Month: November 2019

  • Manatın sabaha MƏZƏNNƏSİ

    Noyabrın 29-na manatın məzənnəsi açıqlanıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 29.11.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, 2019-cu il noyabrın 28-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

  • В Ленкорани бывший зэк совершил разбой на продавца магазина

    Как сообщает Median.Az, сотрудники Ленкораньского РОП в результате оперативно-розыскных мер задержали жителя города, ранее судимого И.Гасанова, который 25-го ноября угрожая ножом продавца магазина Э.Мамедли, забрал 350 манатов.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 181 (разбой) УК Азербайджана.

  • Lənkəranda keçmiş məhkum mağaza satıcısına qarşı quldurluq edib

    Median.Az xəbər verir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 25-də rayon sakini E.Məmmədlini bıçaqla hədələyib, işlədiyi mağazadan quldurluq yolu ilə 350 manat aparan şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılıb.

    ŞRPŞ İstintaq bölməsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Azərbaycanda davam edən islahatlar kontekstində növbədənkənar parlament seçkiləri

    Yaxın bir neçə ayda Azərbaycanda erkən parlament seçkiləri keçiriləcəyi gözlənilir. Bu, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının təcili iclasında Milli Məclisin ləğvi barədə qərar verildiyi zaman məlum olub.

    Bu ilin əvvəlində növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı şayiələr gəzirdi. Azərbaycan Prezidenti İlham Əliyevin payız aylarında respublikanın Nazirlər Kabinetinin tərkibinin yenilənməsi ilə bağlı həyata keçirdiyi tədbirlərlə əlaqədar bu ehtimal xeyli artdı.

    Prinsipcə, bu prosesin başlanğıcı 2018-ci ilin aprelində, növbədənkənar prezident seçkilərindən sonra yenidən dövlət başçısı seçilmiş İlham Əliyevin hakimiyyətdə kadr dəyişiklikləri həyata keçirməyə başladığı vaxt qoyulub.

    Belə ki, uzun illər Baş nazirin postunda olan Artur Rasizadə öz postunu Novruz Məmmədova verdi. Bir sıra nazirliklərin rəhbərliyində gənc, perspektivli kadrlar meydana çıxdı. Hökumət strukturunda dəyişikliklər oldu.

    Son prezident seçkilərindən il yarım sonra, Azərbaycanın fəal inkişaf edən iqtisadiyyatı ölkədə iqtisadi proseslərin keyfiyyətcə yeni səviyyədə qurulmasını zəruri edib.

    Və Prezident peşəkar iqtisadçı Əli Əsədovu hökumət başçısı təyin edir. Bu istiqamətdə növbəti addım hakimiyyətin gəncləşməsinin başlanğıcı oldu.

    İlham Əliyev Azərbaycanda həyatın müxtəlif sahələrində aparılan islahatların daha yüksək səmərəliliyini təmin etmək üçün dövlət strukturlarının kadrlarının yenilənməsinin zəruriliyini bir daha bəyan etdi.

    Ölkə Prezidentinin sözlərinə görə, həyat davam edir, ölkədə yeni tələblər yaranır, buna görə 70 yaşına çatmış dövlət xadimləri gənc nəslə yol verməlidirlər. Bu, Azərbaycanın daha uğurlu inkişafını təmin etmək üçün zəruridir.

    Bunun ardınca çoxsaylı kadr dəyişikliyi baş verdi. Yaşı tamam olan məmurlar ya istirahətə getdilər və ya başqa vəzifələrə təyin edildilər.

    Dövlət qurumlarında baş verən kadr dəyişiklikləri ilə əlaqədar erkən parlament seçkilərinin keçirilməsinə ehtiyac duyulurdu.

    Hansı yöndən baxsaq, bu addım zamanın tələbindən irəli gəldiyini görərik, çünki Milli Məclisin çox sayda deputatının yaşı 70-i keçib. Üstəlik, Azərbaycanın qanunverici orqanının bəzi üzvlərinin 15-20 illik və daha çox müddətdə deputat mandatı var.

    Ölkədə həyata keçirilən islahatlar, o cümlədən, kadr sahəsində keçirilən islahatlar üçün bütün təqvim ili böyük nailiyyətdir. Həqiqətən, 2020-ci ilin noyabr ayında növbəti parlament seçkiləri keçirilməli idi. Erkən seçkilər daha əvvəl sınaqdan keçirilmiş gənc kadrların dövlət quruculuğu prosesinə qoşulmasına imkan verəcək.

