Month: December 2019

  • Qanaxması olan jurnalistə broyler məsləhət gördülər, öldü

    Rusiyanın Moskva şəhərində jurnalist həkim səhlənkarlığı səbəbindən ölüb.

    “RİA Novosti”nin xəbərinə görə, “Veçernyaya Moskva” qəzetinin jurnalisti 42 yaşlı Mixail Vinoqradov xəstəxanaya yarasının sarğısını dəyişdirməyə getməzdən öncə onun yarasından qan axmağa başlayıb.

    O, öz “Facebook” səhifəsində yazıb ki, çağırdığı təcili yardım həkimi qanın arteriyadan axmadığını və adi qanaxma olduğunu deyib.

    Daha sonra o, soyuducudan donmuş broyler toyuğunu qan axan yaranın üstünə qoymağı məsləhət görüb və gedib.

    Hadisədən iki gün sonra jurnalist vəfat edib.

    Hazırda hadisənin təfərrüatı araşdırılır.

  • Şəmkirdə qadını qatar vurub öldürdü

    Şəmkirdə qatar qadını vurub.

    Median.Az xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsi ərazisindən keçən Dəllər-Zəyəm mənzilinin 137-ci km-də qeydə alınıb.

    Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Şərifova Xəyalə Zakir qızı qəflətən hərəkətdə olan elektrovozun yoluna çıxıb. Elektrovoz həyəcan siqnalı verməklə yanaşı, təcili tormozlama etsə də, məsafə az olduğu üçün qadını vurub.

    X.Şərifova xəstəxanaya çatdırılsa da, orada ölüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.//oxu.az

  • Спор на проводах новобранца закончился кровопролитием

    В Агджабединском районе произошла поножовщина.

    Как передает Median.Az, инцидент зафиксирован в селе Хюсюлю.

    Житель села Мамедов Намиг Надир оглу устроил во дворе своего дома застолье по случаю проводов сына в армию.

    Во время мероприятия один из гостей – Мирзоев Алигейдар Алимардан оглу 2003 года рождения начал спорить со своим односельчанином Мирзоевым Сеймуром Ингилаб оглу 1982 года рождения. Однако С.Мирзоев, будучи старше, решил не ввязываться в спор.

    Э.Мирзоева это разозлило и он решил проучить своего старшего “товарища”. После застолья молодой мужчина взял из дома нож, отправился домой к С.Мирзоеву и нанес ему пять ножевых ранений.

    Родные доставили пострадавшего в больницу.

    Мужчину прооперировали.

    А.Мирзоева задержали в качестве подозреваемого.

    По факту ведется расследование.//oxu.az

  • Əsgər yola salmaq istəyənlər arasında mübahisə qanlı bitdi

    Ağcabədi rayonunda bıçaqlanma olub.

    Median.Az xəbər verir ki, hadisə rayonun Hüsülü kəndində qeydə alınıb.

    Kənd sakini Məmmədov Namiq Nadir oğlu həyətində oğlunun əsgər getməsi ilə bağlı yığıncaq təşkil edib.

    Həmin məclisdə iştirak edən kənd sakini, 2003-cü il təvəllüdlü Mirzəyev Əliheydər Əlimərdan oğlu həmkəndlisi, 1982-ci il təvəllüdlü Mirzəyev Seymur İnqilab oğlu ilə mübahisə edib.

    Mübahisə zamanı S.Mirzəyev aralarında böyük yaş fərqi olduğu üçün Ə.Mirzəyevlə mübahisə etmək istəməyib.

    Bundan hiddətlənən Ə.Mirzəyev evlərinə gedərək, bıçaq götürüb. Ə.Mirzəyev yığıncaqdan sonra S.Mirzəyevin evinə gələrək, ona beş bıçaq zərbəsi endirib. Yaralı ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

    Hadisəni törətməkdə şübhəli bilinən Ə.Mirzəyev tutulub.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • Азербайджанские пограничники пресекли попытку ввоза наркотика в корзинке с цветами – ФОТО

    Сотрудниками Государственной пограничной службы (ГПС) Азербайджана пресечена попытка ввоза в страну наркотика.

    Как говорится в сообщении пресс-службы ГПС, 11 декабря на контрольно-пограничном посту “Астара” был проведен осмотр багажа гражданина Ирана Асади Рамина Седигх оглу 1991 года рождения.

