Month: November 2019

  • Müdafiə Nazirliyi: Azərbaycan əsgərinin həlak olması növbəti dezinformasiyadır

    Ermənistan mətbuatının guya cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun Həşimov Səbuhi Səttarxan oğlu adında hərbi qulluqçusunun həlak olması barədə yaydığı məlumat növbəti dezinformasiyadır.

    Müdafiə Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusu cəbhədə itki verməyib və ümumiyyətlə bu ad və soyadda hərbi qulluqçumuz yoxdur:

    “Son günlər cəbhə xəttindəki vəziyyətlə bağlı Ermənistan tərəfi bir neçə dəfə yalan məlumat yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq niyyətindədir.

    Qarşı tərəfi bu kimi addımlardan çəkinməyə çağırır və düşməni onun istənilən fəaliyyətinin qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alınacağı barədə xəbərdar edirik”.

  • Собака накормила котенка – ВИДЕО

    В турецком городе Спарта собака накормила молоком котенка.

    Об этом пишет издание DHA.

    Прохожие засняли необычный процесс на камеру.

  • İt pişik balasına süd verdi – VİDEO

    Türkiyənin Sparta şəhərində bir it küçədə pişik balasına süd verib.

    Bu barədə DHA xəbər yayıb.

    Yoldan keçən insanlar itin anasız pişik balasının ac qalmaması üçün əmizdirməsini kameraya çəkiblər.

  • В Сумгайыте и Огузе у владельцев автомобилей изъяли наркотики

    Как сообщает Median.Az, сотрудники Сумгайытского отделения дорожной полиции (ОДП) и 4-го отделения полиции Сумгайытского ГУП в результате проведенной совместной операции в автомобиле марки “Mercedes”, принадлежащем жителю города Р.Сулейманову изъяли 320 грамм марихуаны.

    Кроме этого, сотрудники Огузского РОП задержали жителя села Хачмаз К.Закирова, у которого при личном осмотре изъяли 10 грамм, а в автомобиле марки “ВАЗ-2106” 440 грамм марихуаны.

    По фактам возбуждены уголовные дела.

  • Sumqayıtda və Oğuzda avtomobil sahiblərindən narkotik götürülüb

    Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ DYPŞ və 4-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini R.Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 320 qram olan marixuana aşkar edilib.

    Bundan başqa, Oğuz RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz kənd sakini K.Zakirov saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın, idarə etdiyi “VAZ-2106” markalı avtomobildən isə 440 qram marixuana götürülüb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Xalq artistinin özündən gözəl qızı hər kəsi heyran qoydu – FOTO

    Xalq artisti Mələkxanım Eyyubova “Qadına şiddətə son!” adlı tədbirə qızı Nəzrinlə qatılıb.

    Median.Az xəbər verir ki, Nəzrin gözəlliyi ilə anasını kölgədə qoyub.

    Dünən 5 ulduzlu otellərin birində baş tutan tədbirdə Nəzrin Nəcəfovanın əl işləri də sərgilənib.

    Nəzrin Nəcəfova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. Rəssam Nazim Yunusovun tələbəsidir. Nəzrin həm də modelyerdir. Gənc rəssamın əl işləri Azərbaycanda və xaricdə sərgilənib.

  • Azərbaycanda bu şəxslər deputat ola bilməzlər – VİDEO

    Milli Məclisin buraxılması ilə bağlı xəbərdən sonra əksər aktiv sosial şəbəkə istifadəçiləri millət vəkili olmaq sevdasına düşdülər. Bəs kimlər istəsələr belə, bu, seçkilərdə iştirak edə bilməzlər?

    “Hamı deputat olmağı yaxşı yaşamaq üçün arzu edir. Arzulamaq olar ancaq gərək vətəndaşlar üçün də nəsə edəsən. Ancaq indi çoxu özünü düşündüyü üçün arzu edir deputat olmağı.” – Şəhər sakini

    BAKU.TV-nin “Xəbər” buraxılışında yayımlanan süjetdə qeyd olunub ki, Milli Məclisin buraxılması ilə bağlı xəbər çıxar-çıxmaz bir qrup insan məsələnin mahiyyətindən xəbərdar olmadan, sosial şəbəkədə daha “gülməli” status yazmaq yarışına çıxdı, digər bir qrup isə artıq deputatlığa namizədliyini verdiyi haqda şəkillər paylaşdı. Bəs ölkənin əsas qanunverici orqanı olan milli məclis haqda belə qeyri-ciddi paylaşımların olması alması nə dərəcədə düzgündür?

    Sosioloq Rəşad Əsgərov bildirir ki, millət vəkilləri xalq seçkili orqanları vasitəsi ilə seçildiyinə görə onlar haqda mənfi fikri ancaq onların seçildiyi dairədən olanlar bu haqda fikir yürüdə bilər:

    “Sosial şəbəkələrdə hər hansı deputatın ələ salınması , onun adından olmayan sözlərin yazılması parlament haqqında müxtəlif ölkə vətəndaşlarında, xarici təşkilatlar arasında Azərbaycan haqqında mənfi fikrin yarabmasına səbəb ola bilər”.

