Month: November 2019

  • Uşaqlı qadına qarşı insanlığa sığmayan hərəkət edən sürücü cəzalandırıldı – RƏSMİ

    Bakıda qadın sürücüsünə qarşı hörmətsizlik edən avtobus sürücüsü müəyyənləşib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

    Onun sözlərinə görə, Məsələ ilə bağlı məluat daxil olan kimi 211 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarçısı İ-Qafqaz şirkətinin rəhbəri İsmayıl Maqsudov Agentliyə çağırılıb. Qurum rəsmisi deyir ki, şikayət olunan avtobus xətdən kənarlaşdırılıb:

    “Agentliyin tələbinə əsasən sürücünün şəxsiyyəti müəyyən edilib. Daşıyıcı qarşısında sərnişinə qarşı iddia olunan hərəkətlərə yol verən sürücü Qəhrəmanov Xanlar Vahid oğlu barəsində tədbir görülməsi ilə məsələ qaldırılıb”.

    Eyni zamanda tələb olunub ki, bu cür xoşagəlməz halların baş verməməsi üçün sürücü heyəti ilə proflaktik tədbirlər aparılsın.

    “Bildirim ki, Agentiyin tələbinə əsasən daşıyıcı tərəfindən sürücü Xanlar Qəhrəmanov barəsində intizam tədbiri görülüb. Ümumilikdə isə bildirim ki, bu kimi xoşagəlməz halların yaranmasının əsas səbəbi daşıyıcının işə laqeyd yanaşmasıdır. Konkret olaraq 211 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımadakı çatışmazlıqla bağlı ötən dövrdə vətəndaşlar tərəfindən 150-dən artıq müraciət daxil olub. Təbii ki, fəaliyyəti vətəndaşları məmnun etməyən, onlara narahatlıq yaradan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Bilirsiz ki, hazırda optimallaşdırma və avtobus parkının yenilənməsi işləri aparılır. Bu çərçivədə ilk olaraq məhz bu cür xətlər dəyişdiriləcək”, – deyə M.Ağayev bildirib.

    Qeyd edək ki, noyabrın 22-də Bakının Yasamal rayonunda avtobus sürücüsü qadın sərnişinə qarşı xoşagəlməz hərəkət edib.

  • Sürücülük vəsiqəsi imtahanı DYP-dən alına bilər

    Sürücü olmaq istəyənləri ən çox maraqlandıran məsələlərdən biri sürücülük vəsiqəsinin necə əldə edilməsidir.

    Bildiyimiz kimi, sürücülük vəsiqəsi almaq üçün imtahanlar Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən aparılır. İmtahan 2 mərhələdən ibarət olub, birincisi test, ikincisi isə praktik yolla aparılır. Lakin imtahanının test mərhələsi heç də şəffaf şəkildə aparılmır. Buna görə də irəli sürülən təkliflərə əsasən sürücülük vəsiqəsi imtahanının DYP-dən alınıb Dövlət İmtahan Mərkəzinə (DİM) verilməsi məqbul hesab edilir. “Onsuzda bu imtahanlar hansı qurum tərəfindən veriləcəksə, birbaşa dövlətin qanun çərçivəsində həyata keçiriləcək”.

    Bunu hüquqşünas, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov “modern.az”a danışarkən söyləyib. Onun sözlərinə görə, Prezidentin sərəncamı ilə 2018- ci ilin dekabrında “Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramı” qəbul olunub. “Bu proqramda dövlətin siyasi və strateji baxışı öz əksini tapıb. Həmçinin qeyd olunub ki, sürücülərin hazırlanması, imtahanların qəbulu və s. kimi məsələlər təkmilləşdirilməlidir. Ancaq konkret olaraq istiqamət göstərilməyib ki, təkmilləşdirilmə nədən ibarət olmalıdır. Bu da özündə onu ehtiva edir ki, qanunvericilik ilk növbədə təkmilləşdirilməlidir. Yəni bu kimi məsələlərə yeni baxış olmalıdır. İndi dövlətin özünün konkret siyasəti var ki, sürücü hazırlığı işi, yəni sürücülük məktəblərinin təşkili, fənlərin tədrisi, onların proqramları, sürücü olmaq istəyənlərdən imtahanların götürülməsi, imtahanların məzmunu, verilmə qaydaları və s. kimi məsələlər üzrə yeni ideyalar ortaya qoyularaq, dövlət proqramı hazırlanmalıdır”.