    В ходе проверки обнаружилось, что в 25 свертках с конфетами и в корзинке с цветами было спрятано 2 кг 137 г опиума.

    Наркотик был изъят.

    Иностранца задержали. Расследование продолжается.

  • Gül səbətinin altında İrandan Azərbaycana narkotik keçirmək istədi – FOTO

    Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, cari ilin dekabrın 11-də “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada gələn İran vətəndaşı, 1991-ci il təvəllüdlü Asadi Ramin Sedigh oğlunun üzərinə sərhəd və gömrük baxışı keçirilən zaman 25 bükümdə konfet bağlamanın içərisində və xüsusi hazırlanmış gül səbətinin altında gizlədilmiş şəkildə ümumi çəkisi 2 kq 137 qr tiryək narkotik vasitə aşkarlanaraq götürülüb.

    Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Baş nazirdən sərəncam – Hakimiyyət orqanlarına tapşırıq verildi

    Baş nazir Əli Əsədov Prezidentin “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli qanununun tətbiqi barədə” 795 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” fərmanının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, sərəncamla Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

    Qeyd olunub ki, razılaşma prosesinin iştirakçıları bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə müvafiq tədbirlər görməlidir.

    Bildirilib ki, icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etsinlər.

    Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” qanunun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərini yerinə yetirməlidir.

    Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görməlidirlər. Normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

    Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

    Bu sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinə həvalə edilib.

  • Rövnəq Abdullayev: 2020-ci ildən səmt qazının yandırılmasını sıfıra endirməyi planlaşdırırıq

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələn ildən platformalarında səmt qazının yandırılmasını sıfıra endirməyi planlaşdırır.

    Report xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev “S&P Global Platts”a müsahibəsində bildirib.

    SOCAR-ın prezidenti qeyd edib ki, şirkət neft hasilatında səmt qazının şamda yandırılmasının məhdudlaşdırılması daxil olmaqla, ətraf mühit siyasətindən iqtisadi mənfəət əldə edib:

    “Platformalarımızda səmt qazının şamda yandırılmaq əvəzinə toplanılması nəticələri kifayət qədər nəzərəçarpandır. Bu, həm ətraf mühitin qorunması, həm də SOCAR üçün əlavə gəlir mənbəyi olmaq baxımından əlverişlidir”.

    O qeyd edib ki, SOCAR-ın platformalarında toplanmış səmt qazının həcmi ümumi illik qaz hasilatının 15 faizini təşkil edir. R.Abdullayevin sözlərinə görə, 2020-ci ildən etibarən səmt qazının yandırılmasının sıfıra endirilməsi planlaşdırılır.

    “Gələn ildən etibarən SOCAR-da səmt qazının yandırılması sıfıra endiriləcək. Bu, 2030-cu ilədək səmt qazının yandırılmasının sıfıra endirilməsi təşəbbüsündə iştirak edən digər şirkətlərlə müqayisədə bizə üstünlük verəcək. Elə bu misaldan da göründüyü kimi, ekoloji proqram həm istehsalat, həm də biznes dayanıqlılığına töhfə ola bilər. Davamlılıq bir şirkət olaraq bizim üçün daha əhəmiyyətli olmağa başlayıb”, – SOCAR prezidenti əlavə edib.

    Avropada üzvi yanacaq olaraq təbii qaza qarşı neqativ münasibətlə bağlı şirkətin mövqeyinə gəlincə o bildirib ki, Avropanın enerji balansında təbii qaz hələ də əhəmiyyətli rola malikdir:

    “Biz şirkət olaraq təbii qaza qarşı yönələn kütləvi bir etiraz müşahidə etmirik. İctimai etiraz daha çox ümumilikdə üzvi yanacaqların ifrat istifadəsinə qarşı yönəlir. Bunlar ümumi mülahizələrdir, lakin korporativ perspektivdən yanaşanda Azərbaycanın təbii qazının satışı ilə bağlı hər hansı narahatlığımız yoxdur. Biz ən yüksək təhlükəsizlik və ətraf mühit standartlarına cavab verən Cənub Qaz Dəhlizini, demək olar ki, tamamlamışıq”.

