Month: November 2019

  • Paytaxtda avtobus dayanacağı yenidən qurulub – FOTO

    Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən piyadaların rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə növbəti dəyişiklik həyata keçirilib.
    BNA-dan verilən məlumata görə, paytaxtın Hənifə Ələsgərov küçəsində (Mərdanov Qardaşları küçəsi ilə kəsişmədə) mövcud avtobus dayanacaq məntəqəsindəki “cib” ləğv edilərək piyadalar üçün səki inşa edilib. Dəyişiklik həyata keçirilməzdən əvvəl sözügedən avtobus dayanacaq məntəqəsində aşağıda göstərilən problemlər mövcud idi: avtobus dayanacaq pavilyonu səkini zəbt etdiyindən piyadalar yolun hərəkət hissəsinə düşmək məcburiyyətində qalırdılar ki, bu da onların həyatları üçün real təhlükə mənbəyinə çevirilirdi, “cib”in standartlara uyğun olmaması səbəbindən avtobuslar “cib”ə daxil ola bilmirdilər, dayanacaq pavilyonunun önündə sərnişinlərin dayanması üçün sahə qalmırdı.

    Dəyişiklikdən sonra avtobuslar daha qısa müddətə minib-düşməni həyata keçirir və səkiyə daha rahat yan alır, piyadalar səki ilə daha rahat və təhlükəsiz şəkildə hərəkət edir, sərinişinlər avtobusları dayanacaq pavilyonunun önündə təşkil edilmiş təhlükəsiz sahədə gözləyirlər.

    Bundan başqa, görmə məhdudiyyətli insanlar üçün səkidə hiss edilə bilən (tactile) döşəmələr də yerləşdirilib.//azvision.az

  • İrandan Azərbaycana şirniyyatların içində 800 qram heroin keçirmək istədilər – FOTO

    Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikası vətəndaşının əl yükləri rentgen aparatı ilə yoxlanılarkən monitorda şübhəli predmetlər müşahidə olunub.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, vətəndaş sorğu-sual zamanı əl yüklərində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib. O, əlindəki sellofan torbada yalnız şirniyyat olduğunu qeyd edib.

    Lakin təkrar baxış zamanı sellofan torbada olan bir ədəd qutunun içində bir bükümdə, qablaşdırılması ilə birgə çəkisi 301 qram təşkil edən narkotik vasitə – heroin və bir bükümdə, üzərində “F/M40” nişanəsi olan 100 ədəd metadon həbləri aşkarlanıb.

    Bundan başqa, həmin sellofan torbada hər biri ayrı-ayrı polietilendə qablaşdırılmış şirniyyatların daxilində də cəmi üç bükümdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 502 qram olan heroin aşkar edilib.

    Beləliklə, aşkara çıxarılan bütün heroinin ümumilikdə çəkisi 803 qram təşkil edib.

    Onu da xatırladaq ki, aşkar olunan metadon həbləri də sintetik narkotik vasitə sayılır və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • Bakıda 5 mərtəbəli binalar nə zaman söküləcək? – Komitədən açıqlama

    Bakıda 5 mərtəbəli binaların sökülməsi məsələsi Baş Plan formatında həll olunan məsələ deyil. Bu binaların hər birinin vəziyyətindən asılı olaraq, onların hər biri ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən qərarlar veriləcək.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev deyib.

    A.Quliyevin sözlərinə görə, Baş Plan çərçivəsində inkişafı zəruri olan böyük ərazilər – 50, 100 hektarlıq və daha böyük ərazilər müəyyənləşdiriləcək. Həmin ərazilərdə gələcəkdə yeni tikinti layihələri həyata keçirilə bilər: “Bakının yeni Baş Plan layihəsinin əsas mahiyyəti şəhərin zonalaşdırılması, ərazidən daha səmərəli istifadə edilməsi, lazım olduqda şəhərin müəyyən hissələrində məhdudiyyətlərin tətbiq olunması və inkişaf üçün perspektivli olan ərazilərin müəyyən edilməsidir. Baş Plan və onun miqyası, konkret binalar, məhəllələr, küçələrin problemlərini həll etmir, onun miqyası daha genişdir”.

  • Şamaxıda güllələnmə hadisəsi olub

    Şamaxıda güllələnmə hadisəsi olub.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 19:30 radələrində qeydə allnıb. Rayon sakini, 1978-ci il təvəllüdlü Hacıyev Şəfaət Əlibala oğlu ov tüfəngindən açılan atəş nəticəsində sinəsindən və əlindən xəsarət alıb.

    Yaralı Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb.

    Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • В Египте приговорили к казни «самого опасного террориста» страны

    Военный трибунал в Египте приговорил в среду одного из самых опасных террористов страны Хишама Ашмауи к смертной казни через повешение.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщает издание Youm7.

    Ашмауи был задержан в октябре прошлого года в ливийском Дерне местными военными, а в конце мая текущего года экстрадирован в Каир.

    “Специальный военный трибунал приговорил террориста Хишама Ашмауи к смертной казни через повешение”, – приводит издание текст приговора.

    Египетские СМИ называют Ашмауи самым опасным египетским террористом. Ранее он проходил службу в одном из элитных подразделений спецназа страны. Позже Ашмауи стал сторонником радикальных взглядов и присоединился к террористическим группировкам.

    Он подозревается в совершении крупных терактов, в частности, в нападении на отряд сил МВД Египта в районе Эль-Вахат в октябре 2017 года, жертвами которого стали 16 солдат и офицеров.

  • Penitensiar xidmətə yeni səlahiyyət verilib

    Ədliyyə Nazirliyinin Penitensiar xidmətin vəzifələri artırılıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bu, Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənən və noyabrın 1-dən qüvvəyə minən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə”də əksini tapıb.

    Beləliklə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində penitensiar müəssisələrdə cəza çəkən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl və xəstəliyə görə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı tədbirlər görmək vəzifəsi var.

    Qeyd edək ki, yeni Əsasnamənin qəbul edilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Kollegiyasının 25 iyun 2008-ci il tarixli 16-T nömrəli əmri ilə təsdiqlənmiş Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə qüvvədən düşüb. Həmin Əsasnamədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətin penitensiar müəssisələrdə cəza çəkən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl və xəstəliyə görə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı tədbirlər görmək vəzifəsi əksini tapmayıb.

  • Gəncədə üçotaqlı ev yandı

    Gəncədən yaşayış evində yanğın olub.

    FHN-dən verilən məlumata görə, şəhərin Kəpəz rayonunda ümumi sahəsi 121 m² olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları 97 m² sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.//oxu.az

  • Задержаны 3 человека, совершившие грабеж в поселке Баладжары

    Как сообщает Median.Az, сотрудники 6-го отделения полиции Бинагадинского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы Н.Эминова, жителя Тертерского района С.Аббасова и жителя Масаллинского района Р.Гулиева, которые войдя в преступный сговор совершили грабеж в поселке Баладжары.

    Установлено что, они 18-го ноября примерно в 23 часа перед собственным домом насильно посадили жителя поселка Э.Мамедова в автомобиль марки “Mercedes” и потребовали у него 7000 манатов. В итоге злоумышленники забрали у потерпевшего 60 манатов и мобильный телефон, поставив ему условие что он принесет им из дома еще 1000 манатов и золотые украшения на сумму 2000 манатов.

    В Следственном отделе Бинагадинского РУП возбуждено уголовное дело по статье 180.2.1 (грабеж, совершенный группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Biləcəridə vətəndaşa qarşı bir qrup şəxs soyğunçuluq edib

    Median.Az xəbər verir ki, Binəqədi RPİ-nin 6-cı polis bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini E.Məmmədov noyabrın 18-i saat 23 radələrində qəsəbə ərazisində bir qrup naməlum şəxsin onu hədələyib 7000 manat pul tələb edərək “Mercedes” markalı avtomobilə oturdub evinin qarşısına apardıqlarını, orada ondan 60 manat və mobil telefon aldıqdan sonra evdən də 1000 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları gətirməsi şərti ilə buraxdıqlarını bildirib.

    Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törədən paytaxt sakini N.Eminov, Tərtər rayon sakini S.Abbasov və Masallı rayon sakini R.Quliyev saxlanılıblar.

    Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Avstraliyada daha bir ŞOK əməliyyat: Azərbaycandan göndərildiyi iddia olunan 3,4 milyonluq narkotik tutuldu

    Avstraliya hüquq-mühafizə orqanları Azərbaycandan göndərildiyi ehtimal edilən 3.4 milyon dəyərində, 20 kiloqramdan artıq çəkidə tiryək müsadirə ediblər.

    Bu barədə Avstraliyanın “The Daily Telegraph” dərgisi məlumat yayıb.

    Dərgidə bildirilir ki, aviakonteynerin yük yerində tapılan 20 kiloqramdan çox narkotik maddə ilə əlaqədar iki nəfərə qarşı ittiham irəli sürülüb.

    Bəyannaməyə əsasən, konteynerdə dəmir qazanların yerləşdiyi deyilsə də, avstraliyalı sərhədçilər yük yerində 20 torbada tiryək aşkarladıqları ehtimalını irəli sürüblər.

    Yeni Cənubi Uels ştatının polisləri müsadirə etdiyi uyuşdurucunun istintaqını apararkən izlər Merilends və Smitfildin evlərinə, həmçinin, Ventvortvilledə yerləşən anbarların birinə gətirib çıxarıb. Axtarış nəticəsində gizli yerdə bazar dəyəri 150 min dollar olan daha 300 qram heroin aşkar edilib.

    Ötən cümə günü 40, 45 və 61 yaşlarında olan üç kişi həbs edilib. Pendl-Hilldən olan 40 yaşlı şəxsə və Merilendsdən olan 61 yaşlı kişiyə ölkəyə narkotik gətirmə ittihamı irəli sürülüb. Saxlanılan üçüncü şəxs isə sərbəst buraxılıb.

    Daha əvvəl verilən məlumatda Azərbaycandan göndərildiyi ehtimal edilən 7,5 kiloqram çəkidə və 5,6 milyondan dollar qiyməti olan metamfetaminin (narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə) müsadirə edildiyi bildirilirdi.