Month: November 2019

  • Bakıda tanışını güllələyib, öldürməyə cəhd edən Ağdam sakininin şikayəti təmin edilməyib

    Bakı Apellyasiya Məhkəmsində Ağdam rayon sakini Elnur Əliyevin (1979-cu il təv.) CM-nin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah hazırlama) maddəlləri ilə barəsindəki hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, 2018-ci il noyabrın 10-u səhər saat 4 radələrində Nəsimi RPİ Növbətçi hissəsinə Mərdanov qardaşları, 119 ünvanında yerləşən “Bakı Tikiş Evi”-nin yataqxanasında silahlı insident baş verməsi barədə məlumat verilib.

    “İsti izlərlə” Post-Patrul Xidmətinin (PPX) əməkdaşları tərəfindən cinayəti törədən Elnur Əliyev tutularaq Nəsimi RPİ 20-ci polis bölməsinə gətirilib. Ondan lüləsi və qundağı kəsilmiş 20 kalibrli ov tüfəngi götürülüb, saxlanılan şəxs qisas məqsədi ilə tanışı, Ağdam rayon sakini Namiq Cəfərova atəş açdığını etiraf edib.

    Nəsimi rayon prokurorluğunda fakta görə cinayət işi başlanılıb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən zərərçəkmişin həyatı xilas edilib.

    İstintaqla müəyyən edilib ki, 2017-ci ilin dekabr ayında yataqxananın qarşısında Ağdam rayon sakini Natiq Cəfərov Elnur Əliyevə yumruqla sifətinə zərbə vurub. Onu öldürmək məqsədi ilə Abşeron rayonu, “At Yalı” qəsəbəsi, fərdi evin həyətində mərhum babasından qalmış 20 kalibrli, ov tüfənginin lüləsini və qundağını kəsib, ilkin təyinatını dəyişdirməklə tüfəng kəsiyi hazırlayıb, atəşə hazır vəziyyətə gətirib. Silahı və 3 ədəd patronu idman çantasına yerləşdirərək “Mercedes” markalı avtomobillə 2018-ci il noyabrın 10-u gecə saat 1:30-da Cəfərov qardaşlarının yaşadığı yataqxananın həyətinə gəlib. Namiq Cəfərova məxsus “Range Rover” markalı avtomobilin həyətdə olmadığını görüb, onu gözləyib. Gecə saat 3:30-da Namiq Cəfərovun həyətə girdiyini gördükdən sonra, əlində çanta ilə binanın dəhlizinə daxil olub. Namiq Cəfərovun pilləkənlə 2-ci mərtəbəyə qalxdığını görüb, arxadan təxminən 2 metr məsafədən Namiq Cəfərova birinci atəşi açıb. Sonuncunun ölmədiyini görüb, yenidən atəş açmaq məqsədilə gilizi patron yuvasından çıxarıb, yerinə patron qoyub silahı atəşə hazır vəziyyətə gətirmək istəyərkən Cəfərov geri dönərək onun üstünə gəlib. Səs-küyə sakinlərin gələcəyini başa düşüb, binadan çıxıb qaçaraq hadisə yerindən uzaqlaşıb. Namiq Cəfərov vaxtında xəstəxanaya çatdırılarıb, təxirəsalınmaz ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olduğundan Elnur Əliyev, iradəsindən asılı olmayan səbəbə görə zərərçəkmişi qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyib.

    2019-cu il iyunun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Əliyev cəzasını ciddi rejimli CÇM-də çəkməklə 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

    Hökmdən məhkum apellyasiya şikayəti verib.

    Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, E. Əliyevin şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü
    dəyişdirilmədən saxlanılıb.

  • В WhatsApp для Android-устройств появилась новая функция – ФОТО

    В мессенджере WhatsApp появилась новая функция для пользователей смартфонов, работающих под управлением операционной системы Android.

    Как передаёт Median.Az со ссылкой на iXBT.com, речь идёт о блокировке доступа с помощью аутентификации по отпечатку пальца.

    Ранее функцию блокировки при помощи Face ID и Touch ID запустили на платформе iOS. Теперь аналогичный уровень безопасности доступен и для пользователей WhatsApp на Android-устройствах.

    После активации функции разблокировать приложение при помощи отпечатка пальца можно будет на тех смартфонах, которые оснащены сканерами. Для этого в «Настройках» в мессенджере нужно будет зайти в раздел «Аккаунт», а далее в «Приватность» и «Блокировку отпечатком пальца».

  • В Мингячевире, Билясуваре и Астаре задержаны квартирные воры

    Как сообщает Median.Az, сотрудники Мингячевирского ГОП в результате оперативно-розыскных мер задержали жителя города, несовершенолетнего А.К, который 29-го октября украл из дома родственницы золотые украшения на сумму 3000 манатов.

    Кроме этого, сотрудники Билясуварского РОП в результате оперативно-розыскных мер задержали жителя города М.Муртузова, который украл из дома 9000 манатов.

    Сотрудники Астаринского РОП задержали двух несовершенолетних жителей района, которые украли из 4-х домов строительные инструменты и предметы быта.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Mingəçevir, Biləsuvar və Astarada ev oğruları tutulub

    Median.Az xəbər verir ki, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da qohumunun evindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlyan yeniyetmə saxlanılıb.

    Bundan başqa, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 9000 manat oğurlayan şəhər sakini M.Murtuzov saxlanılıb.

    Astara RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki 4 evdən təmir-tikinti və məişət əşyaları oğurlayan Pensər kənd sakinləri olan 2 yeniyetmə saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • 3-cü mikrorayon ərazisindəki böyük tıxac – VİDEO

    Paytaxt Bakıda 3-cü mikrorayon ərazisində böyük tıxac yaşanıb.

    Bu barədə izləyici tərəfindən Baku.ws-in “Qaynar Xətti”nə video göndərilib.

    Görüntülərdə 3-cü mikrorayon ərazisində yerləşən körpünün üst və alt hissəsindəki əksər istiqamətlərdə avtomobillərin hərəkətsiz dayanması öz əksini tapıb.

    Mövcud hava şəraiti ilə əlaqədar yaranan tıxac yolda vəziyyəti iflic edib. Tıxacın hər hansı qəza və ya fövqəladə hadisə səbəbindən baş vermədiyi məlum olub.

  • Bakıda güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi güclü küləklə bağlı xəbərdarlıq yayıb.

    Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir.

    Fasilələrlə yağış yağacaq.

  • Bakıda 12 yaşlı oğlan evdən oğurluq etdi, anası onu polisə verdi

    Bakıda ana evdən oğurluq etdiyinə görə 12 yaşlı oğlunu polisə şikayət edib.

    Median.Az xəbər verir ki, bununla bağlı oxu.az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

    Bildirilib ki, oktyabrın 31-də, Rəsul Rza küçəsi dalan 2, ev 2-də yaşayan 1967-ci il təvəllüdlü B.Q. ərizə ilə polis idarəsinə müraciət edib.

    Qadının sözlərinə görə, oktyabrın 27-də saat 12:00 radələrində 12 yaşlı oğlu üç dostu ilə birlikdə yataq otağında olan dolabdab qıfılı sındırmaqla 100 manat pulunu oğurlayıblar.

  • Başı kəsilən stomatoloqun meyiti quyudan çıxarılıb – Video

    Xəbər verildiyi kimi oktyabrın 25-də stomatoloq Elvin Həbibzadənin üzərində zorakılıq əlamətləri olan meyit Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərdən birinin qarşısındakı su quyusunda aşkar edilib və Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən oradan çıxarılıb.

    Median.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, sosial şəbəkədə həmin xilasetmə tədbirinin videogörüntüsü yayılıb.

    Görüntüdən bəlli oldur ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Polis və prokurorluq orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun üzvləri məhkəmə-tibb ekspertinin də iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.

  • В Апшеронском районе “Volkswagen” cбил насмерть пешехода

    Как сообщает Median.Az, 31-го октября примерно в 8 часов в поселке Сарай автомобиль марки “Volkswagen”, управляемый жителем поселка Ф.Нахматовым сбил насмерть жительницу поселка Эсмиру Мустафаеву.

    В Апшеронском РУП по факту ведется расследование.

  • Abşeronda “Volkswagen” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 31-i saat 8 radələrində Saray qəsəbəsi ərazisində, qəsəbə sakini F.Nəhmətov idarə etdiyi “Volkswagen” markalı avtomobillə həmyerlisi Esmira Mustafayevanı vurub.

    Nəticədə piyada hadisə yerində ölmüşdür.

    Abşeron RPİ-də faktla bağlı araşdırma aparılır.