    R.Abdullayev vurğulayıb ki, Avropa Komissiyasının sifarişi ilə aparılmış tədqiqatların nəticələrinə görə, Avropanı qazla təchiz edən mənbələr arasında Azərbaycan qaz yataqlarından istehlak bazarına qədər olan zəncirdə ən aşağı emissiya yaradan mənbə hesab edilib:

    “Biz Avropanın aparıcı şirkətləri ilə qaz satışına dair 25 illik müqavilələr imzalamışıq. Alıcılarımızı bizim məhsullarımızla bağlı hər hansı çətinlik gözləmir, çünki proqnozlara görə Avropada yerli hasilat ilə tələbat arasındakı boşluq böyüməkdədir”.

    Bundan başqa, SOCAR-ın prezidenti qeyd edib ki, şirkət karbon emissiyalarının yığılması, istifadəsi və saxlanılması layihələrini emissiyaların azaldılmasının yolu kimi görür.

    O məlumat verib ki, SOCAR-ın uzunmüddətli hədəfi sıfır emissiyalı şirkət olmaqdır və buraya hibrid maşınlar və sıxılmış təbii qazla (CNG) işləyən nəqliyyat vasitələri kimi ekoloji baxımdan daha sərfəli nəqliyyatdan istifadə daxildir.

    “SOCAR istehsal zəncirinin müxtəlif seqmentlərində yaranan karbon emissiyalarının yığılması, xammal kimi istifadəsi və yeraltı laylara vurulması üzrə müxtəlif layihə ideyalarını nəzərdən keçirir. Metanol zavodumuzda yanma prosesində alınan CO2 emissiyalarının təkrar istifadəsi üçün avadanlıqlar və on-line monitorinq sistemi yaradılıb.

    Bəzən ictimai diskurs enerji mənbələri arasında fərqi nəzərə almır, neftin və qazın yanacaq olmaqdan başqa rolları da diqqətdən kənarda qalır. Biz bir neçə ildir, neft-kimya sənayesinə intensiv sərmayələr qoyuruq. Plastik kütlələr, gübrələr, rezin, dərman preparatları kimi istehlak mallarının istehsalını kimyəvi xammalla təmin edirik. Neft-kimya sənayesinin xammala olan tələbatını isə neftçıxarma sənayesi təmin edir.

    Biz ətraf mühiti çox çirkləndirən və nisbətən az çirkləndirən üzvi yanacaqlara qoyulan məhdudiyyətləri də fərqləndirməliyik. Bu fərqləndirmə olmasa, enerji səbətində mazut və kömür kimi ətraf mühiti daha çox çirkləndirən, lakin nisbətən daha ucuz olan yanacaqların daha təmiz alternativ olan təbii qaza nisbətən çəkisinin artması ekoloji riskdir.

    SOCAR beynəlxalq ekoloji hərakat çərçivəsində üzərinə həm də təşəbbüskar və aparıcı qüvvələrdən biri kimi əlavə rol götürüb. Məsələn, SOCAR qısa müddət əvvəl iqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının roluna həsr olunmuş konfransın təşkilatçısı olub”, – SOCAR-ın prezidenti qeyd edib.

  • В Баку металлический профиль с эвакуатора пробил лобовое стекло автомобиля – ВИДЕО

    В Баку произошло необычное дорожно-транспортное происшествие.

    Как передает Median.Az, инцидент зафиксирован на пересечении проспекта Зии Буниятова и улицы Ахмеда Раджабли в Наримановском районе.

    Находившийся на эвакуаторе металлический профиль соскользнул и пробил лобовое стекло ехавшего сзади автомобиля Hyundai.

    Руль транспортного средства поврежден.

    Водителю “легковушки” чудом удалось избежать травм.//oxu.az

  • Bakıda dəhşət: Evakuatorun üstündəki dəmir sürüşüb başqa maşının şüşəsindən içəri girdi – VİDEO

    Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, qəza Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb.

    Belə ki, evakuatorun üzərində olan dəmir parçası sürüşərək, arxadan gələn “Hyundai” markalı avtomobilin ön şüşəsindən girib. Daha sonra dəmir parçası minik maşınının sükanını qırıb, sürücü hadisədən son anda xilas ola bilib.//oxu.az