Month: November 2019

  • Azərbaycan-İran sərhədində atışma: Ölən var – FOTO

    Noyabrın 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Fizuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən iki nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində döv­lət sərhədini pozmaları müşahidə olunub.

    Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

    Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

    Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olunub və sərhəd pozucularından biri zərərsizləşdirilib. Digər sərhəd pozucusu ərazinin kolluq və qamışlıq olmasından istifadə edərək İran ərazisinə qaçıb.

    Hadisə yerində bir ədəd politelen bağlamada ümumi çəkisi 2595 qram marixuana və metafetamin növündə narkotik vasitə, bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd bıçaq, iki ədəd 7,62 mm çaplı patron gilizləri aşkar olunub.

    İranın sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçi­ri­lərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd pozucusunun İran vətəndaşı olması müəyyən edilib.

    Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.



  • Nazirlik rəsmisi Bibiheybətdəki sürüşmənin əsas səbəbini açıqladı

    Bayıl ərazisi sürüşməyə meyilli ərazi olduğundan ciddi nəzarətdə saxlanılır.

    Bunu sürüşmə ərazisində jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geologiya Kəşfiyyat xidmətinin rəisi Əziz Qaralov deyib.

    O bildirib ki, 2018-ci ilin fevral ayında Bayıl dərəsinin sağ yatağında sürüşmə baş vermişdi:

    “Bu sürüşmələrin bir-biri ilə əlaqəli olduğunu demək mümkün olmasa da, xatırladım ki, oktyabr ayında Badamdar ərazisində sürüşmə baş verib. Dünən axşam saatlarında isə Bibiheybət məscidinə yaxın olan bu ərazidə sürüşmə olub. Təxminən yolun 80-100 metrlik hissəsi uçub.

    Prosesə insan amili səbəb olub. Keçən həftə bu ərazi barədə məlumat vermişdim. Daima yamac tərəfdə intensivlik olur. Baxmayaraq ki, layların yatım istiqaməti qərb tərəfədir və yamacın təsirindən daima dəniz istiqamətində təzyiq olur.

    Atmosfer çöküntülərinin intensiv olması ilə əlaqədar olaraq torpaq qatı ağırlaşır, təzyiq artıq və sürüşmə baş verir. Gəmiqayırma zavodu tərəfdə inşa edilən istinad divarının çökməsi tipli hadisə yenidən baş verib”.

    Xatırladaq ki, dünən gecə saatlarında Bibiheybət məscidindən şəhər istiqamətinə gedən yolda sürüşmə baş verib. Yolun hərəkət zolağından biri tamamilə çöküb. Mövcud vəziyyətə görə, həmin yolda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

    Nəqliyyat vasitələrinin hərəkəti köhnə yolla 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq.
    /oxu.az/

  • Mingəçevirdə aptek müdiri tutuldu: qanunsuz dərmanlar satırmış – FOTO

    Mingəçevirdə aptekdə qanunsuz şəkildə güclü təsiredici dərmanlar satıldığı müəyyənləşdirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki Regional Qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dərman preparatlarını qanunsuz olaraq satdığı üçün aptekin müdiri Eldəniz Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Aptekə keçirilmiş baxış zamanı oradan 77 ədəd güclü təsiredici xüsusiyyətlərə malik dərman preparatları aşkar olunaraq götürülüb.

    Faktla bağlı araşdırma aparılır.



  • Дорожная полиция предупредила водителей

    Главное управление Государственной дорожной полиции МВД Азербайджана обратилась к водителям с предупреждением.

    Как заявил oxu.az начальник отдела по связям с общественностью управления Руфат Гулиев, согласно требованию закона “О дорожном движении”, нарушение водителями правил эксплуатации транспортных средств считается несоблюдением правил дорожного движения.

    Он напомнил, что в связи с зимним сезоном на улицах и дорогах могут появляться лужи и грязь, и подчеркнул, что водители должны уделять внимание чистоте транспортных средств, в том числе знаков государственной регистрации на них.

    Однако, отметил начальник отдела, некоторые водители под предлогом дождливой погоды не поддерживают чистоту табличек с госномером, а порой даже намеренно пачкают их, что недопустимо.

    Напомним, согласно статье 342.1.7 Кодекса об административных правонарушениях АР, за несодержание в чистоте государственного регистрационного знака движущегося транспортного средства, необходимой для его видимости, предусматривается штраф в размере 40 манатов.

  • Yol polisindən sürücülərə xəbərdarlıq: Bu halda cərimələnəcəksiniz!

    Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

    BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev oxu.az-a bildirib ki, “Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol-nəqliyyat hərəkəti qaydalarının yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir.

    Hazırda qış mövsümü ilə əlaqədar küçə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalının artdığını xatırladan R.Quliyev bu səbəbdən sürücülərın avtomobillərinin, o cümlədən, onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət ayırmalarının vacibliyini xüsusilə vurğulayıb.

    Lakin bəzi sürücülərin havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamadıqlarını, hətta bilərəkdən nişanların üstünü süni şəkildə bir az da çirkləndirdiklərini təəssüf hissi ilə qeyd edən şöbə rəisi bu kimi halların yolverilməz olduğunu bildirib.

