyiblər.

    Daha sonra onun Rəsulzadə qəsəbəsindəki Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb. İddia edilir ki, xəstəxanada həkimlər E.Yusifovanı koma vəziyyətindən çıxara bilməyəcəklərini deyiblər.

    Məsələ sosial şəbəkələrdə ciddi müzakirələrə və etirazlara səbəb olub.

    Qeyd olunan məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün Oxu.Az Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanın baş həkimi Bəyalı Məmmədovla əlaqə saxlayıb. Baş həkim isə açıqlamasında vəziyyətin fərqli olduğunu deyib:

    “Xəstə 1998-ci il təvəllüdlü Yusifova Esmira Akif qızı anadangəlmə şəkər xəstəsidir. Ona birinci tip şəkərli diabet diaqnozu qoyulub. Mütəmadi olaraq insulin qəbul etməlidir. Məndə olan məlumata görə, ilk olaraq onu 5 saylı şəhər kliniki xəstəxanaya aparıblar. Xəstəxanada ona lazım olan müdaxilə edilib və vəziyyəti stabilləşib.

    Səhər xəstəni normal palataya keçirmək istəyəndə isə saat 10:30 radələrində iltizamnamə yazaraq müalicə və müayinədən imtina edərək evə getmək istədiyini deyib. Bildirib ki, onun öz həkimi var və daim onun nəzarətində olur.

    Daha sonra təsərrüfat hesablı (pullu) olan Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına aparıblar. Orada xəstənin müalicəsi üçün müəyyən məbləğdə ödəniş etməli olduqları bildirilib. Xəstə yaxınları bunu qəbul etməyib və onu evə aparıblar.

    Noyabr ayının 6-sı xəstənin qan təzyiqi yenidən yüksəlib və onu saat 15:45 radələrində bizim xəstəxanaya gətiriblər. Onu həkim Gülmalıyev Sahib qəbul edib və dərhal reanimasiya şöbəsinə keçirib. Təcili olaraq zəruri yardım göstərilib, qan təzyiqi normaya salınıb. Bu dəqiqə xəstə reanimasiya şəraitində, həkim nəzarətində saxlanılır. Hər ehtimala qarşı bir sutkadan sonra normal palataya köçürüləcək”.

    Baş həkimin sözlərinə görə, xəstə yaxınları ilə həkimlər arasında yaşanan tək problem reanimasiya otağına keçmək istəmələridir:

    “Xəstə yaxınları gecə saatlarında xəstəxanaya gəlib. Aralarında içkili olan şəxslər də olub. Birmənalı şəkildə reanimasiya şöbəsinə keçmək istədiklərini bildiriblər. Həkimlər bunun mümkün olmadığını, anasının xəstənin yanına buraxıldığını, xəstənin vəziyyətinin stabil olduğunu, həyati təhlükəsinin olmadığını deyib.

    Bundan başqa, həkimlərlə ailə yaxınları arasında heç bir problem yaşanmayıb. Kütləvi informasiya vasitələrində bu məsələ ilə yazılan məlumatlar, təəssüf ki, hadisələri olduğu kimi təsvir etmir”.

  • BDU-nun müəllimi Rafael Cəbrayılovu məhkəməyə verdi

    Bakı Dövlət Universitetinin (BDU) müəllimi Xatirə Nəcəfova sabiq deputat Rafael Cəbrayılovu məhkəməyə verib.

    Report xəbər verir ki, mülki iddiaya Abşeron Rayon Məhkəməsində baxılacaq.

    Maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia hakim Habil Məmədovun icraatına verilib. İş üzrə hazırlıq iclası növbəti həftə keçiriləcək.

    Qeyd edək ki, X.Nəcəfova 1994-cü ildən BDU-nun Ingilis dili (humanitar fakultələr üzrə) kafedrasında çalışır və baş müəllimdir. R.Cəbrayılovun Xatirə Nəcəfovadan külli miqdarda borc alaraq qaytarmadığı bildirilir.

    Sabiq deputatın borclu olduğu başqa şəxslər də var. Sentyabr ayında Rafael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayıldıqdan sonra, o, Milli Məclisin deputatı mandatından imtina edib.

    Belə ki, R.Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib.

  • Bakıda qaydaları pozan taksi ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

    Bakıda baş vermiş qəza anı kameraya düşüb.

    Avtosfer.az xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində baş verib.

