Month: November 2019

  • AQTA qida zəhərlənmələri ilə bağlı xəbərlərə aydınlıq gətirdi

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəhərlənmələri ilə bağlı son günlər yayılan xəbərlərə aydınlıq gətirib. Agentlik son günlər KİV-də yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

    “Son günlər kütləvi informasiya vasitələrində heç bir ekspertiza rəyi olmadan qida zəhərlənmələri ilə bağlı məlumatlar yayılmaqdadır. Təbii ki, bütün bunlara səhətində problem yaranmış şəxslərdən alınmış ilkin məlumatların tələm-tələsik ictimailəşdirilməsi səbəb olur. Lakin laborator müayinələrin nəticəsində yayılmış ilkin məlumatların doğru olmadığı, əksər hallarda isə hadisənin ümumiyyətlə qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı aşkar olunur. Faktlara söykənməyən və bu kimi yarımçıq məlumatların yayılması məsələyə qeyri-peşəkar yanaşmanın göstəricisidir.

    İstənilən halda ekspertiza öz rəyini bildirmədən hansısa yarımçıq məlumatın media vasitəsi ilə yayılması yolverilməz və qərəzlidir”.

  • В Хатаинском районе грабитель отобрал у женщины кошелек

    Как сообщает Median.Az, сотрудники 36-го отделения полиции Хатаинского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы А.Гусейнова, который путем грабежа отобрал у жительницы столицы С.Аббасовой кошелек, где находились 30 манатов, удостоверение личности и заработная карта.

    В Следственном отделе Хатаинского РУП возбуждено уголовное дело по статье 180.1 (грабеж) УК Азербайджана.

  • Xətai rayonunda qadının pulqabısını alan soyğunçu tutulub

    Median.Az xəbər verir ki, Xətai RPİ 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini S.Abbasovanın, içərisində 30 manatı, şəxsiyyət vəsiqəsi və maaş kartı olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən paytaxt sakini A.Hüseynov saxlanılıb.

    Xətai RPİ İstitntaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Yol polisindən Gürcüstan nömrəli avtomobillərlə bağlı – AÇIQLAMA

    Kamran Əliyev: “Bir xarici vətəndaşın dolanışığı üçün yüzlərlə vətəndaşımızı təhlükəyə ata bilmərik”

    Bu günlərdə bir neçə Gürcüstan vətəndaşları olan soydaşlarımız istifadə etdikləri xarici nömrəli avtomobillərin Azərbaycan Respublikasında qalma müddətinə tətbiq ediləcək məhdudiyyətə etirazlarını bildirmək üçün Gömrük orqanlarına müraciət ediblər.
     
    Məhdudiyyət tətbiq edilməsi nəzərdə tutulan avtomobillərin yol təhlükəsizliyinə hər hansı təsirinin olub-olmaması sualına cavab almaq üçün Avtosfer.az olaraq DİN Baş DYP İdarəsinin şöbə rəisi Kamran Əliyevə müraciət edib.

    – Cənab polkovnik, Sizcə xarici dövlətlərdə daimi qeydiyyatında olan və ölkə ərazisinə tranzit şəkildə daxil olan nəqliyyat vasitələrinin sürücüləri hansı problemlərlə üzləşir, yaxud onların özləri nə kimi problemlər yaradırlar?

    – Məlumdur ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində qaydalar beynəlxalq müqavilələrə uyğun olsa da hər bir ölkənin müxtəlif qanunvericilik aktları, müxtəlif məbləğlərdə cərimələri, eləcə də bəzi fərqli standart və tələbləri var. Bu baxımdan ölkəmizə gələn əcnəbilərin əksəriyyəti inzibati məsuliyyətin daha yüngül olmasından istifadə edib və xarici nömrəli avtomobil idarə etdikləri üçün xüsusi texniki vasitələrlə onlara nəzarətin mümkün olmadığını düşünərək tez-tez ciddi qayda pozuntularına yol verir, bununla həm təhlükəli vəziyyət yaradır, həm də yerli sürücülərimizin intizam səviyyəsinə də mənfi təsir göstərirlər. Məsələn, ən çox törədilən inzibati xətalardan hesab edilən sürət həddinin 40 km/saat həddində aşılmasına görə əgər qonşu Gürcüstanda 145 manat (76 avro) cərimə nəzərdə tutulursa, bizdə analoji xətaya görə 50 manat (26 avro), dayanma və ya durma qaydalarının pozulmasına görə Gürcüstanda 115 manat (61 avro) cərimə nəzərdə tutulursa, bizdə bu cərimənin məbləği 20 manatdır (10 avro). Əlbəttə bu o demək deyil ki, bizdə də əcnəbilərin ölkəmizdə yol hərəkəti qaydalarını tez-tez pozmalarının qarşısının alınması üçün cərimələrin miqdarı artırılmalıdır. Xeyir, sadəcə onlar da şəhərdəki nəqliyyat sıxlığını nəzərə almalı, harada gəldi avtomobili saxlamamalı və ən əsası da sürət rejiminə əməl etməlidirlər ki, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olmasınlar. Məlumat üçün bildirim ki, təkcə cari ilin 10 ayı ərzində respublikamıza 66.820 nəqliyyat vasitəsi daxil olub ki, onların da cəmi 11 minini uzunmüddətli, qalanını isə qısa müddətli səfərlər təşkil edib və bu avtomobilləri idarə edən şəxslər tərəfindən bu müddət ərzində 200 mindək yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilib.