    Xatırladırıq ki, AR İXM-nin 342.1.7-ci maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

  • В торговом центре “Седерек” утонула машина – ВИДЕО

    В результате проливных дождей оказался затопленным торговый центр “Седерек”, расположенный в поселке Локбатан Гарадагского района Баку.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, по крышу в воду оказался и один из автомобилей.

    Представляем вам видео с места событий:

  • Bakıda ticarət mərkəzini su basdı: maşın suya qərq oldu – VİDEO

    Bir neçə gündür Bakıda yağan yağış fəsadlara səbəb olub.

    Lökbatanda yerləşən “Sədərək” Ticarət Mərkəzi su altında qalıb.

    Ticarət mərkəzinin qarşısında yığılan yağış suyunda maşın batıb.

    Hadisənin görüntülərini təqdim edirik:

  • Верховный суд не оправдал бывшего судмедэксперта

    В Верховном суде Азербайджана рассмотрена кассационная жалоба на решение суда, вынесенное в отношении бывшего руководителя Саатлинского районного отдела Объединения судебно-медицинской экспертизы и патологической анатомии Министерства здравоохранения Тахира Мехтиева.

    На процессе под председательством судьи Фархада Керимова было объявлено решение.

    Суд не удовлетворил жалобу Т.Мехтиева.

    Как сообщала пресс-служба Генеральной прокуратуры, в результате проведенных сотрудниками Главного управления по борьбе с коррупцией при генпрокуроре оперативно-следственных мероприятий заведующий Саатлинским районным отделом Объединения судебно-медицинской экспертизы и патологической анатомии Минздрава, эксперт Тахир Мехтиев был задержан с поличным во время получения взятки. Выяснилось, что за медсправку пострадавшему в ДТП сыну жителя района и вынесение объективного заключения о тяжелых травмах, полученных в результате ДТП, он потребовал 300 манатов, а затем согласился на 200 манатов. Задержание было совершено 12 февраля 2015 года.

    В отношении задержанного было выдвинуто обвинение по статье 311.1 (Получение взятки) УК АР.

    Согласно приговору Лянкяранского суда по тяжким преступлениям, Т.Мехтиев получил наказание в виде лишения свободы сроком на 4 года и 6 месяцев. Недовольный приговором эксперт подал апелляционную жалобу. Ширванский апелляционный суд изменил приговор суда первой инстанции, наказание было смягчено. Т.Мехтиеву назначили срок 1 год и 21 день с учетом срока ареста с 12 февраля 2015 года до 4 марта 2016 года.

    Позже Т.Мехтиев обратился в Верховный суд с кассационной жалобой, требуя вынести оправдательный приговор.

  • Məhkəmə Səhiyyə Nazirliyinin keçmiş vəzifəli şəxsi barədə qərar çıxardı

    Ali Məhkəmədə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı Rayon Şöbəsinin keçmiş rəisi Tahir Mehdiyevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

    Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, T.Mehdiyevin kassasiya şikayəti təmin edilməyib.

    Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq hərəkətləri nəticəsində birliyin Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin Saatlı rayon şöbəsinin müdiri – eksperti T.Mehdiyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar rayon sakininin avtonəqliyyat qəzası zamanı ağır dərəcəli bədən xəsarəti almış övladı barəsində tibbi arayışın və hadisə zamanı aldığı xəsarətlə əlaqədar obyektiv rəyin verilməsi müqabilində özü üçün əvvəl 300 manat tələb etdiyi, sonradan isə şikayətçi ilə razılaşdığı 200 manat məbləğində pulu 12 fevral 2015-ci il tarixdə xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

    Onun barəsində Cinayət Məcəlləsinin (CM) 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

    Lənkərаn Аğır Cinаyətlər Məhkəməsinin hökmü ilə T.Mehdiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişib.

    Qərara əsasən, T.Mehdiyevə CM-nin 311.1-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsinə əsasən 1 il 21 gün cəza təyin edilib. Onun 12 fevral 2015-ci il tarixdən 04 mart 2016-cı il tarixə kimi həbsdə olduğu müddət nəzərə alınmaqla təyin edilmiş cəza çəkilmiş hesab edilib.

    Daha sonra T.Mehdiyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

  • В Баку убили и сожгли мужчину

    Зверское убийство было совершено в Наримановском районе Баку в минувшие выходные.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    Известно, что 23 ноября в 14:15 в строительном котловане на улице Нураддина Сулейманова было обнаружено обгоревшее тело жителя города Нахчыван Адама Гиблели оглу Абдуллаева 1964 года рождения.

    Во время обследования тела патологоанатомы зафиксировали множество ножевых ранений. По предварительным данным, мужчина был убит в другом месте. Участники преступления привезли тело в автомобиле на улицу Н.Сулейманова и избавились от него, бросив в котлован на строительной площадке.

    В ходе расследования сотрудниками 18-го отделения полиции был задержан один из подозреваемых – житель города Гянджа Тугай Гюндуз оглу Байрамов 1986 года рождения.

    По версии следствия, к зверскому убийству причастны несколько человек. В настоящее время правоохранители работают над выявлением всех подозреваемых в убийстве.

    Задержанный ранее уже был судим по статьям 333 (Самовольное оставление воинской части) и 334 (Дезертирство) Уголовного кодекса АР.

    Сообщается, что убитый Адам Абдуллаев занимался сбором и сбытом цветного металла.