Month: November 2019

  • 23 il axtarışda olan PPK-çı qadın məhv edildi

    Beynəlxalq axtarışa verilən və Türkiyə Daxili İşlər Nazirliyinin “qırmızı siyahı”sında olan terrorçu Beraat Afşin 19 noyabrda Türkiyə xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, məlumatı Türkiyə Milli Təhlükəsizlik Nazirliyi yayıb.

    Kod adı Medya Agit olan terrorçu İraqın şimal-qərb bölgəsində yerləşən Sincar bölgəsində terror qruplarına rəhbərlik edib.

    1997-ci ildə PKK-ya qoşulan Beraat Afşin 2000-ci illərdə Türkiyə ərazisində həyata keçirilən terror hücumlarında iştirak edib. 2014-cü ildə İraqın şimal bölgəsi Qandildə PKK və digər terror təşkilatlarının qadın bölmələrinə rəhbərlik edib.

  • Naxçıvanın mədəniyyət işçiləri təltif olunub – SİYAHI

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, sərəncamla aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətlərinə görə təltif olunub:

    “Əməkdar mədəniyyət işçisi” fəxri adı

    Qasımova Rahilə Məmmədbağır qızı

    Məmmədova Tünzalə Məmmədəli qızı

    “Rəşadətli əməyə görə” nişanı ilə

    Dilanova Tünzalə Zakir qızı

    Məmmədova Samirə Füzuli qızı

    Mürşüdova Aygün Vahab qızı

    Nuri Xavər Hüseyn qızı

    Yusifov Natiq Hüseyn oğlu

  • Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək

    Daxili İşlər naziri Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, nazir, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2019-cu il noyabr ayının 29-da Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərinin Sumqayıt ŞPİ-də qəbulunun keçirilməsi nəzərdə tutulub.

    Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

    Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

  • Bakıda ticarət köşkünə silahlı basqın edildi

    Bakıda ticarət köşkünə silahlı basqın edilib.

    Median.Az trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 35-də baş verib.

    2 nəfər naməlum şəxs həmin ünvandakı ticarət köşkünə basqın edərək orada satıcı işləyən Nemət İsgəndərov və Ədalət Rzayevə bıçaqla hədə-qorxu gəlib, onları oldürəcəklərini bildiriblər. Naməlum şəxslər ticarət köşkündən 800 manat pul və 1000 manat dəyərində mobil danışıq kartı götürərək hadisə yerindən uzaqlaşıblar.

    Faktla bağlı cinayət işi başlanıb.

  • Azərbaycanın kino xadimi Belarusda ruhi dispanserə yerləşdirilib

    Əməkdar mədəniyyət işçisi, kino xadimi Miroslava İsgəndərova Belarusda dəlixanaya yerləşdirilib.

    Bu barədə “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” proqramında məlumat verilib. Çəkiliş qrupu sözügedən dispanserə gedərək, Miroslava İsgəndərova ilə müsahibə gerçəkləşdirib.

    Onun nitqində problem olması süjetdə nümayiş etdirilib. O, müsahibə zamanı oğlunun və qızının olduğunu, Bakı üçün darıxdığını söyləyib.

    76 yaşlı M.İsgəndərova bir müddət öncə kürəkəni və qızı ilə Belarusun Viteks şəhərinə köçüb. Qızı həbs olunub, kürəkəni isə onu tək qoyub, ölkədən çıxıb. Sonra isə qonşuları tərəfindən psixoloji dispanserə yerləşdirilib.

    Oğlu Eldar anasının başına gələnlərdən verilişdən sonra xəbər tutub. O, anasının Bakıya gətirilməsi üçün hazırlıq gördüyünü deyib.

    Qeyd edək ki, M. İsgəndərova “Azərbaycanfilm” kinostudiyasında Animasiya şöbəsinin müdiri, həyat yoldaşı isə kinostudiyanın baş mühəndisi vəzifəsində çalışıb.
    //axşam.az

  • Yerevanın keçmiş polis rəisi Rusiyada öldü

    Yerevanın keçmiş polis rəisi Aşot Karapetyan Rusiyada faciəvi şəkildə vəfat edib.

