Month: November 2019

  • “Qarabağ” və “Neftçi” meydana talassemiyalı uşaqlarla çıxıb

    “Qarabağ” və “Neftçi” komandaları X turun açılış oyununa talassemiya xəstəliyindən müalicə olunan uşaqlarla çıxıblar.

    Median.Az report-a istinadən xəbər verir ki, üzərində “Sevindirdiyiniz qədər sevin!” şüarı yazılan plakat tutan futbolçular və hakimlər meydana xüsusi qoruyucu maska ilə gəliblər. Onlar həmçinin “Sevildiyiniz qədər sevin!” yazılmış mayka geyiniblər. “Neftçi”nin kapitanı Emin Mahmudov oyunçular adından dəstək nitqi söyləyəndən sonra matça start verilib.

    Qeyd edək ki, “Bakcell Arena”da saat 20:00-da başlayan görüşdə hələlik hesab açılmayıb.

  • Agentlik: Güclü küləklə bağlı gəmilərin limanlara giriş çıxışı məhdudlaşdırılıb

    Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daxil olan xəbərdarlıqda bildirilir ki, noyabrın 2 – si gündüzdən 3 – ü səhərədək Xəzər Dəniz Akvatoriyasında şimal – qərb, şimal küləyinin sürəti 18 – 23 m/s, arabir 28 – 33 m/s olacaq. Acıq dənizdə isə küləyin sürəti arabir 35 – m/s – dək güclənəcək.

    Agentlikdən Trend-ə verilən məlumata görə, dənizdə dalğanın hündürlüyü 2 – 4 metr, sonrakı inkişafda isə 5,5 – 7,5 metr olacaq.

    Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

    Vurğulamaq istərdik ki, Milli Mərkəz təcrübəli Kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər siğinacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz lövbərdə durma prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə olunur.

    Növbə çəkmə ərazilərində növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb. Bununla yanaşı dənizdə neft – qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırlıb. Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.

    Gəmilərin Limanlara giriş çıxışı məhdudlaşdırılıb. Hava şəraitinə uyğun olaraq Milli Mərkəzin təcrübəli Kapitanları tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş – çıxışına icazə veriləcək.

    Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan istərsə də xarici bayraq altında üzən gəmilərin hərkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir.

    Dövlət Dəniz Agentliyinin rəhbərliyi Milli Mərkəzlə fasiləsiz əlaqə saxlayır və gəmilərin hərəkətinin təhlükəsizliyinin təminatı diqqətdədir.

    Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

    Xəzəryanı dövlətlər arasında yalnız Azərbaycanda fəaliyyət göstərən Milli Mərkəzdə quraşdırılan müasir avadanlıqlar vasitəsilə Xəzər dənizi daxil olmaqla dünya okeanlarının hər hansı bir koordinatlarında hərəkətdə olan gəmilər də mütəmadi müşahidə oluna bilir.

    Milli Mərkəz tərəfindən eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

    Bu müddət ərzində heç bir problem və çətinlik yaşanmayıb.

  • Макгрегор признал в суде вину в нападении на пожилого мужчину в баре

    Бывший чемпион Абсолютного бойцовского чемпионата (UFC) в двух весовых категориях ирландец Конор Макгрегор признал в окружном суде вину в нападении на пожилого посетителя бара в Дублине, сообщает ТАСС со ссылкой на издание Irish Mirror.

    Драка, которая произошла 6 апреля, началась из-за того, что пожилой мужчина отказался выпить виски под брендом ирландца. На записи с видеокамеры можно было наблюдать, как Макгрегор пришел в бар и угостил всех посетителей напитком собственного производства. После отказа одного из посетителей боец поставил перед ним рюмку, но тот опять отказался, в ответ на это Макгрегор ударил пожилого человека по лицу, а двое других посетителей оттащили ирландца, не дав драке продолжиться. Позднее ирландский боец принес извинения пожилому мужчине.

    По информации источника, потерпевший не пришел на слушание, однако принял извинения Макгрегора и отказался от показаний против ирландца. Ранее сообщалось, что Макгрегору грозит до шести месяцев тюрьмы.

