Month: November 2019

  • Kliniki Tibbi Mərkəz dəm qazından zəhərlənmə ilə 152 nəfər qəbul edib

    “İlin əvvəlindən bu günə kimi dəm qazından zəhərlənmə ilə bağlı 152 nəfər qəbul olunub”.

    Bunu APA-ya açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. Onun sözlərinə görə, qazdan zəhərlənənlərin 80%-ni kişi, 20%-ni qadınlar təşkil edir: “Onlar arasında 16 nəfər azyaşlı olub. Zəhərlənənlər arasında ölüm halı qeydə alınmayıb”.

    A.Maqsudov həmçinin qeyd edib ki, noyabrda 18 nəfər dərmandan zəhərlənib və ölüm hadisəsi olmayıb.

  • Sərhəddə külli miqdarda pirotexniki vasitə saxlanıldı – FOTO

    Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında Gürcüstandan ölkəmizə idarə etdiyi “Opel Vectra” markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunub.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

    Bunu baxmayaraq, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük baxışı zamanı nəqliyyat vasitəsinin damından, ümumilikdə 2655 ədəd pirotexniki vasitələr aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • Скончался еще один студент БГУ – ФОТО

    Скончался студент первого курса факультета географии Бакинского государственного университета Васиф Гаджиев, сообщает modern.az.

    Как сообщили близкие покойного, он скончался от сердечного приступа время игры в футбол.

  • “Koroğlu”da yaşanan ənənəvi xaos -VİDEO XƏBƏR

    Bakı metrosunun “Koroğlu” stansiyasının qarşısında yenə də pik saatlarda nəqliyyat xaosu yaşanır.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, Baku.Tv-nin “Xəbər” buraxılışında yayımlanan sujetdə qeyd olunub ki, yaranan vəziyyətə görə hamı bir birini günahlandırır.

    “Avtobus burda saxlayır, burda da minirik. Heç dayanacaqda minən yoxdur”- şəhər sakini gileylənir

    Digər sakin isə taksi sürücülərini günahlandırır: “Bu tıxacın yaranmasına səbəb avtobuslar deyil, burda dayanan taksilərdir”.

    Saat 7-8 radələrinə yaxınlaşdıqca buradakı gərginlik də artır. Hami evinə tələsir, buna görə vətəndaları həyatı təhlükəsi bahasına olsa da yolun ortasında görürük.

    Saat 18:30 radələrində isə sıxlıq daha da artır. Yolun əks tərəfində hərəkəti tənzimləmək üçün, BNA-nin əməkdaşları çalışsa da, digər tərəfdə hər hansı bir əməkdaşa rast gəlinmir.

    Ərəzidəki problemi çəkib göstərməyimiz ilk deyil, amma hər dəfə ümid edirik ki, bu sonuncu olacaq.

  • Hamilə qadın dəm qazından boğulub öldü – Salyanda

    Salyanda iki aylıq hamilə olan gəlin dəm qazından boğulub.

    Median.Az xəbər verir ki, yaxınlarının unikal.org-a verdiyi məlumata görə, 24 yaşlı Zəkirə Bədəlova yaşadıqları mənzildə hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib. O, qaynı övladının ad gününə getmək üçün hazırlanırmış. Ailə üzvləri gəlinin uzun müddət vanna otağından çıxmadığını görərək, hamama keçəndə onun meyitini aşkarlayıblar. Mərhum bir il öncə ailə həyatı qurub.

  • Госкомитет о сносе пятиэтажек в Баку

    Снос пятиэтажных зданий в Баку не тот вопрос, который можно решить в формате Генерального плана. Решения по этим зданиям будут вынесены соответствующими органами исполнительной власти в зависимости от их состояния.

    Как сообщает Median.Az со ссылкой на Trend, об этом сказал первый заместитель председателя Государственного комитета градостроительства и архитектуры Анар Гулиев.

    По его словам, будут определены общирные территории площадью 50, 100 гектаров и выше, развитие которых необходимо в рамках Генплана Баку. На этих территориях в будущем могут быть реализованы строительные проекты.

    “Основной сутью проекта нового генплана Баку является деление города на зоны, более эффективное использование территории, в случае необходимости применение ограничений в определенных частях города и определение перспективных для развития территорий. Генеральный план и его масштаб, не предусматривает решение проблем конкретных зданий, дворов, улиц, его масштаб намного больше», – сказал Гулиев.

