Month: November 2019

  • Bərdədə 30 ildir təmir olunmayan şəhər poliklinikası: işıq sistemi sıradan çıxıb — FOTO

    Bərdə Şəhər Poliklinikasının binası yararsız vəziyyətə düşüb.

    Median.Az bildirir ki, rayonun Üzeyir Hacıbəyov küçəsində yerləşən, uzun illərdir rayonda şəfa ocağı kimi fəaliyyət göstərən poliklinikaya xəstə müraciəti də azalıb.
    Dörd mərtəbəli binanın üçüncü və dördüncü mərtəbəsi tamamilə istifadəyə yararsızdır. 30 ildir təmir edilməyən binada işıq sistemi də sıradan çıxıb.

    Binanın baxımsızlığı göstərilən tibbi xidmətin səviyyəsini də aşağı salır.//oxu.az

  • BDU-nun 100 illiyi ilə bağlı yubiley medalı belə olacaq — TƏSVİR

    Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı təsis olunmuş medalın təsviri haqqında qərar qəbul olunub.
    Median.Az
    Azərtac-a istinadən xəbər verir ki, qərara əsasən;

    Maddə 1. Medalın ümumi təsviri

    “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

    Maddə 2. Medalın ön tərəfi

    2.1. Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır.

    2.2. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “BAKI DÖVLƏT UNİVERSİTETİ” sözləri, aşağı qövs boyunca “1919-2019” sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz vardır. “1919-2019” sözlərindən sol və sağ tərəflərə doğru qövs boyu sünbüllərdən ibarət çələng yerləşir.

    2.3. Medalın daxili çevrəsinin mərkəzində təhsili simvolizə edən relyefli kitab emblemindən və elmi simvolizə edən relyefli atom təsvirindən ibarət kompozisiya vardır. Həmin kompozisiyanın yuxarı hissəsinə loqotip şəklində relyefli “BDU” sözü, aşağı hissəsinə “100” rəqəmləri həkk edilmişdir.

    2.4. Səkkizguşəli ulduz, çevrənin konturları, atom təsviri və kitab emblemi, sözlər və rəqəmlər, “BDU” loqotipi və sünbül çələngləri relyefli olaraq qızılı rəngdədir. İki çevrə arası tünd göy rəngdə, ikinci çevrə daxilində arxa fon qızılı rəngdədir.
    Maddə 3. Medalın arxa tərəfi

    3.1. Medalın arxa tərəfinin yuxarı hissəsində “BDU-100” sözləri, mərkəzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əsas binasının eskizi relyefli həkk olunur.

    3.2. Medalın arxa tərəfində medalın seriyası və nömrəsi həkk edilir.

    Maddə 4. Medalın elementləri

    4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 50 mm x 40 mm ölçüdə beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

    4.2. Xara lentin üzərində hər iki kənarından mərkəzə doğru ardıcıl olaraq 1,68 mm enində tünd göy, 1,83 mm enində ağ, 15 mm enində tünd göy, 1,83 mm enində ağ, 5,27 mm enində qızılı və mərkəzdə eni 4,55 mm olan göy rəngli şaquli zolaqlar vardır.

    4.3. Xara lentin yuxarı hissəsinə mərkəzində relyefli kitab emblemindən və atom təsvirindən ibarət kompozisiya, sol və sağ tərəflərə doğru sünbüllərdən ibarət çələng təsvir edilmiş, qızıl suyuna çəkilmiş 37 mm x 5,5 mm ölçüdə bürünc lövhə bərkidilir.

    4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

  • “Müğənnilər borc içindədilər” — Cavanşir Məmmədov

    Əməkdar artist Cavanşir Məmmədov “5/5” verilişinin qonağı olub.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni sənət adamlarının maddi durumundan danışıb:

    “Müğənnilər borc içindədilər. Banklarla əlaqə saxlasanız, bilərsiniz kimin nə qədər borcu var. Mənim borcum yoxdur. İşini bilən adam olmalıdır. Evin daxili büdcəsini bilməlisən. Onu bilməyəndə, borca düşür, irəli getmir.
    200 manat qazanmışamsa, 250-300 manat xərcləməyə ixtiyarım yoxdur. Bizimkilər bunu bilmir. Gedib maşın, bahalı telefon alır. Ödəyə bilmir, baxırlar ölkədən çıxışına qadağa qoyuldu. Bu da bizim yekəxanalığımızdan irəli gəlir.