  • Qış gəldi, qazdan zəhərlənmələr başladı: Bədbəxt hadisələrin 95 faizi hamamda baş verir

    Qış qapını döyməmiş dəm qazından zəhərlənənlər xəstəxana qapılarını “döyməyə” başlayıb. Dəm qazı artıq nə yaya, nə qışa baxır. Hətta yay aylarında da hamam otağında dəm qazından zəhərlənmə hallarının baş verdiyini görürük. Problem dərindir. Fəlakəti törədənsə təkcə payız-qış mövsümü mənzilləri isitmək üçün istifadə olunan sobalar deyil, həm də mətbəx və hamam otaqlarında quraşdırılmış kustar üsullu su qızdırıcıları, “pyatiminutka”lardır. Sonuncununsa adı kimi, zəhərlənmə verməsi də sürətli – 5 dəqiqənin içində baş verir.

    Bu günlərdə Bakıda bir ailənin hamısı dəm qazından zəhərlənib. Hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.
    Səhiyyə Nazirliyinin Facebok səhifəsində verilən xəbərə görə, qəsəbənin İsgəndərov küçəsi 48 ünvanından bir ailənin 4 üzvü: ata 35 yaş, ana 32 yaş, övladları: 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Xoşbəxtlikdən ölüm hadisəsi olmayıb. Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşılaşıb və onlar evə buraxılıblar.


    Median.Az bildirir ki, təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Şərq”ə açıqlamasında dəm qazından boğulma halları ilə bağlı vaxtaşırı xəbərlər yayıldığını, lakin nə qədər maarifləndirmə aparılsa da, insanlar öz həyatlarına biganə, qazla bağlı isə təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşdıqlarının şahidi olduğumuzu bildirdi:

    “Dəm qazının qurbanına çevrilməmək üçün ilk növbədə evdə olan qaz cihazlarına kənar müdaxilə etməmək lazımdır. Standartlara uyğun olmayan qaz cihazlarını, yaxud ehtiyat hissələrini almaq, kustar üsulla hazırlanan qaz cihazlarından istifadə etmək, qeyri-metal borular ilə evə qaz xətti çəkmək dəm qazını yaradan əsas amillərdir. Bu kimi hallara tez-tez rast gəlinir ki, insanlar kustar üsulla hazırlanan, mənşəyi, istehsalçı firmanın adı, uyğunluq sertifikatı olmayan istilik cihazlarından alır, evdə quraşdırırlar. Bu, potensial təhlükə riskidir, amma insanlar bunu nəzərə almır. Dəm qazı iysiz, dadsız və rəngsizdır. Havadan yüngül qazdır. Ona görə onu hiss etmək olmur. İnsana dəm qazının təsiri baş gicəllənməsi, baş ağrısı, ürək bulanma, qusma və halsızlıq kimi təsir edir. Dəm qazını, yəni karbon monoksidi yaradan səbəb isə yanma prosesinin düzgün getməməsidir. Başa düşülən olsun deyə belə deyim; yanma prosesi düzgün getmir və natamam yanma nəticəsində ayrılan qaz karbon 4 oksid əvəzinə karbon 2 oksidə çevrilir. Yanma düzgün gedərsə, ayrılan qaz karbon 2 oksidə çevrilərək xaric olur. Ona görə insanlar bilməlidir ki, dəm qazını yaradan səbəb qaz sobalarında yanma prosesinin düzgün getməməsidir. Tüstü bacaları ildə iki dəfə təmizlənməli, tüstü borularında yamaq, kəsik – deşik olmamalıdır. Tüstü boruları zədəli olarsa, dəm qazının yaranması qaçılmaz hal alır.

    Gəlin baxaq, dəm qazından zəhərlənmə halları əsasən evdə harada baş verir. Yataq otağı, bir də əsasən hamam otaqlarında. Hamam otağında dəm qazından zəhərlənmə halları demək olar 95 faizdən çoxdur. Ən çox hamam otağında dəm qazı ilə zəhərlənmə baş verməsinə səbəb hamam otaqlarının standartlara uyğun olmamasıdır. Normalda hamam otaqları 7kv olmalıdır. Ancaq 2-3 kv olan hamam otaqları da var ki, orada kustar üsulla hazırlanan soba qoyulur. Onu qeyd edim ki, dəm qazı olan hava ilə insan tənəffüs etdikdə 7 dəqiqədən sonra ölüm təhlükəsi yarana bilər. Otaqda 0.1 faiz dəm qazı belə bəsdir ki, insanın ölümünə səbəb olsun. Hamam otağının qapısının aşağı hissəsində xırda dəliklər olmalıdır. Bu, içəridə hava ventilyasiyası üçündür. Hamam otağında nəfəslik daim açıq olmalıdır. Bədbəxt hadisələr baş verməsin deyə bunlara məsuliyyətlə yanaşmaq lazımdır. Dəm qazı ilə zəhərlənmə olarsa, həmin insanı otaqdan bayıra təmiz havaya çıxarmaq, əynindəki paltarın yaxasını açmaq, yarıoturaq vəziyyətdə alnına soyuq kompres qoymaq və ehtiyac olarsa, süni nəfəs vermək lazımdır. Əgər huşu özündədirsə, isti çay, yaxud limonlu çay vermək və dərhal təcili tibbi yardım çağırmaq lazımdır.

    Daha sonra evdə riayət edilməli olan təhlükəsizlik qaydaları da var. Birincisi, evin havasını gün ərzində səhər, günorta və axşam dəyişmək lazımdır. Qaz cıhazını yandıran zaman evdə qaz qoxusunun olub-olmamasına əmin olmaq lazımdır. Bundan sonra kibriti çəkərək qazı yandırmaq lazımdır. Buna bayırdan evə gələndə də mütləq əməl etmək lazımdır. Bizdə adətdir, çöldən evə daxil olan kimi dərhal işığı yandırırıq. Ancaq bu təhlükəlidir. Ola bilsin siz evdə olmayanda qaz sızması yaranıb və siz işığı yandırdığınız zaman partlayış ola bilər. Ona görə çöldən içəri girəndə evdə qaz qoxusunun olmamasına əmin olduqdan sonra işığı yandırmaq lazımdır. Əgər qaz qoxusu gələrsə, onda qapı-pəncərəni açmaq, evin havasını dəyişmək, elektrik cihazlarından istifadə etməmək və aidiyyəti üzrə müvafiq quruma məlumat vermək lazımdır”.

  • Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb

    2019-cu ilin sentyabr ayında Azərbaycandan Türkiyəyə 87,895 min turist səfər edib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz azdır.

    Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 1,62 faiz olduğunu açıqlayıb.

    2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 718,564 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 5,51 faiz çoxdur.

    Bu dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 1,97 faiz təşkil edib.

    Ümumilikdə, bu ilin sentyabr ayında Türkiyəyə 5,426 milyon turist səfər edib. Bu rəqəm ötən ilin sentyabrı ilə müqayisədə 13,23 faiz çoxdur.

    Sentyabr ayında Antalyaya 2,172 milyon, İstanbula isə 1,359 milyon turist səfər edib.

    2019-cu ilin yanvar-sentyabr aylarında Türkiyəyə ümumilikdə 36,428 milyon turist səfər edib ki, bu rəqəm ötən ilin eyni dövrü üzrə göstəricidən 14,5 faiz çoxdur.

  • Telefonun zərərləri: insan ömrünü qısaldır? – VİDEO – FOTO

    Telefonlar günümüzün ayrılmaz bir hissəsinə çevriliblər. Lakin daha çox istifadə etdikcə fəsadlarını da orqanizmimizdə hiss edirik. Yaddaş pozğunluğu, diqqətsizlik kimi fəsadlarla demək olar ki, hər birimiz üz-üzə dayanmışıq. Yəqin ki, çoxlarınız davamlı olaraq telefondan istifadə edəndə bu cür hallarla qarşılaşırsınız.

    Median.Az ARB-TV-yə istinadən bildirir ki, ekspertlərin qənaətinə görə, telefondan çıxan mavi işıq və radiasiya şüaları beyin tutumunun azalmasına, hafizə pozğunluğuna, fikir dağınıqlığına səbəb olur buna görədə bəzən çox sadə primitiv şeyləri unuda bilirik.

    Şagird: “2-3 il bundan əvvəl çox oynuyurdum ondan hiss eliyirəm ki, gözüm zəifləyib”.

    Sakin: “Hamısının mənfi təsirləri var, müsbət təsiri yoxdur. Nə qədər ki, bu elmi texniki tərəqqi baş verirsə bu da insanların ömrünün azalmağına xəstəliklərin artmasına səbəb olur”.

