Month: November 2019

  • 23 yaşlı qız zəhərləndi – Azərbaycanda

    Şəkidə 23 yaşlı qız zəhərlənib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Şəki rayon Baş Şabalıd kənd sakini, 1996-cı il təvəllüdlü Dəyanət Məmməd qızı Məmmədsoy zəhərlənmə əlamətlərilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

    Məlumata görə, xəstəyə hansısa dərman preparatı və yaxud iynə düşməyib. Əks təsir nəticəsində isə gənc qız zəhərlənib. Xəstənin vəziyyəti nəzərə alınaraq reanimasıya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • İcbari tibbi sığorta ölkə üzrə mərhələli şəkildə tətbiq olunacaq (QANUN)

    Bu gün Milli Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.

    Median.Az-ın modern.az-a istinadən məluatına görə, iclası açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələ daxildir.

    Komitə sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2020-ci il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortaya keçidlə bağlı sənəd imzalamasından sonra ölkəmizdə bununla bağlı böyük işlər görülüb. Bu sərəncamdan irəli gələrək “Tibbi sığorta haqqında” Qanunun 8 maddəsinə 126 dəyişiklik təklif olunur. Bu dəyişikliklər əsasən icbari tibbi sığorta ilə bağlıdır.

    Qanun layihəsinə təklif olunan dəyişikliklər barədə geniş məlumat verən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, dəyişikliklər 3 qrupa bölünür. Bunlar anlayışlarla bağlı, stilistik və sığortaolunanlarla bağlı dəyişikliklərdir.

    Bildirilib ki, bu dəyişikliklər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına xidmət edir. Qanuna əlavə ediləcək 16-4-cü maddəyə əsasən icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, mərhələli şəkildə tətbiq olunacaq.

    İclasda çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, deputatlardan Vahid Əhmədov, İlham Məmmədov, Qənirə Paşayeva, Rəşad Mahmudov, Şəmsəddin Hacıyev, Məlahət İbrahimqızı, Tahir Mirkişili, İlham Əliyev, Kəmaləddin Qafarov qanun layihəsinin vətəndaşlar tərəfindən səbirsizliklə gözləndiyini diqqətə çatdırıblar, layihə barədə qeyd və təkliflərini bildiriblər.

    İclasda çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və maliyyə nazirinin müavini Azər Bayramov deputatların suallarına cavab veribər.

    Müzakirələrin sonunda”Tibbi sığorta haqqında”Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

  • 2020-ci ildə hansı BÜRCLƏR VARLANACAQ?

    Münəccimlər gələn ilin ən şanslı bürclərini elan edib.

    Median.Az xəbər verir ki, gələn ilin ən şanslı zodiak işarəsi Dolça bürcü seçilib. Dolça düşünüldüyü kimi su deyil, havanın elementlərinə aiddir. Bu bürclər əhval dəyişikliyinə və temperamentə çox meyllidir.

    Dolça bürclərinin nümayəndələri inkişaf etmiş intuisiya sahibi olan yaradıcı insanlardır. Və bu ilin qışından etibarən Dolçaları ailədə harmoniya, işdə isə uğurlar gözləyir. Onlar hər zaman arzusunda olduğu uğur, sərvət və ən əsası sağlamlığa qovuşacaq. Bu Bürc işarəsinin bütün nümayəndələri çox istedadlı insanlardır.

    Hər kəs zəngin varlanmaq istəyir, amma hamı buna nail ola bilmir. Yeni il bəzi bürc nümayəndələrinə maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün əlverişli vaxt ola bilər. Astroloqlar 2020-ci ildə sərvətlərini artıra biləcək bürcləri də açıqlayıb.

    Bəşəriyyətin güclü yarısı arasında Oxatan, Şir və Dolça bürcləri gələn il ailə büdcəsini artıra biləcək. Bunun üçün Oxatan bürcləri qarşısına yalnız aydın bir məqsəd qoymalı və heç bir şübhə etmədən ona doğru getməlidir. Xeyirxah əməllər Dolçaların da maddi rifah əldə etməsinə kömək edəcək. Şirlərin varlanmasına isə nizam-intizam təsir göstərəcək.

    2020-ci ildə Qız, Xərçəng və Əkizlər bürcləri altında dünyaya gələn qadınların gəlirlərini artıra bilməsi üçün imkanlar açılacaq. Diplomatiya Qız bürclərini yaxşı maliyyə durumunu düzəltməyə kömək edəcək. Xərçəng yeni işi sayəsində var-dövlətlərini, qazanclarını üç qat artıracaq. Əkizlər isə emosional problemlərini həll edə bilsələr, qarşılarına varlanmağın müxtəlif yolları çıxacaq.//publika.az

  • Fədayə Laçının paylaşımı “İnstagram”ı bir-birinə vurdu – FOTOLAR

    Həbsdən yenicə çıxan müğənni Fədayə Laçın sənət aləminə qayıdışı ilə bərabər, sosial şəbəkə istifadəçisi kimi də çox fəaldır.

    Median.Az Yenicag.az-a istinadən xəbər verir ki, tez-tez paylaşımlar edən müğənni bu dəfə “İnstagram”da yeni fotosunu paylaşaraq, izləyicilərinə sual ünvanlayıb: “Doğrudanmı dediyiniz qədər gözələm? Gözəllər içrə sən ey mahiparə bir dənəsən,
    Gözəllərin gözüsən, zülfü qarə, bir dənəsən”.

