Month: November 2019

  • Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edən şəxs tutulub

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Binəqədi qəsəbəsində, qəsəbə sakini M.Əliyevanın, içərisində 235 manatı olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən Bakı şəhər sakini R.Məmmədov saxlanılıb.

    Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • На Лазурном берегу во Франции объявлен высший уровень опасности

    Высший, красный уровень метеоопасности объявлен в двух департаментах на юго-востоке Франции в связи с дождями и наводнениями.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщил министр внутренних дел Кристоф Кастенер.

    «Красный уровень в Варе и Приморских Альпах. Если вы проживаете в этих департаментах, то будьте бдительны, предупредите ваших близких и прислушивайтесь к советам властей», – говорится в сообщении Кастанера в Twitter.

    Министр отметил, что госслужбы работают на местах для защиты граждан.

    Телеканал BFMTV сообщил, что сотни человек были эвакуированы из-за ливней в департаменте Вар. Не менее 1,3 тысячи домов остались без электричества, поезда ходят с задержками.

    Отметим, предыдущий погодный апокалипсис произошел во Франции неделю назад, когда сотни тысяч домов остались без света из-за мощного снегопада в регионе Овернь – Рона – Альпы к северу от Лазурного берега.

  • Ermənistana səfər edən jurnalistlərimizin adları açıqlandı — İRƏVANDAN FOTOLAR

    Noyabrın 17-dən 21-dək Ermənistan və Dağlıq Qarabağ jurnalistlərinin Azərbaycana və Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərləri baş tutub.
    Median.Az
    azpost.info-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə,layihə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin razılığı və Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin iştirakı ilə həyata keçirilib.

    Azərbaycanlı jurnalistlər Azərbaycanın işğal altında olan hissəsinə-Dağlıq Qarabağa, ermənilər isə Gəncəyə gediblər.

    Ermənistandan Bakıya “Şant” TV-nin icmalçısı Artyom Yerekyan, “Mediamaks” İA-nın baş redaktoru David Alaverdiyan, və separatçı rejimin “İTV”-nın əməkdaşı Edqar Elbakyan gəlib.

    Azərbaycandan isə Ermənistana “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib.
    Elşən Rüstəmov İrəvanda Göy Məsciddə fotosunu paylaşıb.

    Hər iki tərəfi təmsil edən jurnalistlər ictimai qurumlarla, həmkarları ilə görüşüblər, şahmat məktəbində olublar.

  • Помпео пообещал усилить санкции против Ирана

    США введут новые санкции против Ирана из-за реакции властей на протесты.

    Как сообщает Median.Az со ссылкой на ТАСС, об этом заявил госсекретарь Майкл Помпео в интервью телеканалу Iran International. Текст интервью распространен в субботу пресс-службой Госдепартамента.

    «Как мы ввели санкции против министра связи Ирана, мы введем новые санкции, – сказал он. – Откажем им в визах, в другом всем тем, кто ведет себя как иранские лидеры».

    «Мы введем комплекс санкций, что осложнит для режима проведение нынешней политики и повысит этому цену», – отметил Помпео.

    Министерство финансов США 22 ноября объявило о включении в свой санкционный список Азари Джахроми. По данным ведомства, министр причастен к ограничению доступа к интернету для граждан Ирана. Попадание в санкционный список означает заморозку активов в США и запрет для американских граждан или компаний вести бизнес с его фигурантами.

    16 ноября иранские власти отключили интернет в стране, оставив доступ только к некоторым онлайн-сервисам. Решение о блокировках было принято на фоне непрекращающихся акций протеста, вызванных трехкратным повышением цен на бензин.

  • Ağır qəzada bir ailənin üç üzvü yaralandı

    Salyanda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.

    “Mercedes” markalı avtomobilin qarşıda gedən “Skoda” markalı avtomobilin arxa hissəsinə çırpılıb.

    Nəticədə “Skoda” idarəetməni itirərək aşıb.

    Qəza zamanı bir ailənin üzvü olan Bakı şəhər sakinləri, 1949-cu il təvəllüdlü Babayev Maşallah Məhərrəm oğlu, 1960-cı il təvəllüdlü Babayev Şamil Məhərrəm oğlu və 1982-ci il təvəllüdlü Babayeva Sevinc Fikrət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Yaralıların hər üçü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Polis azərbaycanlı sürücünü 10 kilometr təqib etdi – ATƏŞ AÇMAĞA MƏCBUR OLDU

    Moskvada bu gün noyabrın 23-də Azərbaycan vətəndaşı qaçırdığı VAZ 2107 markalı avtomobillə azı 30 avtomobili əzib, polislə tarana gedib, nəticədə polis ona qarşı silah işlədib.

    Moskvaya qazanc dalınca getmiş azərbaycanlı qaçırdığı avtomobili sərxoş halda idarə edib.

    “Jiquli”nin sahibi avtomobili küçədə saxlayaraq qapılarını bağlamayıb, hesab edib ki, bu köhnə avtomobil kiməsə gərək olmaz. Lakin azərbaycanlı fürsətdən istifadə edib avtomobili qaçırıb. Sahibi ertəsi gün avtomobilin oğurlandığını görərək polisə müraciət edib. Yol patrul müfəttişləri qaçırılan avtomobilin yerini tezliklə müəyyən ediblər və onun arxasınca düşüblər. Azərbaycanlı asanlıqla təslim olmayıb, təhlükəli manevrlər edərək polislərdən qaçmağa çalışıb və bu zaman 30-a yaxın avtomobili əzib, polis maşını ilə tarana gedib. Nəticədə onu saxlamaq üçün polislər atəş açıblar və “07”-də bir neçə dəlik açıblar. Təxminən 10 kilometrlik təqibdən sonra sürücünü saxlamaq mümkün olub, onun barəsində həbs qərarı verilib./Virtualaz.org

  • Xaricdən avtomobil gətirənlərin kefinə soğan doğrayacaq məlumat yayıldı

    Xarici dövlətlərdə daimi qeydiyyatda olan xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (XİFMN) 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq gətirilməsi zamanı nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlərlə bağlı sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yanlış şərhlər irəli sürülür.

    Median.Az sputnik.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilir.

    Məlumata görə, Nazirlər Kabinetinin 305 nömrəli qərarına əsasən, xarici dövlətlərdə daimi qeydiyyatda olan bu mal mövqelərinə aid avtonəqliyyat vasitələri qeyri-rezidentlər tərəfindən müvəqqəti olaraq ölkə ərazisinə 90 gün müddətinə gətirilə bilər. Həmin müddətin Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə şəxsin ölkədə qalma müddətinə uyğun olaraq maksimum 1 ilə qədər uzadılması mümkündür.

    Yəni əcnəbilər tərəfindən gətirilən və xarici ölkədə qeydiyyatda olan nəqliyyat vasitəsi hər hansı təminat üsulu tətbiq edilmədən Azərbaycan Respublikasında 90 gün müddətində qala bilər. Avtomobili ölkə ərazisinə gətirən şəxs gömrük orqanına müraciət edərək qanunvericiliyə əsasən müvafiq təminat üsullarından istifadə etməklə bu müddəti uzada bilər. Bu halda isə qanunvericilikdə müəyyən edilən müddət 1 ilə qədərdir.

    Gömrük orqanları tərəfindən aparılan müşahidələr nəticəsində müəyyən olunub ki, son dövrlərdə Azərbaycan Respublikasında yaşayan, xarici vətəndaşlığı və ya ikili vətəndaşlığı olan şəxslər tərəfindən xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin həmin ölkələrdən alınmaqla ölkə ərazisinə müvəqqəti gətirilməsi halları kütləvi xarakter alıb. Qanunvericiliklə müəyyən olunmuş 90 gün ölkə ərazisində qalma müddəti başa çatdıqdan sonra müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələri onları gətirən şəxslər tərəfindən ölkə ərazisindən geri aparılır və qısa zaman ərzində yenidən 90 gün müddətinə ölkə ərazisinə müvəqqəti olaraq gətirilir.

    Məsələ ilə bağlı müvafiq araşdırmalar onu göstərir ki, qanunvericiliklə nəzərdə tutulan bu güzəştdən sui-istifadə hallarına yol verilərək, əsasən gömrük ödənişlərini ödəməmək, həmçinin avro 4 ekoloji standartlara cavab verməyən avtonəqliyyat vasitələrinin gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarından istifadə etmədən ölkə ərazisində idarə edilməsi, xüsusilə də qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün istifadə olunur.

    Üstəlik, müvəqqəti gətirilən avtonəqliyyat vasitələrinin əksəriyyətinin istehsal-buraxılış tarixi 15-20 ili ötüb, texniki göstəricilərə görə qənaətbəxş deyil və bu qəbildən olan avtonəqliyyat vasitələri ölkənin ekoloji durumunun korlanması ilə yanaşı, həmçinin yol qəzalarının artmasında da potensial təhlükə yaradır.

    Gömrük orqanları da yuxarıda sadalanan amilləri nəzərə alaraq gömrük qanunvericiliyinin pozulmasının, dövlət büdcəsinə çatacaq vergi və rüsumlardan yayınmanın qarşısının alınması, ölkənin ekoloji vəziyyətinin qorunması məqsədilə xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı nəzarət tədbirlərini gücləndirib.

  • Qazaxda piyadanı maşın vurub

    Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Ağ köynək kəndindən keçən hissəsində qeydə alınıb.

    1987-ci il təvəllüdlü Məmmədli Elvin Vilayət oğlu yolu keçmək istəyərkən minik avtomobili onu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Лейла Абдуллаева: Азербайджанские журналисты побывали в Армении и Нагорном Карабахе

    «При поддержке офиса личного представителя действующего председателя ОБСЕ 17-21 ноября этого года Азербайджаном и Арменией были организованы взаимные визиты представителей СМИ двух стран», заявила пресс-секретарь Министерства иностранных дел Лейла Абдуллаева, сообщает АПА.

    Л.Абдуллаева отметила, что в рамках визита наши журналисты побывали в Армении, а также в Нагорно-карабахском регионе нашей страны, в том числе в Шуше: «Армянские журналисты встретились с азербайджанскими коллегами, представителями НПО, академических кругов, а также с азербайджанской общиной Нагорно-карабахского региона Азербайджана. В ходе пребывания в Азербайджане армянские журналисты также побывали в мусульманских, христианских и еврейских религиозных святилищах».

  • Qaçaq siqaret keçirənləri it ifşa etdi – FOTO

    Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Opel Vectra” markalı avtomobillə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

    DGK-dan verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

    Lakin sonradan kinoloji xidmət itinin tətbiqi ilə avtomobilin yoxlanması zamanı arxa oturacaqların içərisində və yük yerində 7800 ədəd “King” markalı siqaret aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az