Month: November 2019

  • Макгрегору грозит тюремный срок

    Ирландский боец смешанного стиля (MMA) Конор Макгрегор сегодня предстанет перед судом за избиение посетителя в одном из баров Дублина.

    Как передаёт Median.Az, об этом сообщает РЕН ТВ.

    Скандально известному бойцу грозит штраф в размере до полутора тысяч фунтов (около 3,3 тыс. манатов – ред.) или реальный тюремный срок до полугода.

  • Makqreqor bu gün həbs oluna bilər

    Tanınmış MMA döyüşçü Konor Makqreqor bu gün hakim qarşısına çıxarılacaq.

    İdmançı Dublindəki barlardan birində müştərini döyməkdə ittiham olunur.

    Bu qalmaqala görə irlandiyalı döyüşçünü pul cəzası və ya altı ay müddətində azadlıqdan məhrum edilmə gözləyir.

    Xatırladaq ki, bundan başqa, Konor Makqreqora qarşı təcavüz ittihamları da səslənir.
    /oxu.az/

  • В Сумгайыте задержан вор-карманник

    Как сообщает Median.Az, cотрудники 2-го отделения полиции Сумгайытского ГУП в результате оперативно-розыскных мер задержали жителя Сиязаньского района, ранее судимого В.Исмайылова, который украл из сумки жительницы города Т.Мамедовой 160 манатов и документ.

    По факту возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Sumqayıtda cibgirlik edən Siyəzən sakini saxlanılıb

    Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 2-ci polis bölməsinin əməkdaşları tərəfindən şəhər sakini T.Məmmədovanın çantasından 160 manat və sənəd oğurlayan Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş V.İsmayılov saxlanılıb.

    Faktla bağlı CM-nin 177 (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Мухтар Бабаев: В Каспий сливаются сточные воды, а общество ждет действий министерства

    Министр экологии и природных ресурсов Азербайджана Мухтар Бабаев прокомментировал вопрос слива в Каспийское море сточных вод.

    Отвечая на вопрос корреспондента oxu.az, министр отметил, что одной из главных целей министерства является очистка и правильное управление сточными водами.

    “В данный момент в этом направлении ведутся работы. Мы неоднократно становились свидетелями того, что предприятиями, объектами в Каспий сбрасываются сточные воды, а те, кто видит эти нарушения, ждут, чтобы министерство приняло меры. Но это неправильно.

    Общество должно осуждать такие действия. Потому что Каспийское море принадлежит всем. Не только министерство, но и общество в целом должно критиковать объекты и лица, осуществляющие сброс сточных вод в Каспий”, – сказал глава ведомства.

    М.Бабаев добавил, что министерство регулярно проводит встречи с владельцами объектов, загрязняющих Каспий.

    “Недавно мы провели встречу с владельцами объектов общепита, попытались создать атмосферу взаимного доверия. Мы отметили, что недопустимо сбрасывать в Каспий неочищенные сточные воды.

    В море купаются люди, они отдыхают. Население употребляет в пищу выловленную оттуда рыбу. Руководители объектов и предприятий должны предотвращать загрязнение моря путем внедрения современных технологий. Муниципалитеты также должны много работать в этом направлении, ведь объекты функционируют на подконтрольных им территориях. Почему муниципалитеты не хотят контролировать владельцев этих объектов? Совместными усилиями мы сможем быстрее добиться положительных результатов в решении этой проблемы”, – подытожил министр.

  • Muxtar Babayev: Xəzərə çirkli su axıdılır, cəmiyyət gözləyir ki, nazirlik tədbir görsün

    Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Xəzərə çirkli suların axıdılması ilə bağlı məsələyə münasibət bildirib.

    Nazir oxu.az-ın müxbirinin sualını cavablandırarkən deyib ki, iaşə obyektlərindən Xəzər dənizinə axıdılan çirkli suların təmizlənməsi və düzgün idarə olunması nazirlik üçün əsas hədəflərdən biridir:

    “Hazırda bu istiqamətdə müvafiq işlər aparılır. Dəfələrlə şahidi olmuşuq ki, müəssisələr, obyektlər tərəfindən Xəzərə çirkli su axıdılır və bunu görənlər isə gözləyir ki, nazirlik gəlsin, tədbir görsün. Amma bu da düzgün deyil.

    Burada da ictimai qınaq olmalıdır. Çünki Xəzər dənizi hamımızındır. Yalnız nazirlik deyil, cəmiyyətimiz də Xəzərə çirkli su axıdan obyektlərə, şəxslərə irad tutmalıdır”.

    M.Babayev bildirib ki, Xəzəri çirkləndirən obyekt sahibləri ilə mütəmadi görüşlər keçirilir:

    “Ötən günlərdə biz bir qrup iaşə obyekt sahibləri ilə görüş keçirdik və çalışdıq ki, aramızda səmiyyət yaradaq. Bildirdik ki, Xəzər dənizinə təmizlənməmiş çirkab suları atmaq yolverilməzdir.

    O dənizdə insanlar çimir, istirahət edir, əhali balıq məhsullarından istifadə edir. Odur ki, obyekt və müəssisə rəhbərləri yeni texnologiyalar quraşdırmalı və tullantıların dənizə axıdılmamasının qarşısını almalıdırlar. Bu məsələdə bələdiyyələr də çox çalışmalıdır.