    Bu məsələdə hər gün qızıl dəyərinə bərabərdir. Gənc millət vəkili köhnə həmkarlarından fərqli olaraq, daha çevik, daha fəaldır, mövcud tendensiyaları daha yaxşı bilir, dövlətin və cəmiyyətin üzləşdiyi problemlərin həllində daha aktivdir.

    Buna görə də Milli Məclisdə kadr dəyişikliklərinin aparılması respublikanın digər dövlət qurumlarına nisbətən, bəlkə də, daha aktualdır. Axı qanunvericilik fəaliyyəti bəzən daha yaradıcı yanaşma tələb edir. Bundan əlavə, ölkə əhalisinin parlamentdə “köhnə” yox, yeni kadrlar görmək istədikləri sirr deyil. Seçki məntəqələrinə gələn Azərbaycan vətəndaşları böyük həvəslə gənclərə səs verməyə hazır olacaqlar.

    Respublikada sabitliyin bərpası müxtəlif ölkələrin və beynəlxalq şirkətlərin ölkəmizə olan diqqətinin artmasına şərait yaratdı. Azərbaycana investisiya axını cəlb edildi. İlk dövlət proqramları başladıldı. İlk dövlət proqramlarına start verildi. Bütün bunlar respublikada həyatın müxtəlif sahələrində aparılan islahatlar sayəsində mümkün oldu. Ancaq necə deyərlər, zaman yerində dayanmır. Zaman keçdikcə yeni geosiyasi və geoiqtisadi reallıqlar, onlarla birlikdə isə müvafiq təhdid və təhlükələr meydana gəlir.

    Bu gün Azərbaycanın uğurlu inkişafını bundan sonra da davam etdirməsi üçün ötən illərin təcrübəsinə əsaslanan yeni bir yanaşma tətbiq etmək lazımdır. Demək ki, sosial, siyasi, iqtisadi, bank və mədəni sahələrdə islahatlar davam etməlidir. Bütün bunları isə müasir, müstəqil Azərbaycanın formalaşması illərində məktəb skamyası arxasında oturanlar həyata keçirməlidir.

    Yuxarıda qeyd edildiyi kimi, yaşlı nəsli əvəz etmək üçün gələn gənc kadrlar uğurlu karyera qurmağı bacarmaları ilə kifayətlənməməlidir. Azərbaycanın ən aktual vəzifəsi hələ də ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması zərurəti, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi məsələsi olaraq qalmaqdadır.

    Bu məqsədə yaxınlaşmaq üçün ölkə həyatının bütün sahələrinin uğurlu inkişafını təmin etmək, yalnız ölkənin hərbi qüdrətini artırmaq deyil, eyni zamanda, uşaqlarımız üçün məktəb və universitet təhsilinin daha müasir və müvafiq mexanizmlərini tətbiq etmək lazımdır. Buna görə də Milli Məclisin növbəti – altıncı çağırışının deputatları Azərbaycanın milli və dövlət maraqlarını təmin etmək üçün bütün bilik və bacarıqlarından istifadə etməlidilər.

    Onlar ölkənin enerji infrastrukturunun fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul etməli olacaqlar. Heç kimə sirr deyil ki, əlverişli geostrateji mövqeyə malik Azərbaycan ərazisi müxtəlif malların, o cümlədən, enerji resursları və müdafiə təyinatlı məhsulların tranziti üçün istifadə olunur və bundan sonra da istifadə olunacaq.

    Qoşulmama Hərəkatınına rəhbərlik edən Azərbaycan üçün parlamentlərarası müstəvidə keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi xarici dilləri səlis bilən və elmin müxtəlif sahələrində biliklərə sahib olan xalqın seçdiyi insanların təmsil etməsi çox vacibdir. Gənc kadrlar qarşısında eyni zamanda Azərbaycanın bu gün yaşadığı post-neft dövründə iqtisadiyyatın qeyri-neft sektorunu da uğurla inkişaf etdirmək vəzifəsi dayanır.

    Yuxarıda göstərilənlərin hamısı o deməkdir ki, parlamentdə müasir dünyagörüşü olan və Azərbaycanın milli maraqlarının təmin olunması naminə xidmət etməyə hazır olan yeni yüksəkixtisaslı kadrların meydana çıxmalıdır.