    Telefonu əlindən yerə qoymayan gənclər böyük təhlükə ilə üz-üzədirlər. Asılılıq yaradan bu hal insanların yaşlanmanı sürətləndirir.

    Vəfa Əhmədova – Terapevt: “Elə iş rejimləri vardır ki, orada 8-10 saat kompyuterlə işləməli olur insanlar və bu da onlarda müxtəlif xəstəliklərin əmələ gəlməsinə, xüsusilə beyin hüceyrələrinin ölməsinə vaxtından əvvəl yaşlanmasına səbəb olur”.

    Anar Abdullayev – Oftalmoloq: “Gündəlik işinin daha çox hissəsi monitor arxasında keçən insanlarda əsasən gözdə yanğı, bulanıq görmə, fokuslanmada çətinlik, gözdən əlavə hətta boyun arxasında baş ağrıları kimi şikayətlərlə rastlaşırıq”.

    Orqanizmin yaşlanmasını sürətləndirən amil kompyuter monitorundan və mobil telefonlardan çıxan mavi işıqdır. Amerikada aparılan təcrübədə canlılardan bir qrupu LED işıqlı, digərləri qaranlıq otaqda saxlanılıb. 12 saat sonra LED işıqda saxlanılan həşarətları daha az yaşadığı məlum olub. Alimlərin fikrincə mavi işıq insanlara da eyni zərəri verir.

    Anar Abdullayev – Oftalmoloq: “Bu işığın tərkibində “blue light” yəni, mavi işıq deyilən işıq şüaları vardır, hansı ki, bu şüalar bizim tor qişamıza düşdüyü zaman beyin sanki gündüz olduğunu hesab edir. Biz bilirik ki, axşamlar bədənimizdə melotinin hormonu sintez olunur, lakin orqanizm gündüz olduğunu zənn etdiyi üçün melotinin sintezini basqılamış olur”.

    Mobil telefondan fasiləsiz istifadə təkcə gözlər üçün zərərli deyil. Ondan yayılan elektromaqnit dalğaları insan bədəni və beyninə mənfi təsir edir.

    Kamil Nuriyev – Fizika İnstitunun elmi işçisi: “6-9 herslikli elektromaqnit dalğalarının təsiri insanın bilavasitə beyninə təsir edir çünki o tezliklər beynin özünün məxsusi tezliklərinə bərabərdir. Onlar uyğun gələndə rezonans baş verir”.

    Əlbəttə müasir texnologiyalardan imtina etmək mümkünsüzdür. Amma bacardıqca bu imkanlardan norma çərçivəsində istifadə etmək, ondan asılı düşməmək düzgün olar. Unutmayaq ki, telefon həyatımızın bir parçası deyil, sadəcə ünsiyyət vasitəsidir.

  • Назначен новый главврач Билясуварской центральной районной больницы

    В Билясуварскую центральную районную больницу назначен новый главврач.

    Как сообщает Report, в связи с этим подписан соответствующий приказ.

    Согласно приказу, Хошбехт Агаева назначена главврачом Билясуварской центральной районной больницы. До этого она работала терапевтом в указанном медицинском учреждении.

    Отметим, что предыдущий главврач Билясуварской центральной районной больницы Низами Мехтизаде 17 октября был освобожден от должности и назначен главврачом Бардинской центральной районной больницы.

  • Azərbaycanlı tələbə Polşada öldü

    Azərbaycanlı tələbə Polşada vəfat edib.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, Polşa universitetlərindən birində təhsil alan Pərviz Dadaşov ağır xəstəlikdən həyatını itirib.

    Bildirilib ki, o, bir müddətdir hospitalda müalicə alırmış. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

  • Prezident Təhsil nazirinə yeni səlahiyyət verib – FƏRMAN

    Prezident İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

    Median.Az xəbər verir ki, fərmanla “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Təhsil nazirinə verilib.

  • Азербайджанский студент скончался в Польше

    В Польше скончался азербайджанский студент.

    Как передает Median.Az, Пярвиз Дадашов, обучающийся в одном из польских университетов, умер после тяжелой болезни.

    Сообщается, что П.Дадашов лечился в госпитале.//oxu.az