Month: December 2019

  • В Шамкире задержан употребитель и реализатор наркотиков

    Как сообщает Median.Az, сотрудники Шамкирского РОП задержали жителя села Гараджамирли, ранее судимого Т.Мамедли, у которого изъяли 14,672 грамм марихуаны.

    Во время дополнительных оперативных мер полицейские задержали Ш.Рзаева, у которого в доме обнаружили 1 кг. 67,820 грамм марихуаны.

    По факту возбуждено уголовное дело.

  • Şəmkirdə narkotik istifadə edən və satan şəxs tutulub

    Median.Az xəbər verir ki, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən Qaracəmirli kənd sakini, əvvəllər məhkum olunmuş T.Məmmədlidən 14,672 qram marixuana götürülüb.

    Aparılmış əməliyyat tədbirləri ilə ona narkotik vasitəni satmış həmkəndlisi, əvvəllər məhkum olunmuş Ş.Rzayev saxlanılıb.

    Ş.Rzayevin evinə baxış zamanı 1 kq. 67,820 qram marixuana aşkar edilib.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Məcidov britaniyalı rəqibini nokauta saldı

    Azərbaycanın peşəkar boksçusu Məhəmmədrəsul Məcidov ikinci görüşündə qələbə qazanıb.

    Həvəskar boks üzrə üçqat dünya çempionumuz Səudiyyə Ərəbistanında keçirilən görüşdə britaniyalı Tom Litlı məğlub edib.

    Səkkiz raundluq görüşün ikinci raundunda rəqibini əvvəlcə nokdauna salan Məcidov daha sonra ona nokautla qalib gəlib.

    Qeyd edək ki, Məhəmmədrəsul Məcidov daha əvvəl amerikalı Ed Fauntini məğlub edib peşəkar boksda debüt etmişdi.

  • Xərçəng soyuqdəymə kimi bir xəstəlik olacaq

    Xərçəng sahəsində mütəxəssis olan və dünya tərəfindən tanınmış adlar, xərçəngin yaxında soyuqdəymə kimi bir xəstəlik olaraq görülə biləcəyindən bəhs edir. Yəni xərçəngli xəstələr də normal həyatlarına davam edə biləcəklər.

    Mütəxəssislər, xərçənglə əlaqədar araşdırmaların, xərçəngin təbiətini anlamağa bizi gedərək daha da yaxınlaşdırdığından və olan yeni müalicə üsullarının getdikcə daha ümidverici hala gəldiyindən bəhs etdi. Mütəxəssislər, indiki vaxtda aparılan xərçəng araşdırmalarının, eynilə diabet xəstələrində olduğu kimi, xərçəngli xəstələrin də normal həyatlarına davam etmələrini təmin etməyə istiqamətli olduğunu ifadə etdi.

    Yaşlılarda xərçəng riskinin daha çox olduğuna diqqət çəkildi.

    Aparılan yeni araşdırmalar, bu halın iki ucunu da həll etməyə istiqamətlidir. Yəni həm xərçəngin qarşısını almağı və ya müalicə etməyi, həm də yaşlanmaqda olan və ya yaşlanmış toxumaları cavanlaşdırmağı məqsəd qoyur. Bu səbəblə, əgər xərçəng və yaşlılıq arasındakı bu əlaqənin necə işlədiyini həll edə bilsək, iki dərman istifadə edərək eyni anda həm xərçəng hüceyrələrini öldürməyi, həm də yaşlanmaqda olan hüceyrələri yeniləməyi bacarmaq mümkündür.

    Xərçəngin yaxın gələcəkdə soyuqdəymə kimi sıravi bir xəstəlik kimi görüləcəyi nəzərdə tutulur. Xərçəng, keçmişdən bu yana həmişə ölümlə əlaqələndirilib. Amma bu vəziyyət dəyişmək üzrədir. Artıq əksər xərçəng növünün müəyyən mərhələlərində istifadə edilən dərmanlar var. Radiasiya və immunoterapiya müalicələrində də əhəmiyyətli inkişaflar oldu.

    Bu sahədə olan inkişaflar da olduqca ümidverici görünür.

    ///milli.az

  • Ziya Bünyadovun oğlu vəfat edib

    Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun oğlu vəfat edib.