  • Göygöl rayonunda itkin düşən 15 yaşlı oğlan avtovağzaldan tapıldı

    Göygöldə itkin düşən yeniyetmə tapılıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Mollacəlilli kəndində baş verib.

    Kənd sakini, 2004-cü il təvəllüdlü Cəfərov Cahangir Xəyyam oğlu noyabrın 17-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    C.Cəfərovun anası Könül Cəfərova polisə müraciət edərək bildirib ki, oğlunu noyabrın 25-də Göygöl rayon avtovağzalından tapıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Yevlaxda 23 yaşlı gənc qonşusunu öldürmək istədi

    Yevlaxda qısqanclıq zəminində qonşusunu öldürməyə cəhddə təqsirli bilinən Həsən Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Median.Az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

    Qeyd edək ki, hadisə bu il rayonun Malbinəsi kəndində baş verib. Kənd sakini, 23 yaşlı Cəfərov Həsən Ələsgər oğlu qısqanclıq zəminində həmkəndlisi, 53 yaşlı Məmmədov Emin İsmət oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində H.Cəfərov üzərində gəzdirdiyi bıçaqla E.Məmmədovun baş, qarın və sinə nahiyəsinə 8 bıçaq zərbəsi endirərək onu öldürməyə cəhd edib.
    H.Cəfərov E.Məmmədovun öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşıb və könüllü şəkildə Yevlax Rayon Polis Şöbəsinə gəlib, törətdiyi cinayət barədə məlumat verib. O hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

    Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.//ölkə.az

  • В Шамахы произошел инцидент со стрельбой

    В Шамахы произошел инцидент со стрельбой.

    Как сообщает АПА, инцидент произошел сегодня около 19:30. В результате выстрела из охотничьего ружья житель района Гаджиев Шафаат Алибала оглу (1978 г.р.) получил ранение в грудь и руку.

    Пострадавший был доставлен в Шамахинскую центральную больницу.

    Обстоятельства происшествия неизвестны.

    Ведется расследование.

  • Bu şəxslər avtobuslardan pulsuz istifadə edə biləcək – Deputatdan AÇIQLAMA

    “Yaxın günlərdə şagirdləri və valideynləri sevindirmək mümkün olacaq”.

    Bunu Milli Məclisin deputatı Fazil Mustafa şagirdlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi ilə bağlı valideynlərin qaldırdığı problemin həllindən danışarkən deyib.

    O, qeyd edib ki, əslində müəllimlər gününə ən böyük hədiyyə şagirdlərin istisnasız olaraq ictimai nəqliyyatdan ödənişsiz istifadəsi haqqında qərar ola bilərdi, çünki bu qərar ən çox müəllimləri sevindirə bilərdi:

    “Dərsə sıxıntı içində gələn, yaxud imkansızlıqdan dərsə gələ bilməyən şagirdləri ilk anlayan şəxs müəllimdir. Bu qərarın verilməsi məktəblərdə dərs atmosferinə də müsbət yöndən təsir edəcək. Artıq əsas qurumlara müraciətimiz tamamlandı. Bütün yönləri ilə məsələni əsaslandırmağa çalışdıq. Bu gün məktəbdən kənarda uşaq qalmamalıdır. Uşağın məktəbə çatdırılmasının yükünü yaşayış səviyyəsi aşağı olan valideynlərin boynuna qoymaq olmaz. Dövlət mütləq bu yükü götürməlidir”.

    Fazil Mustafa bildirib ki, məktəbli paltarında olan hər bir uşaq yaşından asılı olmayaraq ictimai nəqliyyatdan istifadəyə görə pul ödəməməlidir:

    “Çox az uşaq olar ki, dərsdən kənar vaxtda məktəbli forması geyib ictimai nəqliyyata minsin. Bizim təklifimiz məhz məktəbli formasında məktəbə gedib-gələn uşaqlara aiddir. Nəqliyyat qurumlarının zərərinin kompensasiyasını da büdcədən təmin etmək mümkündür. Düşünürəm ki, hökumət tərəfindən bu zəruri addım yaxın zamanlarda atılacaq, həm şagirdlərimizi, həm də valideynlərimizi sevindirmək mümkün olacaq”. //big.az