    Biz də xalqda qıcıq yaradırıq”.

  • Bu il verilən ipoteka kreditlərinin həcmi açıqlandı

    Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 27 min 113 ipoteka krediti verilib.

    Median.Az-ın ölkə.az-a istinadən xəbərinə görə, bu barədə Fondun məlumatında bildirilib.
    Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 344 milyon 600 min manatdan çoxdur.

    Bu ilin 10 ayında isə fondun xətti ilə verilmiş ipoteka kreditlərinin sayı 1884, məbləği 127 milyon 457 min 600 manat təşkil edib.

  • Городская поликлиника Барды не ремонтируется уже 30 лет: система освещения вышла из строя – ФОТО

    Здание городской поликлиники, расположенной на улице Узеира Гаджибейли в городе Барда, находится в удручающем состоянии.

    Как сообщает Oxu.Az, третий и четвертый этажи медучреждения пришли в полную непригодность.

    Здание не ремонтируется уже 30 лет, и система освещения вышла из строя.

    Естественно, это значительно снижает уровень предоставляемых здесь медицинских услуг.

  • Hərbçilərin pensiyaları artımlarla birgə ödənilib

    Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar bu kateqoriyadan olan pensiyaçıların pensiyalarında artımlar edilib.

    Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən verilən məlumata görə, həmin pensiyaların sentyabr və oktyabr aylarının artımları ilə birgə ödənişi artıq başa çatıb. Pensiya vəsaitləri onların bank hesablarına köçürülüb. Beləliklə, qeyd edilən şəxslərdən ibarət xeyli sayda şəxsin pensiyasının artırılması ilə bağlı hesablama və artımların tətbiqi böyük iş yükü yaratmasına baxmayaraq, bu işlər qısa müddətdə yerinə yetirilib.
    Nəticədə onların pensiyalarının hər hansı gecikməyə yol verilmədən, əvvəlki aylarda olduğu kimi, ayın sonunadək ödənişi təmin olunub.

    Müəyyən edilmiş qrafik üzrə həmin pensiya ödənişləri ötən dövrdə hər ayın 26-dan ayın sonunadək aparılıb.//ölkə.az

  • Salyanda törədilən qətlin bəzi təfərrüatları məlum olub – FOTO – YENİLƏNİB

    Salyanda qətlə yetirilən qadının anası hadisənin bəzi təfərrüatları barədə danışıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bu gün saat 12 radələrində Salyan şəhəri Ağa Mirbağır Bağırzadə küçəsində qətl hadisəsi baş verib.

    Salyan şəhər sakini, 1982-ci il təvəllüdlü Nahid Zeynalabdin oğlu Hüseynov depressiya halında Y.Zərgərli küçəsində evinə yollanan zaman yaxınlıqda yaşayan 1980-cı il təvəllüdü Sadıqov Zaur Hüseynağa oğlunun bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirib. Daha sonra yaşadığı evə gedərək orada həyat yoldaşı, 1983-cü il təvəllüdlü İlahə Abdurrəhman qızı Hüseynovanı başından, boynundan və bədəninin digər nahiyələrindən 15 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Qətl hadisəsini törətdikdən sonra özünə də çoxsaylı bıçaq xəsarətləri yetirərək qollarını doğrayıb. Başından və bədənindən xəsrət alan Zaur Sadıqov xəstəxanaya yerləşdilib. Nahid Hüseynov isə xəstəxanada ambulator yardım göstərildikdən sonra polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

    Qətlin təfərrüatları barədə bəzi məlumatlar əldə edilib. Qətlin qısqanclıq zəminində baş verdiyini deyən mərhum İ.Hüseynovanın anası Ağannə Axundova APA-ya bildirib ki, kürəkəni qızına şər atıb: “Guya o başqası ilə gəzirmiş. 12 il idi ki, əri qızımı evində dustaq kimi saxlayırdı. Öldürməzdən əvvəl qızımın başına bıçaqla vuraraq onu eləmədikləri əməlləri barədə yazmağa məcbur edib. Bundan sonra 3 övladının gözü qarşısında başını kəsərək öldürüb. Narkotik istifadəçisi idi. Özü də ağırından istifadə edirdi. Həm də narkotik satırdı, başdan ayağa kriminal idilər”.