    Çünki həmin obyektlər onların nəzarət etdiyi ərazidə fəaliyyət göstərir. Niyə bələdiyyələr bu obyetlərin sahiblərinə işlərinin düzgün qurulmasında nəzarət etmək istəmir? Birgə tədbirlərlə bu məsələdə daha tez müsbət nəticə əldə etmək olar”.

  • Mərkəzi Bank rəsmisi kriptovalyutaların əsas risklərini açıqladı

    Gələcəkdən asılı olaraq biz də adekvat addımlar atacağıq.

    Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Alim Quliyev deyib.

    Onun sözlərinə görə, bu gün bir çox mərkəzi banklar kriptovalyutalarla bağlı izləyici mövqedədir.

    “Kriptovalyutalarla bağlı əsas problem onun emissiya edən mərkəzin olmamasıdır, yəni onlar tənzimlənmir. Burada da çirkli pulların yuyulması kontekstində risklər var. Amma buna baxmayaraq, qlobal səviyyədə bu tendensiya gedir.

    AMB olaraq biz də bu trendləri yaxından izləyirik. Həm də onun qanunvericilik bazası olmalıdır. Gələcəkdən asılı olaraq, biz də öz adekvat addımlarımızı atacağıq. Yəni bu, daim AMB-nin diqqət mərkəzində olan prosesdir, amma hələlik bu istiqamətdə konkret addımın atılması gözlənilmir”.
    /oxu.az/

  • “XalqBank” qazinin evinə həbs qoydu, Mehriban Əliyeva dərhal geri qaytardı

    2014-cü ildə “Xalq Bank”dan aldığı krediti ödəyə bilməməsi səbəbindən dövlət tərəfindən verilən evinə həbs qoyulan Qarabağ qazisi Qurban Qurbanovun evini Birinci vitse-prezident Mehriban Əliyeva geri qaytarıb.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı şairə-yazar Səbinə Yusif qeyd edib. O bildirib ki, Mehriban Əliyeva Qarabağ qazisinin problemini tez bir zamanda aradan qaldırıb.

    “Səsimizə Birinci vitse-prezident Mehriban Əliyeva səs verdi. Heydər Əliyev Fondu Qarabağ qazisi Qurban Qurbanovun evini geri qaytardı. Hörmətli Prezidentimiz İlham Əliyev, hörmətli Birinci vitse-prezidentimiz Mehriban Əliyeva, sizə Qarabağ qaziləri adından, qazaxlılar adından dərin təşəkkürümü bildirirəm”.

    Qeyd edək ki, ikinci qrup əlil olan Qarabağ qazisi Qurban Qurbanov həyat yoldaşının və oğlunun xəstəliyi səbəbindən 2014-cü ilin oktyabrında dövlət tərəfindən ona verilən evi girov qoyaraq, “Xalq Bank” 13 min manat kredit götürüb. Lakin o, bir müddət sonra kreditin 5 min manatını ödəyə bilmədiyi üçün evinin üzərinə həbs qoyulub.

  • 4 uşaq anası efirə çıxdı: “Övladlarımı sığınacağa vermək istəyirəm” – VİDEO

    Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində maraqlı anlar yaşanıb.

    Efirə çıxan 4 uşaq anası övladlarını uşaq evinə vermək istədiyini deyib.

    Verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı ananı tənqid edib.

    Ana isə bu addımı belə izah edib: “4 uşağa necə baxım, indi onların ikisi məktəbə gedir. Onları saxlamaq üçün işləmək lazımdır. Hamı bilir ki, uşaqlarıma necə baxmışam. Onlara zaman ayırdıqca işləyə bilmirəm”.

    Sözügedən kadrı təqdim edirik:

    /azxeber.com/

  • Mehriban Əliyeva autizm sindromlu uşaqlara bərabər mahnı oxudu – VİDEO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də paytaxtın Nərimanov rayonundakı “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzini ziyarət edib. Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərir.

    Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla görüşüb, onların yaşayış şəraiti, göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış olub.

    İctimai Birliyin sədri Aytən Eynalova məlumat verib ki, burada autizm sindromlu uşaqların qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olur.

    “Birgə və Sağlam” İctimai Birliyi Azərbaycanda autizmspektr pozğunluqları olan uşaqlar və onların ailələri ilə işləyən qeyri-hökumət təşkilatıdır. 2013-cü ildən fəaliyyət göstərən təşkilatın məqsədi autizmspektr pozğunluqları ilə üzləşən uşaqlara zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üzrə ailələrlə işləmək, ölkə və beynəlxalq səviyyədə autizm sahəsində maarifləndirici layihələr həyata keçirməkdir.

    Qeyd olundu ki, hazırda Mərkəzdə 70-dək uşaq intensiv terapiyadan faydalanır.

    Autizmli uşaqlar öz istedadlarını nümayiş etdiriblər.

    Mərkəzin yetirməsi olan, hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin ikinci kursunda təhsil alan Əlisahib Bayramov da öz məharətini göstərib.

    Uşaqlar Birinci vitse-prezidentə əl işlərindən ibarət hədiyyələr təqdim ediblər.