    Belə bir şəraitdə bütün il deputat heyətinin yenilənməsini gözləmək yolverilməzdir. Axı heç kimə sirr deyil ki, “köhnəlmiş” kadrlar korpusu Prezident İlham Əliyevin müəyyənləşdirdiyi mütərəqqi tapşırıqların icrasını çatdırmayaraq, bir çox hallarda ölkədə aparılan islahatları ləngidir./oxu.az/

  • В охотничьем магазине продавец ранил из ружья знакомого

    Как сообщает Median.Az, 27-го ноября примерно в 19 часов в охотничьем магазине в г.Шамаха, работающий продавцом В.Аскеров на почве выяснения личных отношений выстрелами из охотничьего ружья ранил ранее судимого Ш.Гаджиева. В результате раненный в грудь и левую руку потерпевший был помещен в Центральную районную больницу.

    Выехавшие на место происшествия полицейские задержали В.Аскерова и изъяли у него ружье марки “Оскар”.

    В прокуратуре Шамахинского района по факту ведется расследование.

  • Şamaxıda mağaza satıcısı həmyerlisini silahdan yaralayıb

    Median.Az xəbər verir ki, noyabrın 27-i saat 19 radələrində Şamaxı şəhəri ərazisindəki “Ovçu” mağazasında, satıcısı işləyən V.Əsgərov münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin döş nahiyəsinə və sol əlinə xəsarət yetirib.

    Məlumat əsasında hadisə yerinə Şamaxı RPŞ-nin əməkdaşları cəlb olunub, V.Əsgərov saxlanılıb və ondan “Oskar” markalı ov tüfəngi götürülüb.

    Şamaxı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Bakı-Pirşağı elektrik qatarının işə düşmə vaxtı məlum oldu – QİYMƏT – CƏDVƏL

    Bakı-Pirşağı-Bakı elektrik qatarlarının hərəkət vaxtı məlum oldu.

    “Azərabaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən AZXEBER.COM-a verilən məlumata görə, elektrik qatarları dekabr ayının 2-sindən fəaliyyətə başlayacaq.

    Belə ki, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır.

    Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq. Tariflər və qatarların hərəkət qrafiki ilə aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz

  • Vilayət Eyvazov Pərvin Abıyeva ilə görüntüləri yayılan polisi işdən çıxardı – RƏSMİ

    Aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan polis əməkdaşı xidmətdən xaric edilib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bir neçə gün öncə bəzi xəbər saytlarında və sosial şəbəkələrdə təmtəraqla keçirilən ad günündən videogörüntülər paylaşılıb: “”Bu da aktrisa Pərvin Abıyevanın paqonlu sevgilisi” başlığı ilə yayılan həmin görüntülərdə üzərində polis geyim forması və atributları əks olunmuş tort, habelə məclisdə polis əməkdaşına yaraşmayan çılğın hərəkətlər diqqət çəkir. DİN rəhbərliyinin göstərişi ilə dərhal müvafiq araşdırmalar aparılıb və ad günü qeyd edilən şəxsin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev olduğu müəyyən edilib. O da məlum olub ki, həmin şəxsin xidməti fəaliyyəti də qeyri qənaətbəxşdir”.

    Məlumatda həmçinin qeyd olunur ki, “Polis haqqında” Qanunun və “DİO əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

  • Женщина родила ребенка и оставила его в пакете на рынке – ВИДЕО

    В городе Ессентуки Ставропольского края (Россия) женщина родила девочку на рынке, положила ее в пакет и бросила за торговыми павильонами.

    Как сообщили “Вести.ру” в региональном СК, в отношении 35-летней роженицы возбуждено уголовное дело о покушении на убийство новорожденного ребенка.

    По версии следствия, этот инцидент произошел в сентябре 2019 года. Младенца в пакете нашла продавец рынка, она вызвала малышке скорую. Медикам удалось спасти жизнь новорожденной.

    Сейчас решается вопрос об изъятии у матери двух старших детей и лишении ее родительских прав.

  • Mağazada uşaq dünyaya gətirdi, küçəyə atdı – VİDEO

    Rusiyanın Yessentuki şəhərində yeni doğulmuş körpəsini küçəyə atan qadına qarşı cinayət işi açılıb.

    “Vesti”nin xəbərinə görə, bazarda satıcılardan biri yerdə torbanın içində yeni doğulmuş körpə tapıb.

    Nəzarət kameralarından məlum olub ki, körpəni oraya anası qoyub.

    Mağazada dünyaya gətirdiyi körpəsini torpaya qoyub şəhərin bazar hissəsində küçəyə atan 37 yaşlı anaya qarşı cinayət işi açılıb.

    Hazırda onun iki övladının əlindən alınaraq valideyn hüquqlarından məhrum edilməsi məsələsi həll edilir.

    Körpənin səhhəti ilə bağlı problem olmadığı bildirilib.