Month: November 2019

  • Ombudsman tələbə yataqxanaları ilə bağlı məsələ qaldırdı

    Noyabrın 7-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında 2020-ci ilin büdcə layihəsi ilə bağlı müzakirələr davam etdirilib.

    Maliyyə naziri Samir Şərifov bildirib ki, hərbi qulluqçuların mənzillə təmin olunması, əhalinin güzəştli şəkildə mənzil əldə edilməsi, ipoteka kreditləri ilə dəstəklənən məsələlərə də maliyyənin ayrılması nəzərdə tutulub.

    Bu tədbirlərin maliyyələşdirilməsi üçün 245 milyon manat vəsait ayrılacaq.

    Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə deyib ki, rəhbəri olduğu qurum tərəfindən hazırlanan rəydə büdcə layihəsinin icrası ilə bağlı 30-a yaxın tövsiyə verilib.

    Müzakirələr zamanı İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova da müxtəlif təkliflərlə çıxış edib.

    Ombudsmanın fikrincə, ölkədə zorakılıq qurbanları olmuş qadınlar üçün regional mərkəzlər tikilməsinə, bununla bağlı sosial çarxlar, maarifləndirici proqramların hazırlanmasına ehtiyac var.

    “Həmçinin, ölkədə mövcud olan psixiatriya mərkəzlərinin yenidən qurulması və yenilərinin tikilməsi, tələbə yataqxanalarının inşa olunması zərurəti yaranıb”, – deyə o əlavə edib.

    Deputatlar sənədin Milli Məclisin plenar iclasına tövsiyə olunmasına müsbət münasibət bildiriblər.

  • В Баку житель Евлаха украл у гражданина кошелек

    Как сообщает Median.Az, сотрудники 37-го отделения полиции Хатаинского РУП в результате оперативно-розыскных мер задержали жителя
    Евлахского района В.Гасанова, который украл у жителя столицы кошелек, где находились 1300 манатов, документ и ключи.

    По факту возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Xətai rayonunda cibgirlik edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini O.Vəliyevin, içərisində 1300 manat, sənəd və açarlar olan pulqabısını oğurlayan Yevlax rayon sakini V.Həsənov saxlanılıb.

    Faktla bağlı CM-nn 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Глава “Азерсу” о причинах образования огромных луж после дождя

    Председатель ОАО “Азерсу” Горхмаз Гусейнов прокомментировал ситуацию с огромными лужами, которые появляются в некоторых частях Баку после осадков.

    Он отметил, что в Баку все канализационные линии регулярно чистятся.

    “В частности, после получения предупреждений об осадках канализационные трубы заново очищаются. Проблемы возникают из-за попадания туда посторонних предметов. Причин образования больших луж может быть несколько. В их числе – засорение канализации, когда дождевые воды не могут пройти через канализационную систему”, – сказал Г.Гусейнов.

    “Рост населения Баку, строительство новых жилплощадей, рост водопользования приводят к перегрузке канализационных линий. Поэтому строятся новые коллекторы, которые позволят снизить нагрузку. Ведутся работы по расширению водоотводов, строительству водосборников”, – добавил он, отметив, что уже определены проблемные места.

    Кроме того, по словам главы ОАО, в ряде поселков реализуются проекты по сбору дождевой воды.

    “Эти работы планируется завершить в следующем году. Тогда станет возможным предотвратить образование огромных луж после дождя в бакинских поселках Рамана, Баладжары, Забрат и поселке Мухаммеди Абшеронского района”, – подытожил Г.Гусейнов.

  • Bakıda bacısının “Lexus”unu təpiklədi – o isə polisə şikayət etdi

    Bakının Nəsimi rayonunda bacı doğma bacısından polisə şikayət edib.

    Median.Az xəbər verir ki, bununla bağlı oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verib.

    Belə ki, noyabrın 6-da, Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Ç.Q. polisə müraciət edib. O bildirib ki, həmin gün saat 13:00 radələrində Neftçilər prospekti 147-nin qarşısında “Lexus” markalı 99-LX-222 dövlət nömrə nişanlı avtomobilinin qapısını bacısı 1991-ci il təvəlüdlü Ü. təpiklə əzib.

    Bundan başqa, Qaradağ rayonunda analoji hadisə baş verib.

    Dünən saat 13:08-də, Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi, ev 12-də yaşayan 1994-cü il təvəllüdlü Balaqardaş Qabil oğlu Cəfərov “102” xidmətinə zəng edərək, həmin gün saat 12:00 radələrində evinin qarşısında “Mercedes” markalı 99-TE-154 dövlət nömrə nişanlı avtomobilinin şüşəsinin Şəhla adlı tanışı tərəfindən sındırıldığını bildirib.

  • Fədayə Laçın Tacir Şahmalıoğlunun vəfasızlığından danışdı – VİDEO

    Sənətçi, ARB TV-nin “Show News” verilişinə müsahibə verərək təəssüratlarını bölüşüb.