    Hələlik N. Hüseynov tərəfindən bıçaqlanan Zaur Sadıqovun baş verən hadisəyə hansı dərəcədə aidiyyəti olduğunu istintaq araşdırır. Onun bildirdiyinə görə, N.Hüseynovun sadəcə tanış olublar. Əlavə edib ki, onunla sıx münasibətləri olmayıb.
    Faktla bağlı istintaq işləri davam etdirilir.

    ***

    Salyanda həyat yoldaşını öldürən şəxsin daha bir nəfəri bıçaqladığı məlum olub.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, araşdırmalar zamanı müəyyən edilib ki, arvadını bıçaqlayaraq qətlə yetirən, 1982-ci il təvəllüdlü Nahid Huseynov 1980-cı il təvəllüdü Sadıqov Zaur Hüseynağa oğlunu da bıçaqlayıb. N.Hüseynov daha sonra bıçaqla özünə xəsarət yetirib.

    Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

    ***

    Salyanda baş verən bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

    Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 1-i saat 12 radələrində Salyan rayonu ərazisində 1983-cü il təvəllüdlü İlahə Hüseynovanın üzərində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evdə aşkar olunmasi faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib: “İlkin istintaqla hadisənin qadının əri, Salyan rayon sakini, 1982-ci il təvəllüdlü Nahid Huseynov tərəfindən ailə münaqişəsi zəminində bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. N.Huseynov şübhəli şəxs qismində istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

  • “İnfiniti” gecə klubunda mühafizəçi ərəb turisti döyüb

    Bakıda gecə klubunda mühafizəçi ərəb turisti döyüb.

    Median.Az xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən “İnfiniti” gecə klubunda qeydə alınıb.

    Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşı Faisal Abdul Azizi həmin klubun iş rejimini pozub. O, mühafizəçilərin klubdan çıxmaqla bağlı tələblərinə məhəl qoymayıb. Nəticədə mühafizəçi ərəb turisti döyüb.

    Döyülən şəxs polisə şikayət edib. Faktla bağlı araşdırma aparılır.//report.az

  • Noyabrda neçə gün dicələcəyik ?

    Noyabr ayında Azərbaycanda üç gün qeyri-iş günü olacaq.

    Median.Az bildirir ki, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.

    9 noyabr şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i, həftənin bazar ertəsi də qeyri-iş günü hesab ediləcək.

    Belə ki, noyabrın 9-u, 10-u və 11-i iş olmayacaq.

    Noyabrın 12-si isə iş günüdür.

    Qeyd edək ki, noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiya günüdür.

  • БТА внесло ясность в вопрос изменения стоимости проезда в автобусах

    Бакинское транспортное агентство (БТА) внесло ясность в недоразумение по поводу информации об изменении тарифа на проезд в столичных маршрутных автобусах в непиковые часы.

    Как передает Median.Az со ссылкой на Trend, руководитель пресс-службы Агентства Маис Агаев сообщил, что люди неверно поняли информацию.

    “Ранее я сообщал, что после завершения перехода к карточной системе в маршрутных автобусах, могут быть определенные изменения. То есть конкретно пока ничего нет, это было высказано просто как мнение. Некоторые СМИ, ссылаясь на мое сообщение, распространили информацию о том, что якобы цены на проезд в маршрутных автобусах будут повышены. Это вопрос, связанный с ростом цен и не имеющий никакого основания, вызвал серьезное беспокойство у людей. Заявляю, что речь не идет о каком-то росте цен. С другой стороны, цены регулирует не БТА, а другая соответствующая структура. Что касается сказанного мной, то, например, в турецком городе Измир утром с 06:00 до 07:00 и вечером с 19:00 до 20:00 тарифы на проезд в общественном транспорте снижаются на 50 процентов. Целью этой практики, применяемой с этого года, является поощрение использования в часы пик именно общественного транспорта. И наша цель – использовать этот опыт, стимулирующий людей на пользование общественным транспортом. Еще раз сообщаю, что высказывания об увеличении цен не соответствуют действительности”, – сказал Агаев.