Month: December 2019

  • Bu gecə Bakıda iki bıçaqlanma hadisəsi qeydə alınıb

    Bu gecə Bakıda iki bıçaqlanma hadisəsi qeydə alınıb.

    Hadisələrdən biri Sabunçu rayonunda baş verib. 15 yaşlı yeniyetmə Bakıxanov qəsəbəsi ərazisində bıçaqlanıb.

    Vahid Əhmədov adlı yeniyetmə dostları ilə mübahisə edib. Bu zaman o, üz nahiyəsindən bıçaq xəsarəti alıb.

    Yaralı xəstəxanaya yerləşdirilib. Ona üzün və burunun kəsilmiş yarası diaqnozu qoyulub.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

    Xəzər rayonunda isə 43 yaşlı kişi bıçaqla özünə xəsarət yetirib. Hadisə Buzovna qəsəbəsində baş verib.

    1976-cı il təvəllüdlü Əmiraslanov Vüqar Dəmir oğlu bıçaq xəsarəti alıb. Haralı xəstəxanaya yerləşdirilib. Ona boğazın kəsilmiş yarası diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • Altay Məmədovun oğlu vəfat etdi

    Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, nasir-publisist, dramaturq Altay Məmmədovun oğlu Elşad Məmmədov vəfat edib.

    Elşad Məmmədov yaradıcılıq fəaliyyətinin böyük hissəsini həsr etdiyi Gəncədə yerləşən Cəfər Cabbarlı adına Dövlət Dram Teatrında 20 il ərzində ədəbi hissə müdiri kimi çalışıb.

    Onun “Qapı” komediyası Gəncə Dram Teatrının repertuarında uzun illər məşhur əsərlərdən biri olub.

    O həmçinin Gəncədə yerləşən Zərdabi Poeziya Teatrının formalaşmasında mühüm rol oynayıb.

    1997-ci ildən Elşad Məmmədov Gəncə İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. Bundan sonra onun karyerası bütünlüklə torpaq ayrılması sahəsi ilə, əsas neft ixracı kəməri olan Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəməri kimi layihələrdə ictimai əlaqə və sosial yatırımlarla bağlı olub.

    Elşad Məmmədovun sonuncu yaradıcılıq nümunəsi Nizami Gəncəvinin əsəri əsasında yazdığı “Sevgimin göy qurşağı” librettosu olub.

    Məlumata görə, E.Məmmədovla vida mərasimi Gəncədə keçirilib.

  • Bakıda beşmərtəbədə yanğın – 15 nəfər təxliyə olundu

    Bakıda beşmərtəbəli evdə yanğın olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 12 ədəd sayğac yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

    Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

  • В Азербайджане права женщин будут защищать квалифицированные юристы

    Юристы станут предоставлять жертвам бытового насилия правовую помощь более углубленно.

    13 декабря, между госкомитетом, Коллегией адвокатов республики и представительством ООН в Азербайджане запланировано подписание меморандума о взаимопонимании, сообщили Sputnik Азербайджан в Государственном комитете по проблемам семьи, женщин и детей.

    Трехстороннее соглашение предусматривает объединение усилий для оказания квалифицированной помощи пострадавшим во внутрисемейных конфликтах. Им, таким образом, будут предоставлены адвокаты, которые защитят интересы граждан в правоохранительных органах и судах. Обратиться за юридической помощью можно будет прямо в центрах помощи семьям госкомитета, а также в центрах неправительственной поддержки Коллегии адвокатов.

    В свою очередь, в коллегии запланировали проведение дополнительных курсов для адвокатов с целью более углубленного изучения проблем семейного насилия.

  • Məşhur sosial şəbəkə reytinqini itirib

    Dünya miqyasında Facebook istifadəçilərinin fəallığı azalıb.

    Median.Az olaylar.az-a istinadən bildirir ki, cari ilin oktyabr ayında Facebook istifadəçilərinin fəallığı 67,73%, noyabr ayında isə 1,76% azalaraq 65,97%-ə düşüb.

  • Birinci arvadı ikincinin evinə od vurdu – Bakıda 70 nəfərin təxliyə olunduğu yanğının ŞOK səbəbi – VİDEO

    Bakıda ötən gecə hündürmərtəbəli binada baş verən yanğının səbəbi bəlli olub.