    Bəzi insanlar bu vəziyyəti özlərini tanıtmaq üçün fürsət kimi istifadə edir. Ancaq nəzərə almırlar ki, bu prosses həm də xərc tələb edir. Yəni təkcə metro və ya küçədə şəkil yaymaqla nəticə əldə etmək mümkün deyil.

    Hüquqşunas Sahib Məmmədov deyir ki, buna görə insanları ittiham etmək də düzgün deyil.

    “Bu onların Konistitutsiya hüququdur. Əgər bir fermer xalqın hüquqlarını daha yaxşı müdafiə edəcəksə o niyə də millət vəkili seçilməsin. Konustutusiyaya görə yaşı 18-ə çatmış, Azərbaycan respublikasının vətəndaşları müraciət edib. Millət vəkili ola bilərlər.

    Burada təhsilə dair heç bir tələb yoxdur. Ancaq bəzi məhdudiyyətlər var ki, başqa bir ölkənin də vətəndaşlığı olan şəxs, məhkəmə və ya icra hakimiyyəti strukturunda işləyirsə, din xadimləri, ağır cinayyətdən məhkum olunmuş şəxslər namizədliyini irəli sürə bilməzlər”.

    Hər halda ölkənin siyasi həyatında baş verən bu qədər ciddi bir hadisənin sosial mediada lağlağı obyektinə çevirmək boş vaxt itkisindən başqa bir şey deyil.

  • AQTA zəhərlənən tələbələrlə bağlı məlumat yaydı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Nizami rayonu NZS qəsəbəsində iki tələbənin zəhərlənməsi barədə məlumat yayıb.

    AQTA-dan bildirilib ki, iki nəfərin qidadan zəhərlənməsi ehtimalı barədə məlumat agentliyə daxil olduqdan dərhal sonra Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

    “İlkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir. Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır”.

    AQTA-dan qeyd edilib ki, araşdırmaların yekun nəticəsi ilə bağlı məlumat veriləcək.//Baku.ws

  • 87 yaşlı şəhid atasının bu sözləri hər kəsi duyğulandırdı – VİDEO

    Sosial şəbəkədə şəhid İsmayıl İsmayılovun atasının videosu yayılıb.

    Median.Az xəbər verir ki, Göyçay rayonunun Ləkçıplaq kənd sakini olan 87 yaşlı Arif İsmayılovun əməli çoxlarını duyğulandırıb.

    Belə ki, şəhid atası hər il 6 dəfə cəbhə bölgələrinə gedir, öz vəsaiti ilə əsgərlərimizə sovqatlar aparır. Arif İsmayılov bildirir ki, əsgərlə görüşəndə onlara məsləhət verir.

    Ağsaqqal bu sözləri sosial şəbəkələrdə böyük rəğbət qazanıb.//Baku.ws

    Sözügedən videonu təqdim edirik:

  • Bakıda yeni polislər İŞƏ BAŞLAYIR – VİDEO

    Turizmin inkişafı üçün bu sahəyə subsidiyaların verilməsində fayda var. Çünki az bir miqdarda verilən subsidiya ölkə iqtisadiyyatına daha çox məbləğdə geri dönə bilər. Bunu Azərbaycan Turizm Sammiti çərcivəsində keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

    Onun sözlərinə görə bu təcrübə dünya ölkələrində də var. Artıq bununla bağlı təkliflər də hazırlanıb hökumətə təqdim edilib.

    Kənan Quluzadə Turizm polisi ilə bağlı da məsələyə toxunub. Onun sözlərinə görə turizm polisi ilk olaraq Bakıda fəaliyyət göstərəcək. Turizm polisinin yaradılması Dövlət Turizm Agentliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə müzakirə olunur.

    Bu turistlərin Azərbaycanda dövlət qurumları ilə əlaqəsinin asanlaşmasına və onlara xidmətin vahid bir mərkəzdən həyata keçirilməsinə şərait yaradacaq.

    Kənd turizminin inkişafı üçün bir neçə istiqamət nəzərdə tutulur. Kənd evləri turizminin burada xüsusi yer tutur. Bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit deyib. Onun sözlərinə görə, bu sahədə çalışan insanların sayı mütləq şəkildə artırılmalı və onlar təlimə cəlb edilməlidir.

    Florian Zenqstşmit həmçinin bildirib ki, məqsəd 2023-cü ildə ölkəyə 4 milyona yaxın turist cəlb etməkdir. Onun sözlərinə görə, hazırkı vəziyyət onu göstərir ki, artıq hədəfin 11 faizinə yaxınlaşılıb.