    Məlumatı kriminal xronika xəbərlərini dərc edən “Shamshyan” agentliyi yayıb.

    Bildirilir ki, qaz sızması nəticəsində yaşayış binasında partlayış olub.

    Hadisə baş verən zaman eks-polis rəisi mənzilində olub və hadisə yerində keçinib.

    Aşot Karapetyanın 49 yaşı olub. 1993-cü ildən hüquq mühafizə orqanlarında çalışan A.Karapetyan 2015-ci ildə Yerevanın polis rəisi təyin edilib.

  • Millət vəkili parlamentdə evlilik təklifi etdi

    İtaliya Nümayəndələr Palatasının bu gün keçirilən iclasında çıxış edən millət vəkili Flavio Di Muro sevgilisinə evlilik təklifi edib.

    “Hürriyet” xəbər verir ki, nitqinin sonunda millət vəkili bu günün onun üçün digər günlərdən fərqli və xüsusi olduğunu qeyd edib.

    “Cənab məclis sədri, icazənizlə sizə deyil, izləyici sıralarına səslənirəm: “Elisa, mənimlə evlənərsən?”, – millət vəkili deyib.

    Yanındakı digər millət vəkilləri Flavio Di Muronu alqışlarla təbrik etdiyi halda, spiker Roberto Fiko məsələyə tənqidi yanaşıb.

    “Cənab millət vəkili Di Muro, hər şeyi başa düşərəm, lakin məclis nitqini belə bir məqsədlə istifadə etmək uyğun deyil”, – spiker bildirib.

  • Maliyyə Nazirliyi icra başçısının fəaliyyətini yoxlayır

    Maliyyə Nazirliyi Goranboy rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin fəaliyyəti dövründə korrupsiyaya yol verilib-verilmədiyini araşdırmağa başlayıb.

    Median.Az xəbər verir ki, bu barədə Modern.az saytına Goranboy İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    “Maliyyə Nazirliyi tərəfindən sabiq icra başçısının fəaliyyət dövrü barədə müvafiq yoxlama işləri aparılıb. Lakin yoxlama zamanı koorrupsiya və ya digər neqativ halların aşkar edildiyi barədə hələ ki rayon İcra Hakimiyyətinə heç bir rəsmi məlumat verilməyib”,- deyə İctimaiyyətlə əlaqələr şöbəsi bildirib.

    Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

    Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

  • “Instagram”da problemlər yaranıb

    “Instagram” sosial şəbəkəsinin istifadəçiləri saytın fəaliyyətində qüsurların yarandığı barədə şikayət edib.

    Trend-in məlumatına görə, sosial şəbəkənin işində qüsurlar ABŞ, Böyük Britaniya, Malayziya və Braziliyada müşahidə olunub.

    İstifadəçilərin bir qismi xəbər lentinin yüklənmədiyini, bəziləri şərh yaza bilmədiklərini qeyd edib. “Instagram”la yanaşı “FacebookÜun işində də ləngimələr yaranıb.

    Bundan əvvəl, “Instagram”ın işində noyabrın 22-də qüsurlar yaranmışdı.

  • Ужасное зрелище в молочном цеху в Гяндже – ФОТО

    Сотрудники Агентства продовольственной безопасности Азербайджана провели проверку на предприятии по производству молока и молочных продуктов, принадлежащем ООО DEVRİM и расположенном в Гяндже по адресу: улица Шахрияра, 42.

    Как говорится в сообщении агентства, в ходе проверки было выявлено, что цех функционировал в антисанитарных условиях.

    Первичная переработка молока, которое относится к категории продуктов особого риска, и производство молочных продуктов проводились без соблюдения требований нормативно-правовых актов в области продовольственной безопасности.

    Не проверялось качество используемого в производстве молока, не проводилась его очистка от посторонних примесей и пастеризация, также грубо нарушались правила охлаждения и хранения.

    В соответствии с требованиями законодательства деятельность предприятия ограничена.