    BakuPost-un məlumatına görə, mərhum akademikin oğlu Heydər Bünyadovun bu gün Heydər məscidində üç mərasimi keçirilib.

    Qeyd edək ki, Heydər Bünyadov müəyyən müddət Xarici İşlər Nazirliyində çalışıb.

  • İngiltərədə 27 yaşlı qadın xalça ilə evləndi – FOTO

    İngiltərənin Mançester şəhərində bir qadın xalça ilə evlənməyi qərar alıb.

    27 yaşlı qadın bir il əvvəl satın aldığı xalçanı çox sevdiyini və onunla evlənmək istədiyini bildirib.

    Bekki Koks adlı qadın xalçaya sevgisini açıqlayıb və onu ömrü boyu sevəcəyini, daim qulluq edəcəyini deyib.

    Xalçayavgisini tez-tez ifadə edən qadın dostlarının “əgər çox sevirsənsə, evlən” zarafatlarından sonra fikrini qətiləşdirib.

    Qadın xalçanın üstünə heç vaxt çıxmayacağına, ona daim yaxşı baxacağına söz verib.

    ///Oxu.az


  • В ДТП в Хачмазском районе погибли 2 человека

    Как сообщает Median.Az, 6-го декабря примерно в 18 часов в селе Чархы Хачмазского района столкнулись автомобиль марки “Lada Priora”, управляемый жителем села В.Гусейновым и грузова автомашина марки “DAF”, управляемая жителем Евлахского района Р.Алиевым.

    В результате дтп водитель легкового автомобиля и пассажир Р.Алиев погибли на месте происшествия.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.

  • Xaçmaz rayonunda yol qəzasında 2 nəfər ölüb

    Median.Az xəbər verir ki, dekabrın 6-ı saat 18 radələrində Xaçmaz rayonunun Çarxı kəndində, kənd sakini V.Hüseynovun idarə etdiyi “Lada Priora” markalı avtomobil və Yevlax rayon sakini R.Əliyevin idarə etdiyi “DAF” markalı yük avtomaşını toqquşub.

    Nəticədə V.Hüseynov və sərnişini R.Əliyev hadisə yerində ölüblər.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Məşhurların əsl adı – onları siz də bilin

    Ad elə bir məhfumdur ki, insanları biri-birindən fərqləndirir. Bəziləri öz adı ilə, bəziləri də seçdiyi ləqəblə məşhurluq qazanır. Əsas odur ki, adın olsun.

    Məşhurluğa gedən yollardan biri də uğurlu ad seçimidir. Elə məşhurlar var ki, əsl adı ilə yox, seçdiyi adla daha çox tanınır. Bəs siz məşhurların əsl adını bilirsinizmi?

    Median.Az azərbaycanlı məşhurların əsl ad və soyadını təqdim edir.

    Müğənni Damla – Məsumə Məmmədova

    SSRİ Xalq artisti Bülbül – Murtuza Məmmədov

    Xalq artisti Röya Ayxan – Röyalə Nəcəfova

    Müğənni Nura Suri – Aynurə Qəzənfər qızı

    Xalq artisti Azərin – Anaxanım Tağıyeva

    Müğənni Niyam Salami – Niyaməddin Salami

    Radioaparıcı Çiçək – Şəhla Vakkas

    Müğənni Əlikram Bayramov – Əlikərəm Urşan oğlu

    Xalq artisti Mirzə Babayev – Mirzəağa Babayev

    Aparıcı Nanə Ağamalıyeva – Nənəxanım Ağamalıyeva

    Müğənni Xatun – Nərgiz Əliyeva

    Reper Qurd – Fərid Eminov

    Reper, yazıçı Qaraqan – Elxan Zeynallı

    Prodüser Tolik – Tarix Əliyev

    Müğənni, cazmen Cavan Zeynallı – Cavanşir Zeynallı

    İş qadını Ruhi – Ruhiyyə Əliyeva

    //modern.az

  • Bərdədə yük maşını minik avtomobili ilə toqquşdu, bir nəfər öldü

    Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

    Belə ki, 09-BX-278 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını 90-RM-177 nömrə nişanlı “VAZ 21015” markalı maşınla toqquşub.

    Nəticədə “VAZ 21015”in sürücüsü, 40 yaşlı Abdullayev Musviq Mikayıl oğlu hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanıb.