Month: November 2019

  • Pensiya almaq üçün nə etmək lazımdır? – Nazirlik açıqladı

    Azərbaycan dövlətinin pensiya sistemində tətbiq etdiyi və pensiya təminatı proqramının daha da genişləndirilməsinə, vətəndaşların bu proqrama daha asan çıxışına imkan verən humanist yanaşma bu gün heç bir ölkədə mövcud deyil.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən azxeber.com-a bildirilib.

    Verilən məlumata görə, 1 yanvar 2019-cu il tarixindən reallaşan islahat vətəndaşların 01.01.2006 – 01.07.2018-ci il tarixlərində fərdi hesablarında 1 qəpik belə pensiya kapitalı olduqda onlara dövlət tərəfindən 2006-cı il 1 yanvar tarixinədək 25 il sosial sığorta stajı hədiyyə edilir və onlara elektron qaydada pensiya təyin edilir.
    Nəticədə, cari ilin ilk 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yaşa görə əmək pensiyası təyin olunanların sayı 54% artıb.
    Həmçinin qanunvericilikdə güzətli şərtlərlə pensiyaya çıxmaq üçün geniş kateqoriya nəzərdə tutulub. Məsələn, 1-ci qrup əlilliyi olan şəxslər üzrə pensiya kapitalı ümumiyyətlə tələb olunmur.

    Staj olaraq isə cəmi 5 il olmaqla əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay tələb olunur; 2-ci və 3-cü qrup əlilliyə və ailə başçısını itirmə növü üzrə staj tələbi də qat-qat azdır.

    Məhz bu əsasda, eləcə də qanunvericlikdə nəzərdə tutulmuş çoxsaylı digər bu kimi güzəştli şərtlərlə, həmçinin qat-qat daha yüngül pensiya kapitalı tələbi ilə hər il minlərlə vətəndaşımız vaxtından əvvəl pensiyaya çıxırlar.
    Belə olan halda “yüz minlərlə insanın pensiyadan kənarda qalması” fikri hər hansı məntiqə və əsasa söykənməyən açıq yalandır!

    Pensiya məbləği

    Bu gün Azərbaycan pensiya təminatı sahəsində mühüm addımlar atan bir ölkədir və təkcə bu il dövlət başçısının sosial islahatlar paketlər çərçivəsində minimum pensiya məbləğinin 72 faizlik artımına nail olunub ki, belə bir artım dinamikası heç bir ölkədə müşahidə olunmayıb. Eyni zamanda, minimum əmək haqları iki dəfəyə yaxın, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Yaşa görə müavinətin məbləği də təkcə bu il 78 faiz artırılıb.

    Pensiya yaşı

    İşçilərin əmək bazarında qalmasının stimullaşdırılması məqsədilə beynəlxalq təcrübədə istifadə edilən mexanizmlərdən biri də əmək qabiliyyətli yaş həddinin artırılmasıdır. Hazırda inkişaf etmiş ölkələrdə pensiya yaş həddi 65 və daha yüksəkdir. Pensiya yaş həddi 65 dən az olan bir çox ölkələrdə də pensiya yaşı mərhələli şəkildə artırılır.
    Azərbaycanda yaşa görə əmək pensiyası üçün yaş həddi kişilər üzrə 64,5 il, qadınlar üzrə isə 61,5 il təşkil edir və hər il 6 ay artırılmaqla həm kişilərdə, həm də qadınlarda 65 yaşa yüksəldilməsi nəzərdə tutulub.
    Bununla yanaşı bir çox kateqoriyalar üzrə kifayət qədər erkən pensiya hüququ mövcuddur. Məsələn, zərərli işlərdə işləyənlər, əlilliyi olan şəxslər, çoxuşaşaqlı və ya sağlamlıq imkanları məhdud uşağı olan analar pensiya hüququnu daha öncə qazanırlar.
    Bu səbəbdən populizm xatirinə pensiya yaşının azaldılması tələbi ilə çıxış edənlər sığorta-pensiya sahəsindən anlayışları olmamaqla yanaşı ölkədə pensiya sisteminin dayanaqlılığına təhlükə yaratmaq istəyirlər.

    Pensiya ödənişi üçün gözlənilən müddət

    Pensiya ödənişi üçün gözlənilən müddət qabaqcıl dünya təcrübəsində olduğu kimi, Azərbaycan qanunvericliyində də orta hesabla 12 il götürülür. Azərbaycanda da rəsmi statistikaya əsasən, 2018-ci ildə gözlənilən orta ömür uzunluğu 2010-cu illə müqayisədə 2,2 il, 1990-cı illə müqayisədə isə 4,7 il artıb və hazırda ölkəmizdə kişilər və qadınlar üzrə orta ömür uzunluğu göstəricilərini təhlil etdikdə, pensiya ödənişi üçün gözlənilən müddətin 12 ildən də çox olduğu aydın olur.

    Yaşa görə sosial müavinət hüququ

    Pensiya hüququ əldə edə bilməyən şəxslərin, yaşa görə sosial müavinət almaq hüququ var. Hazırda kişilərdə əmək pensiyası üzrə yaş həddi 64,5 qadınlarda isə 61,5 olduğu halda, sosial müavinətlərin təyin edilməsi zamanı kişilərin 67, qadınların isə 62 yaşını tamamlaması tələb olunur. Bu yaş həddinin azaldılması və pensiya yaşı ilə bərabərləşdirilərək sosial müavinət təyin edilməsi barədə qanunvericiliyə dəyişiklik büdcə paketi ilə birlikdə Milli Məclisə təqdim olunub və artıq 2 oxunuşda təsdiq olunub. Bu barədə son 2 ayda ictimaiyyətə kifayət qədər geniş açıqlama verilib və bu faktların təhrif edilməsi də məhz qərəzli yanaşmanın nümunəsidir.

    Son olaraq

    “Gah on minlərlə, gah da yüz minlərlə vətəndaşın pensya təminatından kənarda qalması” kimi əsassız fikirlər bəyan edən şəxslərin qarayaxmalarına baxmayaraq bildiririk ki, ölkədə həyata keçirilən çoxşaxəli sosial islahatlar çərçivəsində təkcə cari ildə əlavə 2,3 milyard manat, növbəti ilin büdcəsində isə əlavə 4 milyard manatadək vəsait sosial proqramlara yönəldilib.

    Müstəqillik illərində ilk dəfə olaraq sosialyönümlü xərclər 10 milyard manatdan artıq olmaqla dövlət büdcəsinin 40%-ni təşkil edir. Azərbaycan Respublikasının Prezidentinin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan dövləti və hökumətinin apardığı siyasətin mərkəzində “İnsan amili”, Azərbaycan vətəndaşlarının rifahı durur və növbəti illərdə də sosial-iqtisadi islahatlar davam edərək əhalinin gəlirlərinin artırılmasına, onların həyat səviyyəsinin yaxshılaşdırılmasına və sosial müdafiəsinə xidmət edəcək.

  • Mehriban Əliyevadan Qarabağla bağlı paylaşım – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Teleqram kanalında paylaşım edib.

    Birinci vitse-prezidentin paylaşımında deyilir: “Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir!”

  • Prezident sürüşmə zonası ilə bağlı tapşırıq verib

    “Prezident İlham Əlivevin tapşırığı ilə Baş Nazir və başqa müvafiq qurumların rəhbərləri Bibiheybətdəki sürüşmə zonasında baxış keçiriblər”.

    Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat yayıb.

    O bildirib ki, artıq müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib:

    “Təxirəsalınmaz tədbirlərin görülməsi və gələcəkdə bir daha təkrarlanmaması üçün prosesə ciddi xarici və yerli mütəxəssislər cəlb edilib. Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqda qərar qəbul ediləcək”.

  • Zəhərlənən tələbə qızların hamısı evə buraxıldı

    Bakıda kirayə qaldıqları evdə zəhərlənən tələbə qızlardan sonuncusu da xəstəxanadan evə buraxılıb.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsindən bildiriblər.

    Qeyd olunub ki, 6 nəfər nəfər zəhərlənən qızlardan sonuncusu 2002-ci il təvəllüdlü Süleymanlı Ləman Əfqan qızı da ambulator müalicəyə yola salınıb. Vəziyyəti digərlərindən daha ciddi olan qız sistem altında müalicə alırdı.

    Xatırladaq ki, Bakıda daha 6 tələbə qız dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.

  • Ramiz Mehdiyev Elton Məmmədova yüksək vəzifə verdi

    Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verib.

    Median.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, akademik R.Mehdiyevin əmri ilə, Elton Məmmədov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.

    Elton Məmmədov açıqlamasında xəbəri təsdiqləyib:

    “Bəli yeni vəzifəyə təyin olunmuşam.İndi gedirəm yeni işimlə tanış olmağa. Bu səbəbə görə də Azərbaycan Texniki Universitetdəki fəaliyyətimi dayandırmışam.”

  • Bibiheybətdə sürüşmə nəticəsində yaranmış su problemi nə vaxt həll olunacaq? – “Azərsu”dan cavab

    Noyabrın 24-də baş vermiş torpaq sürüşməsi nəticəsində Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilişinin dayandırılması Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədardır.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib.

    Onun sözlərinə görə, qurumun mütəxəssisləri ərazidə qiymətləndirmələr aparıblar:

    “Qərara alındı ki, xəttin qəzalı hissəsindəki siyirtməni bağlayıb qəza ərazisində suyun verilişi dayandırılsın. Amma Bibiheybət və Şıxov qəsəbələri yaşayış massivlərini süşürüşmə qeydə alınan günün axşamı su ilə təmin etdik. 20-ci sahənin əsas qidalandırıcı xətti sıradan çıxdığından alternativ olaraq şəhər istiqamətində (Bayraq meydanı tərəf) olan xəttin siyirtmələrini açdıq. Eyni zamanda layihəyə əsasən, Badamdar anbarından 20-ci sahəyə su verilməsi nəzərdə tutulmuşdu. Noyabrın 26-da həmin xətt şəbəkəyə qoşuldu. Səbail Sukanal İdarəsinin rəisinin bildirdiyinə görə, 20-ci sahənin kiçik hissəsi və “Jurnalist binaları” su almır. Bu gün həmin ərazilər də içməli su ilə təmin ediləcək. Demək olar ki, bu gün 20-ci sahənin su probleminin böyük hissəsi həllini tapıb”.

    A.Cəbrayıllı əlavə edib ki, 500 mm diametrli magistral su xəttinin bərpa edilməsi və susuz qalan ərazilərin də su ilə təminatı istiqamətində işlər görülür.

  • Əgər tədbir görülməsə, Bakıda böyük dağıntılar olacaq – XƏBƏRDARLIQ – VİDEO

    Təcili tədbirlər görülməzsə, güclü yağışlardan sonra belə dağıntılar yenə olacaq.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri İctimai TV-nin efirində ekspert Nüsrət İbrahimov deyib. O bildirib ki, Bakıda uçqunların qarşısını almaq üçün təcili tədbirlər görmək lazımdır:

    “Mənzil fondunun hər kvadrat metrinə hər ay 1,39 AZN xərcləmək lazımdır ki, fondun özünün ömür müddətində effektiv istismar etmək mümkün olsun. Nə sovetlər dövründə, nə də müstəqillik dövründə biz bu pulları xərcləməmişik. Belə fəsadlar daha sürətlə olacaq. Mənzil fondunun böyük bir hissəsi çoxdan qocalıb, ömrünü başa vurub”.

    “Sovetlər dövründə yağış sularının dənizə axıdılması üçün tunellər istifadəyə verilmişdi. Bu gün yeraltı tunellər qalıb? Mən artıq buna şübhə edirəm. Birini hələ 1998-ci ildə uçurmuşdular”.

  • В Наримановском районе совершено разбойное нападение

    Как сообщает Median.Az, сотрудники 18-го отделения полиции Наримановского РУП в результате оперативно-розыскных мер задержали жителя Нефтчалинского района И.Нагиева, который как показало разбирательство 22-го ноября на улице Тебриза совершил нападение на жителя столицы Х.Агаева (2002-го года рождения) и угрожая отобрал у потерпевшего мобильный телефон.

    В Следственном отделе Наримановского РУП возбуждено уголовное дело по статье 181 (разбой) УК Азербайджана.

  • Nərimanovda quldurluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Nərimanov RPİ 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayon sakini İ.Nağıyev (2002-ci il təv.) saxlanılıb.

    Məlum olub ki, saxlanılan şəxs noyabrın 22-də Təbriz küçəsində paytaxt sakini H.Ağayevə (2002-ci il təv.) hücum edib, bıçaqla hədələyərək onun mobil telefonu
    ələ keçirib.

    Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Бинагадинском районе за грабеж автомобиля задержан бывший зэк

    Как сообщает Median.Az, сотрудники 40-го отделения полиции Бинагадинского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы, ранее судимого Р.Агазаде, который 24-го октября на территории района украл из автомобиля “ВАЗ-2107” магнитофон, шины и заднее стекло.

    Ведется расследование.