    Median.Az bildirir ki, Yenisabah.az-ın əldə etdiyi xəbərə görə, Cəlil Məmmədquluzadə küçəsi 998 ünvanında yerləşən binanın 10-cu mərtəbəsində yanğın baş verib. Hadisə nəticəsində 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

    Əldə etdiyimiz xəbərdə bildirilir ki, hadisənin baş verməsinə səbəb ailə münaqişəsi olub. Belə ki, Emin adlı şəxs həmin binada ikinci həyat yoldaşı ilə yaşayır. Ötən gecə həmin şəxsin birinci həyat yoldaşı binaya daxil olaraq mənzilə qalxır. Orada baş verən qarşıdurma zamanı birinci həyat yoldaşı mənzilə od vurur. Bu zaman otaqda azyaşlı uşaqların da olduğu bildirilir.

    Məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

    Təqdim etdiyimiz videoda Eminin birinci həyat yoldaşının binaya daxil olması əks edilir.

  • В Азербайджане подешевел ряд продуктов

    В ноябре 2019 года наблюдалось снижение цен на сгущенное молоко, сметану, апельсин, мандарины, айву, хурму, каштаны, капусту, тыквы, лук и картофель. В ценах других продовольственных продуктов существенных изменений не наблюдалось.

    Как передает Median.Az, об этом сообщает Trend со ссылкой на Государственный комитет по статистике.

    Также за отчетный период наблюдалось снижение цен на холодильники, кондиционеры, запчасти для легковых автомобилей, мобильные телефоны, ноутбуки и планшеты, телевизоры и цемент. В ценах на другие непродовольственные товары существенных изменений не наблюдалось.В ноябре 2019 года наблюдалось снижение цен на сгущенное молоко, сметану, апельсин, мандарины, айву, хурму, каштаны, капусту, тыквы, лук и картофель. В ценах других продовольственных продуктов существенных изменений не наблюдалось.

    Об этом сообщает в четверг Trend со ссылкой на Государственный комитет по статистике, передает Day.Az

    Также за отчетный период наблюдалось снижение цен на холодильники, кондиционеры, запчасти для легковых автомобилей, мобильные телефоны, ноутбуки и планшеты, телевизоры и цемент. В ценах на другие непродовольственные товары существенных изменений не наблюдалось.

    Помимо этого снизились цены на пассажироперевозки железной дорогой и авиаперевозки в страны СНГ.

  • Azərbaycanda “quş qripi” varmı? – Monitorinqlər başladı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen “quş qripi”ndən qorumaq məqsədilə xəstəliyə qarşı dekabrın 16-dan 20-dək növbəti epizootoloji monitorinqlər keçirəcək.

    AQTA-dan verilən məlumata görə, monitorinqlər çöl quşları arasında Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərini əhatə edəcək.

    Eyni zamanda həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı həyətyanı təsərrüfatlarda seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

  • “EuroHome”un sahibindən kompensasiya ilə bağlı açıqlama – Video

    “Bizim mövqeyimiz yanğından ziyan çəkmiş kirayəçilərin minimum zərər ilə bu problemdən çıxamalarıdır”.
    Median.Az
    “Marja”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə güclü yanğın hadisəsinin baş verdiyi “EuroHome” ticarət mərkəzinin sahibi, “AF Holdinq” şirkətlər qrupunun prezidenti, iş adamı Azay Möhnətov bildirib.


    Azay Möhnətov, “Başqa sahələrimizdə icarədarları yerləşdirmək üçün dükanlarımız var. İcarədarları tezliklə yerləşdirəcəyik”,- deyib.

    O, “Kompensasiya olacaq?” sualına, “Kompensasiyanı bilmirəm. Biz kompensasiya əvəzində kirayədən pul almayacağıq. Adamları yerləşdirəcəyik, onlar da işləyib öz zərərlərini aradan qaldıracaqlar”.

    Azay Möhnətov bildirib ki, obyektin sığortalanmadığı barədə deyilənlər doğru deyil:

    “Sığorta olunub. Sığorta sənədləri də yanıb, biz indi o sənədlərin kopyalarını əldə etməyə çalışırıq. Axşam bütün kopyalar əlimizdə olacaq”.

  • Ukrayna Prezidenti Azərbaycana səfər edəcək

    Bu gün Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü çərçivəsində Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədovla Ukraynanın Baş Naziri Aleksey Qonçaruk arasında görüş keçirilib.

    Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

    Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana planlaşdırılan rəsmi səfərinə toxunan A.Qonçaruk bildirib ki, bu səfər iki ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələ olacaq. Bu gün Azərbaycan və Ukrayna arasında bütün sahələrdə əməkdaşlığın yüksək templə inkişaf etdiyini vurğulayan Baş Nazir iqtisadi əlaqələrin daha da artacağına inamını ifadə edib.

    Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə Baş Nazirin müavini Ə.Əhmədov bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq inkişaf edir, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq davam edir. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə olunur.

    Görüşdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev də iştirak edib.