    Fotoya xeyli şərhlər yazılıb.

    Fədayənin əvvəlkindən indi daha gözəl olduğunu, uzun saçların və çəki almasının ona çox yaraşdığını yazıblar.

    “Camaat gündə bir yerini düzəltdirib, gözəlləşdiyni hesab edir, Fədayə həbsdən təbii gözəlləşib çıxıb”.

    Ona söz atanlar da olub: “Adamın bəxti, ağlı gözəl olsun”.

  • Bu il əlilliyi olan 2150 nəfər özünüməşğulluq proqramına cəlb edilib

    Məşğulluq Xidməti tərəfindən artıq 2150 nəfər əlilliyi olan şəxs kiçik ailə təsərrüfatlarını qurmaq üçün potensialları nəzərə alınmaqla həmin proqrama cəlb edilib.

    Nazirlikdən verilən məlumata görə, həmin şəxslər üçün kiçik biznesin qurulmasına dair zəruri bilik və bacarıqlara yiyələnmələri üçün təlim kursları təşkil edilib.

    Onların böyük hissəsi kursları bitirərək və biznes-planlarını müdafiə edərək mal və materiallar formasında aktivlərlə təmin olunublar.
    Əlilliyi olan şəxslərin proqrama cəlb olunması işləri hazırda davam etdirilir.

    Eyni zamanda, bu il daha 500 nəfər əlilliyi olan şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində özlərinə dayanıqlı biznes qurmaları üçün işlər aparılır.//ölkə.az

  • Leyla Abdullayeva: “Azərbaycan jurnalistləri Ermənistanda və Dağlıq Qarabağda olublar

    “ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub”.

    Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.

    O, qeyd edib ki, səfər çərçivəsində jurnalistlərimiz Ermənistanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar: ”Erməni jurnalistləri azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri, habelə müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər”.

  • Noyabrın 24-nə olan hava proqnozu

    Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

    Median.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın səhər çiskinli olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

    Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4°, gündüz 5-8° isti, Bakıda gecə 2-4°, gündüz 6-8° isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 773 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət 80-90 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.
    Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

  • Жуткое ДТП в Тертере: двое погибших – ФОТО

    В Тертерском районе произошло ДТП со смертельным исходом.

    Как передает Oxu.Az, инцидент зафиксирован в селе Азадгарагоюнлу.

    Водитель автомобиля марки “ВАЗ – 21011” потерял управление, в результате чего въехал в бетонное ограждение.

    От удара автомобиль разорвало на две части.

    Водитель автомобиля Радж Зейналов и пассажирка Махрух Мамедова скончались на месте происшествия.

    Еще один пострадавший с тяжелыми травмами был доставлен в центральную районную больницу.

    По факту ведется расследование.

  • Rusiyada kişilər “analıq məzuniyyətinə” çıxmaq istəyirlər

    Rusiyada kişilərin yarısı (46 faiz) ehtiyac olarsa, qadınlarının əvəzinə “analıq (atalıq) məzuniyyəti”nə getməyə hazırdır.

    Median.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, 38 faiz isə qadının əvəzinə “analıq məzuniyyətinə” gedə bilməyəcəyini dilə gətirib.

    Rusiyada 94 faiz hallarda uşağa görə məzuniyyətə analar çıxırlar. Övladları xəstələnəndə qadınların 75 faizi, kişilərin isə 8 faizi arayış alaraq işə getmir. 9 faiz halda isə qadın və kişi məzuniyyətini növbə ilə götürür.

    Qadın üçün ailə məsuliyyətlərinə yeməyin hazırlanması (88 faiz), paltar yumaq (87 faiz), uşaqlara dərslərində yardım etmək (64 faiz), onları yatırtmaq (64 faiz) daxildir. Eyni zamanda qadınlar uşaqları ilə gəzməli (58 faiz), onları yuyundurmalı (57 faiz), asudə vaxtlarını (56) təşkil etməlidirlər.

    Rusiyada ataların əsas işi uşaqları məktəbə və ya bağçaya aparmaq (42), onlarla gəzmək (42 faiz) və ya teatra, kinoya və ya muzeyə (37 faiz) aparmaqdır. Kişilər çox az halda yemək bişirir (28 faiz) və uşaqları yatmağa (27 faiz) hazırlayırlar. 55 faiz halda kişilər ailə büdcəsini təmin edirlər. 26 faiz halda qadınlar kişilərdən çox qazanırlar. 21 faiz cütlüklərdə isə qazanc bərabərdir. Eyni zamanda ər-arvadın yalnız üçdə biri (34%) uşağa qayğı göstərmək vəzifələrini bərabər bölüşürlər. Məlumata görə, rusların 54%-i kişini, 1 faizi isə qadını qazanan hesab edir.

  • Tərtərdə dəhşətli qəza: Avtomobil iki hissəyə bölündü, iki nəfər öldü – FOTO

    Tərtər rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Azadqaraqoyunlu kəndi ərazisində qeydə alınıb.

    “VAZ 21011” markalı avtomobil idarə etməni itirərək daş betona dəyib. Nəticədə minik avtomobili iki hissəyə bölünüb.

    Hadisə zamanı avtomobilin sürücüsü Rac Zeynalov və sərnişin Mahrux Məmmədova hadisə yerində ölüb.

    Bir nəfər isə ağır xəsarət alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.