    – Bəs əcnəbilər sahibkarlarda nə kimi narazılıq yaradırlar?

    – Son vaxtlar sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar, həm fiziki, həm də hüquqi şəxslər tez-tez Baş DYP İdarəsinə müraciət edərək digər ölkə qeydiyyatında olan, xüsusilə də Gürcüstan nömrəli minik avtomobili ilə paytaxt ərazisində taksi, mikroavtobuslarla isə ölkənin müxtəlif istiqamətlərinə getməklə qeyri-qanuni sərnişin daşınması fəaliyyəti ilə məşğul olmalarının onların gəlirlərinin azalmasına səbəb olduğunu bildirirlər.

    Belə ki, həmin sahibkarlar haqlı olaraq vergi ödəyiciləri olduqları, habelə qanunauyğun qaydada avtovağzallardan hərəkətə başladıqları halda, daha ucuz qiymətə alınan xarici avtomobillərlə ayrı-ayrı məhəllələrdən sərnişin yığmaqla qanunsuz fəaliyyət göstərmələrini qeyd edir və belə halların qarşısının alınmasını dövlərdən tələb edirlər.

    – Bəs bu ucuz avtomobillərdən bizim vətəndaşlarımız da gətirə bilməzlərmi?

    – Bildiyiniz kimi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də ekoloji çirklənmənin qarşısının alınması məqsədilə hələ 2014-cü ildən Avro-4 standartlarına cavab verməyən nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və qeydiyyata alınması qadağan olunub. Bu səbəbdən artıq 5 ildən artıqdır ki, vətəndaşlarımız ölkəyə belə ucuz, təhlükəsizlik tələblərinə cavab verməyən avtomobilləri gətirib burada istifadə edə bilmirlər. Lakin bəzi əcnəbi soydaşlarımızın həmin avtomobilləri müvəqqəti gətirməklə daha ucuz qazanc yolu tapmaları qanuni şəkildə fəaliyyət göstərən sahibkarlarımızın ciddi narazılığına səbəb olur.

    – Sizcə belə qanunsuz fəaliyyətin qarşısını necə almaq olar?

    – Sözsüz ki, yalnız qanuni şəkildə. Yəni biz ilk növbədə bütün inkişaf etmiş sivil dövlətlərdəki kimi öz vergi ödəyicisi olan vətəndaşlarımıza lazımi şərait yaratmalıyıq ki, onlar təhlükəsiz, maneəsiz fəaliyyət göstərə bilsinlər və elə qaydalar müəyyənləşməlidir ki, əcnəbi işbazlar dolanışığını bəhanə edib bundan sui istifadə edə bilməsinlər. Çünki biz razı ola bilmərik ki, bir xarici vətəndaşın ailəsinin dolanışığı üçün yüzlərlə vətəndaşımızın həyatı təhlükəyə atılsın. Düşünürəm ki, Gömrük orqanlarının ölkəyə müvəqqəti daxil olan nəqliyyat vasitələrinə tətbiq etmək istədiyi məhdudiyyət əcnəbilərin hüquqlarının pozulması deyil, öz ölkə vətəndaşlarımızın sərbəst fəaliyyət hüququnun və ən başlıcası da respublikamızın avtomobil yollarında təhlükəsizliyin təmin olunması məqsədilə vaxtında atılan addımdır.

  • Azərbaycanda bir tona yaxın heroin tutuldu – FOTOLAR

    Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Ukrayna Respublikasına “Volvo” markalı 42BP450/42ZA122 dövlət qeydiyyat nişanlı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

    Dövlət Gömrük Komitəsindən bildirilib ki, Astara gömrük postunda saxlanılan nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının “Ensıye Izadkhah By Order Navıd Khan Mohammadı Commercıal” şirkətindən Ukrayna Respublikasında fəaliyyət göstərən “Bayramlar LTD” şirkətinə “kivi və nar” meyvə yükü apardığı məlum olub.

    Yükə baxış keçirən gömrükçülər Azərbaycan Respublikası vətəndaşı Hüseynov Ramiz Hacıəli oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusundakı 26 paletdə, 1152 ədədində kivi və 1550 ədədində nar olmaqla, ümumilikdə 2702 ədəd standart ölçülü plastik yeşiklərdə qablaşdırılan meyvə yükü olduğunu müəyyən edib. Kivi yükü olan 8 paletdəki 768 yeşikdən 471 ədədində kivilərdən “örtücü mal” kimi istifadə edilməklə gizlədilən, kivilərin qablaşdırılmasında istifadə olunan sarı kağızlara bükülmüş vəziyyətdə 1884 ədəd dördkünc formalı bağlamalar aşkar olunub. Şəffaf və sarı yapışqanlı lentlə sarınmış bağlamalarda ümumilikdə qablaşdırırılması ilə birlikdə 933 kq 115 qram çəkidə açıq qəhvəyi rəngli, narkotik vasitə-heroin olduğu müəyyən edilib.

    Xatırladaq ki, 4 gün əvvəl gömrükçülərin həyata keçirdiyi daha bir uğurlu əməliyyat zamanı Azərbaycandan tranzit keçməklə 304 kq heroinin Ukrayna Respublikasına daşınmasının qarşısı alınıb. Ümumilikdə son 4 gündə gömrük orqanları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində aşkar edilən 2 fakt üzrə 1 ton 240 kiloqram heroin qanunsuz dövriyyədən çıxarılıb.






  • Bakıda piyada özünü maşının qarşısına atdı – DƏHŞƏTLİ HADİSƏ – VİDEO

    Bakıda özünü ölümə atan piyadanın görüntüləri təhlükəsiz şəhər kamerasına düşüb.

    Median.Az avtosfer.az-a istinadla xəbər verir ki, Heydər Əliyev prospektində yolu keçmək istəyən piyada özünü avtomobillərin qarşısına atır.

    Sürücülər dərhal reaksiya verərək qəzadan yayına biliblər. Piyada daha sonra ayırıcı zolağın üzərində dayanaraq sağdan gələn avtomobillərin yaxınlaşmasını gözləyir. Avtomobillər yaxınlaşdıqdan sonra piyada qəfildən özünü taksi avtomobilinin qarşısına ataraq avtomobil tərəfindən vuruldu.

    Görüntüdən aydın şəkildə görmək olur ki, piyada özünü qəsdən avtomobilin qarşısına atır. Belə hallarda baş verən yol nəqliyyat hadisəsi detallı şəkildə araşdırılmalı və sürücü yol hərəkəti qaydasını pozmayıbsa, məsuliyyətdən azad olmalıdır.

    Heydər Əliyev prospektində piyadalar üçün 3-4 keçid mövcuddur. Həmin yolun sürətli və axın çox olmasını nəzərə alaraq piyada keçidlərinin çox olması daha zəruridir.

  • Bu şəxs Bakıda əcnəbiyə hücum edib, onu dişlədi

    Noyabrın 26-da saat 2 radələrində Səbail rayonu ərazisindəki hostellərin birində 4 nəfərin oranın icarədarı olan Pakistan vətəndaşının içərisində 3000 ABŞ dolları olan çantasını açıq talama yolu ilə aparması barədə 9-cu Polis Bölməsinə müraciət daxil olub.

    DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, zərərçəkmiş bildirib ki, onlardan birini saxlamaq istəyərkən həmin şəxs onun əlini dişləyib hadisə yerini tərk edib.

    9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törədən şəxslər qısa müddətdə müəyyən edilib.

    Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Əsgərov və qrupun digər üzvləri – Göyçay, Salyan və Bakı şəhər sakini olan 3 yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

    Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar da varsa bu barədə DİN-in “102” Xidmətinə, həmçinin ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

  • Sumqayıt yolunda dəhşətli qəza: bəyin qardaşı və dostu öldü – VİDEO

    Dünən Bakı-Sumqayıt yolunda iki nəfərin ölümü ilə nəticələnən qəzanın detalları məlum olub.

    Median.Az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, saat 15:50 radələrində 1993-cü il təvəllüdlü Ağarza Ağayev idarə etdiyi “Khazar SD” markalı 90 PZ 116 nömrəli avtomobillə Qubaya gedərkən qarşısında gedən 1984-cü il təvəllüdlü Elman Rzayevin idarə etdiyi “Mercedes Benz-190” markalı 10 MR 766 nömrəli maşını arxadna vurub.

    Toqquşma nəticəsində A.Ağayevin maşını idarəetməni itirərək yolun sağına çıxıb və beton maneəyə çırpılıb.

    Nəticədə sürücü Ağarza Ağayev və sərnişini, 1994-cü il təvəllüdlü Rəşad Həsənov hadisə yerində ölüblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda bu şadlıq sarayı fahişəxana çıxdı – GİZLİN ÇƏKİLİŞ – VİDEO

    Bakının Binəqədi rayonunda əxlaqsızlıq yuvası fəaliyyət göstərir.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, paytaxt sakinlərinin sözlərinə görə, Biləcəri yolunda “Sevgi palace” adlı şadlıq sarayının yanında masaj salonu var.

    Bu şadlıq sarayında toy və nişan mərasimləri keçirilir. Ətrafda isə yaşayış məntəqələri var. Əhali dəfələrlə şikayət etsələr də, fahişəxana rəhbərliyilə bacaran olmayıb.

    Vaxtı ilə “Dalğa” adlanan bu məkan bir neçə dəfə bağlansa da, sonradan yenidən açılıb.

    Bura xəstəlik mənbəyidir. Gecələr bu ərazidə səs-küydən, dava-dalaşdan qulaq tutulur. Gecələr adı çəkilən fahişəxanada çalışan qızların sayı çox olur. Gündüz isə burada 2-3 qız çalışır.

    Videonu çəkən şəxs obyektə daxil olub və qızlarla xidmət haqqında danışıb.

    “Masaj var, görüşmək var. Bir saatı 45 manat, yarım saatı 30 manata görüşürəm. Otaqlarımız təmizdir, narahat olmayın”. – deyə qız bildirib.

  • Biabırçılıq: Bakıda ər arvadını kişilərlə yaxaladı: Görüntüləri çəkdi – VİDEO

    Sözügedən kadrları təqdim edirik

    Həyat yoldaşını xəyanət edərkən yaxlayan Salyan rayon sakini Space TV-də yayımlanan “Gəl, dərdini danış” verilişinə müraciət edib.

    Median.Az aznews.az-a istinadən xəbər verir ki, Bakıda ailəsi ilə birlikdə kirayədə yaşayan Elmir adlı şəxs özündən 15 yaş kiçik qadınla ailə həyatı qurub. Onların bu evlilikdən qızları dünyaya gəlib. Onun sözlərinə görə bu günə qədər ailədə ciddi heç bir söz-söhbət olmayıb və bir-birlərini sevib evləniblər. Lakin bir gün evə hər zaman gəldiyi vaxtdan bir neçə saat tez gəlib və yoldaşının evdə olmadığını görüb. Bir neçə saat arvadını gözləyib. Nəhayət, xarici avtomobildən açıq-saçıq geyimdə düşən arvadı ilə evin həyətində qarşılaşıb:

    “Dedim ki, bu vaxt haradan gəlirsən? Cavab verdi ki, “Sənə nə var”. Sonra bildirdi ki, guya aptekə gedib. Lakin aptek bizim evə çox yaxındır. Baş verənlər qarşısında şok keçirmişdim. Sadəcə onu evdən qovdum”.

    Elmir həyat yoldaşının başqa kişilərlə “İMO” proqramı vasitəsi ilə görüntülü danışıqlarını qeydə alıb. Onları da efirə təqdim edən kişi övladının arvadından alınaraq ona verilməsini istəyib.

    Qadın isə ərinin ona böhtan atdığını bildirib: “Elmir dəfələrlə mənə və övladımıza qarşı zoraki davranıb.İndi də mənə belə bir şər yıxır”.

    Sözügedən kadrları təqdim edirik: