Şəmkirdə narkotik istifadə edən və satan şəxs tutulub

Median.Az xəbər verir ki, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən Qaracəmirli kənd sakini, əvvəllər məhkum olunmuş T.Məmmədlidən 14,672 qram marixuana götürülüb.

Aparılmış əməliyyat tədbirləri ilə ona narkotik vasitəni satmış həmkəndlisi, əvvəllər məhkum olunmuş Ş.Rzayev saxlanılıb.

Ş.Rzayevin evinə baxış zamanı 1 kq. 67,820 qram marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *