Month: November 2019

  • Albaniya sahillərində 5,3 bal gücündə zəlzələ olub

    Adriatik dənizində, Albaniya sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.

    Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Tirana şəhərindən 42 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

    Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

  • “Facebook”da yenilik: buna görə maliyyə mükafatı alacaqsınız

    “Facebook” sosial şəbəkəsi tərəfindən amerikalı istifadəçilər üçün təqdim edilmiş “Viewpoints” proqramında istifadəçilər sorğularda iştiraka və başqa tapşırıqların yerinə yetirilməsinə görə maliyyə mükafatı ilə qiymətləndiriləcək.

    Median.Az “ictnews”a istinadən xəbər verir ki, bu haqda şirkətin bloqunda məlumat verilib.

    Hazırda xidmət yalnız amerikalı istifadəçilər üçün əlçatandır, ancaq “Viewpoints” artıq 2020-ci ildə başqa ölkələrdə də əlçatan olacaq.

    Yalnız “Facebook”da qeydiyyatdan keçmiş və yaşı 18-dən yuxarı olan insanlar bu mobil tətbiqdən istifadə edə biləcəklər. Lakin xidmət onların fərdi məlumatlarını (elektron poçt ünvanı, yaşayış yeri, doğum tarixi, ad və soyad, bəzən isə olduğu yeri) istəyəcək.

    “Facebook”un nümayəndəsi bildirib ki, şirkət “Viewpoints” tətbiqini yalnız öz məhsulunu yaxşılaşdırmaq üçün çıxarıb, toplanmış məlumatlar üçüncü şəxslərə verilməyəcək.

    Mütəxəssislər sosial şəbəkə istifadəçilərinin fərdi məlumatlarının itkisi ilə bağlı çoxsaylı qalmaqallara görə artıq “Facebook”un bu təşəbbüsünü tənqid ediblər.

  • Rusiyadan aralarında azərbaycanlıların da olduğu 578 miqrant deportasiya olundu

    Rusiyanın Primorski əyalətindən bu il 578 qanunsuz miqrant deportasiya olunub.

    Bu barədə əyalət məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Ölkədən çıxarılan miqratların içərisində Azərbaycan vətəndaşları da var. Digər miqrantlar Özbəkistan, Tacikistan, Ukrayna, Seneqal Respublikası, Şimali Koreya, Vyetnam və Çin vətəndaşları olub. Sərhəd nəzarətindən keçəndən sonra qanunu pozan şəxslər Rusiyanı tərk ediblər. (virtualaz.org)

  • В Имишли перевернулась Toyota Prado, пострадали водитель и его мать

    На автомагистрали Имишли-Кюрдамир, недалеко от моста над рекой Араз, произошло ДТП.

    Как сообщает АПА, автомобиль марки Toyota Prado с государственным номерным знаком 10 BH 888, управляемый Орханом Низами оглу Умудовым 1992 г.р., потерял управление и перевернулся.

    В результате ДТП пострадали водитель и его мать Умудова Вафа Халаф гызы 1973 г.р. Пострадавшие доставлены в Имишлинскую центральную районную больницу. Тяжело пострадавший водитель впоследствии был переведен в одну из столичных клиник. Женщина была выписана на амбулаторное лечение после оказания ей необходимой медицинской помощи.

    Выясняются обстоятельства ДТП.

  • Prosineçki istefa verdi — Millimizə gəlir?

    Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki istefa verib.
    Median.Az
    “qol.az”a istinadən xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

    Qeyd edək ki, yığmamızın sabiq baş məşqçisi 2018-ci ildən Bosniya və Herseqovina millisini çalışdırırdı.
    Əlavə edək ki, Prosineçkinin yığmamızda həmyerlisi Nikola Yurçeviçi əvəzləyəcəyi haqda xəbərlər yayılıb. 50 yaşlı mütəxəssis 2014-2017-ci illərdə yığmamızın baş məşqçisi olub.

  • Naxçıvan İran vətəndaşları üçün viza rejimini ləğv etdi

    Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bu barədə İranın Naxçıvan Muxtar Respublikadakı Baş konsulluğu məlumat yayıb.

    Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər. Azərbaycanın digər rayonlarına səfər üçün isə viza rejimi qüvvədədir.

    Azərbaycanın Xarici İşlər Nazirliyi faktı təsdiq edib.

    Məlumat üçün deyək ki, bu ilin oktyabrında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği də azaldılıb.

  • Qurban Qurbanov: Az səhv etsək, istədiyimizə nail ola bilərik

    “Yaxşı komandaya qarşı oynayacağıq. Rəqib pley-offa vəsiqəni təmin edib. Bizim üçün hər bir matç önəmli olub. Xüsusilə də böyük komandalara qarşı öz oyunumuzu yaxşılaşdırmağa çalışırıq”.

    “Report”un İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya” ilə oyun haqda danışarkən deyib.

    47 yaşlı mütəxəssis matçın keçiriləcəyi Xunan Sançes Pisxuan stadionunda baş tutan mətbuat konfransında bildirib ki, “Sevilya” və “Atletiko” fərqli komandalardır:

    “İki il əvvəl “Atletiko” ilə səfərdə heç-heçə etmişdik. Amma hər iki komanda fərqli tərzdə oynayır. İstənilən halda yaxşı çıxış etməyə çalışacağıq. Maksim Medvedevin durumu yaxşıdır. Onun meydana çıxmaq ehtimalı böyükdür. “Sevilya” növbəti mərhələyə yüksəlmək haqda düşünməyən az saylı komandalardan biridir. Buna Bakıdakı oyunda da şahid olduq. Baş məşqçi və futbolçularının fikirlərindən də görünür ki, hücum futbolu nümayiş etdirmək istəyirlər. Rəqib dinamik futbol tərəfdarıdır”.

    Qurbanov öz oyun üslublarına sadiq qalmağa çalışacaqlarını vurğulayıb: “Bizim öz oyun üslubumuz var, bundan əl çəkməməyə çalışırıq. Bəzən rəqiblər, durum durum fərqlidir. “Sevilya”ya boşluqlar verməməliyik. Sabah da az səhv etsək, istədiyimizə nail ola bilərik.

    Həqiqəti deməli, reallığa baxmalıyıq – “Sevilya” istənilən rəqibə qarşı dominantlıq etmək istəyir. Bəzən öz futbolunu nümayiş etdirə bilmirsən, məcburən müdafiəyə çəkilirsən. Sabah intizamlı oyun göstərməyə çalışacağıq. Məni hər zaman bəzi futbolçuların optimal formadan uzaq olmaları narahat edir. Bu gün bu barədə düşünmürəm. Tam hazır olan oyunçuları meydana buraxacağıq”.

  • Ученые объяснили, зачем людям снятся кошмары

    Ученые объяснили, зачем люди видят кошмары во сне, сообщает Median.Az со ссылкой на сайт kp.ru.

    Нейрофизиологи Университета Женевы заявили, что страшные сны позволяют нервной системе «тренировать» сценарий поведения на случай реальной угрозы.

    Сообщается, что медики обследовали 18 добровольцев, и выяснили, что чувство страха, вызываемое ночными кошмарами, фиксируется в передней поясной коре и островковой доле головного мозга (эти участки отвечают за сознание и социальное поведение).

    В этих же отделах мозга формируется реакция на угрозы и во время бодрствования.

    Позже, когда им демонстрировали видеозапись страшных происшествий, добровольцы, которым часто снились кошмары, демонстрировали более низкий уровень страха и паники.

  • Nazirlikdən dəm qazı ilə bağlı xəbərdarlıq – VİDEO

    Fövqəladə Hallar Nazirliyi qış mövsümi ilə bağlı əhaliyə müraciət edib.

    FHN-dən verilən məlumata görə, qış mövsümü ilə əlaqədar olaraq əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.

    Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır:

    – qaz cihazı saz və standartlara uyğun olmalı;

    – cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

    – havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

    – hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

    – tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

    Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

    Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

    Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı 112-yə zəng edin!//milli.az

  • Lənkəranda avtomobil yeniyetməni vuraraq öldürüb

    Lənkəran rayonunda piyadanın vurulması ilə nəticələnən qəza hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Girdəni kəndində baş verib.

    Lənkəran-Boradigah yolunda “Hyundai” markalı avtomobili idarə edən Fuad Səməd oğlu Bədəlov yolu keçmək istəyən kənd sakini, 2005-ci il təvəllüdlü Yunis Mirdavud oğlu Quliyevi vurub.

    Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Y.Quliyev aldığı ciddi xəsarətlərdən qısa müddətdə dünyasını dəyişib.

    Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.