    Belə ki, işıqforun son saniyəsidə yolayrıcına daxil olan “Mercedes” markalı, üzərində taksi nişanı olan avtomobili “Toyota” markalı maşının önünə çıxırb.
    Ardınca isə digər taksi ilə toqquşub.

    Videonu təqdim edirik:

  • Sabah yaz havası olacaq

    Bakıda və Abşeron yarımadasında noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-21, Bakıda gecə 10-12, gündüz 19-21 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-10, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 8-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Baş nazir bu diplomlarla bağlı qərar imzaladı

    “Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların forması” təsdiq edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomlar Ali Attestasiya Komissiyası tərəfindən həmin elmi dərəcələri təsdiq etmək məqsədilə verilir.

    Fəlsəfə Doktoru Diplomunun təsviri belədir: 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Fəlsəfə doktoru diplomu açıq mavi rənglidir.

    Bu diplomun ön tərəfinin sağ yuxarı hissəsində Dövlət Gerbinin rəngli təsviri əks olunur və Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “FƏLSƏFƏ DOKTORU DİPLOMU” sözləri yazılır.

    Diplomun digər tərəfinin sol və sağ yuxarı hissələrində Dövlət Gerbinin rəngli təsviri əks olunur.

    Solda Dövlət Gerbinin altında “FƏLSƏFƏ DOKTORU DİPLOMU ELMİ DƏRƏCƏ HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə diplomun seriyası və nömrəsi, sağ aşağı hissəsində “FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR” sözləri yazılır.

    Ondan aşağıda isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır.

    1 nömrəli əlavə ilə mətn Fəlsəfə Doktoru Diplomunun nümunəsində göstərilən formada

    Diplom qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Dövlət Gerbi, aşağı hissəsində “FƏLSƏFƏ DOKTORU DİPLOMU” sözləri həkk olunur, cildin içərisində isə heç 3 bir qeydiyyat aparılmır.

    Fəlsəfə doktoru diplomunun cildi tünd göy rənglidir. Nömrələnmə Fəlsəfə Doktoru Diplomu üçün “FD” (fəlsəfə doktoru) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir

    Elmlər Doktoru Diplomunun təsvirinə gəlincə,195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur.

    Elmlər doktoru diplomu açıq çəhrayı rənglidir. Diplomun ön tərəfinin sağ yuxarı hissəsində Dövlət Gerbinin rəngli təsviri əks olunur. Solda Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “ELMLƏR DOKTORU DİPLOMU” sözləri yazılır.

    Diplomun digər tərəfinin sol və sağ yuxarı hissələrində Dövlət Gerbinin rəngli təsviri əks olunur. Dövlət Gerbinin altında “ELMLƏR DOKTORU DİPLOMU ELMİ DƏRƏCƏ HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə diplomun seriyası və nömrəsi, sağ aşağı hissəsində “ELMLƏR DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR” sözləri yazılır. Ondan aşağıda isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır.

    2 nömrəli əlavə ilə mətn Fəlsəfə Doktoru Diplomunun nümunəsində göstərilən formada yerləşdirilir.

    Diplom qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissəsində “ELMLƏR DOKTORU DİPLOMU” sözləri həkk olunur.

    Cildin içərisində isə heç bir qeydiyyat aparılmır. Elmlər doktoru diplomunun cildi tünd qırmızı rənglidir; 3.6. nömrələnmə elmlər doktoru diplomu üçün “ED” (elmlər doktoru) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.

    Komissiya fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə verdiyi diplomların uçotunu aparır.

    Diplom Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

    Baş nazirin digər qərarı ilə “Dosent və professor elmi adları barədə attestatların forması” təsdiqlənib.
    /oxu.az/

  • Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi

    Türkiyənin İstanbul şəhərinin Avcılar bölgəsindəki özəl xəstəxanalardan birində işləyən azərbaycanlı qadın həkim güllələnib.

    Hadisənin tibb mərkəzinin digər həkimi tərəfindən törədildiyi bildirilib.

    Məlumatlara görə, hadisə mübahisə zəminində baş verib.

    Cəlal adlı türkiyəli həkim üzərindəki silahdan azərbaycanlı həkimə atəş açaraq hadisə yerindən qaçmaq istəyib. Ancaq o, yaxınlıqdakı polislər tərəfindən saxlanılıb.

    Bakırköy Sadi Konur dövlət xəstəxanasına çatdırılan azərbaycanlı həkimin vəziyyətinin ağır olduğu qeyd edilib.