    “Həbs olunarkən ilk anamı, bacılarımı və oğlumu düşündüm. O an bir şey keçdi ürəyimdəm. Dedim ki, kaş uşaq evində böyüyən kimsəsiz insan olaydım. Oğluma görə, nigaran idim. Anam və bacılarım sağ olsunlar ki, övladımı tək qoymadılar. Peşmanlıq hissi keçirdim.

    Düşünməyə zamanım oldu. Səhvlərimdən nəticə çıxarmağa vaxtım oldu. Özünüz də görəcəksiniz. Bir daha belə addım atmayacağam. Həbsdə olduğum müddətdə ən çox oxumaq istəyirdim. Fikirləşirdim ki, çıxsaydım oxuyardım.

    Ağlıma gəlməzdi ki, bu hadisə mənim başıma gələr. Heç kim belə şeylərdən sığortalanmayıb. Tacir Şahmalıoğlu mənə dəstək olmadı. Kimsədən kömək ummurdum da. Dəstək olmaq istəyənlər özləri bunu etdi.

    Həbs xəbərimi eşidəndə ilk dəstək Manaf Ağayev və Nadir Qafarzadə gəlib. İlk gündən, azadlığa çıxdığım günə qədər ailəmə dəstək olub. Manaf dar günün dostudur”

  • Amaliya Pənahovanın abidəsi ucaldıldı – Foto

    Xalq artisti Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, məzarüstü abidə “Qurd qapısı” qəbiristanlığında qoyulub.

    Qeyd edək ki, Amaliya Pənahova ötən ilin noyabrında 73 yaşında vəfat edib.

    A. Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib və onlar hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin “Mənim günahım”, M. Muradın “Təkan”, M. Qurbanovun “Sənsiz”, O. Altunbayın “Tomris”, A. Məmmədovun “Dəli Domrul” və s. xüsusi qeyd etmək olar.





  • Azərbaycanda dəhşətli qan davası: Bir ailənin 2 oğlu öldü – VİDEO

    Space Tv-də Amil Xəlilin «Gəl dərdini danış» sosial krminal layihədə dəhşətli qan davasının təfərrüatları bəlli olub.

    Verilişə müraciət edən Musa bəy oğlu Zamiq və Kərimin qan davasın qurbanı olduğunu bildirib. Atanın açıqlamaları ekspertləri dəhşətə gətirib. O bildirib ki, oğlu Zamiq illər əvvəl Aslanı qətlə yetirib. Aslanın qardaşı da qisas məqsədi ilə onun 2 oğlunu qətlə yetirdirib.

    Həmin anları sizə təqdim edirik.

  • Qaxda məcburi köçkünlər yolsuz qalıb: Evə getmək üçün çaydan keçirlər – VİDEO

    Qax rayonunda məcburi köçkünlər yolsuzluqdan əziyyət çəkir.

    Rayonun Əmircan kəndində, köhnə ferma ərazisində məskunlaşan beş məcburi köçkün ailəsi illərdir yaşadıqları evə getmək üçün çaydan keçmək məcburiyyətində qalırlar.

    Məcburi köçkün Rauf Ağalarov bildirir ki, 90-cı illərdən Əmircan kəndində yaşayır. Əvvəllər onların yaşadıqları əraziyə gedən yoldan axan çay üzərində körpü olub. Daha sonra, körpü dağılıb və bu günə kimi hərəkət yalnız çaydan keçməklə mümkün olur. O bildirir ki, problem əsasən payız və qışda yaşanır. Çaya bol su gəldikdə sakinlərin kəndlə əlaqəsi demək olar, kəsilir.

    Ailələr dəfələrlə adiyyatı qrumlara müraciət etsələr də, onların problemi həll edilməyib.

    /oxu.az/









  • В СНГ пресекли работу 13 террористических ячеек

    Спецслужбы РФ, Азербайджана, Таджикистана, Киргизии и Узбекистана пресекли в 2019 году деятельность 13 ячеек международных террористических организаций и задержали 138 боевиков, заявил директор ФСБ России Александр Бортников.

    Об этом сообщает РИА Новости.

    “В текущем году во взаимодействии с партнерами из Азербайджана, Таджикистана, Киргизии и Узбекистана выявлена и пресечена деятельность 13 ячеек международных террористических структур. Задержаны 138 боевиков”, – сказал А.Бортников на заседании Совета руководителей органов безопасности и спецслужб стран СНГ.

    Он добавил, что с мая по октябрь на пограничный контроль поставили более 200 граждан СНГ, подозреваемых в причастности к террористическим или религиозно-экстремистским организациям.

    Совместно с КГБ Беларуси был пресечен канал незаконной поставки оружия, изъято более 40 единиц огнестрельного оружия и 9 тысяч боеприпасов. Кроме того, спецслужбы России, Беларуси, Кыргызстана, Таджикистана и Узбекистана изъяли из оборота “значительное количество наркотических и психотропных веществ” и накрыли несколько лабораторий по производству наркотиков, сообщил А.Бортников.