    Ərşad Hüseynov belə hesab edir ki, sürücülük imtanlarının DYP-dən alınıb DİM-ə verilməsi məsələsinə dövlət proqramı çərçivəsində baxılsa daha məqsədəuyğun olar. “Ölkədə dəqiq araşırmalar aparılmalıdır ki, sürücülük təhlili sistemi necə qurulsun. Daha sonra sürücülük imtahanları hansı qurum tərəfindən qəbul olunsun”.

    Milli Məclisin deputatı Çingiz Qənizadə hesab edir ki, Dövlət İmtahan Mərkəzi sürücülük vəsiqələrinin verilməsi ilə bağlı imtahanı öz üzərinə götürsə əhali arasında böyük bir narazılığa səbəb olacaq. “Bildiyiniz kimi, Dövət İmtahan Mərkəzi bir neçə aydan bir 200-300 nəfərin iştirakı ilə dövlət qurumlarının, nazirliklərin imtahanını keçirir. Məhz bu səbəbdən də Dövlət İmtahan Mərkəzi bu imtahanları keçirtmək üçün çox ciddi hazırlıqlar prosesi aparır. Xüsusi mühafizə, xeyli sayda əməkdaş, eyni zamanda böyük zalların kirayəyə götürülməsi, kompüterləşdirilmə və s. bu kimi məsələləri həll etməkdən ötrü müəyyən vəsait xərcləyir. Ancaq sürücülük vəsiqəsinin alınması üçün verilən imtahan elədir ki, həftədə bir-iki dəfə keçirilir. İnsanlar da 5-10 nəfər gedib imtahanlarını verirlər. Belə olan halda əgər bu imtahan Dövlət İmtahan Mərkəzinə verilsə, gərək onda vətəndaş sürücülük vəsiqəsi almaq üçün 6 ay imtahanın keçiriləcəyini gözləsin. Bu proses isə uzun bir vaxt tələb edir”.

    Deputat saxta, yəni rüşvət müqabilində sürücülük vəsiqələrinin verilməsinin qarşısını almaqdan ötrü bir təklif irəli sürüb: “Bir faktı qeyd edim, bir neçə gün öncə Rusiyanın bir vilayətində otaqlara kameralar quraşdırılması ilə əlaqədar xeyli sayda saxta sürücülük vəsiqələrinin verilməsi faktı aşkarlandı. Məhz bu kimi halların baş verməməsi üçün mən təklif edərdim ki, imtahan keçirilən otaqlara kameralar quraşdırılsın. Bundan əlavə hər imtahan keçirilən vaxtı ictimaiyyət nümayəndələrinin, hətta jurnalistlər, adi vətəndaşlar və qeyri hökümət təşkilatlarının nümayəndələri üçün “yaşıl dəhliz” yaradılmalıdır ki, imtahanları izləsinlər. Yəni onların girişinə icazə veriməlidir. Düşünürəm şəffaflaşmanın bir çıxış yolu bundan ibarətdir”.

  • 21 кг героина из Азербайджана в Австралию

    Полиция Сиднея провела аресты в связи с задержанием крупного груза наркотиков, поступившего из Азербайджана в Австралию. Как сообщают австралийские СМИ, накануне полиция арестовала трех человек, доставивших в Австралию 21 кг героина на сумму 3.4 миллиона долларов. Наркотики были обнаружены в квартире одного из арестованных.

    Отметим, что информация о доставке героина на борту грузового самолета из Азербайджана в Австралию распространилась в местных СМИ на прошлой неделе. Тогда указывалось, что пограничная полиция Австралии в ходе проверки с помощью рентгена в одном из грузов обнаружила 7,5 килограмма метамфетамина – так называемого «льда». Стоимость этой партии наркотиков в розничной продаже составила 5,6 миллиона долларов.

    Эта партия наркотиков была обнаружена 8 сентября 2019 года в пяти упаковках, завернутых в мягкий материал, в грузе прибывшем на грузовом самолете из Азербайджана в аэропорт Сиднея.

    Через две недели после обнаружения партии наркотиков, в пригороде Сиднея был арестован 48-летний Арту Захед. Ему предъявлены обвинения в контрабанде большой партии метамфетамина – «льда», с целью последующей продажи. Задержанному было отказано в освобождении под залог. И 21 ноября он предстал перед судом Сиднея.

    Сейчас же австралийские СМИ со ссылкой на официальную информацию полиции пишут, что из Азербайджана в Австралию прибыл 21 килограмм героина, рыночная стоимость которого оценена в 3,4 миллиона долларов. Упаковки с наркотиком были обернуты фольгой, чтобы избежать обнаружения в ходе обысков.

    Полиция штата Новый Южный Уэльс в рамках расследования на прошлой неделе 22 ноября в 5:30 утра на автомобильной парковке арестовала еще трех человек. Подозреваемые были доставлены в полицейский участок, а их автомобиль был отправлен на судебную экспертизу. 40-летний и 61-летний подозреваемые решением суда были арестованы до 20 января 2020 года. Третий подозреваемый был отпущен под подписку о невыезде.

    В рамках расследования полиция провела обыски в Мэриленде и Смитфилде в трех домах и в одном складе. В ходе обыска были обнаружены еще 300 граммов героина стоимостью 150 тысяч долларов. Расследование продолжается.

  • Bakıda YPX əməkdaşını başından bıçaqladılar – dəhşətli anlar kamerada – VİDEO

    Bakıda YPX əməkdaşını öldürmək istəyənlərin dəhşətli əməlinin görüntüsü ortaya çıxıb.

    Hadisə ötən ilin iyunun 15-də baş verib. ARB-nin “Kriminal” verilişində baş verən hadisənin görüntüləri tamaşaçılara təqdim olunub.

    Elman Sadıxov və Elçin İbrahimov Dövlət Yol Polisinin əməkdaşı Babək Qəmbərovu xidmət başında olan zaman bıçaqlayıb. E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib.

    Sürücü yol polisinin tələbinə əməl etməyib. Qəzəbli sürücü əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə onlar B.Qəmbərovun bıçaqla baş nahiyəsindən vurublar.

    Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub.

    Daha sonra polis əməkdaşını bıçaqlayan şəxslər saxlanılıb.

  • Müşahidə kamerasına düşmüş telefon oğruluqları – Onları siz də tanıyın – VİDEO

    Bakıda telefon oğrularının görüntüləri müşahidə kameralarında qeydə alınıb.

    Telefon oğrularının görüntüləri ATV-nin “BizimləSən” proqramında telefon oğrularının görüntüləri nümayiş edirlib.

    Oğrulardan biri dərzi sexinə daxil olaraq “zaryadka”ya qoyulmuş telefonu götürüb raharlıqla oranı tərk edir.

    Digər oğurluq hadisəsi isə telefon mağazalarının birində baş verib. Bərli-bəzəkli cavan qadın mağazaya daxil olur və piştaxtadakı telefonu götürüb çantasına qoyur.

    Növbəti oğurluq hadisəsində tələbənin telefonu oğurlanıb.

    Həmin görüntüləri təqdim edirik ki, siz də görüb tanıyasız:
    /Baku.ws/

  • Bakı metrosunda sərnişin sıxlığının əsl səbəbi bilindi: Əsas problem burdadır – VİDEO

    “Xətlər ayrılandan sonra bunun layihəsi də var, problem tam aradan qaldırılacaq. Bundan sonra metropolitendə intervalı 1,5-2 dəqiqəyə salmaq mümkün olacaq”.

    Bu sözləri İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olan “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

    Onun sözlərinə görə, hazırda qatarların sayını artırmaqla intervalı aşağı salmaq mümkün deyil:

    “Metropolitenin hazırda 305 vaqonu var. Onların 5-i diaqnostika kompleksini müşayiət edir. Qalan vaqonların hər biri xəttimizdə daim olaraq hərəkət edir. Qatarların sayını nə qədər istəsəz artıra bilərsiniz. Lakin intervalı Həzi Aslanov-28 may istiqamətində 2 dəqiqədən aşağı salmaq texniki səbəblərdən mümkün deyil.

    Dünyada yeganə metropolitenik ki, iki xəttimiz (yaşıl-qırmızı) 28 may stansiyasında nəinki kəsişir, hətta birləşir. İki xətt birləşir və Həzi Aslanova qədər bir xətt üzrə hərəkət edir. Əsas problem burdadır. Xətlər ayrılandan sonra bunun layihəsi də var, problem tam aradan qaldırılacaq. Bundan sonra metropolitendə intervalı 1,5-2 dəqiqəyə salmaq mümkün olacaq”.

  • МЧС рассказало, как уберечься от угарного газа – ВИДЕО

    Министерство по чрезвычайным ситуациям Азербайджана обратилось к населению в связи с зимним сезоном.

    В обращении говорится, что на фоне увеличения потребности населения в природном газе в связи с зимним сезоном, нарушение правил безопасности во время использования газовых приборов создает опасность отравления угарным газом.

    Во избежание отравления следует соблюдать нижеперечисленные правила:

    – газовые приборы должны быть исправны и соответствовать стандартам;

    – высота помещения, в которой находится прибор, должна быть не меньше 2 метров 20 сантиметров;

    – вентиляционная система должна быть исправна, форточка – открыта;

    – в ванной комнате должна быть вентиляционная труба, в нижней части двери – отверстия;

    – дымоходы необходимо прочищать дважды в год.

    Угарный газ не имеет цвета и запаха. Признаки отравления: головная боль, головокружение, тошнота, слабость.

    Человека, отравившегося угарным газом, необходимо вывести на свежий воздух, освободить от затрудняющей дыхание одежды и немедленно вызвать скорую помощь.

    В случае любых чрезвычайных ситуаций следует обращаться на номер горячей телефонной линии ведомства “112”.

  • Dəm qazından zəhərlənməmək üçün bu şərtlərə əməl edin – VİDEO

    Qış mövsümü ilə əlaqədar olaraq əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.

    Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır:

    qaz cihazı saz və standartlara uyğun olmalı;
    cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
    havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
    hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
    tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
    Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

    Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

    Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı 112-yə zəng edin!

  • Генплан Баку будет представлен правительству

    Общественные обсуждения окончательного проекта Генерального плана города Баку пройдут в следующем году.

    Как передает АЗЕРТАДЖ, об этом 27 ноября на стратегической сессии, посвященной обсуждению подходов к генплану Баку, заявил первый заместитель Государственного комитета градостроительства и архитектуры Азербайджана Анар Гулиев.

    По его словам, готова предварительная версия генплана, окончательный проект будет готов к концу года.

    После согласования с соответствующими структурами документ будет представлен правительству.

  • Bakının baş planı hökumətə təqdim ediləcək

    Bakı şəhərinin Baş planının yekun layihəsi ilə bağlı gələn il ictimai müzakirələr aparılacaq.

    AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 27-də Bakının Baş planı üzrə yanaşmaların müzakirəsinə həsr edilən Strateji sessiyada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Anar Quliyev bildirib.

    Onun sözlərinə görə, Bakının Baş planının ilkin versiyası hazırdır, yekun layihə isə ilin sonunadək tamamlanacaq. Layihə müvafiq qurumlarla razılaşdırıldıqan sonra hökumətə təqdim ediləcək.